Məhkəmə qərarları › İş №2(104)-530/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-530/2024

01.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-530/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin 2(066)-372/2011 saylı, 20 oktyabr 2023-cü il tarixli qərardadından maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “miras əmlaka mülkiyət hüququnun tanınması və şəhadətnamənin verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 24 avqust 2011-ci il tarixli, 2(066)-372/2011 nömrəli qətnamasi ilə iddia təmin edilmişdir. Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Həmçinin, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəməyə prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti bərpa etməklə, işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-372/2011 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə qarşı “miras əmlaka mülkiyət hüququnun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 24 avqust 2011-ci il tarixli, 2(066)-372/2011 nömrəli qətnamasindən maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən ötürlüdüyündən bərpa edilməmişdir. Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-372/2011 saylı, 20 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilərək, şikayətə baxılması üçün mülki işin Gəncə Apellyasiya Məhkəməsinə xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maraqlı şəxsin müddət ötürüb ötürmədiyini müəyyən etmədən öz mülahizəsinə uyğun hərəkət etməklə qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Göygöl Rayon Məhkəməsinin 2(066)-372/2011 saylı, 10 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-372/2011 saylı, 20 oktyabr 2023-cü il tarixli qərardadı tam, onunla bağlı Göygöl Rayon Məhkəməsinin 2(066)-372/2011 saylı, 10 yanvar 2024-cü il tarixli qərardadı qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, məhkəmə maraqlı şəxsin Göygöl Rayon Məhkəməsinin 24 avqust 2011-ci il tarixli, 2(066)-372/2011 nömrəli qətnaməsindən 13 il müddətində xəbərsiz olmasını inandırıcı hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin: 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi, prosessual qanunvericilik işdə iştirak etməyən şəxslər tərəfindən apellyasiya şikayəti verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunması halını araşdırmasını və bununla bağlı müvafiq qərardad qəbul edilməsini nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi isə prosessual qanunvericiliyin həmin tələbinə əməl etmədən, ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Məhkəmə kollegiyası hesab edir ki, görə də, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-372/2011 saylı, 20 oktyabr 2023-cü il tarixli qərardadı tam, onunla bağlı Göygöl Rayon Məhkəməsinin 2(066)-372/2011 saylı, 10 yanvar 2024-cü il tarixli qərardadı qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası MPM-nin 364.2-ci maddəsinə uyğun baxılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-372/2011 saylı, 20 oktyabr 2023-cü il tarixli qərardadı tam, onunla bağlı Göygöl Rayon Məhkəməsinin 2(066)-372/2011 saylı, 10 yanvar 2024-cü il tarixli qərardadı qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası MPM-nin 364.2-ci maddəsinə uyğun baxılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar