Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-665/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X12 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (atası) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayədə saxlanması və aliment tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İnam qızı xx.xx.1998-ci ildə anadan olmuşdur.
2. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli, 63 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayon köçkünü İddiaçı Bərdə rayonu Qarağacı kəndində qeydiyyatda olmaqla Alpoud kəndində yaşayır.
3. 04 mart 2015-ci il tarixli, AA330435 seriya nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür.
4. 4 saylı Bakı “ASAN-Xidmət” Mərkəzi tərəfindən verilmiş 29 noyabr 2018-ci il tarixli, AZ-İİ nömrəli 308375 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikah bağlamışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 noyabr 2018-ci il tarixli, 2911 nömrə ilə qeyd edilmişdir, nikahdan sonra kişiyə Bayramov, qadına Bayramova soyadı verilmişdir.
5. Bərdə regional “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 sentyabr 2019-cu il tarixli, AZ-İV № 340953 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28 avqust 2019-cu il tarixdə doğulmuş, atası Cavabdeh və anası İddiaçı olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 28 sentyabr 2019-cu il tarixdə 2624 nömrə ilə qeyd edilmişdir.
6. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli, AZ-İV № 731588 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07 aprel 2022-ci il tarixdə doğulmuş, atası Cavabdeh və anası İddiaçı olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 18 aprel 2022-ci il tarixdə 278 nömrə ilə qeyd edilmişdir.
7. Bərdə rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli rəyə əlavə edilmiş 22 iyul 2024-cü il tarixli “yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə aktdan görünür ki, komissiya tərəfindən İddiaçı yaşayış yeri üzrə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ev onun anası X4 məxsus xüsusi fərdi yaşayış evidir. Həmin ev kürsülü 1 mərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir. Dam örtüyü şiferdəndir, iki otaqlıdır, orta təmirlidir.Normal kommunal şəraiti vardır. Həmin evdə İddiaçı övladları Mehrac Bayramlı, Hüseyn Bayramlı, bacısı Samirə Bayramova onun övladı Fatimə Məmmədzadə və anası Əfşan Bayramova yaşayırlar.
8. Bərdə rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli rəyə əlavə edilmiş 22 iyul 2024-cü il tarixli “yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə aktdan görünür ki, komissiya tərəfindən Cavabdeh yaşayış yeri üzrə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı ev onun analığı İSmayılova Sahibə Cabbar qızına məxsus xüsusi fərdi yaşayış evidir. Həmin ev kürsülü 1 mərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir. Dam örtüyü ağ dəmirdəndir üç otaqlıdır, orta təmirlidir.Normal kommunal şəraiti vardır. Həmin evdə Cavabdeh analığı Sahibə İsmayılova bacısı X1 iki nəfərdən ibarət ailəsi yaşayırlar.
9. Bərdə rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli Rəydə qeyd edilmişdir ki, Komissiya az yaşlılar Mehrac Bayramlı və Hüseyn Bayramlının anası İddiaçı yanında, himayəsində yaşamasını onların mənafeyinə uyğun, məqsədəmüvafiq və qanunamüvafiq hesab edir.
10. Məhkəmə kollegiyasının “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə etdiyi gəlir barədə məlumatdan görünür ki, Cavabdeh X19 Təhsil İdarəsində təsərrüfat müdiri vəzifəsində çalışır və aylıq əmək haqqı 470 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 29 noyabr 2018-ci il tarixli nikahın pozulmasını, birgə nikahdan olan uşaqlarının onun himayəsində saxlanmasına və birgə nikahdan olan 28 avqust 2019-cu il təvəllüdlü X5 və 07 aprel 2022-ci il təvəllüdlü X6 18 yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnаmə qəbul edilməsini xаhiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 29 noyabr 2018-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. 28 avqust 2019-cu il tarixdə X9 və 07 aprel 2022ci il tarixdə X10 adlı övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə xeyli vaxtdır ayrı yaşayırlar. Ailə münasibətləri tamamilə pozulmuşdur. Ayrı yaşamaqlarına baxmayarq cavabdeh ona uşaqların saxlanmasında heç bir köməklik göstərmir. Odur ki, Cavabdeh ilə aralarında bağlanmış 29 noyabr 2018-ci il tarixli nikahın pozulmasına, birgə nikahdan olan uşaqlarının onun himayəsində saxlanmasına və birgə nikahdan olan 28 avqust 2019-cu il tarixdə anadan olmuş X5 və 07 aprel 2022-ci il tarixdə anadan olmuş X6 18 yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 235 manat olmaqla cəmi 470 manat məbləğində alimentin tutulması zəruridir.
13. Bərdə Rayon Məhkəməsinin 2(021)-1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) iddiаnın qismən təmin edilməsi, iddiaçı X16 və Cavabdeh arasında bağlanmış 29 noyabr 2018-ci ildə 4 saylı Bakı “ ASAN-Xidmət” Mərkəzində 1129 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 28 avqust 2019-cu il təvəllüdlü X9 və 07 aprel 2022-ci il təvəllüdlü X10 İddiaçı himayəsində və yanında saxlanılması, 28 avqust 2019-cu il təvəllüdlü X9 və 07 aprel 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 29 yanvar 2024-cü il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması, Cavabdeh 60,8 (altmış manat 80m qəpik) mаnаt dövlət rüsumu və 45 manat dövlət rüsumu аlınаrаq dövlət büdcəsinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərci iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşаqların qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq 28 avqust 2019-cu il təvəllüdlü X9 və 07 aprel 2022-ci il təvəllüdlü X10 iddiaçı (ana) İddiaçı himayəsində saxlanılmalı, Cavabdeh 28 avqust 2019-cu il təvəllüdlü X5 və 07 aprel 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat aliment tutulmаlı, alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixdən etibarən hesablanmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.
15. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20, 49, 60, 75.1 və 78-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun və “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Bərdə Rayon Məhkəməsinin 2(021)-1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnаmənin qismən ləğv еdilməsini və aliment məbləğinin əmək haqqının 1/3 hissəsində təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 76.1.-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəməyə onun tərəfindən Azərbaycan Kəlbəcər rayonu 105 saylı tam orta məktəbdə təsərrüfat müdiri işləməyinə dair əmək haqqı arayışı təqdim olunsa da, birinci instansiya məhkəməsi sənədi iş materiallarına əlavə etməmiş və çıxardığı qətnaməsində də, buna dair mövqe bildirməmişdir. Ancaq birinci instansiya məhkəməsi təqdim edilmiş rəsmi sənədi nəzərə almamışdır. O, məhkəmənin gəldiyi nəticəni real gəlirləri ilə əlaqədar və hazırkı maddi vəziyyəti baxımından ədalətli nəticə hesab etməmişdir. İddiaçı tərəf onun gəlirlərinə aid hər hansı bir sübutun mövcudluğuna aid məhkəmyə rəsmi sənədlər verməmişdir. Çünki belə bir sənəd yoxdur. O, məhkəməyə real qazancına dair rəsmi sənəd təqdim etdiyi halda, iddiaçı onun maddi vəziyyətində hansı artımlı dəyişikliklərin olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (atası) X8 apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, uşaqlar onların yanında olmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçı polis orqanlarına müraciət etdikdən sonra onlar uşaqları anasına vermişlər. Oğlu məktəbdə təsərrüfatçı işləyir və rəsmi əmək haqqı alır. Onlar Hacallı kəndində, iddiaçı isə Alpout kəndində yaşayır.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 2(021)-1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında evdən çıxmışdır. Uşaqları onunla yaşayır. 18 dekabrda anası rəhmətə getdiyi üçün uşaqları cavabdehə vermişdir. 26 dekabr tarixdə isə uşaqları istəyəndə onlar etiraz etmişlər. Onu döyüb evdən qovmuşlar. O isə polisə müraciət edərək uşaqları almışdırt. Məktəbdən arayış təqdim edə bilər ki, uşaqlar onunla qalıblar. Uşaqlar Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbində təhsil alırlar.
21. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi (atası) vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
22. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
23. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
24. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
25. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
26. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
27. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
28. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
29. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
30. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.
37. Maddə 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
38. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
39. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
40. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Hazırkı apellyasiya şikayətində qətnamə qismən, alimentin tutulmasının başlanğıcının və alimentin məbləği hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir.
46. Belə ki, ilk növbədə məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2025-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 246 manat müəyyən olunmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi hər ay hər uşağa görə 170 manat olmaqla, iki uşağa görə aylıq cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair işin həqiqi hallarına uyğun olan məqsədəmüvafiq nəticəyə gəlmişdir.
47. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməmişdir. Belə ki, sabit pul məbləğində alimentin tutulması zamanı Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun müəyyən etməməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
48. Məhkəmə kollegiyası cavabdehin maddi imkanının aşağı olması və rəsmi gəlirinin olması, aliment məbləğinin əmək haqqının 1/3 hissəsində təmin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin maddi durumunu nəzərə alaraq, hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulması ilə bağlı qərarında məhz cavabdehin maddi durumunu nəzərə almışdır. Cavabdeh X19 Təhsil İdarəsində təsərrüfat müdiri vəzifəsində çalışır və aylıq əmək haqqı 470 manat təşkil edir. Hazırkı vəziyyətdə cavabdehin alimentin 470 manatın 1/3 hissəsində müəyyən edilməsi uşaqların marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnərdi.
49. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar.
50. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olsa da, mübahisənin maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2725/2024 saylı qətnaməsi 28 avqust 2019-cu ildə doğulmuş X9 və 07 aprel 2022-ci il doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi hissəsində dəyişdirilməli, 28 avqust 2019-cu ildə doğulmuş X9 və 07 aprel 2022-ci il doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Kollegiya onun da qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 345 manat olmuşdur. İddia ərizəsi xx.xx.2024cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
51. Kollegiya qeyd edir ki, cavabdeh iki uşaq üçün əmək haqqının 1/3 hissəsinin tutulmasını tələb etmiş, həmin məbləğ isə təqribən 156.6 manat hesablanmışdır. Mübahisələndirilən hissə iki uşağa görə 183.4 manatdır. (183.4x12=2200.8)
52. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Bərdə Rayon Məhkəməsinin 2(021)-1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi 28 avqust 2019-cu ildə doğulmuş X9 və 07 aprel 2022-ci il doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi hissəsində dəyişdirilsin. 28 avqust 2019-cu ildə doğulmuş X9 və 07 aprel 2022-ci il doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.