Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-504/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-67/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonunun Səfikürd kəndində yerləşən onun mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-67/2024 nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilmiş, Cavabdeh İddiaçı MA seriyalı, ******* nömrəli çıxarışla məxsus olan 0,0075 ha torpaq sahəsinin 10 kv/m hissəsindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəyə əlavə olunmuş sxemə uyğun olaraq çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması, ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-67/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərar əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin 10 kv.m hissəsi onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsi naturada təqdim olunarkən iddiaçının iddia etdiyi torpaq sahəsi faktiki olaraq ona verilmişdir. Sonradan qeyd edilən torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərkən sürüşmə aparılmış və torpaq sahəsinin 10 kv.m hissəsi iddiaçının torpaq sahəsi kimi göstərilmişdir. Hesab edir ki, iş üzrə əlavə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsinə zərurət vardır. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etmiuş və onun həmin torpaq sahəsində tikinti işləri aparmasına maneçilik edir. Həmin ərazidə cavabdehə aid torpaq sahəsi mövcud deyildir və heç bir qanuni sənədi yoxdur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-67/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, apellyasiya şikayətinə əlavə etdiyi, yəni işin 75-ci vərəqəsində olan onun mülkiyyətində olan 10 sot torpaq sahəsinin hazırkı işlə bağlığlığı yoxdur və həmin 10 sot torpaq sahəsi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşir. Mübahisəli ərazidə isə onun faktiki istifadəsində torpaq sahəsi vardır və bununla bağlı sənədlərini növbəti məhkəmə prosesində təqdim edə bilər. Ona görə də, işoin qısa müddətə təxirə alınmasını xahiş etmişdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-67/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Səfikürd kəndində yerləşən 0.0075 ha sahibkarlıq fəaliyyti üçün nəzərdə tutulmuş torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2024-cü il tarixli, 3-16-16/1-10/6765 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı hal-hazırda hər hansı torpaq sahəsindən istifadə etmədiyi, Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsinin kontur, koordinat və parametrləri **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrinin MA seryalı, ******* nömrəli çıxarışında göstərilən torpaq sahəsinin planı və ölçüsü ilə eyni deyil, bir hissəsindən istifadə etdiyi və **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrinin MA seryalı, ******* nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 10 kv/m hissəsi ilə Cavabdeh istifadəsindəki torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsaslanmış və hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının torpaq sahəsindən çıxarılma tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və buna dair çıxarış verilmişdir. Buna baxmayaraq, həmin 0.0075 ha torpaq sahəsinin 10 kv/m hissəsi Cavabdeh istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də, cavabdehin sahibliyi qanunsuzdur və iddiaçı cavabdehə qarşı tələbində haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışla Goranboy rayonu Səfikürd kəndində yerləşən 0.0075 ha sahibkarlıq fəaliyyti üçün nəzərdə tutulmuş torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspertiza rəyi ilə İddiaçı hal-hazırda hər hansı torpaq sahəsindən istifadə etmədiyi, **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrinin MA seryalı, ******* nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 10 kv/m hissəsi ilə Cavabdeh istifadəsindəki torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdehin isə, həmin torpaq sahəsindən istifadəyə dair heç bir hüquqi sənədi yoxdur. Cavabdeh apellyasiya şikayətinə əlavə etdiyi, yəni işin 75-ci vərəqəsində olan onun mülkiyyətində olan 10 sot torpaq sahəsinin hazırkı işlə bağlığlığı yoxdur. Belə ki, həmin 10 sot torpaq sahəsi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşir. İddia olunan torpaq sahəsi isə, Goranboy rayonunun Səfikürd kəndində yerləşməklə, iddiaçınıən mülkiyyətindədir.Mübahisəli ərazidə isə onun faktiki istifadəsində torpaq sahəsi vardır və bununla bağlı sənədlərini növbəti məhkəmə prosesində təqdim edə bilər. Ona görə də, işoin qısa müddətə təxirə alınmasını xahiş etmişdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh mübahisə edilən torpaq sahəsi ilə bağlı sənədlərini növbəti məhkəmə prosesində təqdim edəcəyini bildirmiş, bu əsasla məhkəmə iclası təxirə alınsa da, Cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə cavabdehin iştirakı olmadan baxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə edilən torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmaqla, cavabdehin həmin torpaq sahəsindən istifadəsi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-67/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-67/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-504/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-504/2025
13.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver