Məhkəmə qərarları › İş №2(104)-55/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-55/2023

16.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-55/2023 16.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh və onun vəkili X2 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(021)-111/2021 saylı qətnaməsindən qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Bərdə rayonu bölməsi tərəfindən verilmiş 494 saylı xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Tərtər rayon Umudlu kəndindən məcburi köçkündür, hazırda Bərdə rayon Əyricə yolu kənarında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Danmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli, Seriya RX № ******* saylı Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bardə rayon Mirzalıbəyli kəndində yerləşən 2.798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A № 111441 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Bərdə rayon Mirzalibəyli kəndində yerləşən 2.4798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq subyekti İddiaçıdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 3/323 saylı xx.xx.2020-ci il tarixli Arayışda qeyd olunur ki, Bərdə rayon Mirzalıbəyli kəndi ərazisində aqrotexniki qaydalara düzgün əməl olunarsa 2.8 ha torpaq sahəsindən hər hektardan 40- 45 sentner arpa götürülə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Danmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Seriya RX N ******* saylı Çıxarışın surətindən görünür ki, Bərdə rayon Qaraməmmədli kəndində yerləşən 6.2387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tam xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş AA № 018658 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Bərdə rayon Qaraməmmədli kəndində yerləşən torpaq sahəsinin hüquq subyekti Cavabdehdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********91 reyestr Nömrəli, Seriya RX № ******* saylı Çıxarışın surətindən görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 0.3382 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tam xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş AA № 018659 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən torpaq sahəsinin hüquq subyekti Cavabdehdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş 498 nömrəli 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, iddiaçı və cavabdehin iştirakı ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********89 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyət hüuquq və hüquqları qeydiyyata alınmış 2.798 ha torpaq sahəsi AN111441 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********34 reyestr nömrəsi ilə Cavabdeh oglunun xüsusi mülkiyyət hüququ və hüquqları qeydiyyata alınmış 6.2387 ha torpaq sahəsi AN 111441 nömrəli Torpaq sahəsininplanı və ölçü sənədindəki koordinatları, hər ikisinin faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə tutuşduruldu. Məlum oldu ki, onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları, həndəsi ölçüləri və yerləşmə mövqeyi arasında uyğunsuzluq vardır. Bu səbəbdən mütəxəssi qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası "X3"nin xx.xx.2021-ciil tarixli 40 saylı Ekspert Rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Rx seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 1084 kv.m hissəsi hüquqmüəyyənedici sənədlərə görə ərazisinin ümumi xəritəsində (planda) tutulan gediş-gəliş yolunun konturuna əsasən Cavabdeh faktiki isifadə etdiyi torpaq sahəsi daxilindədir. RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alnmış Bərdə rayonu Qaraməmmədli kəndində yerləşən 6.237 ha kənd təsərrüfat təyinatlı torapaq sahəsi hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsi üzrə naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatına əsasən İddiaçı ərəfindən gediş-gəliş yolu kimi istifadə olunmur. Belə ki, sözügedən plan üzrə nəzərdə tutulan yol sahəsinin 1084 kv.m hissəsi cavabdehin faktiki olaraq istifadəsində olduğundan həmin ərazi gediş-gəliş yolu kimi istifadə olunmur. Bu sahə plan-sxemdə göstərildiyi kimi şimal hissədə qərbdən-şərqə 12.4 metr olmaqla buradan 187.9 metr cənub istiqanətindən paralel olaraq qərbdən şərqə 2 metr olmaqla gediş-gəliş yolu ərazisi cavabdhin faktiki istifaəsində olan torpaq sahəsinin daxilində olması müəyyənləşdirildi. Mübahisəli torpaq sahələrinin ölçüləri Google Mapper, SAS.Planet, Autocad və ArcMap proqramları vasitəsinin tərtib edilən plan-sxemdə aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4128 saylı rəyindən görünür ki, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 1084 kv.metr hissəsi, planda nəzərdə tutulan gediş-gəliş yolunun koordinatlarına əsasən Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin daxilindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/827 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********42 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən. Bərdə rayonu, Mirzalibəyli kəndi, Qaraməmmədli kəndi ərazisində təqdim etdiyi Kompleks yerquruluşu layihəsinə və TEKUlS məlumat bazasında RX ******* saylı çıxarışla İddiaçı adına qeydiyyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinin şərq tərəfindən yol nəzərdə tutulub. Kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumat bazasında RX ******* saylı cıxarışla Cavabdeh adına qeydiyyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 6.2387 ha torpaq sahəsinin qərb hissəsindən təsərrüfatdaxili torpaq yol nəzərdə tutulub. Cənub şərq tərəfindən isə təsərrüfatlar arası asfalt yol mövcuddur. TEKUİS və yerquruluşu layihəsinə əsasən RX ******* saylı Çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol Cavabdeh tərəfindən hər hansı üsul ilə tutulmamışdır. RX ******* saylı Çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alınmış Bərdə rayon Qaraməmmədli kəndində yerləşən 6.2387 ha torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş yol İddiaçı mülkiyyətinə verilən 2.798 ha torpaq sahəsinin şərq tərəfinə bitişik olan ümumi istifadəli gediş-gəliş yolu 175 m uzunluqda yonca əkilərək məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə gedən yolun açılmasına, onun torpaq sahəsindən qanunsuz yol kimim istifadə etməyinə qadağan qoyulmasına, onun torpaq sahəsindən qanunsuz yol kimi istifadə etdiyi sahədə əkilmiş məhsulların məhv olduğuna görə isə 2000 manat ziyanın alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən zəbt olunmuş mülkiyyətində olan torpaq sahəsinə gedən təsərrüfatlararası yolun bağlanmasına yönələn hərəkətlərə qadağa qoyulması və həmin yolun açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-111/2021 saylı qətnaməsi ilə (Q.Əbilov) iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “yolun açılması, yoldan istifadəyə qadağan qoyulması və maddi ziyan” tələbinə dair ilk iddianın qismən təmin edilməsi, Rx seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun şimal hissədə qərbdən-şərqə 12.4 metr olmaqla buradan 187.9 metr cənub istiqanətindən paralel olaraq qərbdən şərqə 2 metr olmaqla gediş-gəliş yolunun cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən açılması, cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Rx seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmamış yoldan istifadəsinə qadağan qoyulması, iddia tələbinin qalan hissədə təmin olunmaması, cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə gediş-gəliş yolun bağlanmasının cavabdehə qadağan edilməsi və həmin yolun açılması” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh aid edilməsi, mütəxəssis rəyi 298,38 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin hesabına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 300 manatın Cavabdeh tutularaq "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər iki iddia tələbləri qarşılıqlı surətdə bir-biri ilə əlaqəlidir. Məhkəmə iddia tələblərinə qiymət verilməsi üçün mütəxəssis və ekspert rəylərini əsas götürməyi zəruri bilir. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçı və cavabdehin iştirakı ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********89 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyət hüuquq və hüquqları qeydiyyata alınmış 2.798 ha torpaq sahəsi AN111441 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********34 reyestr nömrəsi ilə Cavabdeh oglunun xüsusi mülkiyyət hüququ və hüquqları qeydiyyata alınmış 6.2387 ha torpaq sahəsi AN 111441 nömrəli Torpaq sahəsininplanı və ölçü sənədindəki koordinatları, hər ikisinin faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə tutuşduruldu. Məlum oldu ki, onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları, həndəsi ölçüləri və yerləşmə mövqeyi arasında uyğunsuzluq vardır. Bu səbəbdən mütəxəssi qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Həmin ziddiyətinin aradan qaldırılması üçün məhkəmə ekspert rəyinə istinad etməyi zəruri bilir və həmin rəydə qeyd olunur ki, Rx seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 1084 kv.m hissəsi hüquqmüəyyənedici sənədlərə görə ərazisinin ümumi xəritəsində (planda) tutulan gediş-gəliş yolunun konturuna əsasən Cavabdeh faktiki isifadə etdiyi torpaq sahəsi daxilindədir. RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alnmış Bərdə rayonu Qaraməmmədli kəndində yerləşən 6.237 ha kənd təsərrüfat təyinatlı torapaq sahəsi hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsi üzrə naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatına əsasən İddiaçı ərəfindən gediş-gəliş yolu kimi istifadə olunmur. Belə ki, sözügedən plan üzrə nəzərdə tutulan yol sahəsinin 1084 kv.m hissəsi cavabdehin faktiki olaraq istifadəsində olduğundan həmin ərazi gediş-gəliş yolu kimi istifadə olunmur. Bu sahə plan-sxemdə göstərildiyi kimi şimal hissədə qərbdən-şərqə 12.4 metr olmaqla buradan 187.9 metr cənub istiqanətindən paralel olaraq qərbdən şərqə 2 metr olmaqla gediş-gəliş yolu ərazisi cavabdhin faktiki istifaəsində olan torpaq sahəsinin daxilində olması müəyyənləşdirildi. Mübahisəli torpaq sahələrinin ölçüləri Google Mapper, SAS.Planet, Autocad və ArcMap proqramları vasitəsinin tərtib edilən plan-sxemdə aydın şəkildə göstərilmişdir. Məhkəmə ilk iddia tələbinin ziyan hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin oluna bilməz. Belə ki, İddiaçı ona dəymiş ziyanı sübut edən dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin ilk iddia tələbinin maddi ziyan hissəsi ilə bağlı qeyd edir ki, ilk iddia tələbinin bu hissədə təmin olunması iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yol verilməzdir. Cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkil) X7 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessaul hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə ilkin və qarşılıqlı iddia qaldırmağa tərəflərin sübyektiv hüquqlarının olmasını aşkar etməməklə, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqini aparmadan təqdim edilmiş sübutların hamısına hüquqi qiymət vermədən, yəni onların tərəflərin xeyrinə və ya ziddinə qəbul olunmaması ilə bağlı halları və təqdim etdikləri qeyriobyektiv sübutlara şərh vermədən qətnamə qəbul etmişdir. Cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-cü maddsəinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(021)- 111/2021 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, ilk iddia tələbi rədd edilməli, qarşlıqlı iddia tələbi isə təmin edilməlidir. Yuxarıda göstərilən hallara görə tərəflər ilk iddia tələbi və qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər və birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin etmiş, qarşlıqlı iddia tələbini isə rədd etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır ki, hər iki iddia tələbləri qarşılıqlı surətdə bir-biri ilə əlaqəlidir. Məhkəmə iddia tələblərinə qiymət verilməsi üçün mütəxəssis və ekspert rəylərini əsas götürməyi zəruri bilir. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçı və cavabdehin iştirakı ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********89 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyət hüuquq və hüquqları qeydiyyata alınmış 2.798 ha torpaq sahəsi AN111441 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********34 reyestr nömrəsi ilə Cavabdeh oglunun xüsusi mülkiyyət hüququ və hüquqları qeydiyyata alınmış 6.2387 ha torpaq sahəsi AN 111441 nömrəli Torpaq sahəsininplanı və ölçü sənədindəki koordinatları, hər ikisinin faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə tutuşduruldu. Məlum oldu ki, onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları, həndəsi ölçüləri və yerləşmə mövqeyi arasında uyğunsuzluq vardır. Bu səbəbdən mütəxəssi qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Həmin ziddiyətinin aradan qaldırılması üçün məhkəmə ekspert rəyinə istinad etməyi zəruri bilir və həmin rəydə qeyd olunur ki, Rx seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 1084 kv.m hissəsi hüquqmüəyyənedici sənədlərə görə ərazisinin ümumi xəritəsində (planda) tutulan gediş-gəliş yolunun konturuna əsasən Cavabdeh faktiki isifadə etdiyi torpaq sahəsi daxilindədir. RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alnmış Bərdə rayonu Qaraməmmədli kəndində yerləşən 6.237 ha kənd təsərrüfat təyinatlı torapaq sahəsi hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsi üzrə naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatına əsasən İddiaçı ərəfindən gediş-gəliş yolu kimi istifadə olunmur. Belə ki, sözügedən plan üzrə nəzərdə tutulan yol sahəsinin 1084 kv.m hissəsi cavabdehin faktiki olaraq istifadəsində olduğundan həmin ərazi gediş-gəliş yolu kimi istifadə olunmur. Bu sahə plan-sxemdə göstərildiyi kimi şimal hissədə qərbdən-şərqə 12.4 metr olmaqla buradan 187.9 metr cənub istiqanətindən paralel olaraq qərbdən şərqə 2 metr olmaqla gediş-gəliş yolu ərazisi cavabdhin faktiki istifaəsində olan torpaq sahəsinin daxilində olması müəyyənləşdirildi. Mübahisəli torpaq sahələrinin ölçüləri Google Mapper, SAS.Planet, Autocad və ArcMap proqramları vasitəsinin tərtib edilən plan-sxemdə aydın şəkildə göstərilmişdir. Məhkəmə ilk iddia tələbinin ziyan hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin oluna bilməz. Belə ki, İddiaçı ona dəymiş ziyanı sübut edən dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin ilk iddia tələbinin maddi ziyan hissəsi ilə bağlı qeyd edir ki, ilk iddia tələbinin bu hissədə təmin olunması iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yol verilməzdir. Məhkəmənin bu yanaşması əsassızdır. Belə ki, işin hallarına uyğun olaraq kollegiya tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/827 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********42 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən. Bərdə rayonu, Mirzalibəyli kəndi, Qaraməmmədli kəndi ərazisində təqdim etdiyi Kompleks yerquruluşu layihəsinə və TEKUlS məlumat bazasında RX ******* saylı çıxarışla İddiaçı adına qeydiyyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinin şərq tərəfindən yol nəzərdə tutulub. Kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumat bazasında RX ******* saylı cıxarışla Cavabdeh adına qeydiyyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 6.2387 ha torpaq sahəsinin qərb hissəsindən təsərrüfatdaxili torpaq yol nəzərdə tutulub. Cənub şərq tərəfindən isə təsərrüfatlar arası asfalt yol mövcuddur. TEKUİS və yerquruluşu layihəsinə əsasən RX ******* saylı Çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol Cavabdeh tərəfindən hər hansı üsul ilə tutulmamışdır. RX ******* saylı Çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alınmış Bərdə rayon Qaraməmmədli kəndində yerləşən 6.2387 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol İddiaçı mülkiyyətinə verilən 2.798 ha torpaq sahəsinin şərq tərəfinə bitişik olan ümumi istifadəli gediş-gəliş yolu 175 m uzunluqda yonca əkilərək məhdudlaşdırılmışdır. Bundan əlavə mübahisəli torpaq sahəsinə kollegiya tərəfindən baxış keçirilmiş və ekspert rəyində qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Beləliklə də, işin faktiki hallarına əsasən, Bərdə rayonu, Mirzalibəyli kəndi, Qaraməmmədli kəndi ərazisində təqdim etdiyi Kompleks yerquruluşu layihəsinə və TEKUlS məlumat bazasında RX ******* saylı çıxarışla İddiaçı adına qeydiyyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinin şərq tərəfindən yol nəzərdə tutulduğu, kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumat bazasında RX ******* saylı cıxarışla Cavabdeh adına qeydiyyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 6.2387 ha torpaq sahəsinin qərb hissəsindən təsərrüfatdaxili torpaq yol nəzərdə tutulduğu, cənub şərq tərəfindən isə təsərrüfatlar arası asfalt yolun mövcud olması, TEKUİS və yerquruluşu layihəsinə əsasən RX ******* saylı Çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol Cavabdeh tərəfindən hər hansı üsul ilə tutulmadığı, RX ******* saylı Çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alınmış Bərdə rayon Qaraməmmədli kəndində yerləşən 6.2387 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol İddiaçı mülkiyyətinə verilən 2.798 ha torpaq sahəsinin şərq tərəfinə bitişik olan ümumi istifadəli gediş-gəliş yolunun 175 m uzunluqda yonca əkilərək məhdudlaşdırıldığı müəyyən edilir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir, he kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prensipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, 200 manat ekspertiza xərci tərəflərə aid edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlməmişdir. Odur ki, ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 19 mart 2021ci il tarixli, 2(021)-111/2021 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, ilk iddia tələbi rədd edilməli, qarşlıqlı iddia tələbi isə təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(021)-111/2021 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İlk iddia tələbi rədd edilsin. Qarşlıqlı iddia tələbi təmin edilsin. İlki iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən zəbt olunmuş ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə gedən təsərrüfatlararası yolun bağlanmasına yönələn hərəkətlərə qadağa qoyulsun və həmin yol ilki iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı hesabına açılsın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci ilki iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar