Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-632/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh, X4, X5 və X6, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak X14 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: zəbt edilmiş əmlakın boşaldılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 və Cavabdeh iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(030)-387/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış 17 sentyabr 2018-ci il tarixli, ***-*******5 nömrəli “Texniki pasportun” təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qonaq evi X1 balansındadır.
2. 24 fevral 2022-ci il tarixli Aktın surətindən görünür ki, İddiaçı MMC-nin Daşkəsən filialının sahə rəisi X8, ƏM və T/T mühəndisi X9, sürücü Cavabdeh iştirakı ilə aktı tərtib edilmişdir ondan ötrü ki, həqiqətən sürücü Cavabdeh Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 7A ünvanında yerləşən MMC-nin Daşkəsən filialına məxsus qonaq evində 1990-cı ildən hal-hazıradək ailəsi ilə birlikdə 21,7 kbv.metr yaşayış sahəsində yaşayır və 30,2 kv. zirzəmidən istifadə edir. Aktın doğruluğu imzalarla və "xxxx" MMC-nin Daşkəsən filialının möhürü ilə təsdiq edilmişdir.
3. Qeydiyyat haqqında forma A arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş ünvan 5 ünvanında yerləşən İddiaçı MMC-nin Daşkəsən filialının balansında olan qonaq evinin 21,7 km.metr yaşayış və 30,2 km.metr yarımzirzəmi sahəsi ərazinin boşaldılması, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X4, X5 və X6 tərəfindən zəbt edilmiş ünvan 7 ünvanında yerləşən İddiaçı MMC-nin Daşkəsən filialının balansında olan qonaq evinin 21,7 km.metr yaşayış və 30,2 km.metr yarımzirzəmi sahəsi ərazinin boşaldılması, torpaq sahəsinin İddiaçı MMCyə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 7 ünvanında yerləşən qonaq evi İddiaçı MMC-nin Daşkəsən filialına (əvvəlki X3) məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Ərazi İdarəsi tərəfindən 17 sentyabr 2018-ci il tarixli “Texniki Pasport”una əsasən qeyd edilən qonaq evi İddiaçı MMC-nin balansındadır. İddiaçı MMCnin nizamnamə kapitalının 100 faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar dövlətə məxsusdur. Cavabdehlər tərəfindən dövlətə məxsus torpaq sahəsində yerləşən qonaq evinin 21,7 kv.metr yaşayış və 30,2 kv.metr yarımzirzəmisi zəbt edilmişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Daşkəsən Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(030)-387/2022 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə belə qənaətə gələrkən qeyd etmişdir ki, iddiaçı ünvan 5 ünvanında yerləşən qonaq evinin cavabdehlərin istifadəsində olduğu mənzillə eyni mənzil olduğunu qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iddiaçı cavabdehlərin həmin mənzili zəbt etdiyini qeyd etsə də, bu barədə də, sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının balansında olan və mübahisələndirdiyi ünvan 7 ünvanında yerləşən mübahisəli qonaq evi ilə bağlı qeyd edir ki, Mənzil məcəlləsində qonaq evinin statusu nəzərdə tutulmadığından analogiya üzrə cavabdehlərin mübahisəli mənzildə yaşadıqları dövrdə, yəni 1989-cu il tarixdə qüvvədə olmuş mənzil məcəlləsin xidməti yaşayış sahəsi ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilmədir. İş materialları ilə müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh 34 ildən artıqdır ki, iddiaçı olan İddiaçı MMC-də (Daşkəsən TKQ-da) işləyir. Bu isə 8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Mənzil Məcəlləsinin 105-ci maddəsinin tələbləri baxımından cavabdehlərin digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməsini qadağan edir. Bu baxımdan məhkəmə hesab edir iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
8. Məhkəmə həmin nəticəyə gələrkən 8 iyul 1982-ci il tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 100, 103 və 105-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 213.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçının nümayəndəsi X12 apellyasiya şikayəti verərək Daşkəsən Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(030)-387/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh, X4, X5 və X6 tərəfindən zəbt edilmiş ünvan 7 ünvanında yerləşən İddiaçı MMC-nin Daşkəsən filialının balansında olan qonaq evinin 21,7 km.metr yaşayış və 30,2 km.metr yarımzirzəmi sahəsi ərazinin boşaldılması, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin halları ilə əlaqəli olaraq zəbt edilmiş əmlakın araşdırılması məqsədilə hər hansı təşəbbüs göstərmədən iş materiallarını əlaqəli şəkildə şərh etmədən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları dəqiq aydınlaşdırmamışdır. Belə ki, xidməti yaşayış sahəsi xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin təşkilatın müdriyyəti tərəfindən qəbul edilən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar əsasında verilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin orderi üzrə verilir. Məhkəmə ərazini zəbt etmiş şəxsə orderin verilibverilməməsini araşdırmadan onların xidməti yaşayış sahəsində qanunvericiliyə uyğun olaraq məskunlaşdığı qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh, X4, X5 və X6 tərəfindən ünvan 5 ünvanında yerləşən İddiaçı MMC-nin Daşkəsən filialının balansında olan qonaq evinin 21,7 km.metr yaşayış və 30,2 km.metr yarımzirzəmi sahəsi zəbt edilmişdir. Dəfələrlə ərazinin boşaldılması, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi barədə cavabdehlərə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. ünvan 7 ünvanında yerləşən İddiaçı MMC-nin Daşkəsən filialının balansında olan həmin qonaq evi onlara məxsusdur və xidməti ev deyildir. Cavabdehə xidməti ev kimi orderlə verilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, onun kənddə evi yandığı üçün razılıq əsasında müvəqqəti olaraq ünvan 5 ünvanında yerləşən İddiaçı MMC-nin Daşkəsən filialının balansında olan qonaq evinə köçmüşdür. Ona xidməti order verilməmişdir. Hazırda həmin idarədə işləməklə ailəsi ilə qonaq evində yaşayır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. İş üzrə digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (köhnə redaksiyada)
15. Maddə100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.
16. Maddə 101. Xidməti yaşayış sahəsi verilə bilən işçilərin kateqoriyaları siyahısı SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda hərbi qulluqçuların ayrıayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər.
17. Maddə 104. Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.
18. Maddə 103. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.
19. Maddə 105. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. -müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; -xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; -vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; -müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; -qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; -yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
26. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
27. Maddə 388 Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. İddiaçının nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(030)- 387/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.
32. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh 1988-ci ildən hal-hazıra kimi İddiaçı MMC-nin Daşkəsən filialına (əvvəlki X2) sürücü işləyir. Digər cavabdehlər Cavabdeh ailə üzvləridir, həmçinin cavabdeh Taryel İsgəndərov İddiaçı MMC-də kabel lehimləyicisi işləyir. Cavabdehlər 1988-ci ildən İddiaçı MMC-nin rənbərliyinin razılığı ilə ünvan 11 ünvanında yerləşən qonaq evində evləri yandığı üçün müvəqqəti yaşamağa başlamışlar və qeyd edilən ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışlar. iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X4, X5 və X6 tərəfindən zəbt edilmiş ünvan 7 ünvanında yerləşən İddiaçı MMC-nin Daşkəsən filialının balansında olan qonaq evinin 21,7 km.metr yaşayış və 30,2 km.metr yarımzirzəmi sahəsi ərazinin boşaldılması, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ünvan 5 ünvanında yerləşən qonaq evi, onların balansındadır və Cavabdeh və ailə üzvləri tərəfindən dövlətə qonaq evinin 21,7 kv.metr yaşayış və 30,2 kv.metr yarımzirzəmisi zəbt edilmişdir. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq norması düzgün müəyyən etsə də gəlinən nəticə üçün mühüm əhəmiyyət kəsb edən halı araşdırmamışdır. Belə ki, iddiaçının balansında olan sözügedən yaşayış və yarımzirzəmi sahənin cavabdehlərə xidməti sahə kimi verilməsinə dair hər hansı sənəd (order və s.) iş materiallarında müəyyən edilməmiş, nə də ki,cavabdehlər tərəfindən təqdim edilməmişdir. Həmçinin qonaq evi xidməti yaşayış sahəsinə aid deyildir.
33. Bundan başqa, apellyasiya instansiyasında işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilmişdir. Konkret olaraq desək, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən (21,7 kv.metr yaşayış və 30,2 kv.metr yarımzirzəmidən ibarət) qonaq evi İddiaçı MMC-nin Daşkəsən filialının balansındadır və Cavabdeh xidməti yaşayış sahəsi kimi verilməmişdir. Bu işin mübahisəsiz halıdır. Həmçinin, Məhkəmə Kollegiyası hesab edir ki, yuxarıda qeyd olunun qonaq evi xidməti yaşayış sahəsi deyil və cavabdehlər ora müvəqqəti köşərkən qonaq evi xidməti yaşayış sahəsi statusunda olmamışdır.
34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsaslıdır və təmin edilməlidar.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Daşkəsən Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(030)-387/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, X4, X5 və X6 tərəfindən zəbt edilmiş ünvan 7 ünvanında yerləşən İddiaçı MMC-nin Daşkəsən filialının balansında olan qonaq evinin 21,7 km.metr yaşayış və 30,2 km.metr yarımzirzəmi sahəsi boşaldılsın. Torpaq sahəsi İddiaçı MMC-yə təhvil verilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.