Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-649/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçıASC-nin direktoru X8, nümayəndəsi Vəkil1, ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X24, X36, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X24, X36, Cavabdeh4 və Cavabdeh5 qarşı “mülkiyyətində olan çoxmərtəbəli binanın mənzillərindən cavabdehlərin çıxarılması tələbi” nə dair ilk və iddiaçı Cavabdeh5, X36 və Cavabdeh4 İddiaçı ASC-yə qarşı “cavabdehin qanunsuz hərəkətinə son qoyulması, yaşayış evində yaşamalarına törənən maneələrin aradan qaldırılması tələbi”nə dair qarşılıqlı iddiası üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1160/2024 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı ASC tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1160/2024 saylı qətnaməsi ilə (hakim T.Qubadov) ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh5 İddiaçı ASC-nin mülkiyyətində olan Tərtər rayonu, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli binanın yaşadığı mənzilindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar X36 və Cavabdeh4 Tərtər rayonu, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli binanın istifadələrində olan mənzillərində yaşamalarına (istifadələrinə) İddiaçı ASC tərəfindən törənən maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın qalan hissədə (Cavabdeh5 dair hissədə) təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə İddiaçı ASC apellyasiya şikayəti verərək Tərtər rayon Məhkəməsinin 2(061)-1160/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına və qarşılıqlı iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir İşin halları: İlk iddiaçı X25 cavabdehlər Cavabdeh1, X24, X36, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Tərtər rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Tərtər rayonu, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli binanın mənzillərindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsalandırılmışdır ki, Tərtər şəhəri, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmənzilli bina xx.xx.2019-cu ildən özəlləşdirilərək ilk İddiaçı ASCnin mülkiyyətindədir. 0,92 ha (iddia ərizəsində səhvən 0,92.kv.m göstərilmişdir) olan torpaq sahəsində binanın ümumi sahəsi 777,73 kv.m olmaqla tilkilisi yarımçıq qalmış çoxmərətəbəli binanın xx.xx.2019-cu il tarixdə verilmiş Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışı vardır. Çoxmərtəbəli binanın və onun yerləşdiyi torpaq sahəsinin adına olan bütün texniki sənədlər qanunidir. Mübahisəli binanın tikilisi yarımçıq olsa da, hazırda tam yararlı olan otaqlarını cavabdehlər qanunsuz olaraq zəbt ediblər. Dəfələrlə cavabdehlərdən mülkdən çıxmaqlarını bildirsə də, bu günə kimi mülkdən çıxmırlar. Cavabdeh X24 mənzilin qıfılını qırıb ora yığışıbdır. Binanın boşaldılması ilə bağlı dəfələrlə aralarında düşən mübahisə ilə bağlı Tərtər RPŞ-də ərizə üzrə araşdırma aparılıbdır. Cvabdehlər könüllü olaraq evdən çıxmaq istəmirlər. Cavabdehlər 6 ildir ki, qanunsuz olaraq onun mülkünü zəbt etməklə onun mülkiyyət hüququnu pozurlar. Hesab edir ki, cavabdehlərin həmin mənzilə dair heç bir hüquqları yoxdur, ona məxsus əmlaka qanunsuz sahiblik edirlər. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh5, X36, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 cavabdeh X12 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək, cavabdehin qanunsuz hərəkətinə son qoyulması və yaşayış evində yaşamalarına törənən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi məhkəmənin 2(061)-1160/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən icraata götürülmüşdür. Qarşılıqlı iddia onunla əsalandırılmışdır ki, cavabdeh X4 rayon Məhkəməsində onlara qarşı iddiası ərizəsi ilə müraciət edərək, onların mülkiyyətində olan, Tərtər rayonu, Q.Məmmədov küçəsi 16 ünvanında olan çoxmərtəbəli binadakı mənzillərindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh Polad Məmmədov İddiaçı ASC-nin Tərtər rayonu, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən, tikilisi yarımçıq qalmış çox mərtəbəli yaşayış binasını xx.xx.2019-cu ildə özəlləşdirməsi və xüsusi mülkiyyətində olmasını heç bir sübutla əsaslandıra bilməmişdir. Ona görə də cavabdeh X9 iddiası tam əsassızdır, onlara qarşı haqsız tələb irəli sürmüşdür. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müəssisənin işçiləri üçün Tərtər şəhəri, Q.Məmmədov küçəsində 1990-ci il tarixdə 60 ailəlik beşmərtəbəbli yaşayış evinin əsası qoyulmuşdur. Lakin 1998-ci il tarixə kimi yaşayış binasının yalnız 2 mərtəbəsi tikilmiş və qalan mərtəbələrin tikilməsi üçün cəmiyyətin vəsaiti olmamışdır. Həmin 2 mərtəbədə cəmi 12 mənzil natamam olaraq tikilmişdir. Yəni yarımçıq binada yaşayış evləri təmir olunmamış, üst döşəməsi və qapı-pəncərələri olmamışdır. Binanın 2-ci mərtəbəsinin bir hissəsinin üst döşəməsi beton plitələrlə örtülmüş, bir hissəsinin üst döşəməsi isə beton plitələr olmadığı üçün açıq vəziyyətdə olmuşdur. Cəmiyyətin binanı tikdirib başa çatdırmağa vəsaiti olmadığı üçün tikilmiş yarımçıq tikili püşk əsasında cəmiyyət üzvləri arasında bölüşdürülmüşdür. Onlar da həmin cəmiyyətdə işlədikləri və binada məskunlaşdıqları üçün zavodun özəlləşməsi üçün verdikləri səhmlər və nağd ödəniş əsasında hər bir ailəyə müvafiq kvadrat metr ölçüdə yaşayış sahəsi vermişdir. Artıq 20 ilə yaxındır onlar həmin binada yaşayırlar və hər bir ailə öz yaşadığı mənzili normal yaşamaq şəraitinə uyğun düzəltdirmişdir. Müvafiq orderlər və akt iddia ərizəsi üçün verilmiş etiraza əlavə edilmişdir. Yuxarıda qeyd edilən yarım tikilidə mənzilləri səhmlər və nəğd ödəniş etməklə əldə etmişlər və yaşayış sahəsi onlara paylanarkən binanın yalnız yarımçıq barıları olmuş, yaşamaq üçün heç bir şəraiti olmamış, hətta bir tərəfində üst döşəməsi də olmamışdır. Yalnız öz hesablarına binanın üst döşəməsini düzəltdirib, barıları suvatdırmış, qapı-pəncərə qoydurmuş, sanitar qovşağı düzəltdirmişlər. Cavabdeh tərəfindən Tərtər şəhəri, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən yarımçıq tikilinin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən hər hansı bir mülkiyyət sənədi təqdim edilməmişdir. Cavabdeh, ilk iddia üzrə iddiaçının iddia ərizəsinə təqdim etdiyi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı ASCnin çoxmərtəbəli yaşayış binası Tərtər rayonu, Ələsgərli kəndində yerləşir, torpaq sahəsi isə dövlət mülkiyyətidir və yalnız istifadə üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş Ərazi və tikilinin planında isə yarımçıq tikilinin digər qeyd edilən sahədə 555,5 kv.metr, cəmi sahə də 555,5 kv.metr göstərilmişdir. Ancaq Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 777,73 kv.metr qeyd edilmişdir. Göründüyü kimi təqdim olunmuş sənədlər natamamdır. Cavabdehin onları yaşayış sahəsindən çıxartması üçün heç bir hüququ yoxdur. Lakin cavabdeh, ilk iddia üzrə iddiaçı Polad Məmmədov tez-tez onları narahat edir və yaşayış sahəsindən çıxmaqlarını tələb edərək, sahiblik və istifadələrində olan, öz əməkləri hesabına bərpa və təmir etdirdikləri evlərində yaşamaqlaırna imkan vermir. Bununla da qanunsuz hərəkətlər edərək, yaşayışı evində yaşamaqlarına maneələr yaradır. Beləliklə mübahisəli yarımçıq tikili onların tam sahiblik və istifadəsindədir, cavabdehin həmin yaşayış sahəsinə heç bir hüququ yoxdur. Ancaq cavabdeh onları yaşayış sahəsindən çıxmağı tələb etməklə qanunsuz hərəkətlər edərək, yaşayış sahəsində yaşamaqlarına maneələr yaradır. Ona görə də cavabdeh (ilk iddia üzrə iddiaçı) X9 iddiası rədd edilməli və onun qanunsuz hərəkətlərinə son qoyulmaqla yaşayış sahəsində yaşamaqlarına maneələr aradan qaldırılmalıdır. Məhkəmə hazırlıq iclasının gedişində İddiaçı ASC-nin nümayəndəsi (vəkil) Vəkil1 ərizə verərək əsl olmayan iddiaçı X13 əsl İddiaçıASC ilə əvəz edilməsini xahiç etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1160/2024 saylı qərardadı ilə əsl olmayan iddiaçı X13 əsl İddiaçı ASC ilə əvəz edilmişdir. Məhkəmənin gedişində qarşılıqlı iddiaçılar Cavabdeh5, X36 və Cavabdeh4 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətinə son qoyulması, yaşayış evində yaşamalarına törənən maneələrin aradan qaldırılması və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarışdan əmələ gələn hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddiaçılar Cavabdeh5, X36 və Cavabdeh4 Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizələrini iddianın artırılmış hissəsini onunla əsaslandırmışlar ki, ilk iddia üzrə iddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqlanın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarışa əsasan Tərtər Konserv ASC-nin çoxmərtəbəli yaşayış binası Tərtər rayonu, Ələsgərli kəndində yerləşir, torpaq sahəsi isə dövlət mülkiyyətidir və yalnız istifadə üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş Ərazi və tikilinin eskiz planında isə yarımçıq tikilinin digər qeyd edilən sahədə 555,5 kv.metr, cəmi sahə də 555,5 kv.metr göstərilmişdir. Ancaq Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 777,73 kv.metr qeyd edilmişdir. Göründüyü kimi təqdim olunmuş sənədlər natamamdır. Cavabdehin onları yaşayış sahəsindən çıxartması üçün heç bir hüququ yoxdur. Lakin cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəmənin hazırlıq iclasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü tarixli Çıxarış təqdim etmişdir. Həmin Çıxarışa əsasən hüququ rəsmiləşdirilən şəxs- İddiaçı ASC; Daşınmaz əmlakın növü - Çoxmərtəbəli yaşayış binası; Daşınmaz əmlakın ünvanı (olduğu yer)-ünvan 3 xüsusi, Daşınmaz əmlakın üzərində hüququn növü - mülkiyyət; Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) -777,73; Torpaq sahəsinin mülkiyyət növü - dövlət; Torpaq sahəsi üzərində hüququn növü - istifadə; Torpaq sahəsinin kateqoriyası - sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; torpaq sahəsinin ölçüsü (hektarla) - 0,92; daşınmaz əmlakın reyestr nömrəsi **********98-05301 kimi qeyd edilmişdir. Ancaq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdaresinin xx.xx.2024-cü il tarixli, 3-21-3-462-4737 nömrəli məktubuna əsasən ünvan 4 ünvan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə Özəlləşdirmə komissiyasının müvafiq aktına əsasən mübahisə predmeti olan yarımçıq tikili İddiaçı ASC-nin balansına aid olan əmlaklar siyahısına daxil edilməmişdir (akt işə əlavə edilmişdir). Akt Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı ərazi şöbəsi tərəfindən hazırlanmışdır. Həmçinin binanın texniki pasportu və ya plan və ölçüsü yoxdur. Cəmiyyətin binanı tikdirib başa çatdırmağa vəsaiti olmadığı üçün tikilmiş yarımçıq tikili püşk əsasında cəmiyyət üzvləri arasında bölüşdürülmüşdür. Göründüyü kimi yarımçıq və balansda olmayan tikiliyə qanunsuz olaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz amlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarış verilmişdir. Ona görə də iddia tələbini dəqiqləşdirərək iddia tələbinin həcmini Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi və həmin Çıxarışdan əmələ gələn bütün nəticələrin ləğv edilməsi hissəsində artırmışlar. Tərtər Rayon Məhkəmənin 2(061)-1160/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən qarşılıqlı iddia ərizəsi X24 və Cavabdeh1 münasibətdə baxılmamış saxlanılmışdır. Həmçinin Tərtər Rayon Məhkəmənin 2(061)-1160/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən qarşılıqlı iddia tələbinə “çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarşdan əmələ gələn bütün nəticələrin ləğv edilməsi tələbi”nə dair hissədə ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə İddiaçı ASC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi hazırda mübahisləndrilən qətnaməsində -xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləssinin 10-cu maddəsinin normasına və “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli Qərarına istinad edərək iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, cavabdehlər məcburi köçkün olaraq dövlət tərəfindən mənizllərlə təmin edilmiş olsa da, dövlətdən əlavə məzillər almaq üçün qəsdən iddiaçının mülkiyyətindən qanunsuz istifadəni davam etdirməkdədrilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında 30 iyun 2009-cu il 845-İİİQ sayıl Qanunun 3-cü maddəsində bildirlir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 13, maddə 121) qüvvədən düşmüş hesab edilsin. 2009-cu ilin 01 oktybar tarixindən qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin 1.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X43 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəs i **********98-05301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Tərtər şəhəri, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası İddiaçı ASC-nin mülkiyyətindədir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 24 fevral 2017-ci il tarixli 65 saylı qaydalarda müəyyən edilmişdir ki, 1.1. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli 669-İQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 149 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2005ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci, 3.17-ci və 3.19cu bəndlərinin tələblərinə uyğun olaraq hazırlanmışdır. Bununla da biz görürük ki, məcburi köçkün vətəndaşalrın yaşayış sahəsi ilə təmini dövlətin üzərinə qoyulmuş vəzifədir. Cavabdehlərin ididaçı olan İddiaçı ASC yə məxsus mülkiyyətdən mənzil və ya yaşayış sahəsi kimi istifadə etmələri ilə bağlı onların sahiblik və istifadə hüququnun olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticələr eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbinə ziddir. Beləliklə birinci instansiya məhkəməsi olan Tərtər rayon məhkəməsi hazırda mübahisələndrilən qətnaməsində maddi hüquq normalarının tətbiqi zamanı kobud pozuntuya yol vermişdir. Cavabdehin haqlılığını təsdiqləyən heç bir konkret dəlil olmadan qətnamə fərziyyələrə və subyektiv fikirlərə əsaslanır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflərdən ilk iddia üzrə iddiaçı Cavabdeh1 və qarşılıqlı iddia üzrə cavabdeh X25 məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC-nin direktoru X8 apellyasiya şikayətini müdafiə edib, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilməmiş, qarşılıqlı iddianın isə təmin edilmiş hissələrində ləğv edilməsi və ləğv edilmiş həmin hissələrdə ilk iddia tələbinin təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC-nin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edib, şikayətin təmin edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar), X24, X36, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Etirazlarını mübahisəli ünvandakı tikiliyə order əsasında köçmələri ilə əsaslandırdılar. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi və etirazını cavabdehin mübahisəli ünvandakı tikiliyə order əsasında köçməsi ilə əsaslandırdı. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak etmiş tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, habelə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən halları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1160/2024 saylı qətnaməsi ilk iddia tələbinin təmin edilməmiş, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində ləğv edilməli və ləğv edilmiş həmin hissələrdə yeni qətnamə çıxarılaraq ilk iddia tələbinin təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respubilkasının MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işdə olan Mirbəşir (indiki Tərtər rayonu) rayon X22 İcraiyyə Komitəsinin 398 saylı, xx.xx.1998-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən şəhərin 29-cu məhəlləsində, 1 may küçəsinin davamında, OADKYC-nin Mirbəşir rayon komitəsinin binasının şərq tərəfindəki şəhər torpaq fondunda Mirbəşir konserv zavodunun işçiləri üçün 60 mənzilli beşmərtəbəli yaşayış binası tikilməsindən ötrü 0,92 hektar torpaq sahəsi ayrılması barədə komissiyanın 12 sentyabr 1988-ci il tarixli aktı təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********98-05301, qeydiyyat nömrəsi **********5, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Tərtər rayonunun Ələsgərli kəndində yerləşən çoxmərtəbəli yaşayış binası İddiaçı ASC-nin mülkiyyətindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X43 şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********98-05301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Tərtər şəhəri, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası İddiaçı ASC-nin mülkiyyətindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X43 şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 3-21-3-46/2-5654/24 saylı, xx.xx.2024-cü il tarixli məktubtubundan görünür ki, reyestr nömrəsi **********98-05301 olan Çıxarışda ünvan texniki səhv olaraq ünvan 7 ünvan 8arəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 İddiaçı ASC-nin təsisçilərindən biri olmaqla həm də qanuni təmsilçisidir. İşdə olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən görünür ki, emitent İddiaçı ASC-nin səhmdarlarının sayı 23 nəfər olmaqla, ilk iddia üzrə cavabdehlərin adı həmin reyestrdə qeyd olunmamışdır. İşdə olan İddiaçı X23 direktoru Akif Zamanov tərəfindən verildiyi göstərilmiş xx.xx.2005-ci il tarixli 1 nömrəli Orderdən görünür ki, Cəmiyyətin üzvü X26 zavodun özəlləşməsi üçün verdiyi səhmlər hesabına ailə üzvləri – X14, X19, X32 və X27 olmaqla Tərtər şəhəri, Q.Məmmədov küçəsi, 2 mərtəbəli binanın, 3-cü giriş, 1-ci mərtəbəsində 54 kv.m yaşayış sahəsi daimi yaşamaq üçün verilmişdir. İşdə olan İddiaçı X23 direktoru Akif Zamanov tərəfindən verildiyi göstərilmiş xx.xx.2004-cü il tarixli 2 nömrəli Orderdən görünür ki, Cəmiyyətin üzvü X15 zavodun özəlləşməsi üçün qoyduğu 10% əmlak hesabına ailə üzvləri – X28, X42 olmaqla Tərtər şəhəri, Q.Məmmədov küçəsi, 2 mərtəbəli binanın, 3-cü giriş, 1-ci mərtəbəsində 2 göz 40 kv.m sahəsi olan mənzil daimi yaşamaq üçün verilmişdir. İşdə olan İddiaçı X23 direktoru Akif Zamanov tərəfindən verildiyi göstərilmiş tarixsiz 15 nömrəli Orderdən görünür ki, Cəmiyyətin üzvü Cavabdeh2 zavodun özəlləşməsi üçün verdiyi səhmlər hesabına ailə üzvləri – X29, X30 olmaqla Tərtər şəhəri, Q.Məmmədov küçəsi, 2 mərtəbəli binanın, 2-ci giriş, 1-ci mərtəbəsində 40 kv.m yaşayış sahəsi daimi yaşamaq üçün verilmişdir. İşdə olan İddiaçı X23 direktoru Akif Zamanov tərəfindən verildiyi göstərilmiş xx.xx.1998-ci il tarixli 1 nömrəli Orderdən görünür ki, Cəmiyyətin üzvü Cavabdeh4 12.000 dollar verərək cəmiyyətin balansında olan Tərtər şəhəri, Q.Məmmədov küçəsi, 2 mərtəbəli binanın, 2-ci giriş, 2-ci mərtəbəsində 100 kv.m sahəsi olan 4 otaqdan ibarət mənzili alır. Ailə üzvləri – X16, X7, X6, X2r. Həmin order adlanan sənəddən həmçinin görünür ki, order 16 may 1998-ci il tarixdə verildiyi göstərilsə də, xx.xx.2003-cü ildə doğulmuş X1, xx.xx.2005-ci ildə doğulmuş X3 və xx.xx.2007-ci ildə doğulmuş X5 da adları həmin sənədə daxil edilmişdir. İşdə olan İddiaçı X23 direktoru Akif Zamanov tərəfindən verildiyi göstərilmiş xx.xx.2004-cü il tarixli 1 nömrəli Orderdən görünür ki, Cəmiyyətin üzvü X17 zavodun özəlləşməsi üçün verdiyi səhmlər hesabına ailə üzvləri – X37, X33, X38 olmaqla Tərtər şəhəri, Q.Məmmədov küçəsi, 2 mərtəbəli binanın, 1-ci giriş, 1-ci mərtəbəsində 32,59 kv.m yaşayış sahəsi daimi yaşamaq üçün verilmişdir. Həmin order adlanan sənədə xx.xx.2006-cı ildə doğulmuş X20 da adı daxil edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən daxil olmuş cavab məktubundan görünür ki, Laçın rayonundan məcburi köçkün Cavabdeh3 və 3 (üç) nəfər ailə üzvü ilə birlikdə Tərtər rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədi ilə salınmış Şixarx 2 (1176 ailəlik qəsəbə) qəsəbəsində bina 5 ünvanında 12 nömrəli 3 otaqlı mənzillə təmin edilmişlər. Laçın rayonundan məcburi köçkün Cavabdeh4 və 4 (dörd) nəfər ailə üzvü ilə birlikdə Tərtər rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədi ilə salınmış Şixarx 2 (1176 ailəlik qəsəbə) qəsəbəsində bina 5 ünvanında 13 nömrəli 3 otaqlı mənzillə təmin edilmişlər. Laçın rayonundan məcburi köçkün Cavabdeh5 və 4 (dörd) nəfər ailə üzvü ilə birlikdə Tərtər rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədi ilə salınmış Şixarx 2 (1176 ailəlik qəsəbə) qəsəbəsində bina 5 ünvanında 9 nömrəli 3 otaqlı mənzillə təmin edilmişlər. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, həqiqətən də Tərtər şəhəri, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası (yarımçıq tikili) İddiaçı ASC-nin mülkiyyətidir və sonuncunun çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********98-05301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışla təsdiq olunur. Cavabdehlər Tərtər rayon sakini – Tərtər rayonunun Qapanlı kəndində qeydiyyatda olan Cavabdeh1, ünvan 10 ünvanda qeydiyyatda olan X24, Laçın rayonu Ələkçi kəndində qeydiyyatda olan – məcburi köçkün X36, Laçın rayonu Şəlvə kəndində qeydiyyatda olan – məcburi köçkün Cavabdeh4 və Laçın rayonu Şəlvə kəndində qeydiyyatda olan – məcburi köçkün Cavabdeh5 ailə üzvləri ilə birlikdə ilk iddia üzrə iddiaçıya Tərtər şəhəri, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına müxtəlif vaxtlarda – 1990-cı illərin axırları və 2000-ci illərin əvvəllərində buna qanuni əsas olmadan köçərək yaşayır, həmin binada məskunaşmış məcburi köçkünlər Dövlət tərəfindən başqa ünvanda mənzil sahəsi ilə təmin edilmiş olsalar da ilk iddia üzrə iddiaçıya məxsus tikilidə yaşamaqda davam edir və həmin binadakı (tikilidəki) mənzillərdən çıxmaqdan imtina etmələrini order əsasında köçmələri ilə əsaslandırırlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçılar X36 və Cavabdeh4 haqqında mübahisə qaldırılan Tərtər şəhəri, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən yaşayış binasının müvafiq olaraq istifadələrində olan mənzillərindən verilmiş Orderlərə əsasən istifadə hüquqları yarandığından və həmin mənzillər onların “gözlənilən mülkiyyət”i olduğundan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıASC-nin hazırda onların yaşadıqaları mənzillərdən istifadələrinə törənən maneənin heç bir hüquqi əsası yoxdur. Hazırda onların yaşadıqaları mənzillərdən istifadələrinə İddiaçı ASC tərəfindən törənən maneə əsassız və qanunsuzdur. Cavabdeh5 sözügedən binanın mənzilindən bunun üçün hər hansı bir hüquqi əsas – order və s. olmadan istifadə etdiyi üçün onun hazırda yaşadığı həmin mənzildən istifadə hüququ yaranmamışdır. Ona görə də onun İddiaçı ASC-yə qarşı verdiyi maneənin aradan qaldırılmasına dair qarşılıqlı iddianın hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin və qarşılıqlı iddianın təmin edilməmiş hissəsi ilə razılaşsa da, qalan hissə ilə aşağıdakılara görə razılaşmır: Belə ki, iş materiallarında olan və qarşılıqlı iddia üzrə iddiaçıların tələblərini əsaslandırdıqları order adlanan sənədlər 1998-ci il və 2005-ci illər də daxil olmaqla həmin aralıqda, yəni 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə verilmişdir. Ona görə də yaranmış münasibətlərə maddi hüquq norması kimi həmin Məcəllənin normaları tətbiq edilməlidir. Çünki Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4-cü maddəsində göstərilir ki, Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Həmin Məcələnin 16-cı maddəsində göstərilir ki, mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində dövlət idarəetməsi SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti, Azərbaycan SSR Nazirlər Soveti, Naxçıvan MSSR Nazirlər Soveti, yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri, nazirliklər, dövlət komitələri və baş idarələr tərəfindən, habelə SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə müvafiq surətdə xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilir. Həmin Məcələnin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcələnin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcələnin 37-ci maddəsinə əsasən iş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli X22 icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir. Həmin Məcələnin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X22 icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq X22 icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcələnin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X22 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların iş yerində mənzil uçotuna dayanıb mənzil almaq hüquqları olmuş və iş yerində mənzillərin verilməsinin xüsusi qaydası müəyyən olunmuşdur. Belə ki, iş yerində mənzillər müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə X22 icraiyyə komitəsinin verdiyi order əsasında verilirdi. İlk iddia üzrə cavabdehlərin təqdim etdikləri order adlandırdıqları həmin sənədlər isə qanunvericiliklə müəyyən olunmuş qaydada yox, idarə müdiri tərəfindən təkbaşına, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı olmadan tərtib olunmuş sənədlərdir ki, həmin sənədlər mənzilə köçmək üçün əsas hesab oluna bilməz. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehlərin yaşadıqları mənzillərin onlara zavodun özəlləşməsi üçün verdikləri səhmlər və nağd ödəniş əsasında verildiyinə dair dəlillərini əsassız sayır. Çünki qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilk iddia üzrə cavabdehlər məhkəməyə öz tələblərini təsdiq edə biləcək mötəbər sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki: -Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas alan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. -Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: “Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya qeyd edir ki, hər hansı hüquqi əsas olmadan ilk iddia üzrə cavabdehlər Cavabdeh1, X24, X36, Cavabdeh4 və Cavabdeh5 ilk iddia üzrə iddiaçıya məxsus əmlakdan istifadə etmələri iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən ilk iddia üzrə iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Birinci intansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçılar X36 və Cavabdeh4 mübahisəli mənzillərə aid orderlərə əsasən istifadə hüquqları yaranmasının və həmin mənzillərə dair onların “gözlənilən mülkiyyət” hüququnun olmasını qeyd etsə də, həmin orderlərin qanuni sənəd olub-olmamasını, qanuni əsaslarla əldə edilib-edilmədiyini yoxlamdan qarşılıqlı iddianı həmin hissədə təmin etmişdir. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçılar iddia ərizəsində mübahisəli evin təmirinə xərc çəkdiklərini, həmin evlərn onların vəsaiti əsasında təmir edilərək yaşayış üçün yararlı vəziyyətə gətirilməsi və onların uzun müddət orada yaşaması barədə dəlilləri qarşılıqlı iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Çünki yuxarıda qeyd edildiyi kimi ilk iddia üzrə cavabdehlərdən X36, Cavabdeh4 və Cavabdeh5 Laçın rayonundan məcburi köçkün olmaqla Dövlət tərəfindən digər ünvanda yaşayış sahələri ilə təmin olunmuşlar, cavabdehlər Cavabdeh1 və X10 isə həmin ünvana köçüb yaşamaları üçün qanuni əsas olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- ilk iddianın təmin edilməmiş və qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilməli, həmin hissələrdə ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İlk iddia üzrə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1160/2024 saylı qətnaməsi qismən - ilk iddianın təmin edilməmiş və qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilsin və ləğv edilmiş həmin hissələrdə yeni qətnamə çıxarılsın. İlk iddia üzrə cavabdehlər Cavabdeh1, X24, X36 və Cavabdeh4 İddiaçıASC-nin mülkiyyətində olan Tərtər rayonu, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli binanın yaşadıqları mənzillərindən çıxarılsın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-649/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-649/2025
30.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver