Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-56/2024 12.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə Musayev Röyal İman oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-07/2020 saylı mülki iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2013-cü il tarixli reyestr nömrəsi **********06-10301 saylı texniki pasport və xx.xx.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş Ağstafa rayonunun Poylu qəsəbəsində yerləşən ümumi sahəsi 77,2 kv.m fərdi yaşayış evinin və 0,012 ha həyətyanı torpaq sahəsinin zəbtdən azad edilərək boşaldılması, xx.xx.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş Ağstafa rayonunun Poylu qəsəbəsində yerləşən 0,6619 ha və xx.xx.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş Ağstafa rayonunun Poylu qəsəbəsində yerləşən 0,2762 ha torpaq sahələrinin cavabdehin vəsaiti hesabına boşaldılması, torpağın üzərinə tökülmüş vulkan külünün götürlərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-07/2020 saylı mülki iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-07/2020 saylı mülki iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsasızdır. Belə ki, Ağstafa rayonunun Poylu qəsəbəsində iddiaçının adına Daşınmaz Əmlakın Reyestrində xx.xx.2013-cü il tarixli reyestr nömrəsi **********06-10301 saylı texnii pasport və xx.xx.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş ümumi sahəsi 7,2 kv.m fərdi yaşayış evi və 0,012 ha həyətyanı torpaq sahəsi vardır.Bunda başqa onun adına həmin əmlakların yanına yaxın Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş 0,6619 ha və xx.xx.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş 0,2762 ha torpaq sahələri vardır.Həmin torpaq sahələri cavabdeh təşkilat zəbt etmişdir. Belə ki, fərdi yaşayış evində cavabdeh təşkilatın işçiləri qalır və onu öz evinə buraxmırlar. Torpaq sahələrinə əsasən emal etdikəri qum və çınqıl kimi materiallar tökərək zəbt etmişdir.Hesab edir ki, işə baxan məhkəmə səlahiyyətlərinə aid olan heç bir araşdırma vəzifələrindən istifadə etməmiş, saxta mütəxəssis və ekspert rəyi ilə kifayətlənmiş, nəticədə iddiaçının mülkiyyət hüquqularının pozmaqla qətnamə qəbul etmişdir. Ona görə də, Ağstafa Rayon Məhkəməsinin 2(015)-07/2020 saylı mülki iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-56/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-tikinti ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə təyin edilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumatı məhkəməyə daxil olmuşdur. İddiaçı və cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqramma ünvanlayaraq, cavabdehlə barışdıqlarını və apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. İddiaçı məhkəmə kollegiyasına ünvanladığı teleqrammadan görünür ki, o, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC ilə barışıqa gəldiyi üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-07/2020 saylı mülki iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, İddiaçı Ağstafa Rayon Məhkəməsinin 2(015)-07/2020 saylı mülki iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin: 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Ağstafa Rayon Məhkəməsinin 2(015)- 07/2020 saylı mülki iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası MPM-nin 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Ağstafa Rayon Məhkəməsinin 2(015)-07/2020 saylı mülki iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-56/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-56/2024
12.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver