Məhkəmə qərarları › İş №2(104)-55/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-55/2024

11.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-55/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Rəhman qızına qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dаir iş üzrə Şəmkir Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(076)-2856/2022 saylı qətnaməsindən Cavabdeh Rəhman qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(076)-2856/2022 saylı qətnaməsi ilə (hakim K.Məmmədov) iddia təmin edilərək, Cavabdeh məxsus olan, 1 ədəd stol, 8 ədəd stul, qorka mebel və 1 ədəd güzgüsü, yaşıl rəngli kompot dəsti, çəhrayı rəngli kompot dəsti, 6 ədəd xrustal bakal, 6 ədəd qırmızı bakal, 2 ədəd qənd qabı, 2 ədəd şəkər tozu qabı olmaqla 2 dəst qırmızı rəngli çay servisi, 2 ədəd bulud, 2 ədəd kasadan ibarət 1 ədəd nahar servisi, 1 ədəd sup qabı, 30 ədəd boşqab, 1 ədəd qırmızı rəngli su qabı, 1 ədəd qızılı bəzəkli su qabı, 6 ədəd bakal, 6 ədəd qızılı bəzəkli xrustal bakal, 6 ədəd qızılı bəzəkli araq bakalı, 2 ədəd qızılı bəzəkli konfet qabı, 1 ədəd qızılı bəzəkli meyvə vazı, 11 ədəd göy rəngli nəlbəki, 6 ədəd göy rəngli limon qabı, 6 ədəd göy rəngli ləpə qabı, 4 ədəd mürəbbə qabı, 88 ədəd sarı bəzəkli, irili xırdalı düz boşqab, 6 ədəd balaca kasa, 5 ədəd qaşıq, meduza dəsti, 1 ədəd meyvə vazı, 1 ədəd konfet qabı, 1 ədəd güldan, 3 ədəd padnos, 3 ədəd kapron termos qazan, 1 ədəd qoz çəkən, 1 ədəd əl ilə işləyən ət maşını, 5 ədəd qırmızı xallı dovğa kasası, 2 ədəd xrustal balaca konfet qabı, 2 ədəd xrustal meyvə qabı, 3 ədəd qırmızı rəngli meyvə qabı, 1 ədəd qırmızı rəngli böyük meyvə qabı, 1 ədəd lampa, 1 ədəd elektrik termosu, balaca qırmızı xallı kasa, 1 ədəd xrustal qənd qabı, 1 ədəd dəm çayniki, 2 ədəd fincan, 2 ədəd şüşə xurma-marmalad qabı, 2 ədəd göy rəngli boşqab, 16 ədəd sadə bəzəksiz bakal, 2 ədəd göy rəngli bulud, 6 ədəd xrustal çay stəkanı, 1 ədəd mikser, 3 ədəd aş qapağı üçün sarı rəngli parça, 2 ədəd tava-1 ədədinin qapağı şüşə, 1 ədəd şüşə qapaqlı dəmir qab, 1 ədəd göy rəngli cam, 4 ədəd 3 mərtəbəli qab, 3 ədəd dəmir qazan, 4 ədəd ağ rəngli dəmir şirəli qazan, 1 dəst alt-üst çaynik, 2 ədəd göy rəngli konfet qabı, 1 ədəd dəmir çaydan, 1 ədəd dəmir dəm çaydanı, 1 ədəd sok çəkən maşın, 2 ədəd divan, 2 ədəd kreslo, 1 dəst parça divan üstü, 4 ədəd döşəkcə, 2 ədəd şirəli vedrə, 3 ədəd çiçəkli qazan dəsti, 1 karopka işlənməmiş qazan dəsti, 2 ədəd aliminium ləyən, 1 ədəd şirəli ləyən, 1 ədəd kapron vedrə, 1 ədəd mikro dalğalı soba, 1 ədəd bıçaq dəsti, 6 ədədli dəmir qaşıq dəsti, 3 ədədli sarı rəngli ədviyyat qabı, 7 ədəd irili xırdalı gəvə, yataq dəsti mebeli-1 ədəd yataq, 1 ədəd döşək, 1 ədəd yorğan və 2 ədəd balınc, 1 ədəd buxov ədyal, dəlincik dəsti, 2 ədəd tumbuçka, 1 ədəd paltar dolabı, 1 ədəd güzü-bala stulu ilə, 1 ədəd 5 siyirməli mebel, 1 ədəd uşaq yatağı-1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd ədyal, 1 ədəd kalyaska, 1 ədəd uşaq üçün yelləncək, 1 ədəd uşaq üçün kapron qabaq stolu, 1 ədəd uşaq üçün diyircək, 1 ədəd göy rəngli uşaq vannası, 1 ədəd yay yorğanı, 6 ədəd yük balıncı, 4 ədəd tək yorğan, 5 ədəd stol üstü skater, 5 ədəd can məhrəbası, 2 ədəd uşaq məhrəbası, 1 ədəd sarı rəngli tək ədyal, 1 ədəd qırmızı rəngli (cüt adam) ədyal, mətbəx mebeli, 24 ədəd sarı bəzəkli qaşıq, 24 ədəd sarı bəzəkli çəngəl, 11 ədəd sarı bəzəkli yağ bıçağı, 12 ədəd sadə qaşıq, 13 ədəd sadə qaşıq, 6 ədəd çay qaşığı, 1 ədəd katlet götürən maqqaş, 8 ədəd ağ pərdə altı, yataq otağının pərdələri, 2 pəncərənin, 1 bütöv, 1 tək, qəncərələrin və qapının qırmızı teatralnisi, 5 ədəd zalın pərdələri, uşaq otağının 2 pəncərə və qapı tül pərdələri, 1 ədəd yataq otağının çilçırağı, 2 ədəd zalın çilçırağı, 1 ədəd uşaq otağının çilçırağı, 1 ədəd dəhlizin çilçırağı, 2 ədəd matroslu uşaq yatağı, 2 ədəd tək döşək, 1 ədəd soyuducu, 1 ədəd paltar yuyan maşın, 1 ədəd şüşəli mebel jurnalni və 1 ədəd taxta xəmir yayandan ibarət cehiz əşyalarının İddiaçı İsrafıl oğlunun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh Rəhman qızı apellyasiya şikayəti verərək, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2856/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 10 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı Cavabdeh Rəhman qızına qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair 2(104)- 517/2023 saylı mülki iş üzrə icraat, Şəmkir rayon Məhkəməsinin icraatında olan Cavabdehlər X1 və İddiaçı qarşı evə köçürülmə tələbinə dair 2(076)-3714/2022 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iş üzrə icraat dayandırılmışdır. Şəmkir rayon Məhkəməsinin icraatında olan Cavabdehlər X1 və İddiaçı qarşı evə köçürülmə tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindiyindən məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-55/2024 saylı qərardadı ilə icraata təzələnmişdir. İşin halları: İddiaçı İsrafıl oğlu Cavabdeh qarşı cavabdehə məxsus cehiz əşyaları ilə birlikdə ona məxsus Şəmkir rayonu, Qədimqala kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun oğlu X4 ilə 16 oktyabr 2010cu il tarixdə ailə qurmuşdur. xx.xx.2011-ci il tarixdə Ruzi, xx.xx.2013-cii il tarixdə Ömər və xx.xx.2022-ci il tarixdə İnci adlı uşaqları doğulmuşdur. Cavabdeh onun oğlu ilə evlənərkən toy zamanı onun mülkiyyətində olan, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını həmi evə yığmışdır. Bir müddət cavabdeh onlarla birlikdə həmin evdə yaşadıqdan sonra, onun arvadı xəstə olan zaman cavabdeh öz istəyi ilə evdən çıxıb getmişdir. Hətta onun arvadı öldükdən sonra nə cavabdeh, nə də onun ailə üzvləri yas mərasiminə gəlməmiş və ona qarşı hörmətsizlik göstərmişdir. Hazırda cavabdehə məxsus olan 1 ədəd stol, 8 ədəd stul, qorka mebel və 1 ədəd güzgüsü, yaşıl rəngli kompot dəsti, çəhrayı rəngli kompot dəsti, 6 ədəd xrustal bakal, 6 ədəd qırmızı bakal, 2 ədəd qənd qabı, 2 ədəd şəkər tozu qabı olmaqla 2 dəst qırmızı rəngli çay servisi, 2 ədəd bulud, 2 ədəd kasadan ibarət 1 ədəd nahar servisi, 1 ədəd sup qabı, 30 ədəd boşqab, 1 ədəd qırmızı rəngli su qabı, 1 ədəd qızılı bəzəkli su qabı, 6 ədəd bakal, 6 ədəd qızılı bəzəkli xrustal bakal, 6 ədəd qızılı bəzəkli araq bakalı. 2 ədəd qızılı bəzəkli konfet qabı, 1 ədəd qızılı bəzəkli meyvə vazı, 11 ədəd göy rəngli nəlbəki, 6 ədəd göy rəngli limon qabı, 6 ədəd göy rəngli ləpə qabı, 4 ədəd mürəbbə qabı, 88 ədəd sarı bəzəkli, irili xırdalı düz boşqab, 6 ədəd balaca kasa, 5 ədəd qaşıq, meduza dəsti, 1 ədəd meyvə vazı, 1 ədəd konfet qabı, 1 ədəd güldan, 3 ədəd padnos, 3 ədəd kapron termos qazan, 1 ədəd qoz çəkən, 1 ədəd əl ilə işləyən ət maşını, 5 ədəd qırmızı xallı dovğa kasası, 2 ədəd xrustal balaca konfet qabı, 2 ədəd xrustal meyvə qabı, 3 ədəd qırmızı rəngli meyvə qabı, 1 ədəd qırmızı rəngli böyük meyvə qabı, 1 ədəd lampa, 1 ədəd elektrik termosu, balaca qırmızı xallı kasa, 1 ədəd xrustal qənd qabı, 1 ədəd dəm çayniki, 2 ədəd fincan, 2 ədəd şüşə xurma-marmalad qabı, 2 ədəd göy rəngli boşqab, 16 ədəd sadə bəzəksiz bakal, 2 ədəd göy rəngli bulud, 6 ədəd xrustal çay stəkanı, 1 ədəd mikser, 3 ədəd aş qapağı üçün sarı rəngli parça, 2 ədəd tava-1 ədədinin qapağı şüşə, 1 ədəd şüşə qapaqlı dəmir qab, 1 ədəd göy rəngli cam, 4 ədəd 3 mərtəbəli qab, 3 ədəd dəmir qazan, 4 ədəd ağ rəngli dəmir şirəli qazan, 1 dəst alt-üst çaynik, 2 ədəd göy rəngli konfet qabı, 1 ədəd dəmir çaydan, 1 ədəd dəmir dəm çaydanı, 1 ədəd sok çəkən maşın, 2 ədəd divan, 2 ədəd kreslo, 1 dəst parça divan üstü, 4 ədəd döşəkcə, 2 ədəd şirəli vedrə, 3 ədəd çiçəkli qazan dəsti, 1 karopka işlənməmiş qazan dəsti, 2 ədəd aliminium ləyən, 1 ədəd şirəli ləyən, 1 ədəd kapron vedrə, 1 ədəd mikro dalğalı soba, 1 ədəd bıçaq dəsti, 6 ədədli dəmir qaşıq dəsti, 3 ədədli sarı rəngli ədviyyat qabı, 7 ədəd irili xırdalı gəvə, yataq dəsti mebeli-1 ədəd yataq, 1 ədəd döşək, 1 ədəd yorğan və 2 ədəd balınc, 1 ədəd buxov ədyal, dəlincik dəsti, 2 ədəd tumbuçka, 1 ədəd paltar dolabı, 1 ədəd güzü-bala stulu ilə, 1 ədəd 5 siyirməli mebel, 1 ədəd uşaq yatağı-1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd ədyal, 1 ədəd kalyaska, 1 ədəd uşaq üçün yelləncək, 1 ədəd uşaq üçün kapron qabaq stolu, 1 ədəd uşaq üçün diyircək, 1 ədəd göy rəngli uşaq vannası, 1 ədəd yay yorğanı, 6 ədəd yük balıncı, 4 ədəd tək yorğan, 5 ədəd stol üstü skater, 5 ədəd can məhrəbası, 2 ədəd uşaq məhrəbası, 1 ədəd sarı rəngli tək ədyal, 1 ədəd qırmızı rəngli (cüt adam) ədyal, mətbəx mebeli, 24 ədəd sarı bəzəkli qaşıq, 24 ədəd sarı bəzəkli çəngəl, 11 ədəd sarı bəzəkli yağ bıçağı, 12 ədəd sadə qaşıq, 13 ədəd sadə qaşıq, 6 ədəd çay qaşığı, 1 ədəd katlet götürən maqqaş, 8 ədəd ağ pərdə altı, yataq otağının pərdələri, 2 pəncərənin, 1 bütöv, 1 tək, qəncərələrin və qapının qırmızı teatralnisi, 5 ədəd zalın pərdələri, uşaq otağının 2 pəncərə və qapı tül pərdələri, 1 ədəd yataq otağının çilçırağı, 2 ədəd zalın çilçırağı, 1 ədəd uşaq otağının çilçırağı, 1 ədəd dəhlizin çilçırağı, 2 ədəd matroslu uşaq yatağı, 2 ədəd tək döşək, 1 ədəd soyuducu, 1 ədəd paltar yuyan maşın, 1 ədəd şüşəli mebel jurnalni və 1 ədəd taxta xəmir yayandan ibarət cehiz əşyalarını onun evində saxlayır. O isə onun mülkiyyət hüququnu pozur, yəni evindən istədiyi kimi sərbəst şəkildə istifadə edə bilmir. Çünki o, cavabdehin cehiz əşyalarını qorumaq məcburiyyətində qalmış, həm də cehiz əşyalarını təhlükəsizlik baxımından sahibsiz qoyub heç yerə gedə bilmir. Halbuki cavabdeh könüllü olaraq ona məxsus evdən çıxmış və daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Hazırda da daimi olaraq atası evində yaşayır. Odur ki, məhkəmədən, cavabdehə məxsus cehiz əşyalarının ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. İş materiallarına əlavə edilmiş sənətlərdən də görünür ki, iddiaçının iddia tələbi qanuni və əsaslı deyildir. Belə ki, onun üç azyaşlı uşağı ilə birlikdə yaşamağa yeri yoxdur. Bir qadın kimi o da, ailə qurub üç uşaq dünyaya gətirmişdir. Heç bir əxlaqsızlığı, xəyanəti olmadan onu çölə atıb cehizlərini çıxartdırırlar. Məhkəmə heç bir fakta əsaslanmadan və işdə heç bir yazılı müqavilə olmadan, evlərin şəraitinə baxış keçirilmədən qətnamə çıxarılmışdır. Hesab edirə ki, bu hallar iş üçün vacib amillər olduğundan həmin qətnamənin əsassızlığına dəlalət edir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı İsrafıl oğlunun adına ünvan 2 ünvanında fərdi yaşayış evi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı Cavabdehlər X1 və İddiaçı qarşı evə köçürülmə tələbinə dair iddia tələbi Şəmkir rayon Məhkəməsinin 2(076)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2(014)-1864/2023 saylı ,xx.xx.2023-cü il tarixli 2(076)- 139/2023 saylı qətnaməsi dəyişdirilməsən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 ilə Cavabdeh 16 oktyabr 2010-cu il tarixdə ailə qurmuş, birgə nikahdan xx.xx.2011-ci il tarixdə Ruzi, xx.xx.2013-cü il tarixdə Ömər və xx.xx.2022-ci il tarixdə İnci adlı uşaqları doğulmuşdur. Cavabdeh toy zamanı iddiaçının mülkiyyətində olan, Şənıkir rayonu, Qədimqala kəndi, Vilayət Həsənov küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını həmin evə yığmışdır. Bir müddət cavabdeh iddiaçının ailə üzvləri ilə birlikdə həmin evdə yaşadıqdan sonra, aralarında narazılıq yaranmış, cavabdeh öz istəyi ilə çıxıb getmiş olsa da, cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır. Cavabdehlə iddiaçı arasında iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı müqavilə bağlanmamış, Cavabdeh X1 və İddiaçı qarşı evə köçürülmə tələbinə dair iddia qaldırsa da, onun iddiası təmin edilməmişdir. İddianı təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehə məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus evin mülkiyyətçisi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Cavabdehin mübahisəli ünvandakı yaşayış sahəsindən istifadə hüququ olmadığına görə ona məxsus əmlakın da həmin evdə qalması iddiaçının hüquqlarını məhdudlaşdırır. Beləliklə də işdən göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı İsrafıl oğluna məxsusdur. Cavabdehin əmlakının həmin mənzildə qalması öz əmlakından sərbəst istifadə etməsi ilə bağlı mülkiyyətçinin hüquqlarını pozur. Cavabdeh fərdi yaşayış evindən istifadə hüququnun əldə edilməsi ilə bağlı məhkəməyə mücaiət etsə də onun iddiası təmin edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2856/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Rəhman qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(076)-2856/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar