Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-481/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və cavabdeh X11 X2 Cəmiyyətinin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh X11 X6 Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli 2(062)-2223/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X11 Kompleksi MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək X12 MMC-nin direktoru X4 tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli 39 saylı əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X11 Kompleks MMC-nin direktoru X7 ilə 13.01. 2023-cü il tarixdə xxxxxxx000300 nömrəli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli 39 saylı əmrlə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və AR ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir. Barəsində verilmiş əmrdə işdən azad edilməsinin səbəbi kimi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli 39 saylı əmrdə bildirilir ki, Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinin "xxxx" (72-ci maddənin “a” bəndinə - özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi 32 gün) bəndinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən xitam verilmiş və işçi ilə son haqq-hesab aparılsın, İddiaçı son haqq-hesabı, əmək kitabçası və əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci bəndinə əsasən son iş günü verilsin. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan son haqq-hesab qanunvericiliyə uyğun şəkildə hesablanaraq mühasibatlığa əlavə edilsin. Azərbaycan Rerspublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işə götürənin yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Cavabdeh onu qərəzli olaraq AR ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad etmişdir. Belə ki, X12 MMC-nin direktoru 3 aydır ki, ona bildirir ki, öz ərizəsi ilə işdən çıxsın. O isə demişdir ki, üzərinə düşən öhdəlikləri yerinə yetirir. İşdən çıxmağına səbəb yoxdur. Prokurorluğa şikayət edəcəyini, aidiyyəti qurumlara şikayət edəcəyini bildirdiyinə görə cavadeh onu qərəzli olaraq işdən azad etmişdir. İşlədiyi müddətdə heç bir əmək intizamını pozmamış, həmişə yaxşı işçilər sırasında olmuş, öhdəsinə düşən işi vaxtında və layiqincə yerinə yetirmişdir. Onu işdən çıxardan müdiriyyətə bildirmişdir ki, ailə vəziyyəti son dərəcə ağırdır. Ona görə də qərəzli olaraq barəsində belə bir əmrin verilməsini AR ƏM-nin maddələrinin və normalarının pozulması kimi qiymətləndirilir. Odur ki, X12 MMC-nin direktoru X4 tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixli 39 saylı əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli 2(062)-2223/2024 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) İddiaçı cavabdeh X11 Kompleksi MMC-yə qarşı xx.xx.2024-cü il tarixli 39 saylı əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə iddiasının təmin olunmaması qət edilmişdir İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (062)-2223/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək cavabdeh tərəflə əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilməsi ilə bağlı razılıq əldə olunduğunu, ona görə də iddiadan imtina etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 X2 Cəmiyyətinin nümayəndələri X3 və X5 iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsaslarının dəyişdirilməsi ilə bağlı razılaıq əladə olunduğuna, bu səbəbdən də iddiaçının iddia tələbindən imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəfləri dinləyərək hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 191-ci maddəsinin məzmununa görə, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclas protokoluna yazılır və protokolu müvafiq olaraq iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 370.1-ci maddəsinə görə apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa işin icraatına xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiadan imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizə imzalayıb apellyasiya məhkəməsinə vermişdir. Hazırki iş üzrə iddiadan imtina qanunauyğun şəkildə edilmiş və məhkəmə tərəfindən qəbul edilməməsinə əsas olan heç bir hal yoxdur. Ona görə də, kollegiya hesab edir ki, İddiaçı iddia tələbindən imtinası qəbul edilməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (062)-2223/2024 saylı qətnaməsi ləğv edilərək iş üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 369, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2223/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X11 X6 Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-481/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-481/2025
09.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver