Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-628/2025 02.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 (eyni zamanda digər İddiaçı4 nümayəndəsi), İddiaçı3 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya **********49 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 321-3-40/2-14-0509- 39/23 nömrəli məktubundan görünür ki, **********49 reyestr nömrəli çıxarış əsasında İddiaçı1 məxsus 0.55 ha torpaq sahəsinin Elektron Uçot məlumatlarına əsasən döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır.
3. JN-335 KOD 50407038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 yanvar tarixli 47 nömrəli qərarı ilə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 İskəndər oğluna verilmişdir.
4. JN-337 KOD 50407038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 yanvar tarixli 47 nömrəli qərarı ilə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, X2, Cavabdeh2, X1 və X3 verilmişdir.
5. xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli, **********24 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir.
6. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3895 saylı ekspertiza rəyindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyətində olan 0.55 ha torpaq sahəsi bütünlüklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunması müəyyən edilmişdir.
7. Məhkəmə kollegiyası qərardadı ilə əldə edilmiş 11 iyul 2025-ci il tarixli, 3-16-16/2- 10/3895/2025 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, 1-ci sual üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9 Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” X10 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-2436/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, TEKUİS məlumatlarına əsasən, Şəmkir rayonu Qapanli kəndində yerləşən 0.55 ha mübahisəli torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. 2-ci sual üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9 Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” X10 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2- 2436/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, TEKUİS məlumatlarına əsasən, Şəmkir rayonu Qapanli kəndində yerləşən 0.55 ha mübahisəli torpaq sahəsi Cavabdeh1 faktiki istifadəsindədir. 3-cü sual üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9 Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” X10 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-2436/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, TEKUİS məlumatlarına əsasən, mübahisə predmeti olan Şəmkir rayonu Qapanli kəndində yerləşən 0.55 ha mübahisəli torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli **********49 reyestr nömrəli çıxarışla İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu Qapanli kəndində yerləşən 0.55 ha mübahisəli torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri X10 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ƏMDX-inin DƏDRX X10 17 avqust 2023-cü il tarixli ********** saylı çıxarışda göstərilən onlara məxsus Şəmkir rayonu Qapanlı kənd inzibati ərazisində yerləşən mülkiyətlərində olan 0.55 ha torpaq sahəsinin ərazisindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
09. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Qapanlı kəndinin inzibati ərazisində yerləşən 0.55 ha torpaq sahəsi Şəmkir rayon ƏMDX-inin DƏDRX-i X11 tərəfindən 17 avqust 2023-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair çıxarış əsasında onların mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onların razılıqları olmadan özbaşına zəbt edilmiş və həmin torpaq sahəsində özbaşına istifadə etmişdir. Hazırda həmin sahədən istifadə edirlər. Cavabdehlərlə həmin torpaq sahəsinin boşaldılması üçün etdiyi danışıqların heç bir nəticəsi olmamışdır. Dəfələrlə cavabdehlərə həmin torpaq sahəsindən çıxmasına xəbardarlıq etsə də, heç bir nəticə olmamışdır. Cavabdehlər torpaq sahəsinin boşaldılmasından imtina edirlər. Odur ki, mülki mübahisənin həll edilməsi üçüm məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərə əsasən Cavabdeh2 və Cavabdeh1 tərəfindən ƏMDX-inin DƏDRX X10 17 avqust 2023-cü il tarixli ********** saylı çıxarışda göstərilən onlara məxsus Şəmkir rayonu Qapanlı kənd inzibati ərazisində yerləşən mülkiyətlərində olan 0.55 ha torpaq sahəsinin ərazisindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli **********49 reyestr nömrəli Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.55 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onların adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir və onlar həmin torpaq sahəsinin qanuni sahibidir və oların həmin torpaq sahəsindən öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair cavabdehlərin hər hansı bir hüquqularının olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.55 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli **********49 reyestr nömrəli Çıxarışla İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olmasını, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli **********49 reyestr nömrəli Çıxarışda göstərilən torpaq sahəsi 0.55 ha cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçıların öz mülkiyyət hüquqları ilə onlara məxsus olan torpaq sahəsindən istifadə edə bilməmələrini, bununla da onun sahiblik və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli **********49 reyestr nömrəli Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmalıdır.
12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1.1, 140, 146.1, 148.2, 157.2-ci və 180.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84, 111 və 112-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1345/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsininin ləğv edilərək, iddia tələbinin təmin olunmaması (rədd olunması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların iddia tələbini qəbul etmir. Belə ki, iddiaçıların onun zəbt ediyi iddia etdikləri torpaq sahəsini uzun illərdir ki, o, istifadə edir. Yəni həmin torpaq sahəsi islahat vaxtından onun mülkiyyətinə verilmişdir. Yeni elektron xəritə tərtib olunduqdan sonra torpaq sahəsində sürüşmələr və uyğunsuzluqlar yaranmışdır. Həmin narazılığın aradan qladırlması üçün DƏDRX-nin 11 saylı Şəmkir ərazi idarəsinə müraciət etdikdə, ona bildirilmişdir ki, həmin ərazidə yerləşən topraq mülkiyyətiçiləri hansı toprağın dürüstləşdirilməsi və uyğunsuzluğun aradan qaldırılması üçün idarəyə müraciət etməlidir. Bu barədə yəni dürüstləşdirilmənin aparılması üçün DƏDRX-nin 11 saylı Şəmkir ərazi idarəsinə iddiaçılarla birlikdə müraciət etməyi üçün iddiaçlara xahiş etsə də, lakin iddiaçılar onunla razılaşmamışlar. Onun iddiaçlara məxsus torpaq sahəsini zəbt etməmişdir. Zəbt edildiyi iddia olunan torpaq sahəsi islahat zamanından onun mülkiyyətində olmuşdur. Elektron xəritə tərtib olunduqdan sonra hazırkı narazılıq yaranmışdır. Əgər əvvəlki koordinatlarla torpağa baxış keçirilərsə, onun öz torpağından istifadə etdiyi müəyyən olunacaqdır. Qeyd edir ki məhkəmə haqsızı olaraq qeyd olunan qətnaməni qəbul etmişdir. Bu da onu göstərir ki, məhkəmə işi araşdırmadan qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə onun uzun illərdir həmin torpaq sahəsini istifadə etməyini, dolayısı ilə iddia olan torpaq sahəsinin onun mülkiyyətində olmasını və elektron xəritə zamanı qeyd olunan mübahisənin yarandığını və iddiaçıların dürüstləşmə ilə bağlı 11 saylı Şəmkir ərazi idarəsinə müraciət etməkdən imtina etməsini nəzərə almamışdır. Hesab etmişdir ki, həmin hallar yenidən araşdırılmalıdır.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, O, heç kimin yerini zəbt etməmişdir. Köhnə xəritə ilə həmin mübahisəli torpaq onlarındır.
17. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə görə o, mübahisəli torpaqdan istifadə edə bilmir. Pay torpağının ona verilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı2 (o, eyni zamanda digər İddiaçı4 nümayəndəsi), apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. İş üzrə digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
21. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə 139. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM 139.3-cü maddə).
23. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. Maddə 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
26. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
27. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
28. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
29. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
30. 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
40. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya **********49 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9 Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” X10 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2- 2436/2025 nömrəli mütəxəssis rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2025-ci il tarixli, 3-16-16/2-10/3895/2025 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə TEKUİS məlumatlarına əsasən, Şəmkir rayonu Qapanli kəndində yerləşən 0.55 ha mübahisəli torpaq sahəsinin İddiaçı1 mülkiyyətində olması, TEKUİS məlumatlarına əsasən, mübahisəli torpaq sahəsi Cavabdeh1 faktiki istifadəsindədir və mübahisə predmeti olan Şəmkir rayonu Qapanli kəndində yerləşən 0.55 ha mübahisəli torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli **********49 reyestr nömrəli çıxarışla İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu Qapanli kəndində yerləşən 0.55 ha mübahisəli torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehin torpaq sahəsini uzun illər istifadə etməsi, başqasının mülkiyyətində olan torpaq sahəsinə onun sahiblik hüququnu yaratmır. Tərəflərə məxsus torpaq sahələri qonşuluqda yerləşir. Mütəxəssis və ekspert rəylərində iddiaçıya məxsus 0.55 ha kənd torpaq sahəsinin bütövlükdə cavabdeh tərəfindən istifadə edildiyi sübuta yetirilir. Mütəxəssis və ekspert rəylərinin mötəbərliyi məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksinə sübut edən heç bir sənəd məhkəmə kollegiyasına təqdim edilməmişdir. 47 Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir».
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Şəmkir Rayon Məhkəməsinin 2(076)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.