Məhkəmə qərarları › İş №2(104)-545/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-545/2023

21.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-545/2023 21.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Səbuhi qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızına, ĺbrahimova Zenfira İsmayıl qızına, İbrahimova İlahə Firdovsi qızına, Cavabdeh10, Cavabdeh11 Bəhram qızına, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 Firdovsi oğluna, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(125)-346/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızının, ĺbrahimova Zenfira İsmayıl qızının, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızının, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlərin həmin fərdin yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində vəsaitin "xxxx" KB ASC-nin xeyrinə müştərək qaydada cavabdehlərdən tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(125)-346/2022 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddia qismən təmin edilmiş, cavabdehler Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, X3, Cavabdeh6 ünvan 1 ünvandan istifadə hüquqlarına xitam verilməsi və həmin evden çıxarılmaları, cavadehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, X3, Cavabdeh6 ödənilmiş 60 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-yə verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4 və Cavabdeh6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında olan xx.xx.2015-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 26% ödəmək şərtilə 17000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 məxsus ünvan 1 fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-3855/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1, X1, X4 xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borca görə 9194.56 manat, faiz borcuna görə 1513.96 manat, cərimə borcuna görə 05 manat, cəmi 10713,52 manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan və tərəflər arasında ilkin olaraq 18000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 9194,56 manat, faiz borcuna görə 1513,96 manat, cərimə borcuna 05 manat, cəmi 10713,52 manat kredit borcu və iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilməsi, qalan vəsaitin isə mülkiyyətçiyə qaytarılması, yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 2(104)-2941/2017 saylı qətnaməsinə əsasən isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3855/2017 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia rədd edilməsi və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi iddia tələbinin ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinin hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ipoteka predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində təmin etməməsini onunla əlaqələndirmişdir ki, "xxxx" KB ASC ipoteka qoyulmuş əmlakın mülkiyyətçisi deyildir və həmin əmlakın hərracda kimə satılması da məlum deyildir. "xxxx" KB ASC ilə hərrac təşkilatı arasında bağlanmış Protokola və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə əsasən Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi "xxxx" KB ASC-yə satılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş seriya RX Ne ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən "xxxx" KB ASC-nin ünvan 2 fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən tərəflərindən xx.xx.2019-cu və xx.xx.2019-cu il il tarixlərində Gəncə şəhəri Nizami Rayon Polis şöbəsinə və xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində isə Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinə tərəflərindən rəsmi müracət edilməsinə baxmayaraq cavabdeh orqan tərəfindən inzibati aktın qəbulu ilə bağlı hər-hansı hərəkət edilmədiyindən, qeyd edilən inzibati orqana qarşı bank tərəfindən “məcburetmə haqqında” iddia ilə xx.xx.2019-cu il tarixdə X12 məhkəməsinə müraciət edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır və məhkəmə iddianın mümkün sayılmamasının əsası kimi öz qərardadında “məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən(hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır” göstərmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə “İcra məmurunun hərəkətsizliyindən” şikayətlə müraciət edilmiş və birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(044)-174/2020 saylı qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik “borclunun hüquqi vəziyyətini yaxşılaşdırmadığından geriyə şamil edilə bilməz” əsası ilə təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə mübahisələndirilən qərardaddan verilmiş şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, məhkəmə kollegiyasının “normativ hüquqi aktın qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir”əsası ilə xx.xx.2021-ci il tarixli 8(104)-16/2021 sayli qərardadı əsasında Gəncə şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(044)174/2020 saylı qərardadı qüvvədə qalmışdır. Həmçinin, Gəncə şəhəri Nizami Rayon Polis şöbəsinin və Gəncə Şəhər Baş Polis İdarəsinin imtina məktubu əsasında tərəflərindən xx.xx.2019-cu il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinə qarşı “məcburetmə haqqında” iddia ilə Gəncə İnzibati - İqtisadi məhkəməsinə müraciət edilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəflərindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilərək mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmiş və qeyd edilən məhkəmənin 2-1(114)-1253/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sonradan üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-675/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək Cavabdeh1 münasibətdə rədd edilmişdir. Məhkəmə Kollegiyası 2- 1(104)-675/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında apelyasiya şikayətinin qismən təmin edilməsinin əsası kimi üçüncü şəxslərin yaşayış yerindən çıxarılmadan onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını göstərmişdir. Həmçinin, məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR qanununun 9cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki iş materiallarında olan: xx.xx.2015-ci il tarixli 244micKPZi/15 saylı ipoteka müqaviləsindən görünür ki, kreditin təminatı qismində Cavabdeh1 məxsus ünvan 1 fərdi yaşayış evi "xxxx" KB ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar ünvan 1 fərdi yaşayış evinin ipotekaya qoyulmasına razı olduqlarını bildirmiş və həmin evə tutma yönəldildikdə evi tərk edəcəklərini öhdələrinə götürmüşlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-3855/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh1, X1, X4 xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borca görə 9194.56 manat, faiz borcuna görə 1513.96 manat, cərimə borcuna görə 05 manat, cəmi 10713,52 manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan və tərəflər arasında ilkin olaraq 18000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 9194,56 manat, faiz borcuna görə 1513,96 manat, cərimə borcuna 05 manat, cəmi 10713,52 manat kredit borcu və iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə mülkiyyətçiyə qaytarılması, yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 2(104)-2941/2017 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3855/2017 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən "xxxx" KB ASC-nin ünvan 2 ünvanda sahəsi 94.5 kv.m olan, 0.0097 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(044)-174/2020 saylı qərardadından görünür ki, tələbkar Unibank KB ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızının, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızının, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 Unibank KB ASC-nin mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evindən çıxarılmalarının bir vəzifə olaraq Gəncə şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması barədə verilmiş şikayət təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(104)-16/2021 saylı qərardadından görünür ki, Gəncə şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(044)174/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1253/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızının, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızının, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 ünvan 1 fərdi yaşayış evindən qeydiyyatdan çixarılmaları vəzifəsi cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-675/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1253/2021 saylı xx.xx.2021ci il tarixli qərarından üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1253/2021 saylı xx.xx.2021ci il tarixli qərarı üçüncü şəxs Cavabdeh1 münasibətdə ləğv edilmiş və iddia Cavabdeh1 münasibətdə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-543/2022 saylı qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyanın 22 oktyabr 2021-ci il tarixli, 21(104)576/2021 nömrəli qərarından üçüncü şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızı, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızı, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən 23 avqust 2022-ci il tarixdə verilmiş 4163 və 4162 saylı arayışlardan görünür ki, Cavabdeh4 və Cavabdeh6 ünvan 1 ünvanda qeydiyyatdadırlar və hal-hazırda həmin ünvanda yaşamırlar. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən 23 avqust 2022-ci il tarixdə verilmiş 4160 saylı arayışdan görünür ki, Cavabdeh5, arvadı Cavabdeh8, qızları Cavabdeh7 Qəhrəman qızı və Cavabdeh17 ünvan 1 ünvanda qeydiyyatdadır. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən 23 avqust 2022-ci il tarixdə verilmiş 4159 saylı arayışdan görünür ki, Cavabdeh12, arvadı X2, oğulları Cavabdeh10, Cavabdeh15, bacısı Cavabdeh11 Bəhram qızı və bacısı oğlu Cavabdeh16 ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayırlar. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən 23 avqust 2022-ci il tarixdə verilmiş 4158 saylı arayışdan görünür ki, Cavabdeh1, arvadı Cavabdeh3, oğlu Cavabdeh2 ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Cavabdeh1 ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanarkən evdən istifadə hüququ olan şəxslərin öz əmlak hüquqularını yüklü etməməsi onların əmlak üzərində yəni ev üzərində olan hüquqularının itirilməsi üçün əsas ola bilməz. Hazırda mülkiyyətçinin dəyişməsi ev üzərində istifadə hüququnun itirilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Həmçinin, kredit borcunun Cavabdeh1 tərəfindən götürülməsi və kreditin ona aid olması ilə bağlı hallar sübut olunmamışdır. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızı, ĺbrahimova Zenfira İsmayıl qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızı, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apelyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4 və Cavabdeh6 qətnaməni iddia tələbinin təmin olunmuş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı apellyatorlara münasibətdə iddianın təmin edilmiş hissəsi üzrə yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-3855/2017 saylı qətnaməsi ilə, Cavabdeh1, X1, X4 xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borca görə 9194.56 manat, faiz borcuna görə 1513.96 manat, cərimə borcuna görə 05 manat, cəmi 10713,52 manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan və tərəflər arasında ilkin olaraq 18000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 9194,56 manat, faiz borcuna görə 1513,96 manat, cərimə borcuna 05 manat, cəmi 10713,52 manat kredit borcu və iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə mülkiyyətçiyə qaytarılması, yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Daha sonra isə ünvan 2 ünvanda sahəsi 94.5 kv.m olan, 0.0097 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti açıq hərracdan almış, bundan sonra həmin əmlaka dair RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda həmin ev tam mülkiyyət hüququ üzrə "xxxx" KB ASC-nə məxsusdur. Lakin, cavabdehlər həmin yaşayış evindən çıxmamışlar və həmin evdən istifadə edirlər. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlı yaranan mülki mübahisədir və qanunvericiliyin mülkiyyət hüququna dair aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun mahiyyətini daha geniş açıqlayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı "xxxx" KB ASC-nin evin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə orada yaşayan şəxslərin evdən çıxarılmasını tələb etmək hüququna malikdir. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Çünki mübahisəli ev ipoteka ilə yüklü edilmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 205.2-ci maddəsində deyilir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Eyni zamanda «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsində qeyd edilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: 1) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 2) mənzilə tutma yönəldilməli və o satılmalıdır; 3) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; 4) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; 4) bu tələblərə yeni icraatda baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Hazırki iş materialları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mübahisəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilən vaxt evə tutma yönəldiləcəyi halda onu tərk edəcəkləri barədə notarial qaydada öhdəlik götürmüşlər. Həmçinin müəyyən edilmişdir ki, digər cavabdehlər Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4 və Cavabdeh6 mübahisə predmeti olan fərdi yaşayış evini ipoteka qoyan Cavabdeh1 ailə üzvləri olmaqla həmin evdə qeydiyyatda olmaqla orada yaşayırlar. Belə olan halda isə iddianın həmin hissədə təmin olunması üçün dispozitiv şərtlər mövcuddur. Digər tərəfdən mübahisəli ev, digər mülki hüquqi əqdlərdən deyil, məhz iddiaçı tərəfindən kredit müqaviləsi üzrə verilmiş borc məbləğinin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin açıq hərracda realizəsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir ki, bununla da mübahisəli evin cavabdhelərin qanunsuz sahibliyində olması təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Ona görə də kollegiya hesab edir ki, yoxlanılan hissədə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüququqlarına xitam verilməklə həmin mənzildən çıxarılmaları barədə birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(125)-346/2022 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar