Məhkəmə qərarları › İş №2(104)-649/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-649/2023

10.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-649/2023 10.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1nə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(044)-1868/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 Cavabdeh1nə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi»nə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, barəsində olan Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 03 nömrəli və xx.xx.2021-ci il tarixli, 01 nömrəli, xx.xx.2021-ci il tarixli, 03 nömrəli əmrlərin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(044)-1868/2021 saylı qətnaməsi ilə (hakim R.Ələkbərli) iddia tələbi rədd edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(044)- 1868/2021 qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(104)-347/2022 saylı qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(044)-2868/2021 saylı qətnaməsinin iddia tələbinin “19 aprel 2021-ci il tarixli 03 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma günləri üçün əməkhaqqı ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 19 aprel 202-ci il tarixli 03 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı1 Mehmna oğlunun Cavabdeh1ndə öz əvvəlki mütəxəssis vəzifəsinə işə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əməmk haqqını ödənilməsi, qətnamənini iddianın “02 fevral 2021-ci il tarixli 01 nömrəli intizam tənbehinin verilməsi haqqında əmrin ləğv edilməsinin təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(104)-347/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(102)-5008/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(104)-347/2022 saylı qətnaməsinin “xx.xx.2021-ci il tarixli əmrinini ləğv edilməsi hissəsində” ləğv edilməsi, həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən idİddiaçı1 və Cavabdeh1 nümayəndəsi X3 ilə aralarında barışıq sazişi bağladıqlarını bildirib, barışıq sazişini təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasına təqdim olunmuş barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır: Mülki iş üzrə cavabdeh “Cavabdeh1” İddiaçı1 barəsində olan xx.xx.2021-ci il tarixli, 03 nömrəli əmrin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən” hissəsini dəyişdirilərək iddaçı İddiaçı1 “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi əsasında, iddiaçının həm əmək kitabçasında qeyd edilməsini, həm də əmək müqavilələri üzrə elektron hökumət portalında müvafiq bildirişlə 1 (bir) ay müddətində qeydiyyatdan keçirilməsini öz öhdəsinə götürür; İddiaçı isə iddia ərizəsi ilə cavabdehə qarşı olan iş üzrə iddia tələbindən tam imtina etməsini öhdəsinə götürür: Tərəflər onlar arasında yaranmış mübahisənin həll olunduğunu və bir-birlərinə qarşı gələcəkdə heç bir iddialarının olmadığını və mülki iş üzrə icraata xitam verilməsinə razılaşırlar. Məhkəmə kollegiyası iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb, tərəflərə barışıq sazişinin məhkəmə tərəfindən təsdiqlənməsinin və bununla bağlı iş üzrə icraata xitam verilməsinin nəticələrini izah edib hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(044)-1868/2021 nömrəli qətnaməsi iddia tələbinin “19 aprel 2021-ci il tarixli 03 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma günləri üçün əməkhaqqı ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261, 263-264, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, qə r a r a a l d ı : İddiaçı1 Cavabdeh1nə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 10 mart 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh “Cavabdeh1” İddiaçı1 barəsində olan xx.xx.2021-ci il tarixli, 03 nömrəli əmrin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən” hissəsini dəyişdirərək iddaçı İddiaçı1 “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi əsasında iddiaçının həm əmək kitabçasında qeyd edilməsini, həm də əmək müqavilələri üzrə elektron hökumət portalında müvafiq bildirişlə 1 (bir) ay müddətində qeydiyyatdan keçirilməsini öz öhdəsinə götürür; İddiaçı isə iddia ərizəsi ilə cavabdehə qarşı olan iş üzrə iddia tələbindən tam imtina etməsini öhdəsinə götürür. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(044)- 1868/2021 nömrəli qətnaməsi “19 aprel 2021-ci il tarixli, 03 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma günləri üçün əməkhaqqı ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar