Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-604/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Cavabdeh” X9rşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: inzibati tənbehin ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və cavabdeh “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Cavabdeh” X10 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Cavabdeh” X9rşı inzibati tənbehin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 2(013)-2841/2024 nömrəli qətnaməsindən cavabdeh Ağdam Mərkəzi Rayon X3 Şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Cavabdeh” X10 26 avqust 2024-cü il tarixli 18-1-21/3-1-1689/2024 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı töhmət verilmişdir.
2. 22 avqust 2024-cü il tarixli 256 saylı ezamiyyə vəsiqəsinin surətindən görünür ki, İddiaçı bir gün müddətində Bakı şəhəri TƏBİB-in inzibati binasına ezam edilmiş, buna əsas TƏBİB-in 21 avqust 2024-cü il tarixli məktubu olmuşdur.
3. İddiaçı izahatının surətindən görünür ki, 22 avqust 2024-cü il tarixdə Bakı şəhəri TƏBİB-in inzibati binasına ezam olunmuş, axşam vaxtı maşın olmadığına görə məcburən səhər, yəni 23 avqust 2024-cü il tarixdə Bakı şəhərindən qayıtmışdır.
4. Xəstənin tibbi kartasından çıxarışlardan və epikrizin surətindən görünür ki, İddiaçı E11 insulindən asılı olmayan şəkərli diabet və yoğun bağırsağın bədxassəli şişi xəstəliklərindən əziyyət çəkir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Cavabdeh” X9rşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, inzibati tənbeh vermə barədə “Cavabdeh” X10 26 avqust 2024-cü il tarixli 18-1-21/3-1-1689/2024 saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildən Doğum evində Ginekoloqhəkim işləyir. 2022-ci ildən isə Ailə Sağlamlıq Mərkəzində baş həkim vəzifəsində işləyir. İşlədiyi müddətlərdə heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Ağdam rayon əhalisinin ağır günlərində bütün təbəqədən olan insanların, xüsusilə şəhid ailələrinin, qazilərin, məcburi köçkün ailələrinin yanında olmuş, onların sağlamlığının keşiyində dayanmışdır. İddia ərizəsinə əlavə etdiyi Sertifikasiya Şəhadətnaməsindən də göründüyü kimi təyin olunmuş Sertifikasiya üzrə ixtisasına uyğun bal toplamaqla tibbi fəaliyyəti həmişə yüksək qiymətləndirilmişdir. Canəli Nəbiyev "Ağdam Rayon Mərkəzi Xəstəxana" X11 yeni direktor təyin olunduqdan sonra onun rəhbərlik etdiyi Ailə Sağlamlıq Mərkəzində işləməsinə süni maneələr yaradaraq işləməyinə imkan verməmişdir. 22 avqust 2024-cü il tarixdə işlə bağlı TƏBİB-in Bakı şəhərində yerləşən inzibati binasına getmək üçün ezamiyyətdə olmuşdur. (Ezamiyyə vərəqəsinin surəti iddia ərizəsinə əlavə edilmişdir). Bütün günü orada olmuş və səhəri, yəni 23 avqust 2024-cü ildə səhər Bakıdan geri qayıtmışdır. Səhər gün qayıtmağına xəstə olması və avtomobilnin olmaması səbəb olmuşdur. Buna baxmayaraq "Ağdam Rayon Mərkəzi Xəstəxana" X10 direktoru Canəli Nəbiyev 23 avqust 2024-cü il tarixdə səhər saatlarında onun ezamiyyətdə olmağına baxmayaraq qəsdən iş yerinə gedərək akt tərtib etdirmiş və 26 avqust 2024-cü il tarixli 18- 1-21/3-1-1689/2024 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2ci maddəsinin "a" bəndinə əsasən müəssisədaxili intizam qaydalarını qismən yerinə yetirməmə əsası ilə ona töhmət elan etmişdir. Əmrin verilməsinə əsas kimi onun xx.xx.2024-cü il tarixli izahatı göstərilmişdir. Ancaq yuxarıda qeyd etdiyi kimi onun intizam məsuliyyətinə cəlb olunmağa əsas verən heç bir hal baş verməyib. Bütün bunlar isə sonradan onun mərkəz müdiri vəzifəsindən azad edilməsinə hesablanmışdır.
7. Ağdam Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 2(013)-2841/2024 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbi təmin edilərək, Ağdam Mərkəzi Rayon X3 Şəxsin 26 avqust 2024-cü il tarixli 18-1-21/3-1-1689/2024 saylı əmri ləğv edilməsi qət olunmuşdur.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 186, 187, 190-cı maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 233, 357-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Cavabdeh” X12 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 22 avqust 2024-cü il tarixdə Bakı şəhərində yerləşən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X10 inzibati binasına bir günlük ezam olunmuş və bu barədə ona 256 saylı ezamiyyə vərəqəsi verilmişdir. İddiaçı 23 avqust 2024-cü il tarixdə bütün iş günü işə gəlməmmiş və bu barədə akt tərtib olunmuş və həmin akt rəhbərliyə təqdim olunmuşdur. Əmək və icra intizamının pozulması halını araşdırma aparılması ilə əlaqədar İddiaçı 26 avqust 2024-cü il tarixdə xəstəxananın İnsan Resursları şöbəsinə dəvət olunmuş, dinlənilmiş, eləcədə yazılı izahatı alınmışdır. İddiaçı yazdığı izahatından aydın olmuşdur ki, heç bir üzürlü səbəb olmadan 23 avqust 2024-cü il tarixdə bütün iş günü işdə olmamışdır və bununla bağlı işlədiyi xəstəxananın rəhbərliyinə şifahi və ya yazılı formada məlumat verməmişdir. Bundan əvvəlki dövrlərdə də İddiaçı işəgötürənlə bağlanmış əmək müqaviləsində öz əksini tapmış əmək vəzifələrini, əmək və icra intizamını dəfələrlə kobud formada pozmuş, rəhbərliyə, eləcədə digər vəzifəli şəxslərə qarşı tabesizlik nümayiş etdirmişdir. Bu barədə aktlar tərtib olunmuş və bu halların aradan qaldırılması və İddiaçı əmək və icra intizamına riayət etməsi məqsədi ilə 19 avqust 2024-cü il tarixdə “Cavabdeh “X10də Tibbi Şuranın yığıncağı kecirilmişdir.14 avqust 2024, 15 avqust 2024, 16 avqust 2024, 24 avqust 2024-cü il tarixli aktlar və 19 avqust 2024-cü il tarixli Tibbi Şura yığıncağının 2 saylı protokolu Ağdam Rayon Məhkəməsinə təqdim olunsada sübut kimi qiymət verilməmişdir. Bütün bu qeyd olunanlar İddiaçı barəsində intizam tənbehinə cəlb olunmasına əmək qanunvericiliyin tələblərindən irəli gələrək tam əsas verir. Qətnamədə “iddiaçı qismində məhkəmədə izahat verən T.S.Süleymanov “ adlı şəxs məhkəmə baxışında iştirak etməmişdir. Nə əsasla bu şəxsin adı iddaçı qismində qətnamədə qeyd olunduğu məlum deyil. Qətnamədə qeyd olunan, “lakin direktor Canəli Nəbiyev ona göz yumuşdur” fikirlərini cavabdeh tərəfin nümayəndəsi olaraq istər yazılı etirazında, eləcədə məhkəmə baxışında nə yazılı nə də şifahi olaraq qeyd olunmamışdır. O qeyd etmişdir ki, İddiaçı ardıcıl olaraq müxtəlif vaxtlarda əmək və icra intizamını pozması ilə bağlı rəhbərlik tərəfindən dəvət olunmuş və onun əmək və icra intizamına riayət etməyə dəvət etmiş iddiaçıya qarşı qərəzli yanaşmamışdır, rəhbərlik iddiaçıya xəbərdarliq etmişdir ki, belə hallar tərəfinizdən davam etsə barənizdə əmək qanunvericiliyinin tələblərinə müvafiq qaydada intizam tənbehinə cəlb olunarsınız və bununla bağlı 19 avqust 2024-cü il tarixdə Tibbi Şura yığıncağı kecirilmişdir. Tibbi Şura iclasında İddiaçı dəvət olunaraq əmək və icra intizamına riayət olunması ilə bağlı şifahi olaraq xəbərdarlıq edilmişdir. Lakin göründüyü kimi İddiaçı nəticə çıxarmamış və əmək və icra intizamını yenidən pozmuşdur. Bu barədə tərtib olunmuş aktları Ağdam Rayon Məhkəməsinə təqdim etmişlər. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 18 oktyabr 2024-cü il tarixdə rəhbərliyə daxil olan rəsmi məktubda qeyd olunur ki, araşdırmanın nəticəsinə uyğun olaraq vəzifə öhdəliklərini yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən İddiaçı barəsində intizam tənbehi tədbirləri görülməsi qeyd olunmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Təbib Ərazi Bölmələrini X4 Hüquqi şəxs “Cavabdeh” X8 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, İddiaçı bir günlük ezamiyyə vərəqəsi verilmişdir. Sonuncu 23 avqust 2024-cü ildə işdə olmalıydı, lakin həmin gün işdə olmayıb. Nümayəndə ezamiyyə vərəqəsini məhkəməyə təqdim edir və sonda suala cavab olaraq bildirir ki, artıq Canəli Nəbiyev tutduğu drektor vəsifəsindən kənarlaşdırılmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, drektor Canəli Nəbiyev onun işlədiyi şöbəni əsassız olaraq heç bir şəraiti olmayan kəndə köçrdüyü üçün onun hərəkətlərindən Təbibə məlumat vermiş, bu səbəbdəndə də sonuncu onunla qərəzli olmuşdur. Belə ki, 22 avqust 2024-cü ildə bütün gün Bakı şəhərində Təbibin inzibati binasında olmuş, həmin gün rayona qayıda bilməmişdir. Səhəri gün, yəni 23 avqust 2024cü ildə isə rayona qayıtmiş və günün 2-ci yarısı Quzanlı qəsəbəsində olmuşdur. Lakin buna baxmayaraq drektor Canəli Nəbiyev onu qəbul etməkdən imtina etmişdir. Ezamiyyə vərəqəsini 23 avqust 2024-cü ildə xəstəxanaya təqdim etmişdir. Sonuncu ona qarşı qərəzli olduğundan əsassız olaraq töhmət vermişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
14. Maddə 10 Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
15. Maddə 186 Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
16. Maddə 187 İntizam tənbehinin verilməsi qaydaları
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
17. Maddə 190.
1. İntizam tənbehi verildiyi gündən altı ay müddətində qüvvədə olur.
3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı 2012-ci ildən “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Cavabdeh” X12 Doğum evində Ginekoloq-həkim, 2022-ci ildən isə Ailə Sağlamlıq Mərkəzində baş həkim vəzifəsində işləyir. X5 "Ağdam Rayon Mərkəzi Xəstəxana" X11 yeni direktor təyin olunduqdan sonra onun rəhbərlik etdiyi Ailə Sağlamlıq Mərkəzində işləməsinə süni maneələr yaradaraq işləməyinə imkan verməməsini, işlədiyi şöbəni əsassız olaraq kəndə köçürməsi səbəbindən onun bu hərəkətlərindən Təbibə məlumat verməsini, bu səbəbdən də 22 avqust 2024-cü ildə bütün gün Bakı şəhərində Təbibin inzibati binasında olmuş və həmin gün rayona qayıda bilməmişdir. Səhəri gün, yəni 23 avqust 2024-cü ildə isə rayona qayıtmiş və günün 2-ci yarısı Quzanlı qəsəbəsində olmuşdur. Ezamiyyə vərəqəsinidə həmin gün xəstəxanaya təqdim etmişdir. Ezamiyyədən qayıtdıqdan sonra drektor Canəli Nəbiyev onu qəbul etməkdən imtina etmiş və ona qarşı qərəzli olduğundan əsassız olaraq 26 avqust 2024-cü il tarixli 18-1-21/3-1-1689/2024 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin "a" bəndinə əsasən müəssisədaxili intizam qaydalarını qismən yerinə yetirməmə əsası ilə ona töhmət elan etmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəf iddiaçının əmək və icra intizamını pozmasını təsdiq etmək üçün iş materiallarına müvafiq aktlar və Ağdam Mərkəzi Rayon X3 Şəxsin tibbi şura yığıncağının 19 avqust 2024-cü il tarixli 02 saylı protokolunun surətini əlavə etmiş, lakin həmin sənədlər hazırki mübahisəyə, yəni Ağdam Mərkəzi Rayon X3 Şəxsin 26 avqust 2024-cü il tarixli 18- 1-21/3-1-1689/2024 saylı əmri ilə İddiaçı töhmət verilməsinə aidiyətinin olmadığından, məhkəmə onları sübut kimi qiymətləndirmir.
28. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
29. Belə ki, İddiaçı etdiyi müraciətlə əlaqədar 22 avqust 2024-cü ildə Bakı şəhərində Təbibin inzibati binasında olması işin mübahisəsiz halıdır. İşdə olan ezamiyyə vərəqəsi ilə də işin qeyd olunan bu halı təsdiq olur. İşin 5-ci vərəqində olan ezamiyyə vərəqəsində İddiaçı 22 avqust 2024-cü ildə Təbibdən çıxması barədə müvaviq qeyd olsada, lakin işə qayıtması brədə gəldi hissədə Ağdam Mərkəzi Rayon X3 Şəxsi tərəfindən heç bir qeydiyyat aparılmamışdır.
30. “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarının 4-cü bəndinə görə, işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.
31. Qaydaların 7-ci bəndəndə qeyd olunur ki, respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. İşçi müxtəlif yaşayış məntəqələrinə ezam olunduqda, hər məntəqədə gəlmə və getmə günü haqqında məlumatlar ezamiyyət vəsiqəsində ayrıca qeyd edilir.
32. Qaydaların 8-ci bəndəndə isə qeyd olunmuşdur ki, nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Nəqliyyat vasitəsi saat 24ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün, 00saatdan sonra isə sonrakı günlər sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması günü eyni qayda ilə təyin edilir.
33. Apellyasiya icraatı zamanı “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Cavabdeh” X12 “Cavabdeh” X10 nümayəndəsinin məhkəməyə təqdim etdiyi ezamiyyə vərəqəsində isə işçinin, yəni İddiaçı 22 avqust 2024-cü ildə ezamiyyədən qayıtması qeyd olunmuşdur. İddiaçı izahatında bildirmişdir ki, 23 avqust 2024-cü ildə günün ikinci yarısı işdə olmuşdur. Kollegiya hesab edir ki, işçinin ezamiyyədə olması, ezamiyyə vərəqəsində qeyd olunan günlə məhdudlaşdırılmamalı, ezam olunan şəxsin təyinat yerinə gedib gəlməsi ilə bağlı qət olunacaq məsafə, eləcədə digər amillər nəzərə alınmalıdır. İddiaçı Bakı şəhərində Təbibin inzibati binasında bir gün, yəni 22 avqust 2024cü ildə olmuşdur. Cavabdeh tərəfin təqdim etdiyi ezamiyyə vərəqəsində İddiaçı 22 avqust 2024-cü ildə ezamiyyədən qayıtması qeyd olunsada, lakin onun özünün deməsindən müəyyən olunur ki, Təbibdən çıxdıqdan sonra səhhətində olan problemmlər, eləcədə rayona qayıtmaq üçün avtomobil olmamasına görə 23 avqust 2024-cü ildə günün 2-ci yarısı rayona qaydıb işdə olmuşdur. Sonuncunun Bakı şəhərindən sonrakı gün, yəni 23 avqust 2024-cü ildə qayıtması əslində heçdə əmək intizamının qismən pozulması kimi qiymətləndirilməməliydi. Çünki hamıya bəlli olduğu kimi Bakı şəhəri ilə Ağdam rayonu arasındakı məsəfəni avtomobillə qət etmək (gedib-qayıtmaq) üçün təxminən 9-10 saata yaxın vaxt tələb olunur.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378- 382, 384, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Cavabdeh” X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 2(013)-2841/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.