Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-549/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15.*3.2*22-ci il tarixli, 2(*44)-225/2*22 nömrəli qətnaməsindən hüquq və maraqlarına toxunan şəxs “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmlakın yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yeni ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 15.*3.2*22-ci il tarixli, 2(*44)-225/2*22 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov)) iddia təmin edilmiş, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qiymətinin 22**** (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, və iş üzrə ödənilmiş 3* (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Hüquq və maraqlarına toxunan şəxs “X1 Azərbaycan” QSC həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15.*3.2*22-ci il tarixli, 2(*44)-225/2*22 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 1*.*5.2*2*-ci il tarixli 2(1*4)18/2*2* saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı cəmi 73*321,84 manat borc pul və ödənilmiş 65,5 manat digər xərcin tutularaq tələbkar “X1 Azərbaycan QSC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus *,*463 ha torpaq sahəsindən yerləşən 1 və 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 75,4 kv.m, köməkçi sahəsi 67.2 kv.m olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ilkin satış qiymətinin 12**** manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün ipoteka predmeti olan İddiaçı məxsus *,*463 ha torpaq sahəsindən yerləşən 1 və 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 75,4 kv.m, köməkçi sahəsi 67.2 kv.m. olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilərək, açıq hərracdan satılması üçün hərrac mərkəzinə sifariş verilmişdir. Hərrac mərhələrində qalib alıcı olmadığı üçün, ipoteka haqqında qanunun 43-cü maddəsinə əsasən daşınmaz əmlak ipoteka saxlayan "xxxx" QSC təklif edilmişdir. İpoteka saxlayan "xxxx" QSC təklifə cavab verərək, həmin əmlakı öz balansına 765** manata götürülməsinə razılıq vermişdir. Bu səbəbdən də, 23.12.2*21-ci il tarixli 563/21saylı yekun hərrac protokuluna əsasən ipoteka saxlayan "xxxx" QSC qalib alıcı kimi tanınmışdır. Daha sonra 16.*8.2*22-ci il tarixdə “Bakı Hərrac Mərkəzi MMC-dən 331/22 saylı 12.*8.2*22 tarixli hərrac bildirişi daxil olmuşdur. Həmin bildirişə əsasən, “X1 Azərbaycan” QSC-yə məxsus *,*463 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 75,4 kv.m, köməkçi sahəsi 67.2 kv.m olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması üçün Gəncə şəhəri İcra İdarəsi tərəfindən hərrac mərkəzinə sifariş verilmişdir. Məsələ araşdırıldıqdan sonra məlum olmuşdur ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15.*3.2*22-ci il tarixli, 2(*44)-125/2*22 saylı icra vərəqəsi əsasında əmlakın ilkin satış qiyməti 22**** manat olmaqla yenidən hərraca çıxarılıbdır. İş üzrə Cavabdehnə və hüquq və maraqlarına toxunan şəxs “X1 Azərbaycan” QSCnə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir. Belə ki, hazırkı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 1*.*5.2*2*-ci il tarixli 2(1*4)18/2*2* saylı qətnaməsi qüvvədə olsa da, həmin qətnamə ilə ipoteka predmetinin ilkin satış qiymətinin 12**** manat müəyyən edilməsi ilə razı deyildir. Həmin ev hərracda çox ucuz qiymətə satılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15.*3.2*22-ci il tarixli, 2(*44)-225 tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmaını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15.*3.2*22-ci il tarixli, 2(*44)- 225/2*22 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 1* iyun 2*2*-ci il tarixli, 2(1*4)-18/2*2* saylı qətnaməsindən görünür ki, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.*1.2*17ci il tarixli, 2(*44)-256/2*17 saylı qətnaməsi cavabdeh İddiaçı 7946.*3 manat faiz borcunun tutulması hissəsində dəyişdirilmiş və həmin məbləğ 6*19.83( altı min on doqquz manat 83 qəpik) manat olmaqla, cavabdeh İddiaçı 67*13.*1 (altmış yeddi min on üç manat, *1 qəpik) manat əsas borc və 6*19.83 (altı min on doqquz manat 83 qəpik) manat faiz borcu, cəmi 73*32.84 (yetmiş üç min otuz iki manat 84 qəpik) manat pulun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilir ki, İddiaçı məxsus *,*463 ha torpaq sahəsindən yerləşən 1 və 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 75,4 kv.m, köməkçi sahəsi 67.2 kv.m olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 12**** manat müəyyən edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 23 dekabr 2*21-ci il tarixli 563/21 saylı Protokolun təsdiq edilmiş surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 1*.*6.2*2*-ci il tarixli, 2(1*4)- 18/2*2* saylı icra sənədinə əsasən İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən *,*463 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığına görə, “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən, həmin ev ipotekasaxlayan "xxxx" QSC-yə 765** manata satılmışdır. Protokolun məzmunundan görünür ki, həmin protokol daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qiymətinin 22*** manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin 1* iyun 2*2*-ci il tarixli, 2(1*4)-18/2*2* saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmiş, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra, icraya yönəldilmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 23 dekabr 2*21-ci il tarixli 563/21 saylı Protokolu ilə, Gəncə Apellyasiya Məhkəməsinin 1*.*6.2*2*-ci il tarixli, 2(1*4)-18/2*2* saylı icra sənədinə əsasən İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən *,*463 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığına görə, “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən, həmin ev ipotekasaxlayan "xxxx" QSC-yə 765** manata satılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.*.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, İddiaçı ipoteka predmetinin yenidən qiymətləndirilməsini tələb etdiyi ünvan 1 ünvanda yerləşən mülkə dair ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmiş və həmin ev qətnamənin icrası qaydasında “Maraqlı şəxs QSC-nə satılmışdır. Belə olan halda, hazırkı idida tələbinə məhkəmədə baxılmalı deyildir. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən hallarını nəzərə almadan və mülki-prosessual qanunvericiliyin tələblərini pozaraq, hazırkı iddia tələbinə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 384.*.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15.*3.2*22-ci il tarixli, 2(*44)- 225/2*22 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 384,385,392, 4*2-4*7-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Hüquq və maraqlarına toxunan şəxs “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15.*3.2*22-ci il tarixli, 2(*44)-225/2*22 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-549/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-549/2023
09.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver