Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-493/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, X12, X13, İddiaçı2 və X1 cavabdehlər X2, X9 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı, həmçinin digər İddiaçı1 nümayəndəsi İddiaçı2, iddiaçı X4, cavabdeh X3 və nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, X12, X13, İddiaçı2 və X1 cavabdehlər X2, X9 və Cavabdeh2 qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(058)-13/2023 nömrəli qətnaməsindən cavabdeh X9 və nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN 124 KOD 50705018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə 2.58 hektar pay torpaq sahəsi İddiaçı1, X5, X4, İddiaçı2 və X10 və digər ailə üzvünün mülkiyyətinə verilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi mülkiyyətində olan 2.58 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.48 ha hissəsinin X2 tərəfindən, 0.27 ha hissəsinin X9 tərəfindən, 0.09 ha hissəsinin Cavabdeh2 tərəfindən faktiki istifadədə olduğu müəyyən edilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Lüksemburq kəndində yerləşən 0.12 ha torpaq sahəsi X3 adına qeydə alınmışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixli, **********87 reyestr nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Köbər kəndində yerləşən 0.8764 ha torpaq sahəsi X14 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********22 saylı məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı1 və ailə üzvlərinin ümumi mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-124 (KOD ********) saylı Dövlət Aktına və torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə istinad edilmiş və nəticə etibari ilə, JN-124 (KOD ********) saylı Dövlət Aktına əsasən iddiaçı tərəfin mülkiyyətlərində olan torpaq sahəsinin 0.27 ha hissəsinin X3 faktiki istifadə sahəsi ilə üst-üstə düşmə halı müəyyən olunmuşdur. Hal-hazırki mülki iş üzrə araşdırma zamanı, MA seriyalı, ******* saylı xx.xx.2011-ci il tarixli çıxarışla cavabdeh X3 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi də daxil olmaqla faktiki istifadəsində olan 0.27 ha torpaq sahəsinin, torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə və JN-124 (KOD ********) saylı Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Lakin, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları ilə hazırlanmış yeni xəritə materiallarına istinadən, JN-124 (KOD ********) saylı dövlət aktı əsasında iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin hal-hazırda naturada yerləşmə vəziyyətinə əsasən, MA seriyalı ******* saylı xx.xx.2011-ci il tarixli çıxarışla cavabdeh X3 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi də daxil olmaqla faktiki istifadəsində olan 0.27 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2380 nömrəli rəyindən görünür ki, dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi mülkiyyətində olan 2.58 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.48 ha hissəsinin X2 tərəfindən, 0.27 ha hissəsinin X9 tərəfindən, 0.09 ha hissəsinin Cavabdeh2 tərəfindən faktiki istifadədə olduğu müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1, X12, X13, İddiaçı2 və X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus torpaq sahəsinin cavabdehlər X2, X9 və Cavabdeh2 tərəfindən zəbt edilmiş 0.88 ha hissəsindən cavabdehlərin çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, onların ailə üzvlərinə Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə kənd təssərüfatı məhsulları istehsalı üçün 2.58 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN 124 KOD 50705018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. Lakin cavabdehlər onlara məxsus torpaq sahəsinin 0.88 ha hissəsini zəbt etmişdirlər. Cavabdehlər könüllü olaraq onlara məxsus torpaq sahəsindən çıxmadıqlarından məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Odur ki, iddia tələbinin təmin olunması xahiş olunur.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı, həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı X12 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı X13 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı X10 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil, tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ekspert rəyi ilə razı deyil, tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-13/2023 nömrəli qətnaməsi ilə (hakim T.Kərimova) iddianın qismən təmin edilməsi, cavabdeh X9, JN 124 KOD 50705018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçılar İddiaçı1, X7, X8, İddiaçı2 və X6 məxsus olan kənd təssərüfatı təyinatlı torpağın istifadə etdiyi 0.27 ha hissəsindən, Cavabdeh2 JN 124 KOD 50705018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçılar İddiaçı1, X7, X8, İddiaçı2 və X6 məxsus olan kənd təssərüfatı təyinatlı torpağın istifadə etdiyi 0.09 ha hissəsindən çıxarılmaları qət edilmişdir.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh X9 və nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-13/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 10/2380 nömrəli məhkəmə mühəndis-texnik ekspertizası rəy vermişdir ki, guya Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvülərinin ümumi mülkiyyətində olan 2,58 ha kənd təsərrüfatlı təyinatl torpaq sahəsinin 0,48 ha hissəsinin X2 tərəfindən, 0,27 ha hissəsinin onun tərəfindən, 0,09 ha hissəsi isə Cavabdeh2 tərəfindən faktiki istifadə olunur. Halbuki, ona xx.xx.2011-ci il tarixdə fərdi yaşayış evi tikdirmək üçün MA seriyalı, ******* saylı, reyestr nömrəsi **********58-10301 çıxarışla verilmiş 0,12 ha torpaq sahəsi, 0,27 ha torpaq sahəsinə və onunla üst-üstə düşmür. Məhkəmə dövründə ekspertizanın rəyi ilə tanış olarkən etirazını bildirmiş və ölçülərin düzgün aparılmamasını göstərmişdir. Torpaq sahəsi ona verilən vaxtdan o, həmin torpaq sahəsindən istifadə edir və torpaq sahəsində ev tikdirmişdir. Kənar koordinatlar Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları tərəfindən ölçülüb ona verilmişdir. Həmin vaxtdan da hazıradək həmin qaydada istifadə edir. İddiaçılar X12, X13, X10, İddiaçı2 iddia ərizəsində 2,58 ha torpaq sahəsinin 0,27 ha hissəsinin onun tərəfindən zəbt edildiyini göstərsə də, bu düzgün göstərilməmişdır. Belə ki, həmin torpaq sahəsi ölçülməli, koordinatları göstərilməli idi və bu zaman müəyyən olunardı ki, o, həqiqətən də iddiaçıların torpaq sahəsindən istifadə etmir. Bu baxımdan da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi işə səthi yanaşaraq, işin hallarını yoxlamayaraq torpaq sahəsinin sənədləri ilə tanış olmadan və baxış keçirmədən iddiaçıların xeyrinə yalan rəy vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 2(058)-28/2022 nömrəli mütəxəsis rəyində göstərilmişdir ki, MA seriyalı ******* saylı, xx.xx.2011-ci tarixli, reyestr nömrəsi **********58-10301 çıxarışla cavabdeh X3 mülkiyyətində olan 0,12 ha torpaq sahəsidə daxil olmaqla faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsinin, torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə və JN-124(KOD ********) saylı Dövlə Aktına əsasən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Lakin, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları ilə hazırlanmış yeni xəritə materiallarına istinadən JN-124 (KOD ********) saylı Dövlət Aktı əsasında iddiaçıları mülkiyyətlərində olan torpaq sahəsinin halhazırda naturada yerləşmə vəziyyətinə əsasən MA seriya ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışla cavabdeh X3 mülkiyyətində olan 0,12 ha torpaq sahəsi daxil olmaqla faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müyyən olunmuşdur.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 və nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-13/2023 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdilər.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, həmçinin digər İddiaçı1 nümayəndəsi İddiaçı2 və iddiaçı X13 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirdilər və şikayətin təmin edilməməsini, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-13/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
22. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
23. Məhkəmə kollegiyasının iclasında mütəxəssis kimi dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Yerquluşunun təşkili şöbəsinin əməkdaşı X17 bildirdi ki, cavabdeh X3 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi də daxil olmaqla faktiki istifadəsində olan 0.27 ha torpaq sahəsi torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə və dövlət aktına əsasən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur, Lakin, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il, 07 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları (TEKİÜS) ilə hazırlanmış yeni xəritə materiallarına istinadən, iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin hal-hazırda naturada yerləşmə vəziyyətinə əsasən, çıxarışla cavabdeh X3 mülkiyyətində olan 0.12 ha torpaq sahəsidə daxil olmaqla faktiki istifadəsində olan 0.27 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunur.
24. Məhkəmə kollegiyasının iclasında mütəxəssis kimi dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Yerquluşunun təşkili şöbəsinin əməkdaşı X11 bildirdi ki, mütəxəssis tədqiqatı ilkin olaraq suala uyğun olaraq ərazinin kompleks yerquruluşu layihəsinə, daha sonra isə hal-hazırda tətbiq olunan Azərbaycan Respublikası Prezidentinin 2016-cı il, 07 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları (TEKİÜS) ilə hazırlanmış yeni xəritə materiallarına istinadən aparılmışdır. İddiaçılara verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarış da məhz “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları ilə hazırlanmış yeni xəritə materiallarına uyğun olaraq verilmişdir.
25. Məhkəmə kollegiyasının iclasında ekspert kimi dindirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı X15 bildirdi ki, ekspert rəyi qərardadda ekspert qarşısında qoyulmuş suallar əsasında tərtib edilir və suallardan kənara çıxmırlar. Mütəxəssis rəyinin ikinci hissəsi, yəni X3 mülkiyyətində olan torpaq sahəsinin hal-hazırkı naturada yerləşmə vəziyyəti ilə bağlı məsələ qeyd kimi göstərildiyindən, onlar tərəfindən ekspert rəyinə əlavə edilməmişdir. Digər tərəfdən, onlarda baza məlumatları olmadığına görə işin digər hallarını müəyyən edə bilmirlər.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Cavabdeh X9 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini onun iddiaçılara məxsus olan kənd təssərüfatı təyinatlı torpaq sahəsinin 0.27 ha hissəsindən çıxarılması hissəsində mübahisələndirdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır.
34. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməlidir.
35. İş materialları ilə müəyyən edilir ki, JN 124 KOD 50705018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə 2.58 hektar pay torpaq sahəsi İddiaçı1, X5, X4, İddiaçı2 və X10 və digər ailə üzvünün mülkiyyətinə verilmişdir. İddiaçılar onlara məxsus torpaq sahəsinin cavabdeh Ç.Əhmədova tərəfindən zəbt olunduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişlər.
36. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN 124 KOD 50705018 saylı Dövlət aktına əsasən iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert tədqiqatı keçirilmiş və müvafiq rəylər alınmışdır.
37. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********22 saylı məktuba əlavə edilmiş mütəxəssis rəyi ilə İddiaçı1 və ailə üzvlərinin ümumi mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-124 (KOD ********) saylı Dövlət Aktına və torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə istinad edilmiş və nəticə etibari ilə, JN-124 (KOD ********) saylı Dövlət Aktına əsasən iddiaçı tərəfin mülkiyyətlərində olan torpaq sahəsinin 0.27 ha hissəsinin, X3 faktiki istifadə sahəsi ilə üst-üstə düşmə halı müəyyən olunmuşdur. Hal-hazırki mülki iş üzrə araşdırma zamanı, MA seriyalı, ******* saylı xx.xx.2011- ci il tarixli çıxarışla cavabdeh X3 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi də daxil olmaqla faktiki istifadəsində olan 0.27 ha torpaq sahəsinin, torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə və JN-124 (KOD ********) saylı Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Lakin, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları ilə hazırlanmış yeni xəritə materiallarına istinadən, JN-124 (KOD ********) saylı dövlət aktı əsasında iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin halhazırda naturada yerləşmə vəziyyətinə əsasən, MA seriyalı ******* saylı xx.xx.2011-ci il tarixli çıxarışla cavabdeh X3 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi də daxil olmaqla faktiki istifadəsində olan 0.27 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur.
38. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2380 nömrəli rəyi ilə, dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi mülkiyyətində olan 2.58 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.48 ha hissəsinin X2 tərəfindən, 0.27 ha hissəsinin X9 tərəfindən, 0.09 ha hissəsinin Cavabdeh2 tərəfindən faktiki istifadədə olduğu müəyyən edilmişdir.
39. Verilmiş mütəxəssis və ekspert rəylərində olan ziddiyətli məqamların aydınlaşdırılması üçün mütəxəssislər və ekspert məhkəmə kollegiyasının iclasında dindirilmiş və müəyyən edilmişdir ki, cavabdeh X3 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi də daxil olmaqla faktiki istifadəsində olan 0.27 ha torpaq sahəsi torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə və dövlət aktına əsasən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunsa da, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il, 07 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları ilə hazırlanmış yeni xəritə materiallarına istinadən, iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin halhazırda naturada yerləşmə vəziyyətinə əsasən çıxarışla cavabdeh X3 mülkiyyətində olan 0.12 ha torpaq sahəsidə daxil olmaqla faktiki istifadəsində olan 0.27 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunur.
40. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Odur ki, hal-hazırda mülkiyyətindən asılı olmayaraq bütün torpaq sahələri barədə məlumatlar, o, cümlədən onların yerləşəmə vəziyyəti, müvafiq torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələr və.s məhz qeyd edilən qaydalar əsasında yaradılmış rəqəmsal kadastr xəritəsinin məlumatlarına əsasən müəyyən edilir.
41. İş materiallarından göründüyü kimi, cavabdeh X3 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi də daxil olmaqla faktiki istifadəsində olan 0.27 ha torpaq sahəsinin yuxarıda qeyd edilmiş qaydalar əsasında hazırlanmış yeni xəritə materiallarına əsasən hal-hazırda mövcud naturada yerləşmə vəziyyətinə əsasən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunur.
42. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********22 saylı məktuba əlavə edilmiş mütəxəssis rəyini əsaslı hesab edir və onu mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, rəy kifayət qədər tam və aydındır.
43. Birinci istansiya məhkəməsi ekspert rəyinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, müvafiq ekspertiza tədqiqatı mütəxəssis rəyinə uyğun aparılsa da, lakin mütəxəssis rəyində göstərilmiş əsaslara tam diqqət verilməmiş, odur ki, rəy natamam hazırlanmış və işin faktiki hallarına uyğun olmamışdır.
44. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla həmin hissədə iddia tələbi təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-13/2023 saylı qətnaməsi qismən (mübahisələndirilən hissədə), yəni “cavabdeh X3 JN 124 KOD 50705018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçılar İddiaçı1, X7, X8, İddiaçı2 və X6 məxsus olan kənd təssərüfatı təyinatlı torpağın istifadə etdiyi 0.27 ha hissəsindən çıxarılması”nın təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.