Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-605/2024 18.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əqdin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı şəhadətnamənin və alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(042)-472/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 27 oktyabr 2006-cı il tarixli, 01 nömrəli hərrac protokolunun təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin özəlləşdirilməsinə dair 27 oktyabr 2006-cı ildə hərrac keçirilmiş, hərracda satıcı kimi keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi çıxış etmiş, hərracın qalibi Cavabdeh2 olmuşdur.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, “Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında Əsasnamə”yə və “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydalarına uyğun olaraq keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 22 sentyabr 2006-cı il tarixli, 234 nömrəli Sərəncamı ilə hərraca çıxarılmış, bu barədə komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində müvafiq elan verilmiş və 27 oktyabr 2006-cı il tarixdə keçirilmiş hərracda hərracın qalibi X4 tərəfindən özəlləşdirilmişdir.
3. 02 noyabr 2006-cı il tarixli, 568 nömrəli “Müəssisənin (obyektin) alqısatıqısı” müqaviləsinin surətindən görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi satıcı keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən alıcı Cavabdeh2 satılmışdır.
4. 08 noyabr 2006-cı il tarixli 000678 qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi Cavabdeh2 tərəfindən satın alınmış, torpaq sahəsinin ümumi satış qiyməti 9061 manat təşkil etmiş, həmin Şəhadətnamə torpaq sahəsi üzərində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə verilmişdir.
5. 14 dekabr 2006-cı il tarixli 000184 qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin yerlşədiyi 20076 kv.m torpaq sahəsi Cavabdeh2 tərəfindən satın alınmış, torpaq sahəsinin ümumi satış qiyməti 1310,76 manat təşkil etmiş, həmin Şəhadətnamə torpaq sahəsi üzərində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə verilmişdir.
6. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 may 2010-cu il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) 20076 ha torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Əmlak kompleksi kimi müəssisənin tərkibi ümumi sahələri 51 kv.m, 64 kv.m və 90 kv.m olmaqla üç tikilidən ibarət olmuşdur.
7. Daşınmaz əmlakın 17 iyul 2017-ci il tarixli, AN-1 seriyalı ******* nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) Liter A qeyri-yaşayış binası 51 kv.m, Liter B qeyri-yaşayış binası 64 kv.m, Liter V qeyri-yaşayış binası 90 kv.m və həmin müəssisənin mülkiyyətində olan 20076 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünr ki, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) və həmin müəssisənin mülkiyyətində olan 20076 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır.
9. Daşınmaz əmlakın 24 fevral 2022-ci il tarixli, AN-1 seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gədəbəy rayonu Plankənd kəndində yerləşən ümumi sahəsi 205 kv.m olan Əmlak kompleksi kimi müəssisə və həmin müəssisənin yerləşdiyi 20076 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmışdır.
10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 09 mart 2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gədəbəy rayonu, Qalakənd (Plankənd) kəndində yerləşən ümumi sahəsi 205 kv.m olan Əmlak kompleksi kimi müəssisə və həmin müəssisənin yerləşdiyi, ümumi sahəsi 20076 ha “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 adına qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə 06 may 2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhər 50 saylı notariat ofisinin xüsusi notariusunun 24 fevral 2022-ci il tarixli, 4Ə-294 nömrəli müqaviləsində qeyd olunan ünvan (Gədəbəy rayonu, Plankənd kəndi) ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan ünvan (Gədəbəy rayonu, Qalakənd kəndi) hər ikisinin ünvanı eyni əmlak kompleksi kimi müəssisəyə məxsusdur. Əmlak kompleksi kimi müəssisənin faktiki yerləşdiyi ərazi Gədəbəy rayonu Əlinağlar kəndinin cənubunda Şəmkir çayının sağ sahilindədir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 01 iyun 2022-ci il tarixli məktubundan görünür ki, 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda qeyd olunan 20076 ha torpaq sahəsinin koordinatları göstərilməklə ünvan (Gədəbəy rayonu, Qalakənd kəndi) hər ikisinin ünvanı eyni əmlak kompleksi kimi qeyd edilmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 11 may 2022-ci il tarixli arayışından görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Gədəbəy rayonu inzibati ərazi dairəsi üzrə İddiaçı adına daşınmaz əmlak qeydiyyatdan keçməmişdir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli arayışdan görünür ki, Gədəbəy rayonu Əlinağılar kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət əmlakı olaraq meşə fonduna aiddir. Sözügedən torpaq sahəsi meşə fondu olduğu üçün heç bir inzibati ərazi vahidliyinə aid deyil. Bu səbəbdən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hər hansı ərazi vahidliyinə aid olduğunu təyin etmək mümkün deyil.
15. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı balıqçılıq təsərrüfatında işləmişdir.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış **********52 nömrəli məktubun surətindən görünür ki, reyestr nömrəsi 01-75 inventar nömrəsi 96 olan və reyestr nömrəsi 01-74 inventar nömrəsi 95 olan qeydiyyat vəsiqələri daşınmaz əmlakın Şəmkir Rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat kitablarında öz əksini tapmamışdır. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına fərdi yaşayış evi qeydiyyata alınmamışdır.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 3-21-3-40/2-2887/2023 nömrəli arayışdan görünür ki, ləğv edilmiş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Gədəbəy rayon şöbəsi tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təhvil verilmiş və halhazırda mövcud olan 3 ədəd (1, 2 və 3 saylı) “Qeydiyyat vəsiqələrinin qeydiyyatı” kitablarında İddiaçı adına tərtib edilmiş 01-75 reyestr, 96 inventar və 01-74 reyestr nömrəli, 96 inventar nömrəsi olan qeydiyyat vəsiqələri aşkar edilməmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı şəhadətnamənin və alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, daşınmaz əmlakın (yarımçıq tikilinin və torpaq sahəsi barədə) Özəlləşdirmənin və həmin özəlləşdirmə prosesi əsasında verilmiş 14 dekabr 2006-cı il tarixli, 000184 nömrəli şəhadətnamənin, 08 noyabr 2006-cı il tarixli şəhadətnamənin, 17 iyul 2017-ci il tarixli, AN-1N seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və 24 fevral 2022- ci il tarixli, 4Ə-294 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 29 may 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışın və 29 iyul 2011-ci il tarixli, RX seriya ******* nömrəli çıxarışın, 09 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 09 mart 2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışın və cizgi planın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, uzun müddət Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən balıqçılıq təsərrüfatının rəhbəri vəzifəsində çalışmışdır. Sovet höküməti dağıldıqdan və özəlləşdirmə prosesinə başladıqdan sonra yaşayış yeri olmadığına görə təsərrüfatın yaşayış mənətqəsini özəlləşdirərək özünün və ailəsinin yaşayış yerinə çevirmişdir. Balıqçılıq təsərrüfatında işləsə də, həmin əmlak qanunsuz olaraq Cavabdeh2 adına özəlləşdirilmişdir. Bu barədə məlumatı Cavabdeh4 ona qarşı qaldırdığı iddiası üzrə sübutları toplayarkən əldə etmişir. Hazırda təqdim etdiyi sənədlərdən də müəyyən edilir ki, qeyd olunan şəhadətnaməyə, alqı-satqı müqaviləsinə və hərracın protokoluna əsasən Cavabdeh2 yalnız, müəssisənin yarımçıq tikilisi satılmış, torpaq sahəsi və ona aid qeydiyyat vəsiqəsində göstərilən tam tikililər isə özəlləşdirilmə prosesinin əsasını təşkil etməmişdir. Cavabdeh3, Cavabdeh4 verilmiş çıxarışlarda göstərilən tikililər və torpaq sahəsi satılmadığı halda, onların adına torpaq sahəsinin və onun adına qeyd olunan tikililərə dair verilmiş çıxarış üzrə mülkiyyət hüququnun qeydiyyatının aparılması əsassızdır. Hazırki iddia qaldırılanadək ona qeydiyyat vəsiqəsi ilə məxsus olan və balıqçılıq təsərrüfatına aid olmaqla özəlləşdirdiyi mənzillərin cavabdehin cizgi planına daxil etdiyi sahələrin verilməsi barədə heç bir məlumatı olmamışdır. Qeyd olunan yarımçıq tikilinin və torpaq sahəsinin mərhum Cavabdeh2 adına özəlləşdirilməsi əsassızdır. Belə ki, Cavabdeh2 balıqçılıq təsərrüfatında heç bir zaman işləlməmişdir. Belə olan halda həmin tikililərdən başqa torpaq sahəsinin və əlavə tikilinin, həmçinin balıqçılıq təsərrüfatının ona təklif edilmədən başqa şəxsin adına özəlləşdirilməsi Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunun tələblərinə ziddir. Gədəbəy Rayon İcra Hakimiyyətinin sərəncamından da görünür ki, o balıqçılıq təsərrüfatında işləməklə həmin mənzilləri özəlləşdirmişdir. Həmin əmlakın cavabdeh olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən balıqçılıq təsərrüfatında işləmədiyi təqdirdə, Cavabdeh2 satılması qanunsuzdur. Qeyd olunan tikililərin yerləşdiyi torpaq sahəsi və yaşayış yeri artıq 28 ildir ki, onun mülkiyyətindədir və buna dair dövlət qeydiyyat vəsiqəsi vardır. Gədəbəy rayonu, Əlinağılar kəndində özünə fərdi yaşayış evini özəlləşdirmiş və hüquqlarının qeydə alınması üçün cavabdeh DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etsə də, onun hüquqlarının qeydə alınmasından əsassız olaraq imtina edilmişdir. Hansı ki, bu hüququn qeydə alınması üçün iddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsi əsaslardan biri olmaqla AR Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 1, 2.1, 6, 8, 9-cü maddələrində nəzərdə tutulmuşdur. Lakin Gədəbəy rayonu, Plankənd kəndinin sakinləri Cavabdeh4 və onun qardaşı X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəmkir rayon 11 saylı Ərazi İdarəsinin əməkdaşları ilə əlbir olaraq onun yaşadığı evləri və işləyərək canını qoyduğu balıqçılıq təsərrüfatının torpaq ərazisini qanunsuz olaraq zəbt etmişlər. Belə ki, Gədəbəy rayonu, Plankənd kəndində yaşadıqları və inzibati ərazi vahidliyinə əsasən oranın sakinləri olduğu halda, Əlinağılar kəndinin ərazisində yerləşən meşə fondu torpağının ərazisini öz torpaq sahələri kimi qeydiyyata aldırmışlar. Halbu ki, Cavabdeh4 torpaq sahəsinin təyinatı Qalakənd kəndi ərazisində özəlləşmiş sənaye, nəqliyyat, rabitə və müdafiə torpaqları üzərində olan əmlak kompleksi kimi göstərilmişdir. İstər Qalakənd kəndinin istərsə də Plankənd kəndinin ərazi vahidliyi və balıqçılıq təsərrüfatının torpağının ərazisi bu iki ərazi vahidliyinə daxil olmamaqla uzaq bir ərazidə yerləşir. Cavabdehlər 11 saylı Ərazi İdarəsinə müraciət edərək hazırda ərazi vahidliyi kimi torpaq sahəsinin yerləşdiyi ünvana aid edilərək qanunsuz əldə etmək istəsələr də onların müraciətlərinə baxılmaqdan imtina edilmiş, sonradan isə torpaq sahəsinin və tikililərin ona aid tikililər daxil edilməklə, ünvanın ünvan 5ər əvvəlki tarixlərə işlənməklə sənədləşmə işləri aparılmışdır. Hazırda iddia ərizəsinə əlavə etdiyi Cavabdeh4 məxsus torpaq sahəsinin və tikilinin olduğu yer Gədəbəy rayonu, Palankənd kəndi göstərildiyi halda, torpaq sahəsinin koordinatları və tikililər Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində ona məxsus yerə işlənmişdir. Qeyd olunan torpaq sahəsi balıqçılıq təsərrüfatında işlədiyindən ilk öncə oranın işçisi kimi ancaq ona satıla bilərdi. Sadəcə torpaq sahəsi meşə fondu torpaq sahəsi oluğundan ona satılmamış və təklif edilməmişdir. Hazırda onun tikili sahələrinə və torpaq sahəsinə dair ilkin sənədləri üzrə 2005-ci ilədək olan dövr üzrə qeydiyyat vəsiqəsi vardır. Qeydiyyat vəsiqəsi üzrə Daşınmaz Əmlakın 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, sənədlərinin ilk və qeydiyyat vəsiqəsi orada mövcud olduğu halda ona sənədləri üzrə hüququnun təkrar qeydiyyata alınmasından qanusuz olaraq imtina edilir. Onun torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi və torpaq sahədində inşa etdiyi evinin başqa şəxsə məxsus olması yolverilməzdir.
20. İddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə barədə ərizə verərək daşınmaz əmlakın (yarımçıq tikilinin və torpaq sahəsi barədə) Özəlləşdirmənin və həmin özəlləşdirmə prosesi əsasında verilmiş 08 noyabr 2006-cı il tarixli, 000678 nömrəli şəhadətnamənin, 02 noyabr 2006-cı il tarixli, 568 nömrəli müəssisənin alqı-satqı müqaviləsinin, 27 oktyabr 2006-cı il tarixli, 01 nömrəli hərracın protokolunun, 17 iyul 2017-ci il tarixli, AN-1N seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və 24 fevral 2022-ci il tarixli, 4Ə-294 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 29 may 2010-cu il tarixli, MA seriya 20045860 nömrəli çıxarışın və 29 iyul 2011-ci il tarixli, RX seriya 138734 nömrəli çıxarışın, 09 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 09 mart 2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışın və cizgi planın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Gədəbəy Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(042)- 472/2023 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbinin təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 139.1, 146.1, 146.2, 152.1, 157.2, 157.4, 337.1, 567, maddəsi, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 106, 217.4, 216-220, 227, 358-360, 362 maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti iddia tələbində göstərilənlərlə yanaşı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, Gədəbəy rаyоn Plаnkənd kəndinin sаkinləri Əliyеv Оktаy İbrаhim оğlu və оnun qаrdаşı Əliyеv Surхаy İbrаhim оğlu Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidməti Şəmkir rаyоn 11 sаylı Ərаzi İdаrəsinin əməkdаşlаrı ilə əlbir olaraq onun yаşаdığı еvlərin və işləyərək cаnını qоyduğu Bаlıqçılıq təsərrüfаtının tоrpаq ərаzisini qаnunsuz оlаrаq zəbt еtmişlər. Cavabdehlər Gədəbəy rаyоn Plаnkənd kəndində yаşаdıqlаrı və inzibаti ərаzi vаhidliyinə əsаsən həmin kəndin sаkinləri olduqları halda Əlinаğılаr kəndinin ərаzisində yеrləşən mеşə fоndu tоrpаğının ərаzisini öz tоrpаq sаhələri kimi qеydiyyаtа аldırmışlаr. Əliyеv Surхаy İbrаhim оğlu hədə qоrхu ilə tələb еtməyə görə məhkum еdildikdən sоnrа аzаdlığа çıхmış və Dаşınmаz Əmlаkın Dövlət Rеystri Хidmətinin 11 sаylı Şəmkir Ərаzi İdаrəsi ilə əlаqəyə girərəkməklə mülkiyyətə dаir çıхаrışındа ərаzi vаhidliyinin Gədəbəy rаyоnu Plаnkənd kəndi göstərildiyi hаldа bаlıqçılıq tsərrüfаtının mеşə fоndu tоrpаğının ərаzisini əvvəlki tikililər göstərməklə tоrpаq sаhəsinin kоordinаt nöqtələrini və tехniki pаspоrtunu Gədəbəy rаyоnu, Əlinаğılаr kəndinin qеyd оlunаn tоrpаq sаhəsinə dахil etdirmişdir. Halbu ki, Əliyеv Оktаy İbrаhim оğlunun tоrpаq sаhəsinin təyinаtı Qаlаkənd kəndi ərаzisində özəlləşmiş sənаyе, nəqliyyаt, rаbitə və müdаfiə tоrpаqlаrı üzərində оlаn əmlаk kоmplеksi kimi göstərilmişdir. Belə olan halda istər Qаlаkənd kəndinin istərsədə Plаnkənd kəndinin ərаzi vаhidliyi və Bаlıqçılıq təsərrüfаtının tоrpаğının ərаzisi bu iki ərаzi vаhidliyinə dахil оlmаmаqlа uzаq bir ərаzidə yеrləşir. Əliyеv Оktаy İbrаhim оğlunа məхsus tоrpаq sаhəsinin və tikilinin Gədəbəy rаyоnu, Pаlаnkənd kəndi göstərildiyi hаldа tоrpаq sаhəsinin kоrdinаtlаrı və tikililər Gədəbəy rаyоnu, Əlinаğılаr kəndi ərаzisində ona məхsus yеrə işlənmişdir. Qеyd оlunаn tоrpаq sаhəsi Bаlıqçılıq təsərrüfаtının işçisi kimi аncаq ona sаtılа bilərdir. Tоrpаq sаhəsi mеşə fоndu tоrpаq sаhəsi оluğundаn ona sаtılmаmış və təklif еdilməmişdir. Hаzırdа onun tikili və tоrpаq sаhəsinə dаir ilkin sənədləri üzrə 2005-ci il dövürədək оlаn dövr üzrə qeydiyyat vəsiqəsi vаrdır, lakin hüquqlarının qеydiyyаtа аlınmаsındаn qаnusuz оlаrаq imtinа edilmişdir. Beləliklə iş üçün əhəmiyyət kəsb еtməsinə bахmаyаrаq birinci instansiya məhkəməsi onun qеydiyyаt vəsiqələrini və еvlərin Gədəbəy rаyоnu Əlinаğılаr kəndinin ərаzisində yеrləşməklə müəssisəsinin tikililəri оlmаsı, eləcədə həmin tikililərin özəlləşdirilməsi, cаvаbdеhlərə аid çıхаrışdа isə Gədəbəy rаyоnunun Qаlаkənd və Blаn kəndinin ərаzi vаhidliyi göstərilməsi nəzərə almamışdır. Həmçinin cаvаbdеh tərəfindən rеyеstr kitаblаrının gizlədilmiş, Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidməti Şəmkir rаyоn 11 sаylı Ərаzi İdаrəsi isə iş üçün əhəmiyyətli olan sənədləri təqdim etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları,
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2001-ci ildə iki qeyri-yaşayış sahəsini özəlləşdirmişdir. Sonrakı özəlləşmə isə düzgün aparılmamışdır. Belə ki, Cavabdeh2 Bakı şəhərində yaşamışdır. Həmidə Ətrafsiyanın arvadı olduğu halda aralarında alqı-satqı müqaviləsi bağlamışlar. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
32. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
33. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
34. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
35. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
37. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
48. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin özəlləşdirilməsinə dair 27 oktyabr 2006-cı il tarixdə hərrac keçirilmiş və həmin tarixli 01 nömrəli hərrac protokoluna əsasən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən əmlak Cavabdeh2 satılmışdır. Ona görə də Cavabdeh2 ilə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini X6 arasında 02 noyabr 2006-cı il tarixli, 568 nömrəli “Müəssisənin (obyektin) alqı-satıqısı” müqaviləsi bağlanmış və Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin satın alınması barədə “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına” dair 08 noyabr 2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Eləcədə həmin balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin yerlşədiyi 20076 kv.m torpaq sahəsi Cavabdeh2 tərəfindən satın alınmış və bu barədə “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahəslərinin satılmasına dair” 14 dekabr 2006-cı il tarixli, 000184 qeydiyyat nömrəli şəhadətnamə tərtib edilmişdir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 may 2010-cu il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu Qalakənd kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) və həmin müəssisənin mülkiyyətində olan 20076 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Qeyd olunanlarla razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
49. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur.
50. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bütün növ əqdlər baxımından sadə yazılı şəkildən bəhs oluna bilinməsi üçün ən azı iki şərt tələb olunur: 1) iradə ifadəsinin yazılı olması 2) yazılı iradə ifadəsinin istinad olunan şəxs tərəfindən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmasıdır. Mülki hüquq baxımından rəsmi şəkil və ya formaya əsasən notariuslar tərəfindən tərtib və ya təsdiq edilmə hallarında olur. Notariat və ya rəsmi forma-iradə ifadəsinin xüsusi şəxslər tərəfidən deyil, hakimiyyət səlahiyyətini icra edən şəxs və ya orqan tərəfindən bu səlahiyyətlərin yerinə yetirilməsi məqsədilə edilməsi hallarına aiddir. Qeyd olunalara əsasən əqdi bağlayan şəxsin müvafiq fəaliyyət qabiliyyətinin olması, əqd mövzusu (predmeti) şəxsiyyətə zidd olmaması, əqdlər məcburi hüquq qaydalarına zidd olmamalı, əqdin mövzusu (predmeti) mümkünsüz olmamalı və əqdi əmələ gətirən iradə ifadələri zədəli olmamalıdır.
51. Eləcədə qeyd olunmalıdır ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
52. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanunla Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsasları müəyyən edilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun 9-cu maddəsinə əsasən Dövlət əmlakının özəlləşdirilməsi zamanı Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər alıcı qismində çıxış edə bilər. Qanunun 20-ci maddəsinə görə isə, Dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər.Hərracın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 29.1. maddəsinə görə, Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Qanunun 29.6-cı maddəsində isə qeyd olunmuşdur ki, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər.
53. Yuxarıda da qeyd olunduğu kimi Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi, eləcədə tikilinin yerləşdiyi 20076 kv.m torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hərraca çıxarılmış, hərracın keçirilməsi barədə komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində müvafiq elan verilmiş və 27 oktyabr 2006-cı il tarixdə keçirilmiş hərracın qalibi kimi X4 yarımçıq tikili üçün 9061 manat, onun yerləşdiyi 20076 kv.m torpağa görə isə 1310,76 manat ödəmişdir. Göründüyü kimi Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin hərrac vastəsilə X1 qanuni və əsaslı olmuşdur. Hərrac qanuni əsaslarla keçirildiyindən həmin əmlakla bağlı əqdlərin, yəni alqı-satqı müqavilələrinin etibarsızlığı, eləcədə onun əsasında verilmiş çıxarışların və cizgi planın ləğvi özlüyündə istisna olunur.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(042)-472/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.