Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-51/2023 22.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: avtomobil yolunun açılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı1 vəkili X7 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı zəbt edilmiş avtomobil yolunun açılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(042)-76/2020 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X14 kitabında 15 mart 2010-cu il tarixdə 125 nömrə ilə qeydiyyata alınmış A 087701 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı1 2297,65 kv.m həyətyanı torpaq sahəsi verilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X14 kitabında 15 mart 2010-cu il tarixdə 126 nömrə ilə qeydiyyata alınmış A 087702 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı1 7883,57 kv.m həyətyanı torpaq sahəsi verilmişdir.
3. Gədəbəy Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2(042)-672/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X8 və X2 qarşı avtomobil yolunun zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilərək, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən və iddiaçı Cavabdeh1 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər İddiaçı1, X8 və X1 zəbtindən azad edilməsi və həmin yola edilən hər cür manelərin aradan qaldırılması qət olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 Cavabdeh1 qarşı zəbt edilmiş avtomobil yolunun açılması tələbi ilə Gədəbəy Məhkəməsində iddia qaldıraraq, cavabdeh tərəfindən onun evinə gedən avtomobil yolunun zəbtdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 doğma qardaşıdır və torpaq sahələri qonşuluqda yerləşir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X14 kitabında 15 mart 2010-cu il tarixdə 125 nömrə ilə qeydiyyata alınmış A 087701 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədinə əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı1 2297,65 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Eləcədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X14 kitabında 15 mart 2010-cu il tarixdə 126 nömrə ilə qeydiyyata alınmış A 087702 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədinə əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı1 7883,57 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən fərdi yaşayış evinə gedişgəliş üçün avtomobil yolu açmış və cavabdehlə birlikdə birmüddət yoldan birlikdə istifadə etmişlər. Sonradan aralarındakı münasibətlər pozulduğundan cavabdeh məhkəmədə iddia qaldırmış və Gədəbəy Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2(042)-672/2018 nömrəli qətnaməsi ilə Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən və iddiaçı Cavabdeh1 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər İddiaçı1, X8 və X1 zəbtindən azad edilmiş və həmin yola edilən hər cür manelər aradan qaldırılmışdır Həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Halbu ki, sözügedən avtomobil yolu onun fərdi yaşayış evinə gedir və mülkiyyətində olan torpaq sahəsindən keçir, lakin cavabdeh tor məftil çəkmiş və həmin yoldan istifadə etməsinə maneə törədir.
6. Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(042)-76/2020 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia ərizəsi təmin edilməmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 170.1, 175.1, 175.3 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 191.3, 217.4, 216-227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
8. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparmamış və təqdim olunmuş subutlara qiyməıt verməmişdir. Mülkiyyətində olan torpaq sahəsindən yol açılmış və cavabdeh istifadə edir, onun evinə gedən yolu isə bağlamışdır.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli 2(104)-2404/2020 nömrəli qətnaməsi (sədrlik edən və məruzəçi hakim: F.Mehtiyev, hakimlər: L.Süleymanov, Ş.Rzaquliyev) ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(042)-76/2020 nömrəli qətnaməsi dəyişdirlmədən saxlanılması qət edilmişdir.
11. Apellyasiya instansiya məhkəməsi Gədəbəy Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2(042)-672/2018 nömrəli qətnaməsini mötəbər sübut kimi qəbul etmişdir. Eləcədə iş üzrə iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri işdə olan sübutlarla öz təsdiqini tapmamış və birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir.
Kassasiya instansiya məhkəməsində icraat:
12. İddiaçı1 kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli 2(102)-1889/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim: Ə.Nurməmmədov, hakimlər: A.Hüseynov, İ.Xələfov) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi; Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2404/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli qərarı ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbini faktiki əsasını cavabdehin yoldan istifadə nəticəsində onun evinə gedən yolun bağlanması təçkil edir. Bu hal isə yəni cavabdehin iddiaçının fərdi yaşayış evinə gedən yolun cavabdeh tərəfindən tutulub-tutulmaması Gədəbəy Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2(042)-672/2018 nömrəli qətnaməsindən müəyyən edilmir. Məhkəmə bu halı yenidən müayinə keçirməklə, yaxud baxış nəticəsində mütəxəssis rəyi almaqla müəyyən edə bilərdi, ancaq həmin hərəkətlərin edilməsi iş materiallarından görünmür.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat:
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları,
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili X10 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçının fərdi yaşayış evinə gedən ümumi istifadədə olan yolu zəbt etmişdir. X4 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçı1 vəkili X10 ilə təmsil edilmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
20. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
23. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
24. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
25. Maddə 175 Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
26. Maddə 18.2 Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.
27. Maddə 20 Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.
28. Maddə 47 Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
29. Maddə 49 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
38. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
39. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(042)- 76/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmalıdır.
44. İşin halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X14 kitabında 15 mart 2010-cu il tarixdə 125 nömrə ilə qeydiyyata alınmış A 087701 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədinə əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı1 2297,65 kv.m və 7883,57 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh1 məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsi qonşuluqda yerləşir. İddiaçı Bayrab Bayraməliyev fərdi yaşayış evinin yerləşdiyi əraziyi gedən avtomobil yolunun cavabdeh tərəfindən bağlandığını əsas gətirərək hazırkı iddia ilə məhkəmədə iddia qaldırmış, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya icraatı zamanı İddiaçı1 yaşadığı fərdi yaşayış evinə gedən avtomobil yolundan onun istifadə etməsinə Cavabdeh1 tərəfindən maneçilik törədilib-törədilməməsini, eləcədə avtomobil yolunun İddiaçı1 mülkiyyətində olubolmamasını müəyyən etmək üçün məhkəmə tikinti-texniki və torpaqşünaslıqyerquruluşu ekspertizaları təyin etmişdir.
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 17 mart 2023-cü il tarixli 10/838 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 13 yanvar 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh1 fərdi yaşayış evinə gedən avtomobil yolunun İddiaçı1 mülkiyyətində olan Gədəbəy rayonu Yenikənd kəndində yerləşən torpaq sahəsindən keçmədiyi müəyyən edilmişdir. Belə ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahələri kompleks yerquruluşu xəritəsində nəzərdə tutulan yolun sağ və sol (yolun alt və üst hissəsində) tərəfindən yerləşdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən Cavabdeh1 Yunis oğlunun fərdi yaşayış evinə başqa avtomobil yolunun nəzərdə tutulmadığı müəyyən edilmişdir. Həmçinin mütəxəssis rəyinə əsasən İddiaçı1 mülkiyyətində olan Gədəbəy rayonu Yenikənd kəndində yerləşən torpaq sahəsindən avtomobil yolunun keçmədiyi müəyyən edilmişdir.
47. Gədəbəy Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2(042)-672/2018 nömrəli qətnaməsinin surətindən də müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 26 sentyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən Gədəbəy rayonu Yenikənd kəndində yerləşən Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli qərarı ilə Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə avtomobil yolu nəzərdə tutulmuş, eləcədə həmin avtomobil yolunun eni müxtəlif məsafələrdə fərqli olmaqla İddiaçı1, X9 və X3 tərəfindən istifadəsinə maneə yaradılmışdır. Ona görədə həmin qətnamə ilə Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən və iddiaçı Cavabdeh1 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər İddiaçı1, X8 və X1 zəbtindən azad edilməsi və həmin yola edilən hər cür manelərin aradan qaldırılması qət olunmuşdur.
48. İddiaçının mülkiyyətində olan torpaq sahəsi yolun sağ və sol tərəfində yerləşir Avtomobil yolu tərəflərin mülkiyyətində olan torpaq sahəsindən keçməsədə, həmin yol ilkin olaraq İddiaçı1 tərəfindən zəbt edilmiş və Gədəbəy Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2(042)-672/2018 nömrəli qətnaməsi ilə ümumi istifadədə olan yola maneənin aradan qaldırılması qət olunmuşdur. Hazırda isə Cavabdeh1 həmin yolu zəbt etmiş və iddiaçının həmin yoldan istifadəsinə maneə yaratmışdır.
49. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı işin hallarına münasibətdə tam əsaslı olduğundan təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(042)-76/2020 nömrəli qətnaməsi ləğv olunmalı və İddiaçı1 Cavabdeh1 qarşı zəbt edilmiş avtomobil yolunun açılması tələbinə dair iddiası təmin edilməlidir.
50. Eləcədə işdən müəyyən olunur ki, İddiaçı1 mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 95 manat ödəniş etmişdir.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərininə dair 17 mart 2023-cü il tarixli 10/838 nömrəli bildirşdən isə görünür ki, aparılmış tətqiqatın dəyəri 100 manat təşkil edir.
52. Kollegiya hesab edir ki, Cavabdeh1 95 manat alınaraq İddiaçı1, eləcədə 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X6, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(042)-76/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1 Cavabdeh1 qarşı zəbt edilmiş avtomobil yolunun açılması tələbinə dair iddiası təmin edilsin. Gədəbəy rayonu Yenikənd kəndində yerləşən və İddiaçı1 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulan avtomobil yolu zəbtdən azad edilsin və həmin yola Cavabdeh1 tərəfindən edilən hər cür maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh1 95 manat alınaraq İddiaçı1 verilsin. Aperılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X6, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.