Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-63/2024 25.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(066)-707/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi onlara məxsus, Torpağın Mülkiyyətə verilməsinə dair JN-120 F kod 50802038 saylı şəhadətnamə ilə qeydə alınan 0.22 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz aparılmış işlərin onun öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(066)-707/2021 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikintinin sökülməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(066)-707/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların, yəni, paylı mülkiyyətçilərin razılığı olmadan və heç bir notariusda iştirakları təmin edilmədən, alqı-satqı müqaviləsinə imza edilmədən, ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi qanunsuz şəkildə Cavabdeh adına göstərilmiş və bununla da ilk növbədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qanunsuzluğa yol vermiş, məhkəmə isə həmin halı nəzərə almamış, iddianı öz şəxsi mülahizəsinə əsaslanaraq təmin etməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 82/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 adlarına olan JN-120F, kod-50802038 saylı şəhadətnamənin ləğv edilməsi tələbinə dair inzibati işə inzibati məhkəmə icraatı qaydasında baxılıb yekun məhkəmə aktı çıxarılanadək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 82/2023 saylı qərardadı ilə işin icraatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldığı üçün hazırkı iş üzrə icraat təzələnmişdir. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5 və üçüncü şəxs X8 işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə müvafiq olaraq, işə məhkəmə kollegiyasının iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(066)-707/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(066)-707/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: JN-120F kod 50802038 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə Xanlar rayonu, Yeni Zod kəndi ərazisindən 0.22 ha torpaq sahəsi İddiaçı1, İddiaçı3, X4, İddiaçı2 və İddiaçı5 mülkiyyətinə verilmişdir. 07 iyun 2001-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Xanlar rayonu Yeni Zod kəndi 105 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi 2254.0 kv.m torpaq saahəsi ilə birlikdə Cavabdeh satılmışdır xx.xx.2007-ci il tarixliAN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, 583,0 kvm torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 yaşayış otağı, ümumi sahəsi 103,5 kvm, yaşayış sahəsi 83,0 kvm, köməkçi sahə 20,5 kvm-dən ibarət olan Xanlar rayonu Yeni Zod kəndi 105 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən X1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı № ******* nömrəli, qeydiyyat nömrəsi 150709272, qeydiyyat tarixi xx.xx.2007-ci il olan Çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində 0.0583 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83 kv.m yaşayış, 20.5 kv.m köməkçi sahədən ibarət 105A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı № ******* nömrəli, qeydiyyat nömrəsi 150709273, qeydiyyat tarixi xx.xx.2007-ci il olan Çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində 0.167 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.5 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 105 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1916/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh, X11, Göygöl rayon Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı birgə iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, Göygöl rayon Notariat Kontorunda bağlanmış 03 iyun 2001-ci il tarixli və 17 oktyabr 2007-ci il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi, həmçinin cavabdeh X5 adına verilmiş 19 dekabr 2007-ci il tarixli “150709272” qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş 19 dekabr 2007-ci il tarixli “150709273” qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmiş, Kəlbəcər Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2(102)-1128/2023 saylı qərarı ilə qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(104)-1916/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2- 1(104)-513/2023 saylı qərardadının surətindən görünür ki, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5) “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 699/2023 saylı qərarından üçüncü şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-699/2023 saylı qərarı ləğv edilmiş iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5) “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvədə olan 2(104)- 1916/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Xanlar Rayon Notariat Kontorunda qeydiyyata alınmış 28 dekabr 1993-cü il tarixli 11-72 saylı alğısatqı müqaviləsi”nə əsasən, Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda 0,2254 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Xanlar Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 satılmış və İddiaçı1 həmin daşınmaz əmaka tam mülkiyyət hüququ əldə etmiş, Xanlar rayon Notariat Kontorunda təsdiqlənmiş 22 iyun 1999-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində 0,2254 ha torpaq sahəsində yerləşən 2 otaqdan ibarət 36,5 kv.m yaşayış sahəsi, 49,0 kv.m örtülü eyvan, 14,1 kv.m hamam, 68,2 kv.m saray, 54,5 kv.m zirzəmidən ibarət fərdi yaşayış evi mülkiyyətçi İddiaçı1 tərəfindən X3 və alıcı X13 həmin daşınmaz əmlaka tam mülkiyyət hüququ əldə etmiş, Kəlbəcər Rayon Notariat Kontorunda təsdiqlənmiş 04 iyun 2004-cü il tarixli 228217 nömrəli alğı-satqı müqaviləsinə əsasən Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda 2254,0 kv.m torpaq sahəsində yerləşən 2 (iki) yaşayış otağından ibarət fərdi yaşayış evi mülkiyyətçi X13 tərəfindən Cavabdeh satılmış və alıcıya Xanlar Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”nə əsasən, Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda yerləşən, 36,5 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 18 may 2007-ci il tarixli 198 saylı sərəncamına əsasən, Cavabdeh məxsus həmin fərdi yaşayış evində əlavə inşa edilmiş 83,0 kv.m sahəsi olan dörd yaşayış otaqları, 11,4 kv.m mətbəx, 41,4 kv.m açıq eyvan, 9,0 kv.m sanitar qovşağının onun adına rəsmiləşdirilməsinə dair qərar qəbul edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş MH № ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində 0,2254 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 119,5 kv.m yaşayış, 60,4 kv.m köməkçi sahədən ibarət 105 saylı fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır. Xanlar Rayon Notariat Kontorunda təsdiqlənmiş 17 oktyabr 2007-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində 0,2254 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 119,5 kv.m yaşayış, 60,4 kv.m köməkçi sahədən ibarət daşınmaz əmlakın 0,05833 ha torpaq sahəsini və üzərində yerləşən 83,0 kv.m dörd yaşayış otağı və 20,5 kv.m köməkçi sahəsi olan yaşayış evindən ibarət hissəsini X2. Bundan sonra Cavabdeh Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı fərdi yaşayış evinə 19 dekabr 2007ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmiş, daha sonra bu çıxarışın əvəzinə Cavabdeh 27 iyul 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X8 Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105A saylı fərdi yaşayış evinə (0,0583 ha torpaq sahəsində yerləşən tikili “A”-da 83,0 kv.m dörd yaşayış otaqları, 20,5 kv.m köməkçi sahə) 19 dekabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin 27 iyul 2021-ci il tarixli 2V-620 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sinə əsasən, Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105A saylı fərdi yaşayış evi miras qoyan X5 adından vərəsə X10 mülkiyyətinə keçmiş, X11 bu əmlaka mülkiyyət hüququnu təsdiq edən 09 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfin birbaşa özündən deyil, sonrakı mülkiyyətçi X6 notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh hər bir halda əmlakı vicdanlı əldə edəndir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2-1(104)-513/2023 saylı qərardadı ilə Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5) “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 699/2023 saylı qərarından üçüncü şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-699/2023 saylı qərarı ləğv edilmiş iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5) “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, iddiaçıların tələblərinin əsası kimi istinad etdikləri JN-120F, kod-50802038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin əsasında müvafiq alğı-satqı müqavilələri bağlanmış və onların əsasında isə müvafiq çıxarışlar verilmişdir. Yəni hazırda mübahisələndirilən şəhadətnamə faktiki olaraq mövcud deyildir ki, mövcud olmayan şəhadətnamənin mübahisələndirilməsi yolverilən deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda qüyd edildiyi kimi, mübahisə edilən torpaq sahəsi hazırda cavabdehin qanunu mülkiyyətində olduğundan və həmin torpaq sahəsinə dair iddiaçıların heç bir hüquqları olmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(066)-707/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393, 402-407 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(066)-707/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-63/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-63/2024
25.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver