Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-52/2024 16.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(042)-65/2022 saylı qətnaməsindən cavbdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinə DƏDRXnin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli, ******* saylı Çıxarış əsasında 0.50 ha əkin üçün verilmiş pay torpaq sahəsindən cavabdehlərin çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Gədəbəy rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarı əsasında ümumilikdə 0,50 ha əkin pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdə ******* saylı çıxarış almışdır. Ona və ailə üzvülərinə verilmiş pay torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutaraq 20 ildən artıqdır ki, istifadə edir. Lakin bugünku günü cavabdehlə onların arasında narazılıqlar yaranır. Bu səbəbdən onların torpaq sahəsinin sərhədləri müəyyən edilməklə onun torpaq sahəsindən cavabdehlərin məcburi şəkildə çıxarılmasını istəyir. O dəfələrlə cavabdehlərə sözü gedən torpaq sahəsini boşaltmağı təklif etsə də bu mümkün olmamışdır. O bu barədə adiyyatı orqanlara müraciətlər etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Lakin cavabdehlər həmin torpaq sahəsindən əkin sahəsi kimi istifadə edirlər. Cavabdehlərə sözü gedən torpaq sahəsini boşaltmasını təklif etsədə bir müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehlər Cavabdeh1 və X15 bu deylənlərə heç bir əhmiyyət vermədən və ona məxsus olan torpaq sahəsini boşaltmırlar. Gədəbəy Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(042)-65/2022 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbi təmin edilərək, Cavabdeh1 və Səfərov X12 rayonunun Düzyurd kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmaları qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gədəbəy Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(042)-65/2022 saylı qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(042)-65/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(042)-65/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, onların Gədəbəy rayonu Düzyurd kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt edilıniş hissəsindən çıxarılmağları qət olunmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, onlar heç kimin torpaq sahəsini zəbt etməmişlər. Gədəbəy rayonu Düzyurd kəndində yerləşən əkin üçün olan və göstərilən torpaq sahəsi onlara dövlət tərəfındən verilmişdir. İddiaçı verilmiş torpaq sahəsi iddiaçıya düzgün verilməmiş, nədənsə səhv olaraq hektar artıq göstərilmişdir. Torpaq islahatı gedən zaman 1999-cu il tarixdə heç bir rayonlarda Aqrar İslahat Komissiyası vətəndaşlara və onun ailə üzvülərin mülkiyyətinə 0,50 hektar torpaq sahəsi verilə bilməzdi. Məhkəmə tərəfındən sübutlar araşdırılmamış, onların əsassız qiymətləndirilməsi, işin hallarının tam araşdırılmaması (təqdim etdiyi X4masına və mütəxəssis rəylərinə hüquqi qiymət verilməməsi) göstərir ki, konvensiyada nəzərdə tutulmuş qərəzsiz, ədalətli və açıq araşdırılması prinsipləri pozulmuşdur. Onlar kimin torpağını zəbt etmişlər və neçə ha torpaq sahəsindən çıxmalıdırlar. İş üzrə iddiaçı öz tələbləri üzrə halları faktiki sübut etməmişdir. Mübahisə predmetini torpağın həqiqətən də iddiaçıya aid olması (əgər 2010-cu ildən torpaq iddiaçıya aid idisə, nəyə görə bu vaxta kimi əkib becərməmişdir) yerində müəyyən edilməmişdir. Qətnamədə göstərilmir ki, onlar neçə hektar torpağı zəbt etmiş və neçə hektar sahədən çıxmalıdırlar. Bu tələb ancaq birbaşa sübutun mövcud olması halında təmin oluna bilər. Buna görə də apelyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşdə olan sübutlar: Torpağa Mülkiyyət Hüququna Dair JN-114 saylı, kod 50515018 nömrəli Dövlət Aktının surətindən görünür ki, X13 və X5 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.88 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi 0,4983 ha və 0,2932 ha olmaqla iki hissədə yerləşir. MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.4983 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********86 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair 23 yanvar 2010-cu il tarixdə AA seriyalı, ******* nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Torpağa Mülkiyyət Hüququna Dair JN-137 saylı, kod 50515018 nömrəli Dövlət Aktının surətindən görünür ki, Cavabdeh2 və digər ailə üzvlərinə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.63 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi 0,4936 ha və 0,1347 ha olamqal iki hissədə yerləşir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.4936 ha torpaq sahəsi üzərində Cavabdeh2, X9 və X6 mülkiyyət hüquqları xx.xx.2023cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********86 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair 17 iyul 2023-cü il tarixdə B seriyalı, 135193 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5193 ha torpaq sahəsi üzərində X14, Aslanova Hicran Mahmud qızı, X10 və X2 mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********94 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair A seriyalı, 883938 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tətrib olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 11 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1997-ci ildə Gədəbəy rayonu, Düzyurd kəndində aparılan aqrar islahat zamanı Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə texniki səhv olaraq İddiaçı valideynləri: atası X11 və anası X3 adına əlavə olaraq 0.4983 ha artıq pay torpaq sahəsi qeyd olunmuş və bunun əsasında da X1 adına texniki səhv olaraq ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarış və AA seriyalı 004684 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na, eləcə də Azərbaycan Respublikaı Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli, 250s nömrəli Sərəncamı ilə “Dövlət və Bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron üçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər planı”na uyğun olaraq Gədəbəy rayonu, Düzyurd kəndində aparılan ölçülər zamanı İddiaçı mülkiyyətinə verilmiş xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışda və AA seriyalı 004684 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.4983 ha torpaq sahəsi hazırlanmış elektron uçot xəritəsində nəzərə alınmamış və qeyd olunmamışdır. Bu səbəbdən də İddiaçı Çıxarış əsasında iddia etdiyi torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edildiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli, 10/3186 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ucar Ərazi İdarəsinə əsasən, Gədəbəy rayonu, Düzyurd kəndində aparılan ölçülər zamanı İddiaçı mülkiyyətinə verilmiş xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışda və AA seriyalı 004684 nömrəli Torpaq Sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.4983 ha torpaq sahəsi hazırlanmış elekron uçot xəritəsində nəzərə alınmamış və qeyd olunmamışdır. Bu səbəbdən də İddiaçı Çıxarış əsasında iddia etdiyi torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edildiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 18 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olan **********86 nömrəli Çıxarışa əsasən 0.50 ha pay torpaq sahəsinin faktiki istifadəsi mövcud deyildir. Eyni zamanda **********86 saylı Çıxarışda göstərilən 0.50 ha torpaq sahəsi mülkiyyət növü Dövlət olmaqla Avtomobil və şosse yoluna və digər subyektlərə verilmiş pay torpaq sahələri ilə üst-üstə düşdüyündən TEKUİS elektron məlumat bazasında qeyd olunmamışdır. Bu səbəbdəndə cavabdehlərin ona məxsus olan torpaq sahəsindən istifadə edib-etməməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin ərizəçilərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyasında iştirak edən Cavabdeh2 izahat verib bildirmişdir ki, onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkil X17 izahat verib bildirmişdir ki, Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verib bildirmişdir ki, onun torpaq sahəsi üzərində mülkiyyət hüquqları 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Sonradan onun torpaq sahəsinə başqa şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması qanunsuzdur. Buna görə də torpaq sahəsinin zəbt edilmiş hissəsinin müəyyən edilərək, torpaq sahəsini zəbt etmiş Cavabdeh1 ona məxsus torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(042)-65/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.4983 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********86 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair 23 yanvar 2010-cu il tarixdə AA seriyalı, ******* nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur ki, həmin plan ölçü sənədi ilə cavabdeh Torpağa Mülkiyyət Hüququna Dair JN-137 saylı, kod 50515018 nömrəli Dövlət Aktına, daha sonra isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa müvafiq olaraq Cavabdeh2 verilmiş 17 iyul 2023-cü il tarixdə B seriyalı, 135193 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədin qarşılıqlı təhlili və yerində baxış zamanı onların torpaq sahələrinin qonuş torpaq sahələri olması müəyyən edilmişdir. O, cümlədən Cavabdeh2 MA seriyalı, ******* nömrəli Çıxarışda qeyd olunan iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə mütəxəssis rəyi əldə edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 18 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən və ona əlavə edilmiş cizgi plandan görünür ki, İddiaçı məxsus olan **********86 nömrəli Çıxarışa əsasən 0.50 ha pay torpaq sahəsi mülkiyyət növü Dövlət olmaqla avtomobil və şosse yoluna və digər subyektlərə verilmiş pay torpaq sahələri ilə üst-üstə düşür. Lakin iddiaçıya məxsus 23 yanvar 2010-cu il tarixdə AA seriyalı, ******* nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində, o cümlədən həmin torpaq sahəsinə dair əvvəlki hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN-114 saylı, kod 50515018 nömrəli Dövlət Aktının 0,4983 ha torpaq sahəsinin cizgisindən görünür ki, həmin torpaq sahəsi yola və bir sıra digər payçılara məxsus torpaq sahəsinə düşməməkdədir. Odur ki, məhkəmə kollegiyası 18 dekabr 2023-cü il tarixli mütəxəssis rəyini iddiaçıya məxsus torpağın yerləşmə yeri ilə bağlı nəticə hissəsində tam mötəbər hesab etməmişdir. Məhkəmə kollegiyası tərəfindən yerində müayinə aparılarkən isə Aslanova Hicran Mahmud qızı adlı şəxs torpaq sahəsinə gələrək, mübahisələndirilən torpaq sahəsinin ona aid olmasını bildirmişdir ki, ona məxsus sənədlər də məhkəmə tərəfindən götürülmüşdür. Birgə mülkiyyətçi qismində X7, Aslanova Hicran Mahmud qızına və qeyrilərinə məxsus A seriyalı, 883938 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin cizgisi və yerləşmə planı ilə iddiaçıya məxsus 23 yanvar 2010-cu il tarixdə AA seriyalı, ******* nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin cizgisi və yerləşmə planının qarşılıqlı təhlili isə həmin torpaq sahələrinin demək olar ki, bütün hissədə üst-üstə düşməsini deməyə əsas vermişdir ki, bu fakt Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 18 dekabr 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş cizgi planla da qismən öz təsdiqini tapmışdır. Bununla yanaşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 11 aprel 2023-cü il tarixli mütəxəssis rəyində isə qeyd olunmuşdur ki, 1997-ci ildə Gədəbəy rayonu, Düzyurd kəndində aparılan aqrar islahat zamanı Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə texniki səhv olaraq İddiaçı valideynləri - atası X11 və anası X3 adına əlavə olaraq 0.4983 ha artıq pay torpaq sahəsi qeyd olunmuş və bunun əsasında da X1 adına texniki səhv olaraq ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarış və AA seriyalı 004684 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na, eləcə də Azərbaycan Respublikaı Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli, 250s nömrəli Sərəncamı ilə “Dövlət və Bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron üçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər planı”na uyğun olaraq isə hazırlanmış elektron uçot xəritəsində iddiaçıya məxsus torpaq sahəsinin nəzərə alınmamış və qeyd olunmamışdır. Göründüyü kimi artıq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi dolayısı ilə artıq iddiaçıya məxsus mülkiyyət hüququnun mövcud olmadığını iddia etməkdədir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində isə başqa şəxs və ya şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mümkün olan haldır ki, Cavabdeh1 iddiaçının iddia etdiyi torpaq sahəsini X14, Aslanova Hicran Mahmud qızına və qeyrilərinin iradəsi əsasında istifadə etsin. Lakin, mübahisəli torpaq sahəsinə dair hazırda X14, Aslanova Hicran Mahmud qızı və qeyrilərinin mülkiyyət hüququna dair qeydin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir ki, belə olduğu təqdirdə isə iddiaçının Cavabdeh1 qarşı tələb irəli sürməsi ona subyektiv hüquq verməməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(042)-65/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Gədəbəy Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(042)-65/2022 saylı qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(042)-65/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat məhkəmə xərci İddiaçı alınaraq, Məhkəmə Ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.