Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-485/2025 28.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı kredit borcunun qaytarılması və borcun girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(62)-227/2017 saylı qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı "xxxx" ASC cavabdeh X2 qarşı kredit borcunun qaytarılması və borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-227/2027 nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-227/2017 qərardadı (hakim Fərid Əliyev) ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)- 227/2017 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh X4 qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilərək mülki iş materiallarının apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-227/2017 nömrəli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-2161/2024 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-227/2027 nömrəli qərardadının ləğv edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 227/2027 nömrəli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün işin Tovuz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-227/2017 nömrəli qərardadı ilə qeyd olunan şikayət geri qaytarılmışdır. Cavabdeh X4 məhkəməyə şikayət ünvanlayaraq, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-227/2017 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, şikayət qanunamüvafiq olaraq elektron kabinet vasitəsi ilə verilmişdir. Lakin məhkəmə tərəfindən bu hallar nəzərə alınmamışdır. Məhkəmə verilmiş apellyasiya şikayətinin 2017-ci ilin əl ilə imzalanmış qətnaməsindən verildiyini nəzərə almamaqla səhvə yol vermişdir. Bundan başqa onun apellyasiya şikayətini poçt vasitəsi ilə vermədiyi də iş materillarına əsasən sübuta yetir. Belə olan halda göstərilə əsasla apellyasiya şikayətinin geri qaytarılması qanunsuzdur. Məhkəmə qeyd olunanları nəzərə almayaraq, iş üzrə maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Məhkəmə onun apellyasiya şikayətini elektron sistem vasitəsi ilə göndərdiyinə düzgün qiymət verməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-227/2017 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin heç bir müraciət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(62)- 227/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh X4 tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası cavabdeh X1 şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin 2017-ci ilin əl ilə imzalanmış qətnaməsindən verilməsinə, həmçinin apellyasiya şikayətini poçt vasitəsi ilə verməsinə dair dəlillərinə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-2161/2024 nömrəli qanuni qvvəsini almış qərardadı ilə hüquqi qiymət verilmişdir. Göründüyü kimi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(62)-227/2017 saylı qərardadından cavabdeh X1 verdiyi şikayət onun tərəfindən elektron qaydada imzalanmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 10-1, 363 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(62)-227/2017 saylı qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(62)-227/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-485/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-485/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver