Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-60/2023 14.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bərdə Regional X10 Cavabdeh1 Oqtay oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq sahəsinin geri qaytarılması tələbi) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı Bərdə Regional X10 nümayəndəsi X11 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-217/2020 nömrəli qətnaməsindən iddiaçı Bərdə Regional X18 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Bərdə Regional X10 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 006387 nömrəli aktdan görünür ki, Bərdə RMTM-nin əməkdaşları tərəfindən Cavabdeh1 iştirakı ilə Aslan-Əyricə meşəbəyliyinin beşinci meşə dolayısının onuncu kvartalında yoxlama aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh1 özbaşına 45 ha meşə fondu torpağını zəbt edərək öz istədiyi kimi istifadə edir. Həmin sahə keçmiş illərdə Bərdə rayon partiya komitəsinin qərarı ilə müvəqqəti bağçılıq sahəsinə verilmişdir. Ancaq 19 yanvar 2000-ci ildə keçmiş "AzərMeşə" İB-nin, Kənd Təsərrüfatı Nazirliyinin, Respublika Dövlət Torpaq Komitəsinin mütəxəssislərinin iştirakı ilə tərtib edilmiş aktla da həmin torpağın meşə fondu torpağına aid olduğu müəyyənləşmiş və məhsul götürüldükdən sonra torpağın təyinatı üzrə meşə təsərrüfatına qaytarılması qeyd olunmuşdur. Bərdə rayon Torpaq şöbəsi tərəfindən Bərdə rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.1999-cu il tarixli, 472 nömrəli məktubun surətindən görünür ki, Bərdə rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli iclasının qərarı ilə əhalinin meyvətərəvəz və bostan məhsullarına olan tələbatını ödəmək məqsədilə meşə təsərrüfatının "Əyricə" adlanan X26 torpağının kənd təsərrüfatında istifadə olunmayan şoran sahəsindən 200 ha ayrılıb, təsərrüfatlar arası Bağçılıq-Tərəvəzçilik müəsssisəsinin müvəqqəti istifadəsinə verilməsi barədə qərar edilmişdir. Lakin faktiki olaraq BağçılıqTərəvəzçilik müəsssisəsinə 200 ha meşə təsərrüfatı fondundan cəmi 41 ha torpaq sahəsi verilmişdir. "Azər-Meşə" İB-nin, Respublika Kənd Təsərrüfatı Nazirliyinin, Respublika Dövlət Torpaq Komitəsinin, Bərdə rayon Torpaq Şöbəsinin, Bərdə rayon Meşə Təsərrüfatının nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli aktda göstərilmişdir ki, X14 Aslan-Əyricə meşə sahəsinin 10 nömrəli kvartalında 41 ha meşə fondu torpağına baxış keçirilərək müəyyən edilmişdir ki, Bərdə rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə 41 ha torpaq sahəsi müvəqqəti olaraq Bağçılıq-Tərəvəzçilik müəsssisəsinin istifadəsinə verilmiş sahədə polimet alma bağı salınmış, həmin bağ vaxtlıvaxtında suvarılmadığından tədricən quruyaraq sıradan çıxmışdır. Həmin ərazidə Bərdə rayon icra Hakimiyyəti başçısının xx.xx.1999-cu i! tarixli, 78 saylı sərəncamı ilə "Toğrul" kəndli fermer təsərrüfatı yaradılmışdır. Yaradılmış təsərrüfata verilmiş 34 ha sahə hal-hazırda taxıl əkini altındadır. Göstərilənlərə əsasən, əkilmiş sahələrdən məhsul götürüldükdən sonra təyinatı üzrə istifadə olunması məqsədi ilə həmin torpaqlardan X17 istifadəsinə qaytarılmalı olduğu qeyd edilmişdir. X23 və Bərpası Müəsisəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Bərdə MMBM-nin Soltanbud-02 meşəbəyliyinin 21 saylı meşə dolayısının 43-cü kvartalının 22-ci taksasiya bölməsinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 7 ha meşə torpağından 24 nəfər Bərdə rayonu Şahvəlilər kənd sakini tərəfindən istifadə olunmaqla ərazi fərdi yaşayış evləri tikilmişdir. Həmin meşə sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 188 saylı qərarına əsasən Bərdə rayonu Soltanbud kolxozundan verilmiş 49 ha meşə sahəsidir. İşdə olan X23 və Bərpası Müəsisəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Bərdə MMBM-in Aslan-Əyricə meşəbəyliyinin 5 saylı meşə dolayının 10-cu kvartalını 1-2-ci taksasiya bölməsinə baxış keçirilmiş, baxış zamanı 45 ha meşə torpağının X4 istifadəsində olduğu müəyyən edilmişdir. "Torpaqdan müvəqqəti istifadə hüququna dair" JN-0145, KOD 61001004 saylı şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 78 nömrəli qərarı ilə X3 BEF-dən heyvandarlığın inkişafı üçün 34 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Bərdə rayonu Bərdə Bələdiyyəsi və X7 arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 05 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, icarəyə verən icarə əsasında sahəsi 34 ha olan torpaq sahəsini icarəçiyə 99 il müddətinə istifadəyə verir, icarəçi isə onu qəbul edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək alınmış xx.xx.2019-cu il tarixli, 19590 nömrəli "məhkəmə ekspertizasının aparılmasının mümkün olmaması barədə" məlumatdan görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mütəxəssis rəyində qərardadda qoyulan sual cavablandırılmamışdır. Belə ki, mütəxəssis -rəyində qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli, 008387 nömrəli Aktda göstərilən torpaq sahəsinin yerini akta əlavə edilmiş sxemə əsasən müəyyən etmək mümkün olmadığından mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Odur ki, məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə 11 iyun 2019-cu il tarixli qərardad icra olunmadan geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Bərdə Regional X18 Cavabdeh1 qarşı 45 ha meşə fondu torpağının alınıb Bərdə X1ytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bərdə Regional X18 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bərdə şəhər sakini Cavabdeh1 Aslan Əyricə meşəbəyliyinin beşinci meşə dolayısının onuncu kvartalının birinci taksasiya bölməsindən 45 ha meşə fondu torpağı zəbt edərək kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğuldur. Həmin ərazinin Bərdə RMTM-nin meşə fondu torpağı olmasını Bərdə rayon Torpaq Şöbəsinin xx.xx.1999-cu il tarixli, 472 saylı məktubu, Bərdə rayonunda yaradılmış, üç nazirliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli akt, xx.xx.2014-cü il tarixli aktla, xx.xx.2014cü il tarixli 158 saylı iddia ərizəsi və xx.xx.2019-cu il tarixli aktlarla təsdiq olunur. Cavabdehin mərhum atası X6 və özünə xx.xx.2019-cu il tarixli, 209 saylı bildirişlə Cavabdeh1 bildirilmişdir ki, həmin ərazi meşə fondu torpağı olduğu üçün ərazi Bərdə X1ytarılmalıdır. Ona görə də, iddiaçı Bərdə Regional X18 45 ha meşə fondu torpağının qaytarılmasına dair iddia ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.V.Kərimov, iş № 2(021)-217/2020) iddiaçı Bərdə Regional X10 Cavabdeh1 qarşı ondan 45 ha meşə fondu torpağının alınıb Bərdə X1ytarılmasına dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında nəinki mübahisəli torpaq sahəsinin meşə fonduna daxil olması müəyyən edilə bilmiş, hətta aktda göstərilən torpaq sahəsinin yerinin akta əlavə edilmiş sxemə əsasən müəyyən edilməsi belə mümkün olmamışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat İddiaçı Bərdə Regional X18 Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(021)-217/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən arqumentlərlə əsaslandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Əliyeva (sədrlik edən və məruzəçi), R.Muradov və A.Bayramov, iş № 2(104)-1929/2020) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(021)-217/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən tələb etdiyi 45 ha torpaq sahəsinin Bərdə Regional X18nə məxsus olmasını və meşə fonduna daxil olan həmin torpaq sahəsinin həqiqətən cavabdeh tərəfindən zəbt olunmasını təsdiq edən mötəbər sübut nə birinci instansiya məhkəməsinə, nə də, təklif olunmasına baxmayaraq apellyasiya baxışına təqdim olunmuşdur. Kassasiya instansiya məhkəməsində icraat İddiaçı Bərdə Regional X18 (vəkil X12) kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1929/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassator şikayətini əsaslandırarkən qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin meşə fondu ərazisi olmasını əks etdirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Topogeodeziya və Meşə quruluşu tərəfindən 1:25000 miqyasında təsdiq edilmiş plan-xəritədən çıxarış və digər aktlar təqdim edilmişdir. Cavabdehin istifadəsində olan meşə fondu sahəsinin geri qaytarılması barədə iddiaçı tərəfindən təqdim edilmiş plan-xəritə olmasına baxmayaraq məhkəmə torpaq sahəsinin yerinin müəyyən edilməməsi səbəbindən ekspert rəyinin verilmədən geri qaytarılması barədə ekspertin məktubunu əsas götürüb işə əsassız olaraq yekun qiymət verərək iddia tələbini təmin etməmişdir. Məhkəmə cavabdehə deyil, onun atasına müvəqqəti istifadə üçün verilmiş torpaq sahəsi ilə ETSN tərəfindən tərtib edilmiş 27 mart 2019-cu il tarixli aktda göstərilən sahənin üst-üstə düşməsi sualı qoyub. Ekspert isə öz növbəsində qarşısında qoyulmuş həmin sualda haqlı olaraq iş üzrə tərəf olmayan cavabdehin atasına müvəqqəti istifadə üçün verilmiş aktda, nə də ETSN tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda mübahisəli torpaq sahəsinin koordinatları qeyd edilmədiyindən sənədi icra etmədən geri qaytarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3138/2021 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Vüqar Həsənov, hakimlər Əhməd Əhmədov və İlqar Dəmirovdan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)-1929/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç biri üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bərdə Regional X10 nümayəndəsi X20 apellyasiya şikayətini müdafiə edərək, şikayətini iddia ərizəsində göstərilən arqumentlərlə əsaslandırdı. Həmçinin göstərdi ki, əldə edilmiş ekspert rəyi ilə də, müəyyən olunmuşdur ki, Aslan Əyricə meşəbəyliyinin 5-ci dolayının 10-cu kvartalının 1 və 2-ci bölməsində yerləşən 45,0 ha torpaq sahəsi X26 torpaqlarına aiddir və hal-hazırda Cavabdeh1 tərəfindən istifadə olunur. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-217/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsinə yönəldiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-217/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İddiaçı X26 torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilərək, qanunsuz istifadə edildiyini bildirir və həmin 45 ha meşə fondu torpağının alınıb Bərdə X1ytarılmasını xahiş edir. İddiaçı mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair sübut kimi mübahisəli torpaq sahəsinin meşə fondu ərazisi olmasını əks etdirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Topogeodeziya və Meşə quruluşu tərəfindən 1:25000 miqyasında təsdiq edilmiş plan-xəritədən çıxarış təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(102)- 3138/2021 saylı qərarında şərh edilmiş göstərişlərə uyğun olaraq, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)-3065/2021 saylı qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması X5 mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əldə edilərək, iş materiallarına əlavə edilmişdir. Daha sonra, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(102)-3138/2021 saylı qərarında şərh edilmiş göstərişlərə əsasən mübahisələndirilən torpaq sahəsinin meşə fondu torpaq sahəsinə aid olub-olmaması, cavabdeh tərəfindən istifadənin qanuni olub-olmaması (bütün torpaq sahəsinə və toraq sahəsinin bir hissəsinə hər hansı hüquqmüəyyənedici sənədlərin olması müəyyən edilməklə), cavabdehin istifadəsində olan torpaq sahəsinin dövlət və ya bələdiyyə torpaq sahəsinə aid olması, mübahisənin düzgün həll olunması üçün ekspertiza təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6426 saylı rəyi ilə müəyyən olunur ki, JM-0145 kod 61001004 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə X2 istifadəsinə verilmiş 34,0 ha (145 və 145A olmaqla 2 hissədən ibarət) torpaq sahəsinin sərhədləri elektron məlumat bazasında mövcud Bakı təsərrüfatının ərazisində aparılmış Torpaq islahatına dair kompleks yerquruluşu layihəsində öz əksini tapmışdır. Lakin elektron məlumat bazasında fərdi-şəhadətnamələr, Dövlət aktları siyahısında qeydiyyata alındığı üçün sərhədləri, sənəd üzrə naturada müəyyən olunmuşdur. Bu rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. Bərdə Regional X10 təqdim etdiyi planda öz əksini tapmış, Aslan Əyricə meşəbəyliyinin 5-ci dolayının 10-cu kvartalının 1 və 2-ci bölməsində yerləşən 45,0 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmiş və məlum olmuşdur ki, həmin torpaq sahəsi X26 torpaqlarına aiddir. Sözügedən 45,0 ha torpaq sahəsi X26 torpaqlarına aiddir və hal-hazırda X9 tərəfindən bötövlüklə istifadə olunur. Əldə edilmiş mütəxəssis və ekspert rəyləri məhkəmə iclasında tədqiq olunaraq, digər sübutlarla yanaşı qiymətləndirilmiş və həmin rəylərin qanuniliyi və əsalılığı heç bir şübhə doğurmamışdır. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, Aslan Əyricə meşəbəyliyinin 5-ci dolayının 10-cu kvartalının 1 və 2-ci bölməsində yerləşən 45,0 ha torpaq sahəsi X26 torpaqlarına aiddir və hal-hazırda həmin torpaq sahəsindən X9 qanunsuz olaraq istifadə edir. Birinci instansiya məhkəməsi isə işin həmin hallarını nəzərə almamış və mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən edə bilməmişdir ki, bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-217/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Cavabdeh1 istifadəsində olan 45,0 ha X26 torpağı ondan alınıb iddiaçı Bərdə X1ytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 396, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ :
Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-217/2020 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh1 istifadəsində olan 45,0 ha X26 torpağı ondan alınıb iddiaçı Bərdə X1ytarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.