Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-474/2023 24.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsin 7̇ saylı Bərdə Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(021)-1842/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı oğu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsin 7̇ saylı Bərdə Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X12 və Cavabdeh2 Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən X6 miras əmlaklarına görə xx.xx.2020-ci il tarixdə V-5 və V-6 nömrəli vərəsəlik işi üzrə 2V-794 və 2V-795 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və Tərbiyə Paşayevanın xx.xx.2020 2020-ci il tarixdə V-6 nömrəli vərəsəlik işi üzrə 2V-8 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onun Paşayeva Pakizə İbrahim qızından və X2 miras qalan həmin əmlaklara varəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum ataları X13 ilə mərhum anaları X6 birgə nikahından Cavabdeh2, Cavabdeh1, X16, X28 qizi, mərhumə X11 və o İddiaçı doğulmuşdur. Valideynlərinin başqa övladları olmamışdır. O, mərhum ataları Balabəy Paşayev və mərhumə anaları Pakizə Paşayeva ilə, həmçinin mərhumə bacıları Tərbiyə Paşayeva ilə Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən evlərində yaşamış və valideynləri digər övladları ilə bərabər ona da həmişə diqqət və qayğı göstərmiş, heç birini fərqləndirməmişlər. O da həmişə valideynlərinə və mərhum bacısı Tərbiyəyə hörmət etmiş, onlara qulluq etmiş, cavabehlərlə də həmişə mehriban olmuşlar. O, ailə həyatı qurandan sonra da ata evlərində yaşamış və evin tikintisi yarımçıq olmuş, evin tikintisini özü başa çatdırmış, təmir etdirmişdir. Cavabdeh2 1991-ci ildən, qardaşı Elçin Paşayev 1992-ci ildən, bacısı Afət Paşayeva isə 1996-cı ildən Rusiya Federasiyasında yaşayırlar və Rusiya vətəndaşıdırlar. Anası və bacısı ilə birgə yaşamaqla, onlara qulluq etmiş, 03 may 2010-cu il tarixdə anası Pakizə Paşayeva öləndən sonra onun yasını özü vermişdir. Cavabdeh2 həmin vaxt Rusiyada yaşamış, hətta yas mərasiminə gəlməmişdir. Anasından sonra isə X23 və o həmin evdə və həyətdə yaşamış, pay torpaq sahəsini əkib becərmişlər. X23 ailə həyatı qurmamış və 20 oktyabr 2016-cı il tarixdə ölmüşdür. Anası və bacısı öləndən sonra onların miras əmlakları olan pay torpaqlarını, yaşayış evini, həyətyanı sahəni, yaşayış evinin içərisində əşyaları-mebeli, servantı, çarpayıları, xalçaları və digər əşyaları faktiki o qəbul etmişdir. Hətta işıq və qaz sayğacları da onun adınadır, qazın, işığın, torpağın rüsumunu da özü ödəmişdir. Cavabdeh1 evdə onlarla mütəmadi yaşamamışdır. Yalnız xx.xx.2017-ci ildə evləndikdən sonra həmin evdə yaşamağa başlamış və evdə yaşamağa başlayan kimi də onlarla münaqişələr yaratmışdır. O da münaqişədən yayınmaq üçün başqa yerdə dahal tikib, ora köçərək, xx.xx.2018-ci il tarixdən ata evlərini tərk etmişdir. O, miras əmlakları faktiki qəbul edəndən sonra notariat ofisinə müraciət etməyi lazım olduğunu bilmədiyi üçün daha heç bir yerə müraciət etməmişdir. Ancaq yaxın vaxtlarda məlum olmuşdur ki, qardaşları Cavabdeh1 və Cavabdeh2 ondan xəbərsiz Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisinə müraciət etmiş, onlara Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən Pakizə Paşayevanın miras əmlaklarına görə xx.xx.2020-ci il tarixdə V-5 və V-6 nömrəli vərəsəlik işi üzrə 2V-794 VƏ 2V-795 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və Tərbiyə Paşayevanın miras əmlakına görə xx.xx.2020-ci il tarixdə V-6 nömrəli vərəsəlik işi üzrə 2V-8 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehlər qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamələri Bərdə rayon İHB Yenidaşkənd İcra nümayəndəliyi tərəfindən vərəsələrin gizlədilməsi barədə verilmiş saxta arayış əsasında almışlar. Həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-206A nömrəli 61****38 kodlu şəhadətnamənin əsli onda olduğu halda onların hansı şəhadətnamə əsasında Çıxarış almaları məlum deyildir. Cavabdeh1 isə həmin şəhadətnamə əsasında DƏDRX-nin Bərdə Ərazi idarəsi tərəfindən Çıxarışlar alaraq, evi və torpağı öz adına keçirdiyini bildirmişdir. Yuxarıda göstərilənlərdən və iddia ərizəsinə əlavə edilən sübutlardan da məlum olur ki, o, miras açılandan əvvəl və sonra anası Pakizənin və bacısı Tərbiyənin pay torpaqlarını, yaşayış evini, həyətyanı sahəni, yaşayış evinin içərisində əşyalari-mebeli, servantı, çarpayıları, xalçaları və digər əşyaları miras əmlakı faktiki qəbul edib, ona sahib durduğundan, idarə etdiyindən, əvvəllər də istifadə etdiyindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş qanunvericiliklə tələb edilən müddəti ötürməmişdir. O, həmin miras əmlaklara öz mülkiyyəti kimi münasibət bəsləmiş, lazımi vəziyyətdə saxlamış, xərc çəkmiş, vergiləri ödəmişdir. Lakin cavabdehlər Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə ondan xəbərsiz bütün sənədləri toplayaraq, həmin notariusa qanun üzrə vərəsəlik şəhadətnaməsinin onlara verilməsi ilə bağlı müraciət edərək Pakizə Paşayevanın və Tərbiyə Paşayevanın yeganə vərəsələrinin olduğunu bildirməklə ona məxsus olan əmlakı saxta yolla ələ keçirmişlər. Çünki cavabdehlər onun vərəsə olduğunu və anasın və bacısının miras əmlaklarını faktiki qəbul etdiyini bilirdilər. Cavabdehlər qəsdən ondan da vərəsə olduğunu gizlədərək, mirasları öz adlarına qəbul ediblər. Hətta cavabdehlər Yenidaşkənd kənd icla nümayəndəliyindən yalnız Eynur və Cavabdeh2lərin vərəsə olmaları saxta vərəsəlik arayışı almış və onun vərəsəliyini gizlətmişlər. Bununla da onu mirasdan məhrum etməyə çalışmışlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(021)-1842/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilərək, Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab olunması, Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab olunması, Paşayeva Pakizə İbrahim qızından və X2 miras qalan həmin əmlaklara İddiaçı vərəsəlik hüququnun tanınması, ödənilmiş 1** manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan sənədlər: İş materiallarına əlavə olunmuş AG №1852095 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. X1, anası X9r. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 844-05/69 nömrəli arayışdan görünür ki, X13 ilə X14 xx.xx.1966-cı il tarixdə Bərdə rayonu Şatırlı kənd icra nümayyəndəliyində nikah balamışdırlar. Nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 20-05/69 nömrəli arayışdan görünür ki, X13 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 19-05/69 nömrəli arayışdan görünür ki, X15 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 11-05/69 nömrəli arayışdan görünür ki, xx.xx.1943-cü ildə Bərdə rayonu Dilənçilər kəndində anadan olmuş X6 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 13 oktyabr 1990-cı ildən 03 may 2010-cu ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşliq Vəziyyəti aktları üzrə yoxlama aparılmış və X6 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Vİİ-JQ №287791 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, X11 xx.xx.1962-ci iltarixdə anadan olmuşdur. X1, anası X9r. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 842-05/69 nömrəli arayışdan görünür ki, X11 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 843-05/69 nömrəli arayışdan görünür ki, 19 dekabr 1962-ci ildə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 19 dekabr 1980-cı ildən 23 aprel 2019-cu ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşliq Vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 12-05/69 nömrəli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. X1, anası X9r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, 1815**6458 qeydiyyat nömrəli, Seriya RX № ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Daşkənd kəndində 1.03 ha torpaq sahəsi X6, Cavabdeh2, Cavabdeh1, X4 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-206A KOD61****38 saylı Şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli, 205 nömrəli qərarı ilə 0.31 ha torpaq sahəsi Bərdə rayon Yeni Daşkənd kənd sakinləri X6, Cavabdeh2, Cavabdeh1 və X4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, 182**13673 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Daşkənd kəndində 0.31 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182.20 kv.m olan fərdi yaşayış evi X6 adına rəsmiləşdirilmişdir. ( X6 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, X4 torpaq sahəsi ümumi birgə) İş materiallarına əlavə olunmuş Cavabdeh1 notarial qaydada təsdiq olunmuş xx.xx.2020ci il taixli ərizəsindən görünür ki, həmin ərizədə xx.xx.2010-cu il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan anası X15 vəfat etməsi, miras əmlakın Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət olması, ondan başqa vərəsənin qardaşı Cavabdeh2 olması qeyd olunmaqla, Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx.xx.2020ci il taixli ərizəsindən görünür ki, həmin ərizədə xx.xx.2010-cu il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan anası X15 vəfat etməsi, miras əmlakın Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət olması, ondan başqa vərəsənin qardaşı Cavabdeh1 qeyd olunmaqla, Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. (Həmin ərizə Cavabdeh2 əvəzinə Bərdə Regional “ASAN Xİdmət” Mərkəzində notariat ofisində xx.xx.2019-cu il taeixdə verilmiş 7E-30833 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X7 verilmiş 61**13048524 reyestr nömrəli, 1815**6458 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 1.03 ha olan torpaq sahəsinin X7 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X6 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X10 verilmiş 61**13048524 reyestr nömrəli, 1815**6458 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 1.03 ha olan torpaq sahəsinin X10 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, 182****271 qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Daşkənd kəndində yerləşən 1.03 ha torpaq sahəsi Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx.xx.2020ci il taixli ərizəsində qeyd etmişir ki, 20 oktyabr 2016-cı il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan bacısı X11 vəfat etmişdir. Miras əmlak Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var: qardaşı- Cavabdeh1Balabəy oğlu. Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. (Həmin ərizə Cavabdeh2 əvəzinə Bərdə Regional “ASAN Xİdmət” Mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə verilmiş 7E-30833 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 notarial qaydada təsdiq olunmuş xx.xx.2020ci il taixli ərizəsində qeyd etmişir ki, 20 oktyabr 2016-cı il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan bacısı X11 vəfat etmişdir. Miras əmlak Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var: qardaşı- Cavabdeh2. Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X6 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X10 verilmiş 61**13086291-10301 reyestr nömrəli, 182**13673 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 182.2 kv.m, yaşayış sahəsi 76.1 kv.m, köməkçi sahəsi 106.1 kv.m 3 otaqlı fərdi yaşayış evindən və DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X10 verilmiş 61**13086291-10301 reyestr nömrəli, 182**13673 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 0.31 ha olan torpaq sahəsinin X10 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X7 verilmiş 61**13086291-10301 reyestr nömrəli, 182**13673 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 0.31 ha olan torpaq sahəsinin X7 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş abonentin saldolarından görünür ki, ünvan 1 ünvanına quraşdırılmış qaz və işıq sayğacları İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 656 nömrəli məktubundan görünür ki, İddiaçı ərizə ilə müraciətinə əsasən “03 may 2010-cu ildə vəfat etmiş anası X8 və 20 oktyabr 2016-cı ildə vəfat etmiş bacısı X19 qizinin vəfatından sonra irs qalmış miras emlakın bir hissəsinə dair Bərdə regional «ASAN- Xidmət Mərkəzinin notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və onun adının vərəsələr siyahısına daxil edilməməsi” bildirilmişdir. Bərdə rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(021)-1842/2022 saylı qətnaməsindən nrazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(021)-1842/2022 saylı qətnaməsinin ləğv edilməsini, mərhumlar X5 və X3 miras qalan həmin əmlaklara onun, eyni zamanda digər bacı və qardaşlarının vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ilk növbədə işə onun iştirakı olmadan baxılmış, məhkəmə iclası barədə ona məlumat verilməmiş, məhkəmə qətnaməsi ona göndərilməmişdir. O, məhkəmə iclasında iştirak edə bilmədiyindən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə isə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mərhum anası və bacısı rəhmətə gedəndən sonra faktiki olaraq miras əmlakı o qəbul etmişdir. Təsərrüfta o başçılıq etmişdir. Mərhumların yas mərasimlərini və qəbirüstü abidənlərini o götürmüşdür. Bu barədə Bərdə rayon İHB-nın Yeni Daşkənd ərazi üzrə nümayəndəliyinin müvafiq arayışları var. Lakin, məhkəmə işə baxan zaman bu xüsusatları nəzərə almamışdır. Əgər işə onun iştirakı ilə baxılsa idi həmin faktları sübut edərdi. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğu apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ayrı təsərüfatda qeydə alınsa da anasının və bacısının sağlığından etibarən onlarla birlikdə o, və qardaşı Eynur yaşamışdır. Evin bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir ki bu barədə qəbzləri məhkəməyə təqdim edir. Cavabdeh qardaşı Cavabdeh2 1991-ci ildən, qardaşı Elçin Paşayev 1992-ci ildən, bacısı Afət Paşayeva isə 1996-cı ildən Rusiya Federasiyasında yaşayırlar və Rusiya vətəndaşıdırlar. Anasının və bacısının vəfatından sonra da həmin evdə o və qardaşı Eynur yaşamış, mirası faktiki olaraq yalnız onlar qəbul etmişlər. Digər bacıqardaşları yalnız yas mərasimində iştirak etmək üçün gəlmiş, sonra çıxıb getmişlər. Eynur 2017-ci ildə evlənmiş, evə gəlin gətirdikdən sonra isə münasibətləri pozulmuş və münaqişə olmaması üçün 2018-ci ilin aprel ayının 6-da evdən çıxmış, hazırda başqa evdə yaşamaqdadır. Onların mebel dəstləri hazırda mübahisəli evdədir. 2018-ci ilə kimi də pay torpağını Eynurla bilikdə o əkib-becəmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsin 7̇ saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq barəsində azadlağını məhdudlaşdırılması barədə hökm qəbul olunduğundanvə Bərdə şəhəri ərazisini tərk edə bilmədiyinən məhkəmə iclasında iştirak edə bilmir. Buna görə də nəzərə alınmasını xahiş etmişdir. Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materilları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(021)-1842/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq idda tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün nəticəyə gəlsə də, bəzi yuxarıda sadalanan və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə yanaşı, iddiaçının tələbinin mahiyyətinə düzgün hüquqi qiymət verməyərək, vərəsələrin miras əmlakdan onlara çatası paylarını da müəyyən etməmişdir. Belə ki, iddiaçı anası Paşayeva Pakizə İbrahim qızından və bacısı X2 miras qalan əmlaklara vərəsəlik hüququnun tanınmasını tələb etmişdir ki, həmin tələb mahiyyət etibarı ilə miras əmlakda payın müəyyən edilməsi olmuşdur. Birinci instansiya məhkəməsi isə iddia tələbinə formal yanaşaraq, onun mahiyyətinə düzgün hüquqi qiymət vermədən, X5 və X2 miras qalan əmlaklara İddiaçı vərəsəlik hüququnun tanınmasını qət etməklə, düzgün olmayan qətnamə çıxarmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və yeni qətnamə ilə iddia təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında isə işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, mərhum X13 ilə mərhum X6 birgə nikahından Cavabdeh2, Cavabdeh1, X16, X17 və X11 və İddiaçı doğulmuşlar. X13 xx.xx.1990-cı il tarixdə, X15 xx.xx.2010-cu il tarixdə, X11 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X15 və X4 vəfat etməsi ilə onların Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 1.03 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin və Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 0.31 ha olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin onlara məxsus hissəsinə, o cümlədən həmin torpaq sahəsində yerləşən X10 məxsus ümumi sahəsi 182.2 kv.m olan fərdi yaşayış evinə dair miras açılmışdır. X11 evlənmədiyindən və övladı olmadığından onun birinci növbədə vərəsəsi olmamışdır. Buna görə də iddiaçı və cavabdehlər ikinci növbə vərəsə qismində mirasa iddia etmişlər. İşin müəyyən edilmiş hallarına əsasən açılmış miras vərəsələrdən İddiaçı və Cavabdeh1 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh1 anaları X15 və bacıları X11 ilə birlikdə yaşamış, onlar vəfat etdikdən sonra da həmin miras qalmış evdə yaşamaqla, miras əmlakı idarə etməklə faktiki olaraq qəbul etmişlər. Həmçinin, miras qalmış kənd təsərüfatı təyinatlı torpaq sahəsi də onlar tərəfindən əkilib-becərilmişdir. İddiaçı 2018-ci il tarixdən etibarən miras qalmış evdən çıxıb, başqa ünvanda yaşasa da, 2018-ci il tarixinədək həmin ünvanda yaşayıb, mirası idarə etdiyindən mirası faktiki qəbul etmişdir ki, bununla da Mülki Məcəllənin 1255-ci maddəsinin tələbi baxımından miras açıldığı gündən onun mülkiyyəti hesab olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı mirası qəbul etməsi dolayısı ilə cavadbeh Cavabdeh1 tərəfindən də etiraf edilmişdir. Belə ki, cavadbeh Cavabdeh1 brinci instansiya məhkəməsində iddiaya qarşı hər hansı bir əsaslı dəlil irəli sürməməklə yanaşı, apellyasiya şikayəti üzrə isə tələbi mirasın bütün vərəsələr üzrə bölünməsi olmuşdur. Bu hallar da İddiaçı münasibətdə onun mirası qəbul etməsinin mübahsisəsiz olmasını təsdiq etmişdir. Cavabdehin birinci instansiya məhkəməsində keçirilmən məhkəmə iclaslarından məlumatsız olması ilə bağlı dəlili isə iş materialları ilə inkar olunmaqla, əsassız olmuşdur. Digər vərəsələrin isə mirası nə faktiki, nə də ki, rəsmi qaydada qəbul etməsi müəyyən edilməmişdir. Cavabdeh2 isə qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müracitə etməməklə yanaşı, mirası faktiki olaraq qəbul etməsi də iş materialları ilə sübut olunmamışdır. Buna baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07 yanvar 2020 və 14 sentyabr 2021-ci il tarixlərdə notariat orqanına müraciət edərək, miras əmlakın yalnız onlar tərəfindən qəbul edildiyini bildirməklə, mirası faktiki qəbul etmiş İddiaçı vərəsəliyə çağırılmalı olan şəxs olsa da, vərəsəliyə çağırılmamış və cavadbehlər tərəfindən gizlədilmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixli və 14 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə X2 və X5 qalmış miras əmlaklar üzərində 1/2 hissələrlə əsassız olaraq cavabdehlərin payı müyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin şəhadətnamələr ləğv edilməklə, həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilməli və miras qalmış əmlaklar üzərində mirası faktiki qəbul etmiş vərəsələr Cavabdeh1 və İddiaçı payı müəyyən edilməlidir. Payın həcminə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, 1815**6458 qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bərdə rayon Yeni Daşkənd kəndində yeləşən kənd təsərrüfatlı təyinatlı 1.03 ha torpaq sahəsi X15, Cavabdeh2, Cavabdeh1 və X4 ümumi birgə mülkiyyətində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, 182**13673 qeydiyyat nömrəli Çıxarışa əsasən isə Bərdə rayon Yeni Daşkənd kəndində 0.31 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182.20 kv.m olan fərdi yaşayış evi X6 tam mülkiyyətində, həmin 0,31 ha torpaq sahəsi isə X15, Cavabdeh2, Cavabdeh1 və X4 ümumi birgə mülkiyyətində olmuşdur ki, bununla da Mülki Məcəllənin 214.1-ci maddəsinin tələbi baxımından miras qalmış əmlak Bərdə rayon Yeni Daşkənd kəndində yerləşən 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Bərdə rayon Yeni Daşkənd kəndində yerləşən fərdi yaşayış evinin 0.31 ha həyətyanı torpaq sahəsinin X6 və X4 hər birinə məxsus olan 1/4 hissəsindən və ümumi sahəsi 182.20 kv.m olan X6 tam mülkiyyətində olan fərdi yaşayış evindən ibarət olmuşdur. Mirasın Cavabdeh1 və İddiaçı tərəfindən faktiki olaraq qəbul edildiyi nəzərə alındıqda, onlar miras qalmış əmlakdan 1/2 hissə ilə pay almış hesab olunurlar. Cavabdeh2, o cümlədən Cavabdeh1 ümumi əmlakın birgə mülkiyyətçisi olması da nəzərə alındıqda, ümumi əmlak olan Bərdə rayon Yeni Daşkənd kəndində yerləşən 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Bərdə rayon Yeni Daşkənd kəndində yerləşən fərdi yaşayış evinin 0.31 ha həyətyanı torpaq sahəsinin 2/8 hissəsi üzərində Cavabdeh2, 2/8 hissəsi üzərində İddiaçı, 4/8 hissədə isə Cavabdeh1, Bərdə rayon Yeni Daşkənd kəndindəki 0.31 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182.20 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi üzərində Cavabdeh1, 1/2 hissəsi üzərində isə İddiaçı payı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(021)-1842/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(021)-1842/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Bərdə regional “ASAN” xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-7 və 2V-8 nömrəli, xx.xx.2020-ci il tarixli, 2V-794 nömrəli, 2V-795 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr və həmin Şəhadətnamələr əsasında Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydlər ləğv edislin. Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən, Daşınmaz əmlakın Dövlət reyestrində 61**13048524 reyestr nömrəsi ilə qeydə alınmış 1.03 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsininin 2/8 (səkkizdə iki) hissəsi üzərində Cavabdeh2, 2/8 (səkkizdə iki) hissəsi üzərində İddiaçı, 4/8 (səkkizdə dörd) hissəsi üzərində isə Cavabdeh1 payı müəyyən edilsin. Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən Daşınmaz əmlakın Dövlət reyestrində 61**13086291-10301 reyestr nömrəsi ilə qeydə alınmış 0.31 ha yaşayış məntəqələri torpaq sahəsinin 2/8 (səkkizdə iki) hissəsi üzərində Cavabdeh2, 2/8 (səkkizdə iki) hissəsi üzərində İddiaçı, 4/8 (səkkizdə dörd) hissəsi üzərində Cavabdeh1, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 182.20 kv.m olan fərdi yaşayış evinin 1/2 (ikidə bir) hissəsi üzərində İddiaçı, 1/2 (ikidə bir) hissəsi üzərində isə Cavabdeh1 payları müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 1** (yüz) manat dövlət rüsumu Cavabdeh2 və İddiaçı alınaraq, İddiaçı verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.