Məhkəmə qərarları › İş №2(104)-553/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-553/2023

04.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-553/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı mülkiyyət hüququnun bərpa edilməsi, qanunsuz hərəkətlərin qarşısının alınması və torpaq sahələrindən çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021)-2590/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə mürаciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınması, cavabdehin miras pay torpaq sahəsindən və özünün xüsusi mülkiyyətində olan pay torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə verərək, mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınması, 08 may 2015-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,3713 ha torpaq sahəsindən və 04 iyun 2015ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,60 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021)-2590/2022 nömrəli (hakim F.Babaşov) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınaraq Cavabdeh İddiaçı məxsus RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,3713 ha torpaq sahəsindən və RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,60 ha torpaq sahəsindən çıxarılması; Cavabdeh 100 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşıdır. X5 17 noyabr 2012ci il tarixdə, atası X8 isə 28 may 2014-cü il tarixdə ölmüşdür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-182 Kod 61014028 nömrəli Dövlət aktına əsasən Bərdə rayonu Qarağacı kəndi ərazisində yerləşən X8, X13 və onun paylı mülkiyyətində olan miras əmlakdan pay almaq məqsədi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat kontoruna müraciət etmiş və 13 mart 2015-ci il tarixli 2V-88, 2V-89, 2V-90 və 2V-91 nömrəli notariat işinə əsasən atasının və anasının miras əmlaklarının ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnamələri əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 0651806, RX seriyalı ******* və RX seriyalı ******* nömrəli çıxarışlarla miras əmlaklar adına qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(104)-900/2019 nömrəli qətnaməsinə əsasən valideynlərinin hər birinin Bərdə rayonu Qarağacı kəndində yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 1/3 hissədə payının 1/3 hissəsinə Cavabdeh, 1/3 hissəsinə isə onun mülkiyyət hüquqları tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2019-cu il tarixli 2(102)- 5616/2019 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda paylı mülkiyyətdə olan pay torpaq sahəsini cavabdeh əkib becərir, onu pay torpaq sahəsinə buraxmır. Bundan başqa “Torpağın mülkiyyətə verilməsinə” dair JN-182 KOD 61014028 nömrəli Dövlət aktına əsasən Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən X3, X9 və onun paylı mülkiyyətinə verilmiş 1,46 hektar pay torpaq sahəsinin valideynlərindən miras qalan hissəsi ilə yanaşı, həm də onu həmin pay torpaq sahəsinin xüsusi mülkiyyətində olan hissəsinə də buraxmır və onun kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkib becərməsinə imkan vermir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçı ilə ümumi birgə mülkiyyətlərindədir. Torpaq sahəsində payları naturada ayrılmadığından kimin payının harada olmasını müəyyən etmək mümkün deyildir. O iddiaçıya məxsus torpaq sahəsini zəbt etmir. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı izahat verib bildirdi ki, məhkəmə qətnaməsi ilə onun atası X1 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki 0,25 ha torpaq sahəsində yerləşən evinin ½ hissəsinə Cavabdeh və 1/2 hissəsinə onun, valideynləri X8 və X7 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki evinin 0,25 ha həyətyanı torpaq sahəsindəki hər birinin 1/4 hissədə payının 1/4 hissəsinə Cavabdeh, 3/4 hissəsinə isə onun, həmçinin onların hər birinin Bərdə rayonunun Qarağacı kəndində yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaqdakı 1/3 hissədə payının 1/3 hissəsinə Cavabdeh və 1/3 hissəsinə isə onun mülkiyyət hüquqlarının tanınmışdır. Elxan torpaq sahəsini istifadə edir onu torpaq sahəsinə buraxmır. Elxanın qanunsuz hərəkətlərinə görə o, torpaq sahələrindən istifadə edə bilmir. İddiаçı İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2015-ci il tarixli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 28 may 2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDKY DƏDRX-in 7 saylı Ərazi İdarəsinin 27 sentyabr 2014-cü il tarixli, 2363 saylı arayışına və DTXK-nin Bərdə Rayon Şöbəsinin 28 mart 2000-ci il tarixli, JN 182 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən 1,46 ha torpaq sahəsinin X6 məxsus olan hissəsinin ½ hissəsindən ibarətdir. Əmlakın ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17 noyabr 2012-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDKY DƏDRX 7 saylı Ərazi İdarəsinin 27 sentyabr 2014-cü il tarixli, 2363 saylı arayışına və DTXK-nin Bərdə Rayon Şöbəsinin 28 mart 2000-ci il tarixli, JN182 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən 1,46 ha torpaq sahəsinin X10 məxsus olan hissəsinin ½ hissəsindən ibarətdir. Əmlakın ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş JN 182 nömrəli, 61014028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş Bərdə Rayonu Qarağacı kəndində yerləşən 1,46 ha torpaq sahəsi X3, X9 və X2 ümumi paylı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,3713 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində 49 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışından görünür ki, Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,60 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində 52 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 283 saylı arayışdan görünür ki, Cavabdeh adına Bərdə rayonu Qarağacı kəndində 0,80 ha pay torpaq sahəsi vardır. Bərdə Rayonu Mirzəcəfərli Bələdiyyəsi tərəfindən verilmiş 05 sentyabr 2002-ci il tarixli, 83 saylı məktubundan görünür ki, Bərdə şəhəri Sabir küçəsi 9-da yaşayan İddiaçı Qarağacı kənd sakini Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbi ilə bağlı olan sözügedən torpaq sahələri Cavabdeh istifadəsindədir. AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə Bərdə rayonu Mirzəcəfərli kəndində doğulmuş, Bərdə şəhəri Sabir küçəsi ev 9-da qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 4657 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Sabir küçəsi ev 9-da yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********038 nömrəli rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində 45 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq İddiaçı adına verilmiş çıxarışda göstərilən Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan İddiaçı məxsus torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə paylı mülkiyyətdədir, bu səbəbdən bölünməsi mümkün deyil. Torpağa mülkiyyət hüququna dair JN-182 KOD 61014028 saylı Dövlət Aktı ilə Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 1,46 ha olan torpaq sahəsi 2 konturda yerləşir. İddiaçı məxsus pay ayrılaraq 0,60 ha və 0,3713 ha torpaq sahəsi olmaqla Dövlət Reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3713 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,60 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli 2(021) 428/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı və qeyrilərinə qarşı “vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışların etibarsız hesab edilməsi və ləyaqətsiz vərəsə kimi tanınma tələbinə” dair iddiası qismən təmin edilərək Bərdə rayon xüsusi notariusu tərəfindən X3 əmlakı barədə İddiaçı adına verilmiş 13 mart 2015-ci il tarixli, 2V-89 №li və 13 mart 2015ci il tarixli, 2V-88-İİ, Cavabdeh adına verilmiş 29 noyabr 2014-cü il tarixli 2V-515 №-li, 29 noyabr 2014-cü il tarixli 2V-516 № li qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələrin ləğv edilməsi, həmin şahədətnamələr əsasında İddiaçı adına verilmiş 0,60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barəsində daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04 iyun 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, 0,3713 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə verilmiş 08 may 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və Bərdə rayonunun Qarağacı kəndindəki 0,25 hektar torpaq sahəsində yerləşən evə tam, torpaq sahəsinin isə 3/4 hisəsinə dair verilmiş 08 may 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab olunması, X1 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki evinin, həmin evin həyətyanı torpağındakı 1/4 hissədə payının, həmin kənddə yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaqdakı 1/3 hissədə payının 3/4 hissəsinə Cavabdeh, ¼ hissəsinə isə İddiaçı mülkiyyət hüququnun tanınması, qalan hissələrdə iddianın əsassız olduğundan təmin olunmaması qət edilmişdir. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(104) 900/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Bərdə rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(021) 428/2017 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(021 )-428/2017 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı Cavabdeh X1 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki evinin üzərində tam, həmin evin Mikayıl Məmmədov və Şölə Məmmədovadan miras qalan həyətyanı torpağındakı hər birinin 1/3 hissədə payının 3/4 hissəsinə Cavabdeh, 1/4 hissəsinə isə İddiaçı mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilərək iddiaçının atası X1 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki 0,25 ha torpaq sahəsində yerləşən evinin ½ hissəsinə Cavabdeh və ½ hissəsinə İddiaçı, iddiaçının valideynləri X8 və X7 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki evinin 0,25 ha həyətyanı torpaq sahəsindəki hər birinin 1/4 hissədə payının 1/4 hissəsinə Cavabdeh, 3/4 hissəsinə isə İddiaçı, həmçinin onların hər birinin Bərdə rayonunun Qarağacı kəndində yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaqdakı 1/3 hissədə payının 1/3 hissəsinə Cavabdeh və 1/3 hissəsinə isə İddiaçı mülkiyyət hüquqlarının tanınması, qətnamənin cavabdeh İddiaçı adına verilmiş 13 mart 2015-ci il tarixli reyestr nömrələri 2V-88, 2V-89, 2V-90 və 2V-91 olan vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi və həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında İddiaçı adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən" RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və RX seriyalı 06551915 saylı çıxarışların etibarsız hesab edilməsi hissəsində və cavabdeh X4 ləyaqətsiz vərəsə hesab edilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5616/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(104)- 900/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli və 02 aprel 2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı ümumilikdə 100 manat dövlət rüsumu ödəmişdir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********038 nömrəli rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində 45 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq İddiaçı adına verilmiş çıxarışda göstərilən Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsində İddiaçı məxsus torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə paylı mülkiyyətdədir, bu səbəbdən bölünməsi mümkün deyil. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-182 KOD61014028 saylı Dövlət Aktı ilə Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 1,46 ha olan torpaq sahəsi 2 konturda yerləşir. İddiaçı məxsus pay ayrılaraq 0,60 ha və 0,3713 ha torpaq sahəsi olmaqla Dövlət Reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3713 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,60 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.2 və 157.4-cü maddələrinə, həmçinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49.1, 55, 66.1, 82, 84 və 111-ci maddələrinə istinad edib, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********038 nömrəli rəyə əsaslanaraq hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə müvafiq olaraq, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin həmin Məcəllənin 144.5-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edildi ki, İddiaçı adına 13 mart 2015ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən sonuncu 28 may 2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi hesab edilərək miras əmlak olan JN 182 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən 1,46 ha torpaq sahəsinin X6 məxsus olan hissəsinin ½ hissədən ibarət əmlakın ½ hissəsinə qanun üzrə vərəsə hesab edilmişdir. Həmçinin İddiaçı adına 13 mart 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən sonuncu 17 noyabr 2012-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi hesab edilərək miras əmlak olan JN 182 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən 1,46 ha torpaq sahəsinin X10 məxsus olan hissəsinin ½ hissədən ibarət əmlakın ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,3713 ha və 0,60 ha torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışlarla tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Sonradan isə Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli 2(021)- 428/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı və qeyrilərinə qarşı vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışların etibarsız hesab edilməsi və ləyaqətsiz vərəsə kimi tanınma tələbinə dair iddiası qismən təmin edilərək, Bərdə rayon xüsusi notariusu tərəfindən X3 əmlakı barədə İddiaçı adına verilmiş 13 mart 2015-ci il tarixli, 2V-89 №li və 13 mart 2015-ci il tarixli, 2V- 88-İİ, Cavabdeh adına verilmiş 29 noyabr 2014-cü il tarixli 2V-515 №-li, 29 noyabr 2014-cü il tarixli 2V-516 № li qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələrin ləğv edilməsi, həmin şahədətnamələr əsasında İddiaçı adına verilmiş 0,60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barəsində daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04 iyun 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, 0,3713 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə verilmiş 08 may 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və Bərdə rayonunun Qarağacı kəndindəki 0,25 hektar torpaq sahəsində yerləşən evə tam, torpaq sahəsinin isə 3/4 hisəsinə dair verilmiş 08 may 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab olunması, X1 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki evin, həmin evin həyətyanı torpağındakı 1/4 hissədə payının, həmin kənddə yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaqdakı 1/3 hissədə payının 3/4 hissəsinə Cavabdeh, ¼ hissəsinə isə İddiaçı mülkiyyət hüququnun tanınması, qalan hissələrdə iddianın əsassız olduğundan təmin olunmaması qət edilmişdir; X11 Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(104)-900/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli 2(021)- 428/2017 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(021)-428/2017 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı Cavabdeh X1 miras qalmış Bərdə rayonu Qarağacı kəndindəki evinin üzərində tam, həmin evin Mikayıl Məmmədov və Şölə Məmmədovadan miras qalan həyətyanı torpağındakı hər birinin 1/3 hissədə payının 3/4 hissəsinə Cavabdeh, 1/4 hissəsinə isə İddiaçı mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilərək iddiaçının atası X1 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki 0,25 ha torpaq sahəsində yerləşən evinin ½ hissəsinə Cavabdeh və ½ hissəsinə İddiaçı, iddiaçının valideynləri X8 və X7 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki evinin 0,25 ha həyətyanı torpaq sahəsindəki hər birinin 1/4 hissədə payının 1/4 hissəsinə Cavabdeh, 3/4 hissəsinə isə İddiaçı, həmçinin onların hər birinin Bərdə rayonunun Qarağacı kəndində yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaqdakı 1/3 hissədə payının 1/3 hissəsinə Cavabdeh və 1/3 hissəsinə isə İddiaçı mülkiyyət hüquqlarının tanınması, qətnamənin cavabdeh İddiaçı adına verilmiş 13 mart 2015-ci il tarixli reyestr nömrələri 2V-88, 2V-89, 2V-90 və 2V-91 olan vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi və həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında İddiaçı adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən" RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və RX seriyalı 06551915 saylı çıxarışların etibarsız hesab edilməsi hissəsində və cavabdeh X4 ləyaqətsiz vərəsə hesab edilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2019cu il tarixli 2(102)-5616/2019 nömrəli qərarı ilə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 28 fevral 2019-cu il tarixli 2(104)-900/2019 nömrəli qətnaməsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən salanılması qərara alınmışdır. Hazırda isə İddiaçı 08 may 2015-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,3713 ha torpaq sahəsindən və 04 iyun 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,60 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, eləcə də mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdehin hərəkətlərinin qarşısının alınması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İddiaçı Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,3713 ha torpaq sahəsinin 08 may 2015-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa, Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,60 ha torpaq sahəsinin isə 04 iyun 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olduğunu əsas gətirərək Cavabdeh torpaq sahəsindən çıxarılmasını, habelə mülkiyyət hüquqlarının bərpa edilməsi və Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edir. Halbuki işin yuxarıda sadalanan hallarından göründüyü kimi məhkəmə qətnaməsinə əsasən İddiaçı adına qeydiyyata alınmış 08 may 2015-ci il tarixli ********** qeydiyyat nömrəli və 04 iyun 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar etibarsız hesab edilmişdir. Həmçinin həmin məhkəmə qətnaməsi ilə mübahisəli torpaq sahələri miras kütləsi kimi bölünərək İddiaçı və Cavabdeh əmlakda payları müəyyən edilərək birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, Bərdə rayonu Qarağacı kəndində yerləşən mübahisəli torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir və birgə mülkiyyətçi (cavabdeh) Cavabdeh həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirməsi qanunsuz hərəkət hesab edilə bilməz, habelə digər birgə mülkiyyətçi (iddiaçı) İddiaçı mülkiyyət hüququnu pozan hərəkətlər kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsi bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. İşdən isə müəyyən olunur ki, Bərdə rayonu Qarağacı kəndində yerləşən mübahisəli torpaq sahəsi məhkəmə qətnaməsinə əsasən tərəflərin ümumi birgə mülkiyyətlərinə verilmiş olsa da, lakin onların əmlakda payları naturada müəyyən edilməmişdir. Yəni tərəflərin adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmiş və mülkiyyətlərinə aid hissədə torpaq sahəsinin koordinatları müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsinin müəyyənləşdirilməsi mümkün deyildir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hüquqlarının Cavabdeh tərəfindən pozulduğunu, habelə ona qarşı qanunsuz hərəkətlər edildiyini iddia etsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsində əldə edilmiş mütəxəssis rəyinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********038 nömrəli rəy qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmiş RX seriyalı, ******* nömərli və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarışlar əsasında verilmişdir. Ona görə də, həmin rəy mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikləri təqdirdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Hazırkı iddianın təmin edilməməsi iddiaçıların həmin iddia ilə məhkəməyə müraciət etmək hüquqlarını istisna etmir. Azərbaycan Respublikası MPM-in 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1. maddəsinə əsasən, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021)-2590/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı Cavabdeh qаrşı mülkiyyət hüququnun bərpa edilməsi, qanunsuz hərəkətlərin qarşısının alınması və torpaq sahələrindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar