Məhkəmə qərarları › İş №2(104)-535/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-535/2025

25.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-535/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanasına qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(013)-2262/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın 20 iyun 2024-cü il tarixli 18-1-21/3-1- 893/2024 saylı əmrinin ləğv edilməsi və keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri vəzifəsinə bərpa olunmasını barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(013)-2262/2024 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia tələbi təmin edilərək, Ağdam Mərkəzi Rayon X1 Şəxs üzrə İddiaçı barəsində verilmiş 20 iyun 2024-cü il tarixli, 18-1-21/3-1-893/2024 saylı əmrin ləğv edilməsi; İddiaçı öz əvvəlki Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri işinə bərpa edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanası apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanası məhkəməyə məktub ünvanlayaraq, apellyasiya şikayətindən imtina edildiyini qeyd etmiş və apellyasiya şikayətinə baxılmadan mülki işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, cavabdehin Ağdam Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(013)-2262/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-264, 369 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanasının Ağdam Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(013)-2262/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar