Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-618/2024 01.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiаçı İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh, X15 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(066)-123/2023 nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh, X15 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiа ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə mürаciət edərək, Cavabdeh ümumi birgə mülkiyyətlərində olan 0,71 torpaq sahəsində özbaşına inşa etdirdiyi evin öz hesabına sökülərək ərazidən çıxarılması və cavabdeh X7 ümumi birgə mülkiyyətlərində olan 0,71 ha torpaq sahəsində özbaşına inşa etdirdiyi divarın öz hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(066)-123/2023 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddiаçı İddiaçı cavabdehlər Cavabdeh və X8 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiasının təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiаçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı X31, X19 və X20 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İşin faktiki halları: İddiаçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, RX ******* saylı çıxarışına əsasən Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.71 ha torpaq sahəsi onun, X30, X28, X31, X19 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. X12 01 oktyabr 2014-cü il tarixdə, anası X28 isə 09 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Atasından və anasından cəmi 0.236 ha torpaq sahəsi miras qalmışdır. Həmin miras torpaq sahəsi onun, bacıları X31 və X10 aralarında bərabər paylarla bölünməlidir. Lakin, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin böyuk bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək torpağın üzərində qanunsuz olaraq ev inşa edilmişdir. Dəfələrlə Cavabdeh müraciət edərək, qanunsuz tikinti aparmamasını xahiş etmiş, lakin sonuncu buna məhəl qoymamışdır. Bundan əlavə, torpaq sahəsinin yerləşdiyi əraziyə bitişik əmisinin torpaq sahəsi var və o da öz torpaq sahəsinin bir hissəsini cavabdeh X1. Sonuncu ona satılmış torpaq sahəsinin ərazisi ilə kifayətlənməyərək ümumi birgə mülkiyyətində olan 0.71 ha torpaq sahəsinə daxil olaraq torpaq sahəsini zəbt edib divar hörmüşdür. Ona görə də məhkəməyə müraciət etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,71 ha torpaq sahəsi X30, X28, İddiaçı, X31, X19 və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6453 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və qeyrilərinin adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli ********** nömrəli çıxarışda göstərilən Göygöl rayonu Üçtəpə kəndindəki 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsifaktiki olaraq Cavabdeh istifadəsində, 0.14 ha hissəsi isə mülki işdə tərəf olmayan digər şəxslərin istifadəsindədir. İddiaçı və qeyrilərinin adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014cü il tarixli ********** nömrəli çıxarışda göstərilən Göygöl rayonu Üçtəpə kəndindəki 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,048 ha hissəsi Cavabdeh istifadəsindədir. İddiaçı və qeyrilərinə məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən tikinti işləri görülmüşdür. İddiaçı və qeyrilərinə məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən 15 metr 60 santimetr uzunluğunda daş hasar və 190,0 kv.m hissəsində fərdi yaşayış evi inşa edilmişdir; Apellyasiya instansiyasında icraat zamanı təqdim edilmiş Göygöl (Xanlar) rayonu Üçtəpə kənd sakini X10 01 aprel 2008-ci il tarixli razılıq ərizəsindən görünür ki, X19 anası X21 Üçtəpə kəndində verilmiş JN-0656 KOD50806028 nömrəli Dövlət aktında olan 0.71 ha torpaq sahəsindən çıxarılmaqla X2 razıdır və heç bir narazılığı yoxdur. Ərizə Göygöl (Xanlar) rayon icra nümayəndəliyi tərəfindən 01 aprel 2008-ci il tarixdə təsdiqlənmişdir; Apellyasiya instansiyasında icraat zamanı təqdim edilmiş Göygöl (Xanlar) rayonu Üçtəpə kənd sakini X24 01 aprel 2008-ci il tarixli razılıq ərizəsindən görünür ki, X31 anası X21 Üçtəpə kəndində verilmiş JN-0656 KOD50806028 nömrəli Dövlət aktında olan 0.71 ha torpaq sahəsindən çıxarılmaqla X2 razıdır və heç bir narazılığı yoxdur. Ərizə Göygöl (Xanlar) rayon icra nümayəndəliyi tərəfindən 01 aprel 2008-ci il tarixdə təsdiqlənmişdir; Apellyasiya instansiyasında icraat zamanı təqdim edilmiş Göygöl (Xanlar) rayonu Üçtəpə kənd sakini X22 01 aprel 2008-ci il tarixli razılıq ərizəsindən görünür ki, X30 həyat yoldaşı X21 Üçtəpə kəndində verilmiş JN-0656 KOD50806028 nömrəli Dövlət aktında olan 0.71 ha torpaq sahəsindən çıxarılmaqla X2 razıdır və heç bir narazılığı yoxdur. Ərizə Göygöl (Xanlar) rayon icra nümayəndəliyi tərəfindən 01 aprel 2008-ci il tarixdə təsdiqlənmişdir; 01 aprel 2008-ci il tarixdə Göygöl (Xanlar) rayonu Üçtəpə kəndində X30, X28, X31, Cavabdeh və X17 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, X22 adına olan JN-0656 KOD50806028 nömrəli Dövlət aktında ailə üzvlərinə aid olan 0.71 ha torpaq sahəsindən həyat yoldaşı X21 məxsus olan 0.12 hektarı ömürlük olaraq Kəlbəcər rayon məcburi köçkünü X18 nağd şəkildə 5600 yeni Azərbaycan manatına satmışdır. Akt iştirakçılar tərəfindən imzalanmış və Göygöl (Xanlar) rayon icra nümayəndəliyi tərəfindən 01 aprel 2008-ci il tarixdə təsdiqlənmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiаçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ekspert rəyi əsasında ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin zəbt olunaraq üzərində qanunsuz tikinti aparılması müəyyən edilməsinə baxmayaraq, iddia tələbi təmin edilməmişdir. İşdə olan sənədlərlə cavabdehlər tərəfindən torpağın zəbt edilərək qanunsuz ev inşa edilməsi tam sübuta yetirilsə də, məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: 09 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi 2001-ci ildə aqrar islahat zamanı onun və ailə üzvlərinin ümumi birgə müliyyətinə verilmişdir. 2001-ci ilə qədər həmin torpaq sahəsini əkibbecərmişdir. Sonradan səhhətində olan problemlərə görə əkinçilik fəaliyyətini dayandırmışdır. 2017-ci ildən sonra bildirmişdir ki, torpaq sahəsinin bir hissəsində Cavabdeh ev inşa edərək onun tərəfindən istifadə edilir. Sonuncudan torpaq sahəsindən çıxmasını tələb etdikdə isə o, torpağı onun anasından aldığını bildirmişdir. Həmçinin digər cavabdeh Yura İsgəndərova torpaq sahəsinin bir hissəsini satsa da, lakin o da onlara məxsus 0.71 ha torpaq sahəsinin bir hissəsinini zəbt edərək orada hörgü inşa etdirmişdir. 09 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsini 2008-ci ildə 6500 manat müqabilində iddiaçının atası Əli Məmmədovdan almışdır. Torpaq sahəsi satılarkən Əli Məmmədovun ailə üzvlərinin də razılığı olmuşdur. O da həmin şəxslərin razılığına etimad göstərərək aldığı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Aldığı torpaq sahəsi 0.12 ha ölçüdə olmuşdur. 23 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 izahatında bildirmişdir ki, 01 aprel 2008-ci il tarixli aktın tərtibində iştirak etmişdir. O, mərhum atası Əli Məmmədov və bacısı Zülfiyyə Məmmədova mübahisə predmeti olan torpaq sahəsinin öz paylarına uyğun 0.12 ha hissəsinin X2 razılıq vermişlər. Lakin cavabdehlər məcburi köçkündürlər. Hazırda onların torpaqları işğaldan azad edildiyindən onlar mübahisəli torpaq sahəsindən çıxmalıdırlar. Sədrlik edənin sualına cavab olaraq Rəna Məmmədova bildirmişdir ki, 01 aprel 2008-ci il tarixli razılıq ərizəsindəki imza onun tərəfindən icra edilmişdir. 23 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 izahatında bildirmişdir ki, hazırkı iş üzrə Cavabdeh onun əridir. Mübahisə predmeti olan torpaq sahəsinin 0.12 ha hissəsini iddiaçının atası Əli Məmmədov və sonuncunun qızları Rəna və Zülfiyyə Məmmədovadan onların paylarına düşən hissəsini pul müqabilində almışdır. Aldıqları torpaq sahəsində Əri Osmanla birlikdə fərdi yaşayış evi inşa etdirmişlər. Kəlbəcər rayonundan məcburi köçkündürlər və hazırda torpaqları işğaldan azad edildiyindən İddiaçı aldıqları torpaq sahəsindən çıxmalarını və orada inşa etdikləri evin sökülməsini tələb edirlər. Sədrlik edənin sualına cavab olaraq üçüncü şəxs Fiqurə Mahmudova bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin onlara məxsus hissəsində inşa etdikləri fərdi yaşayış evinə görə təbii qazdan istifadə barədə “Azəriqaz” İstehsalat Birliyi ilə onun əri arasında müqavilə bağlanmışdır. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh X14 adlı şəxs 2018-cii ildə mübahisə predmeti olan torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişdir və hazırda ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh X15 isə Göygöl rayonu Topalhəsənli kəndində yaşayır. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair cavabdeh X14 adlı şəxslə aralarında müqavilə və ya hər hansı razılıq olmamışdır. İddiаçı İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 əvvəlki məhkəmə iclasında verdiyi izahatına əlavəsi olmadığını bildirmişdir. Üçüncü şəxs X13 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, həmçinin iddianın hansı səbəblə təmin olunmadığını aydın şəkildə qətnamədə göstərməmişdir. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. İddia tələbi rədd edildikdə qətnamənin həmin hissəsi əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, iddianı mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Göygöl (keçmiş Xanlar) rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Göygöl rayonu Üçtəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,71 ha torpaq sahəsi X30, X28, İddiaçı, X31, X19 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair ümumi birgə mülkiyyətçilərin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Torpaq sahəsi naturada paylara ayrılmamışdır və ümumi birgə mülkiyyətdədir. İddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsini qanunsuz zəbt etdiyini və orada tikili inşa etdiklərini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsinin X21 məxsus 0.12 ha hissəsi torpağın ümumi birgə mülkiyyətçiləri X30, X31 və X19 tərəfindən iş üzrə müstəqiil tələb irəli sürməyən üçüncü şəxs X18 5600 manat müqabilində satmışlar. Adları qeyd olunan ümumi birgə mülkiyyətçilər torpaq sahəsinin 0.12 ha hissəsinin X3 razılıq vermələri barədə ayrı-ayrılıqda müvafiq razılıq ərizəsi vermişlər, habelə torpağın alqı-satqısı barədə tərəflər arasında akt tərtib edilmişdir. X23 da həmin torpaq sahəsini aldıqdan sonra o və onun ailə üzvləri tərəfindən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir və onlar hazırda mübahisəli torpaq sahəsi və onun üzərində özləri tərəfindən inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə mülkiyyətin müdafiəsi ilə bağlı yaranmış mübahisədir və mübahisəyə mülkiyyətin müdafiəsi üzrə tətbiq edilməli olan normalar əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi iddia tələbi iki cavabdehə qarşı yönəlir və onların torpaq sahəsindən çıxarılması və orada inşa etdikləri fərdi yaşayış evinin öz hesablarına sökülməsi tələb edilir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi üzrə cavabdehlərə münasibətdə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalı və ilk növbədə iddia tələbinin cavabdeh X8 münasibətdə əsaslığı araşdırılmalıdır. İşdən göründüyü kimi birinci instansiya məhkəməsində icraat zamanı mübahisə predmeti olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsi, habelə onlar tərəfindən torpaq sahəsi üzərində tikili inşa edilib-edilməməsinin aydınlaşdırılması üçün ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6453 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı və qeyrilərinin adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli ********** nömrəli çıxarışda göstərilən Göygöl rayonu Üçtəpə kəndindəki 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsifaktiki olaraq Cavabdeh istifadəsində, 0.14 ha hissəsi isə mülki işdə tərəf olmayan digər şəxslərin istifadəsindədir. İddiaçı və qeyrilərinin adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli ********** nömrəli çıxarışda göstərilən Göygöl rayonu Üçtəpə kəndindəki 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,048 ha hissəsi Cavabdeh istifadəsindədir. İddiaçı və qeyrilərinə məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən tikinti işləri görülmüşdür. İddiaçı və qeyrilərinə məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən 15 metr 60 santimetr uzunluğunda daş hasar və 190,0 kv.m hissəsində fərdi yaşayış evi inşa edilmişdir. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə cavabdeh X7 mübahisə predmeti olan torpaq sahəsindən istifadə etmədiyi, habelə onun tərəfindən həmin torpaq sahəsində hər hansı tikili inşa edilmədiyi müəyyən edilmişdir. Digər tərəfdən hazırkı məhkəmə iclasında İddiaçı vermiş olduğu izahatında cavabdeh X14 adlı şəxsin 2018-cii ildə mübahisə predmeti olan torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdiyini və hazırda ailəsi ilə birlikdə orada yaşadığı bildirmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, cavabdeh X4 rayonu Topalhəsənli kəndində yaşayır. Nəzərə alınmalıdır ki, MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçının cavabdeh Yura İsgəndərova qarşı irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Qeyd edilməlidir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə isə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin şərh olunan hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh X8 münasibətdə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi Cavabdeh münasibətdə də təmin edilməməlidir. Belə ki, işin müəyyən edilmiş və faktiki hallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinin X21 məxsus 0.12 ha hissəsi 01 aprel 2008-ci il tarixdə torpağın ümumi birgə mülkiyyətçiləri X30, X31 və X19 tərəfindən iş üzrə müstəqiil tələb irəli sürməyən üçüncü şəxs X18 5600 manat müqabilində satmışdır. Adları qeyd olunan ümumi birgə mülkiyyətçilər torpaq sahəsinin özlərinə məxsus 0.12 ha hissəsinin X3 razılıq vermələri barədə ayrı-ayrılıqda müvafiq razılıq ərizəsi vermişlər, habelə torpağın alqısatqısı barədə tərəflər arasında akt tərtib edilmişdir. X23 da həmin torpaq sahəsini aldıqdan sonra o və onun ailə üzvləri tərəfindən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir və onlar hazırda mübahisəli torpaq sahəsi və onun üzərində özləri tərəfindən inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin 0.12 ha hissəsi 01 aprel 2008-ci il tarixdə faktiki olaraq üçüncü şəxs X23 tərəfindən alındıqdan sonra sonuncu və ailə üzvləri tərəfindən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. Həmin zaman isə torpağın ümumi birgə mülkiyyətçiləri tərəfindən buna hər hansı narazılıq bildirilməmişdir. Üçüncü şəxs X23 və ailə üzvləri isə pul müqabilində aldıqları torpağın ümumi birgə mülkiyyətçiləri X30, X31 və X10 torpağın satılmasına görə verdikləri razılıq ərizəsinə, ərizə verildikdən sonra isə onlara göstərilən rəftara, yəni torpaq sahəsindən istifadəyə və orada ev inşa edilməsinə mülkiyyətçilərin susmasına etimad göstərərək orada fərdi yaşayış evi inşa etmişlər. Məhkəmə kollegiyası Göygöl rayonu Üçtəpə kəndindəki 0.71 ha torpaq sahəsinin 0.12 ha hissəsinin ümumi birgə mülkiyyətçilər tərəfindən 01 aprel 2008-ci il tarixdən faktiki olaraq üçüncü şəxs Fiqura Mahmudovaya satılmasını, 0,71 ha torpaq sahəsinin cəmi 0,048 ha hissəsinin Cavabdeh istifadəsində olmasını, cavabdehin həmin torpaq sahəsində inşa etdiyi evin 190,0 kv.m olmasını, torpağın üzərindəki fərdi yaşayış evinin uzun müddət bundan əvvəl inşa edilməsini, hazırda evin mövcud olmasını, cavabdehin və üçüncü şəxsin ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən istifadə etməklə onun üzərindəki evdə yaşamalarını, torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərinin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilməsinə hər hansı narazılığının olmaması, yəni susması barədə işin hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək qeyd edir ki, üçüncü şəxs X11, Cavabdeh, o cümlədən digər ailə üzvləri ilə birlikdə yaşadığı və onlar tərəfindən inşa edilmiş fərdi yaşayış evi hazırda iddiaçının və digər şəxslərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş olsa da, lakin həmin fərdi yaşayış evi özbaşına tikili hesab edilə bilməz. Belə ki, torpaq sahəsində mülkiyyətçinin (onlardan birinin) razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, Mülki Məcəllənin 157.2, 157.4 və 180-ci maddələrinə əsasən mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Lakin nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin, o cümlədən ümumi birgə mülkiyyətdə mülkiyyətçilərdən birinin razılığı əsasında inşa edən şəxsin hərəkətləri mülkiyyətçiyə (o cümlədən digər birgə mülkiyyətçiyə) münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin həmin binada yaşamasına şərait yaratması, əldə edənin torpaq sahəsini tikililərin başqa şəxs tərəfindən inşa edildiyini və istifadə olunduğunu bilsə də, etirazsız qəbul etməsi və s). Bununla belə, torpaq mülkiyyətçisi (onlardan biri) öz hüququna əsaslanıb özünün və ya digər birgə mülkiyyətçinin verdiyi razılığı sonradan geri götürərək, tikililərin sökülməsini tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrində də təsbit edilmişdir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası Göygöl rayonu Üçtəpə kəndindəki 0.71 ha torpaq sahəsinin 0.12 ha hissəsində inşa edilmiş Cavabdeh və üçüncü şəxs X18 məxsus fərdi yaşayış evi qanunsuz (özbaşına) tikili olmadığını nəzərə alaraq qeyd edir ki, İddiaçı Cavabdeh kompensasiya məbləği ödəməklə onun torpaq sahəsindən çıxarılmasını və fərdi yaşayış evinin sökülməsi barədə tələb irəli sürə bilər. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiаçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 372-376, 384.0.2, 385, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(066)-123/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh, X15 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul iddiаçı İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X9, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-618/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-618/2024
01.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver