Məhkəmə qərarları › İş №2(104)-569/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-569/2023

13.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-569/2023 13.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və cavabdeh Tərtər Rayon X5 Hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin X7 Rayon Mərkəzi X1rşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(061)-1447/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Tərtər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin X7 Rayon Mərkəzi X1rşı 24 avqust 2022-ci il tarixli 1127/K nömrəli əmrin ləğv edilməsi və əvvəlki işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək hazırda ancaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasının ləğv edilməsini iddia edir, lakin Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin X7 Rayon X5 Hüquqi Şəxsə işə bərpa olunmasını tələb etmədiyini göstərmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 24 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin X7 Rayon X5 Hüquqi Şəxsin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Həmin əmri qanunsuz və əsassız hesab edilməsini xahiş etmişdir. Belə ki, həmin əmrin verilməsinə əsas olmuş sənədlərdən biri Tərtər rayon Prokurorluğunun təqdimatı olmuşdur. Tərtər rayon Prokurorluğunda araşdırılma aparılmış, X2 ölüm faktı ilə bağlı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ölüm hadisəsi Tərtər Rayon X5 Hüquqi Şəxsin binasından kənarda, yəni vətəndaşın yaşadığı mənzildə baş vermişdir. Həmçinin bu hadisə iş saatından kənar olmaqla onun ölüm hadisəsi ilə heç bir əlaqəsi olmamışdır. Onun işdən azad edildiyi Əmək Məcəlləsinin “ç” bəndi əmək müqaviləsi üzrə öhdəlikləri və əmək funksiyasının yerinə yetirilməməsi ilə əlaqədardır ki, bu zaman baş verəcək əmək vəzifələrinin kobud şəkildə pozulması, iş yeri və əmək müqaviləsi üzrə olmalıdır. Ancaq onun işdən çıxarılmasına səbəb iş saatından sonra və iş yerindən kənarda baş verən hadisə ilə əlaqədar olmuşdur. Yuxarıda qeyd etdiyi fakt bir daha onu sübut edir ki, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin X7 Rayon X5 Hüquqi Şəxsin rəhbəri onunla qərəzli rəftar edərək işdən çıxarmışdır. Həmin qərəzli mövqeyin hansı səbəbdən olması ona məlum olmamışdır. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla onun təqsirsizliyi tam olaraq sübuta yetirilmiş və sözügedən qərar artıq qanuni qüvvəsini almışdır. Həmçinin sözügedən əmrin verilməsinə əsas olmuş sənədlərdən biri Tibbi Şuranın qərarı olmuşdur ki, həmin qərar da tamamı ilə həqiqəti əks etdirməyən arqumentlərdən ibarətdir və qərarda Elmi Şura heç bir mötəbər sübuta əsaslanmadan onun barəsində mənfi rəy vermişdir. Bundan başqa Həmkarlar İttifaqının barəsində verdiyi qərarda həqiqət əks edilməmişdir. Belə ki, qaldırılan məsələ üzrə Həmkarlar İttifaqının iclası həqiqətdə keçirilməmiş, yalnız formal əsaslarla tərtib edilmişdir. Həmkarlar İttifaqının iclasının keçirilməsi qaydalarına əməl edilməmiş, iştirak edən üzvlərin lehinə və ya əleyhinə səs verməsi həyata keçirilməmişdir. Əslində isə gündəlikdə olan məsələ səs vermə ilə təsdiqlənir. İclasın bütün üzvləri tərəfindən protokollar imzalanır və baxılması üçün müəssisə rəhbərliyinə təqdim edilir. Sadalanan prosedura həyata keçirilməmiş, yalnız sifarişli şəkildə guya formal iclas baş tutmuşdur. Göstərdiklərinə əsasən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin X7 Rayon X5 Hüquqi Şəxsi tərəfindən qəbul edilmiş 24 avqust 2022-ci il tarixli 1127/K nömrəli əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(061)-1447/2022 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, onun məqsədi odur ki, işdən çıxarılan zaman Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad olunması barədə əmrdə dəyişiklik edilməsi, öz ərizəsi əsasında işdə çıxarılacağı təqdirdə iddiasından imtina edir, gələcəkdə Tərtər rayon Mərkəzi Xəstəxanasına qarşı işə bərpa barədə heç bir tələbi olmayacaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 ərizə təqdim edərək, iddiaçı ilə razılğa gəlmələrinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflər mübahisənin barışıq yolu ilə həll olunması barədə razılığa gəldiklərini, bu barədə aralarında şərtləri dəqiqləşdirməklə barışıq sazişi bağladıqlarını bildirmiş və məhkəmə kollegiyasından həmin sazişi təsdiq etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, bu əsasa görə Tərtər Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(061)-1447/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla qurtarmaq hüququ, bunun prosessual qaydaları və hüquqi nəticələri qanunvericiliklə tənzimlənmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikasının MPM-in apellyasiya icraatı mərhələsində barışıq sazişi ilə bağlı prosessual məsələləri tənzimləyən 370-ci maddəsində deyilir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Tərəflərin təqdim etdiyi və imzaladıqları barışıq sazişində göstərilir ki: cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi Tərtə Rayon X5 hüqqu şəxsin etibarnamə üzrə nümayəndəsi X8 iddiaçı X4 Tərtər MRX publik hüquqi şəxsin Anesteziologiya reanimasiya və intensiv tereapiya şöbəsinin tibb bacısı vəzifəsindən azad olunmasına dair əmrin məzmununda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin dəyişdirilərək həmin əmrdə öz ərizəsi ilə 24 avqust 2022-ci il tarixdən işdən azad olunmasına dair yeni əmr veriləcəyi barədə barışıq sazişinin şərtlərini qəbul edir və barışıq sazinin bağlanmasına razı olduğunu bildirir. Məhkəmə kollegiyasının iclasında tərəflərə barışıq sazişinin hüquqi nəticələri müfəssəl izah olunaraq bildirilmişdir ki, barışıq sazişi məhkəmə kollegiyası tərəfindən təsdiq edilərsə qətnamə ləğv olunaraq iş üzrə icraata xitam veriləcək və barışıq sazişi ilə nəzərdə tutulmuş şərtlər onlar üçün məcburi olacaqdır. Həmçinin tərəflərin eyni əsaslarla və eyni predmet barədə yenidən məhkəməyə müraciəti yolverilməz hesab ediləcəkdir. Tərəflər barışıq sazişini heç bir kənar təsir olmadan bağladıqlarını, həmin şərtlərin onların mənafelərinə və istəyinə uyğun olduğunu bildirmiş və barışıq sazişini təsdiq etməklə işin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinin tələbinə görə məhkəmə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Eyni zamanda həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası barışıq sazişinin şərtlərini təhlil edərək bu qənaətə gəlmişdir ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir, onların iradə ifadəsinə əsaslanır və hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası barışıq sazişini təsdiq edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 191, 261.0.5, 263, 264, 370, 402, 405-407-ci maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin X7 Rayon Mərkəzi X1rşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: 1.İddiaçı ona verilmiş Tərər MRX publik hüquqi şəxsin Anesteziologiya reanimasiya və intensiv tereapiya şöbəsinin Tibb bacısı vəzifəsindən azad olunmasına dair həmin müəssənin 24 avqust 2022-ci il tarixli 1127-k nömrəli əmrinin məzmununda Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin dəyişdirilərək öz ərizəsi əsasında 24 avqust 2022-ci il tarixdən işdən azad edilməsi barədə dəyşiriklik ediləcəyi təqdirdə barışıq sazişinin bağlanması ilə əlaqədar iddiasından imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir və bununla bağlı ərizə ilə müraciət etməsini öhdəsinə götürür. 2.Cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin X7 Rayon Mərkəzi Xəstəxnası publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X8 İddiaçı Tərər MRX publik hüquqi şəxsin Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinin Tibb bacısı vəzifəsindən azad olunmasına dair əmrin məzmununda Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin dəyişdirilərək həmin əmrdə 24 avqust 2022-ci il tarixdən öz ərizəsi ilə işdən azad olunmasına dair yeni əmr veriləcəyi barədə barışığ sazişinin şərtlərini qəbul edir və barışıq sazişinin bağlanmasına razı olduğunu bildirir və həmin əmrdə dəyişiklik edilməsini öhdəsinə götürür. Tərəflərin barışıq sazişi təsdiq edildiyinə görə Tərtər Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(061)-1447/2022 nömrəli qətnaməsi ləğv edilsin və mülki işin icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar