Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-61/2024 04.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-1878/2022 saylı mülki iş üzrə 29 dekabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 372, kod 60919005 olan dövlət aktının surətindən görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə Cavabdeh1, X9, X15, X10 və X11 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 1,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 373, kod 60919005 olan dövlət aktının surətindən görünür ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə Cavabdeh2 və X1 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
3. İş materiallarında olan JN 374, kod 60919005 olan dövlət aktının surətindən görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə X20, X6, İddiaçı və X12 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailə üzvlərinə məxsus olan Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən 1,90 ha torpaq sahəsinin 0,55 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 0,12 ha hissəsindən Cavabdeh3 çıxarılmaları, iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 5.İddiaçı işin hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Ağdam rayonu, Böyükbəyli kəndi ərazisində yerləşən 1.90 ha torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında ona və digər ailə üzvlərinə məxsusdur. Həmin torpaq sahəsinin 0,55 ha hissəsi Cavabdeh1 və Cavabdeh2 və 0,12 ha hissəsi isə X7 tərəfindən zəbt olunaraq istifadə olunur. Cavabdehlərdən dəfələrlə zəbt etdikləri torpaq sahəsinin ona məxsus olduğunu bildirərək torpağı boşaltmasını xahiş etmişdir. Ancaq, cavabdehlər onun haqlı və qanuni tələblərinə əməl etməkdən imülna etmişlər. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona və ailə üzvlərinə məxsus Ağdam rayonu, Böyükbəyli kəndində yerləşən 1,90 ha torpaq sahəsinin 0,55 ha hissəsindən, X2 0,12 ha - hissəsindən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli **********83 saylı mütəxəssis rəyinə əsasən, torpağa mülkiyyət hüququna dair JN 374, kod 60919005 olan dövlət aktı ilə İddiaçı, X20, X6 və X12 mülkiyyətinə verilmiş 1,90 ha, JN 372, kod 60919005 olan dövlət aktı ilə Cavabdeh1, X9, X15, X10 və X11 mülkiyyətinə verilmiş 1,99 ha və JN 373, kod 60919005 olan dövlət aktı ilə Cavabdeh2 və X1 mülkiyyətinə verilmiş 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədləri sənəd üzrə üst-üstə düşmür. X3 X4 əsasən İddiaçı və ailə üzvlərinin JN 374 saylı dövlət aktı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 0,41 ha hissəsindən Cavabdeh2, 0,0756 ha hissəsindən Cavabdeh3 istifadə edir. Cavabdeh1 iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmir.
7. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1302 saylı 09 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən, X3 X4 əsasən “Torpağa mülkiyyət hüququna dair” JN 374 saylı dövlət aktı ilə X21, X20, X6 və X12 mülkiyyətinə verilmiş 1.91 ha pay torpaq sahəsinin 0.0756 ha hissəsindən Cavabdeh3 Sahlialı oğlunun istifadə etməsi müəyyən edilmişdir.
8. Ağdam Rayon Məhkəməsinin 2(013)-1878/2022 saylı mülki iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia Cavabdeh2 və Cavabdeh3 qarşı qismən təmin edilmiş, İddiaçı məxsus olan Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən 1,90 ha torpaq sahəsinin 0,41 ha hissəsindən Cavabdeh2, 0,0756 ha hissəsindən Cavabdeh3 çıxarılması, ödənilmiş dövlət rüsumunun əvəzində 100 (yüz) manat və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 104 (yüz dörd) manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilməsi, İddiaçı Cavabdeh2 və Cavabdeh3 qarşı olan iddiasının qalan hissəsi rədd edilməsi, İddiaçı Cavabdeh1 qarşı olan iddiasının rədd edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlardan məlum olmuşdur ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu 11 tarixli qərari ilə İddiaçı, X20, X8 və X12 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 1,90 ha kənd təsərrilatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ona dövlət aktı verilmişdir. İddiaçının mülkiyyətinə verilmiş Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən 1.90 ha torpaq sahəsinin 0,41 ha hissəsindən cavabdeh X13, 0,0756 ha hissəsindən Cavabdeh3 hər hansı bir hüquqi əsas olmadan istifadə edir. Cavabdeh1 iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmir. Belə olan halda Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsinin 0.41 ha hissəsindən, Cavabdeh3 isə 0,0756 ha hissəsindən çıxarılmalıdırlar.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsi, Mülki Məcəlləsinin 139.3, 140, 146.1, 146.2, Torpaq Məcəlləsinin 67-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Ağdam Rayon Məhkəməsinin 2(013)-1878/2022 saylı mülki iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-1878/2022 saylı mülki iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. O, Laçın rayonu Qovuşuq kəndindən məcburi köçkün düşdükdən sonra Ağdam rayonu ərasində məskunlaşmışdır. 1992-ci ildə isə Ağdam rayonu Böyükbəyli kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsində məskunlaşmışdır. Həmin torpaq sahəsində 1996-cı ildə daşdan 3 otaqlı ev tikmişdir. Həmin vaxt kolxoz vaxtına təsadüf etmişdir. Kolxoz ləğv olunduqdan sonra bələdiyyələr yaranmış, mübahisəli torpaq sahəsi bələdiyyənin mülkiyyətinə verilmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi başqa ərazidə, onun istifadəsində olan torpaq sahəsi isə başqa ərazidə yerləşir. İddiaçıya torpaq sahəsi Dövlət Aktı əsasında verilmişdir. X25 müəyyən olunur ki, iddiaçının yan qonşuları başqa şəxslərdir. Yəni, iddiaçının torpaq sahəsi ilə onun torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir. Bundan əlavə qeyd etmişdir ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə razı deyil, çünki, həmin rəy ilə Dövlət Aktı arasında ziddiyətlər vardır. Birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Məhkəmə sübutlara obyektiv baxmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq isə bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsi onun torpaq sahəsindən 2 km uzaq məsafədə yerləşir. Buna görə də hesab edir ki, ekspert düzgün rəy verməmişdir. Şəhadətnamədə göstərilən şəxslərin qonşuları ilə onun faktiki qonşuları eyni deyil. Mübahisəli torpaq sahəsinə dair mülkiyyət sənədi yoxdur. Mübahisəli torpaq sahəsinə iddiaçının adına verilmiş mülkiyyət sənədini mübahisələndirməmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
29. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apelyasya şikayətində qətnamə Cavabdeh3 tərəfindən yalnız ona aid hissədə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı Cavabdeh3 aid hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1878/2022 saylı mülki iş üzrə 29 dekabr 2022-ci il qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, Cavabdeh3 apelyasiya şikayətində iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin başqa ərazidə, onun istifadəsində olan torpaq sahəsi isə başqa ərazidə yerləşməsinə dair göstərdikləri ilə bağlı qeyd edir ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə Cavabdeh1, X9, X15, X10 və X11 mülkiyyətinə 1,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Cavabdeh2 və X1 mülkiyyətinə 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X20, X6, İddiaçı və X12 mülkiyyətinə isə 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ona dövlət aktı verilmişdir. İddiaçının mülkiyyətinə verilmiş Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən 1,90 ha torpaq sahəsinin 0,41 ha hissəsindən Cavabdeh2, 0,0756 ha hissəsindən Cavabdeh3 hər hansı bir hüquqi əsas olmadan istifadə edir. Cavabdeh1 iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmir. Cavabdehin şikayətinin dəlilinə əsasən məhkəmə kollegiyası tərəfindən iş üzrə ekspertiza təyin edilmiş X3 X4 əsasən “Torpağa mülkiyyət hüququna dair” JN 374 saylı dövlət aktı ilə X21, X20, X6 və X12 mülkiyyətinə verilmiş 1.91 ha pay torpaq sahəsinin 0.0756 ha hissəsindən Cavabdeh3 Sahlialı oğlunun istifadə etməsi müəyyən edilmişdir. Bununla da “Torpağa mülkiyyət hüququna dair” JN 374 saylı dövlət aktı ilə X21, X20, X6 və X12 mülkiyyətinə verilmiş 1.91 ha pay torpaq sahəsinin 0.0756 ha hissəsinin Cavabdeh3 Sahlialı oğlunun qanunsuz sahibliyində olması sübut olunmuşdur. Buna görə də ,cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.
34. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin 2(013)-1878/2022 saylı mülki iş üzrə 29 dekabr 2022ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Ağdam Rayon Məhkəməsinin 2(013)-1878/2022 saylı mülki iş üzrə 29 dekabr 2022ci il qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1878/2022 saylı mülki iş üzrə 29 dekabr 2022ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.