Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-529/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(076)-108/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü Aylin və xx.xx.2017-ci il təvəllüdlü Əsgər adlı uşaqların Cavabdeh alınaraq onun himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşağa görə 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2011-ci ilin avqust ayında qeyri-rəsmi ailə qurmuş və nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadığları dövrdə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Ailə qurduqları vaxtdan münasibətləri soyuq olmuş, əri və onun valideynləri ona qarşı çox pis davranmışlar, dəfələrlə heç bir səbəb olmadan qaynanası tərəfindən döyülmüşdür. Uzun müddət ailədəki vəziyyətə uşaqlarının xatirinə dözmüş, bununla əlaqədar atasına da müraciət edərək ayrılmaq istədiyini bildirmişdir. Atası isə hər dəfə dözməyini, ailəsini dağıtmamağı məsləhət görmüşdür. 2022-ci ilin aprel ayında isə artıq ona qarşı olan münasibətə dözməyib evdən getmişdir. Uşaqları cavabdehin yanında qalmışdır. Sonradan dəfələrlə uşaqlarını tələb etməyinə baxmayaraq cavabdeh və valideynləri uşaqlarını ona verməmişlər, hətta telefonla belə onlarla ünsiyyət saxlamağına maneçilik törətmişlər. Dəfələrlə uşaqlarının alınıb ona verilməsi üçün Şəmkir rayon polis şöbəsinə müraciət etmişdir. Uşaq tələbi mülki iş olduğuna görə polis şöbəsində ona məsləhət görmüşlər ki, məhkəməyə müraciət etsin. O, uşaqlarının təhsili və tərbiyəsi ilə məşğul olmaq, onlara ana qayğısı göstərmək istəyir, cavabdeh fiziki qüsurludur, laldır, yaxşı eşitmir, onun özünün qulluğa və qayğıya ehtiyacı vardır, o uşaqlarına onun baxa biləcəyi kimi baxa bilməz. Ona görə də hazırda uşaqlarının rəsmi olaraq onun himayəsinə verilməsini istəyir, uşaqların ona verilməsi uşaqlarının mənafeyinə və qanuni maraqlarına uyğundur. Hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı olmadığına görə qızı Aylin və Əsgərin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin ona aliment ödəməsini istəyir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Hesab edir ki, cavabdehlə birgə yaşadıqları dövrdə anadan olmuş uşaqlarının yetkinlik yaşına çatanadək cavabdeh ona köməklik göstərməlidir. Cavabdeh rəsmi olaraq işləmədiynə görə alimentin sabit pul məbləğində tutulmasını istəyir. Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(076)-108/2023 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia təmin edilərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 adlı uşaqların Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi və onların yetkinlik yaşına çatana qədər iddiaçı-anaları İddiaçı himayəsində saxlanılmaları, qətnamənin uşaq tələbinə dair hissədə icra olunan tarixdən, yəni uşaqlar atadan alınıb anaya verilən gündən başlayaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh X2 hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun və iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 50 manatın Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan sübutlar: Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 5-76/1-9-xx-xx/2023 saylı rəyindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 ataları Cavabdeh himayəsində qalmaları məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(076)-108/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(076)-108/2023 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan qətnamədən aşağıda qeyd olunan əsaslara görə narazıdır və dəyişdirilməsini istəyir. İddianın mahiyyəti üzrə bildirir ki, İddiaçı ilə 2011-ci ildə faktiki ailə qurmuşdur. Aralarında olan nikah rəsmi qaydada qeydiyyata alınmayıb. Birgə nikahlarından iki uşağları doğulub. Uşaqlar hazırda onun himayəsində yaşayır. Hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyil. Belə ki, iddiaçı nə ailələrinə, nə də uşaqlarına hörmət etməmiş, o, ona və ailə üzvülərinə qarşı cinayət hadisəsi törətmişdir. Hazırda cəza çəkir. İddiaçının yaşayış yeri yoxdur. Uşaqları yanında saxlaması üçün heç bir şəraiti də yoxdur. Hər iki uşaq ona daha çox bağlıdır. Müvafiq icra hakimiyyəti orqanı da məhkəməyə rəy təqdim etmiş, həmin rəydə uşaqların onun himayəsində yaşamasının məqsədə müvafiq olması və onun himayəsində saxlanmasını istəmişdir. Lakin buna baxmayaraq məhkəmə uşaqların ondan alınmasına və hər ay hər bir uşağa 193 manat aliment ödəməyinə dair qərar vermişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş 193 manat sabit pul formasında aliment ödəmək onun maddi imkanları xaricindədir. Belə ki, o İİ qrup əlildir və ayda 220 manat pensiya alır. Həmin pensiya onun müalicə xərclərini ödəmir. Buna görə həmin alimenti ödəmək onun maddi imkanları xaricindədir. Hesab edir ki, Şəmkir rayon Məhkəməsi iddia tələbi ilə bağlı qərar qəbul edərkən onun əlil olmağını, iddiaçının tam sağlam və əmək qabiliyyətli olmasını nəzərə almayıb. Belə başa düşmək olar ki, o öz şəxsi ehtiyaclarını ödəməməli və əlavə hardansa pul tapıb həmin alimenti ödəmələdir. O əlil bir adamdır tələb olunan alimenti necə ödəsin? Məhkəmə onun əlil və əmək qabiliyyətsiz olmağını nəzərə almamış və Şəmkir rayon Məhkəməsi iddia tələbini təmin edərkən ciddi qanun pozuntusuna yol vermişdir. İş materiallarından da göründüyü kimi onun maddi vəziyyətində heç bir yaxşılaşma yoxdur. Uşaqlarının saxlanmasında təkcə o deyil, iddiaçı da eyni dərəcədə hüquqludur. Lakin o, bir valideyn olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirmir. Sağlam olmasına baxmayaraq heç bir yerdə işləmir. Məhkəmə uşaqların ondan alınmasına dair qərar qəbul edərkən hansı hüquq normasına istinad etməsi, məhkəmə qətnaməsindən aydın deyil. Məhkəmə əslində iddia tələbi ilə bağlı araşdırma aparmış, lakin aparmış olduğu araşdırma ilə bağlı obyektiv qərar qəbul etməmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, artıq uzun müddətdir ki, uşaqlarını görmür. Cavabdeh fiziki qüsurludur uşaqlara onun kimi baxa bilməz. Cavabdehin maddi imkanı yaxşıdır. Belə ki, həyətlərində istixana olmaqla tərəvəz yetişdirməklə yanaşı, maldarlıq da məşğuldur. Bundan başqa özünün pensiyası olmaqla, ata və anasının da gəlirləri vardır. Buna görə də hesab edir ki, tələb olunan alimenti ödəyə bilər. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, onun iştirakı ilə edilmiş oğurluq cavabdeh tərəfdən qisas almaq niyyəti ilə olmuşdur. Belə ki, ona qarşı kobud rəftar edilmişdir. Hazırda işləyir və aylıq gəliri təxminən 600 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X5 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cavabdehin aliment ödəmək üçün maddi imkana malik olduğunu bidirib, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 60.1. Valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianı uşaq tələbi hissədində təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandımışdır ki, uşaqların hazırda azyaşlı olmaları, ana qayğısına daha çox ehtiyacları olmaları, atanın dil qüsurlu olması, bu səbəbdən də kiçik uşağın da gec danışmasını, atanın ikinci dəfə ailə qurmasını, atanın həmin nikahdan da övladının olmasını nəzərə alaraq hesab edir ki, tərərflərin faktiki nikahından doğulmuş uşaqlar da yetkinlik yaşlarına çatanadək analarının himayəsində qalmalıdırlar. Məhkəmə, həmçinin cavabdehin nümayəndəsinin “ananın cinayət törətməsi, bununla da uşaq onda qala bilməz” dəlilinə hüquqi qiymət verərək hesab edir ki, Ailə Məcəlləsindən də göründüyü kimi, ana uşaqların və ya ərinin sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətməmiş, həmçinin valideyn hüquqlarından məhrumetmə və ya valideyn hüquqlarının məhdudlaşdırılması barədə qüvvədə olan qətnamə mövcud deyildir. Eyni zamanda ananın törətmiş olduğu cinayətə görə də hökm çıxarılan zaman ana cəmiyyətdən təcrid edilməmişdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, məhkəmə həmçinin daxili inamını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, ən vacib məsələ isə ananın analıq hissinin itirilməməsi ilə bağlıdır ki, ana evdən çıxan gündən uşaqlarına qovuşmaq üçün bütün mənəvi və hüquqi addımlarını atmışdır. Ona görə də məhkəmə hesab edir ki, azyaşlı uşaqların Cavabdeh verilməsi nəticəsinə gələn Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi əsassızdır. Mövcud vəziyyətdə uşaqların mənafeyi baxımından məhkəmə onların cavabdehdən alınıb iddiaçıya-anasına verilməsini məqsədəuyğun hesab edir. Azyaşlı uşaqların yaşı, inkişafı, tərbiyəsi, mənafeyi daha çox anasının yanında yaşamağa uyğun olduğuna dəlalət edir. Məhkəmə kollegiyası uşaqların ananın yanında qalmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə tam razılaşaraq, apellyasiya şikayətinin dəlillərini həmin hissədə əsassız hesab etmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aliment məbləğini müəyyən edərkən cavabdehin ikinci qrup əlil olmasını, o cümlədən cavabdehin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək üçün maddi imkana malik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini kifayət qədər nəzərə almamışdır. Bundan başqa iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında artıq işlədiyini və aylıq gəlirinin 600 manat ətrafında olduğunu bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin ikinci qrup əlil olmasını, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək üçün maddi imkana malik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını, iddiaçının da müəyyən gəlirə malik olmasını və 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumu məbləğinin 235 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, aliment məbləği hissəsində qətnamə dəyişdirilməli və hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(076)-108/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(076)-108/2023 saylı qətnaməsi Cavabdeh tutulan aliment məbləği hissəsində dəyişdirilsin. xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay hər uşağa görə 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamənin yalnız aliment tutulması hissəsindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.