Məhkəmə qərarları › İş №2(104)-54/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-54/2024

13.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-54/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh və digər cavabdeh X2 nümayəndəsi olan X5 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2332/2022 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X8 və X7 qarşı mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia qaldıraraq, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan və Şəmkir şəhəri “Qaryağdı” yaşayış massivində yerləşən 0.25 ha torpaq sahəsindən cavabdehlərin çıxarılaraq, torpaq sahəsinin ona qaytarılması, torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)–2332/2022 saylı mülki iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər X8 və X5 İddiaçı adına verilmiş **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışnda nəzərdə tutulan 0.25 ha həyətyanı təyinatlı torpaq sahəsinin 43.84 kv.m hissəsindən çıxarılması, İddiaçı adına verilmiş **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışnda nəzərdə tutulan 0.25 ha həyətyanı təyinatlı torpaq sahəsinin üzərində yerləşən və cavabdehlər tərəfindən inşa edilmiş 44.95 kv.m evin 17.60 kv.m hissəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMD Xidməti DƏD Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən aparılmış tədqiqatın dəyəri olaraq iddiaçı tərəfindən ödənilmiş xidmət haqqının əvəzi olaraq 19 (on doqquz) manat məbləğində pulun cavabdehlər X1 və X3 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cavabdeh X9 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2332/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 0.25 ha mübahisəli torpaq sahəsi Qaryağdı yaşayış massivində qeyd edilməsinə baxmayaraq, Şəmkir çayının hövzəsindədir. Həmin torpaq sahəsi tamam çaylaq daşları ilə əhatəli olması və 2017-ci ildə həyətyanı kimi istifadəsi mümkünsüz olmasına görə onun tərəfindən buldozerlə təmizlənmiş və meyvə ağacları əkilmişdir. İslamova Aygün onun bacısıdır və subay qız olaraq onunla birliklə yaşayır. Sadəcə olaraq həmin sahəyə yoxlama gələrkən meyvə ağaclarının onun tərəfindən əkildiyini bildirməsinə görə iddiaçı onu cavabdeh qismində qeyd etmiş, sonradan həmin sahədə evin ona məxsus olmasına görə onu da cavabdeh qismində cəlb etmişdir. Həmin sahədə 2021-ci il ilin axırında onun tərəfindən ev inşa edildikdən sonra Şəmkir Bələdiyyəsinə həmin torpaq sahəsinin ona satılması barədə dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq Bələdiyyənin sədri tərəfindən həmin sahənin Şəmkir çayının hövzəsini əhatə edən, həyətyanı sahə kateqoriyasına aid olmamasına görə satmağın mümkün olmaması cavabı verilmişdir. Ona görə o, iddiaçıya müraciət edərək Şəmkirdə makler kimi fəaliyyət göstərməsinə görə həmin sahənin ona satılmasında köməklik edilməsini xahiş etmiş, sonda isə məlum olmuşdur ki, iddiaçı həmin torpaq sahəsini özünün adına mülkiyyət kimi qeydə aldırmışdır. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının iddiasının təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X6 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Cavabdeh X8 məhkəmə kollegiyasının iclasında (cavabdeh) olan nümayəndəsi X9 ilə təmsil edilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasına yazılı ərizəsini təqdim edərək, cavabdeh ilə arasında barışıq olmasını göstərərək, iddiadan imtina etməsini bildirmiş və iddiadan imtinanın qəbul edilərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2332/2022 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh X2 (cavabdeh) olan nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında ərizəni müdafiə edərək, iddiaçının iddiadan imtina barədə ərizəsinin qəbul edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2332/2022 saylı qətnaməsinin ləğv edilib, işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak şəxsləri dinləyərək, hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2332/2022 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini... təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 370-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 261.0, 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 384.0 və 384.0.5-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. İddiaçı məhkəmə kollegiyasına göndərdiyi ərizəsindən görünür ki, o, cavabdehlə aralarında olan mübahisəni barışıq yolu ilə həll etmişlər. Bu səbəbdən iddiadan imtina etdiyini, imtinanın nəticələrinin aydın olduğunu göstərməklə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2332/2022 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, cavabdehin qanunla qorunan mənafelərini pozmur və iddiadan imtina prosessual qanunvericiliyin tələbinə uyğun verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2332/2022 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçıya aid edilməklə, İddiaçı tutularaq X4 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin MPM-nin 191, 261, 263-264, 384, 391, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2332/2022 saylı qətnaməsi ləğv edilsin və işin icraatına xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçıya aid edilsin və İddiaçı tutularaq X4 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar