Məhkəmə qərarları › İş №2(104)-657/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-657/2024

28.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-657/2024 28.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, X5 nümayəndəsi (vəkil) Vəkil və ərizəçi İddiaçı iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(062)-392/2023 saylı qərardadından iş üzrə X5 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Tovuz rayon notariat ofisinə qarşı ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək mərhum X6 ilə qohumluq münasibətində olması, yəni onun bibisi qızı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(062)-392/2023 saylı qətnaməsi ilə (hakim Q.Baxşıyev) İddiaçı cavabdeh Notariat Ofisinə və üçüncü şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı miras əmlakdan bütövlükdə payın müəyyən olunması tələbinə dair iddiası təmin edilmişdir Həmin qətnamədən xx.xx.2024-cü il tarixdə X5 nümayəndəsi (vəkil) Vəkil Tovuz rayon məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Tovuz rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(062)-392/2023 saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-392/2023 saylı 24 yanvar 2023-cü il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. X5 nümayəndəsi (vəkil) Vəkil xx.xx.2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli qərardadından şikayət vermiş və qərardadın ləğv edilərək, apellyasiya şikayətini baxılması üçün Gəncə Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz rayon Məhkəməsinin hazırki şikayət olunan qərardadı əsasssızdır və ləğv edilərək, apellyasiya şikayətimin qəbul olunması təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-2356/2023 saylı qərardadı ilə X5 qohumluq münasibəti tam təsbit edilir və beləliklə X5 mülki iş materialları ilə bağlılığı bir daha təsdiq olunur. Bundan əlavə X5 Yasəmən Quluyevadan miras qalmış əmlakın vərəsəlik qaydasında qəbul edilməsi barədə iddia icraatı qaydasında iddiaları hakim Qafil Baxşıyevin icraatındadır, həmin iş materiallarında Yasəmən Quliyevanın əsl vərəsəsi olması əsasları ilə bağlı kifayət qədər məsələn, icra nümayəndələrinin arayışları, atalarının doğum haqqında şəhadətnamələri, kənd camaatının aktları mövcüddur. Mövcüd iş üzrə iddiaçı X2 barəsində olan vərəsəlik işi vəkil kimi onun tərəfindən sorğu ilə tələb edilmiş, vərəsəlik işində də Novruz Quliyevin mirasın qəbulu barədə ərizəsi də vardır . Ona görə də hesab edir ki, apellyasiya şikayəti vermək hüququ bərpa edilərək Tovuz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-392/2023 saylı qərardadının ləğv edilərək baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Tovuz rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(062)-392/2023 saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-392/2023 saylı 09 yanvar 2024-cü il tarixli qərardadının əsaslı hesab edilməsi və X5 qərardadın ləğv edilməsinə dair şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 nümayəndəsi (vəkil) Vəkil şikayətin dəlillərinə uyğun izahat verərək Tovuz Rayon Məhkəməsinin 2(062)-392/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin icraata götürülməsini xahiş etdi. Vəkil həmçinin izah etdi ki, təmsil etdiyi X5 atası X3 mərhum X6 ilə doğma əmi qızı, əmi oğludur və bu təqdim etdiyi kənd icra nümayəndəliyinin arayışı, həmçnin X5 özünün və X4 doğum haqqında şəhadətnamələrində ata qrafalarındakı qeydlərlə də təsdiq olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi İddiaçı şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, tərəflərin izahatlarını və dinləyərək və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Tovuz Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(062)-392/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Birinci instansiya məhkəməsi qərardadlarını onunla əsaslandırmışdır ki, X5 məhkəmə qaydasında sözügedən qətnamədə olan şəxslə qohumluq əlaqəsinin olubolmaması təsdiqlənməmişdir. İcra nümayəndəsinin arayışı ilə şəxsin qohumluq münasibətində olması təsdiq oluna bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə X5 hüquqlarına toxunmağı ilə bağlı hər-hansı sübut təqdim edilmədiyindən onun qeyd olunan qətnamədən şikayət vermək hüququ istisna olunur. Kollegiya qeyd edir ki, şikayətdən və şikayətə əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizəçi atasının mərhum X6 ilə əmioğlu və əmiqızı olduqlarını göstərib şikayətinə X4 doğum haqqında şəhadətnaməsinin (doğum akt qeydindən çıxarışı) əlavə etmiş olsa da, atası X1 doğum akt qeydini əlavə etməmişdir. Bu isə X6 ilə X1 qohumluq münasibətlərini mübahisəsiz qaydada müəyyən etməni istisna edir. Belə ki, subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci istansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(062)-392/2023 saylı qərardadı və həmin qərardadla bağlı 17 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar