Məhkəmə qərarları › İş №2(104)-669/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-669/2024

01.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-669/2024 01.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: cehiz əşyalarının çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-6614/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gədəbəy rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş əlillik haqqında vəsiqənin surətindən görünür ki, İddiaçı İ qrup gözdən əlildir.

2. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətin başçısının 06 fevral 2015-ci il tarixli, 26 nömrəli sərəncamın surətindən görünür ki, Gəncə şəhəri, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən İddiaçı məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş ümumi sahəsi 29,0 kvadratmetr, o cümlədən yaşayış sahəsi 29,0 kvadratmetr, həyət tikilisi 21,1 kvadratmetr olan tikililərin qeydiyyata alınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 nömrəli Ərazi İdarəsinə Gəncə şəhəri, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən tikililərin qeydiyyata alındıqdan sonra mülk sahibinin müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin etməsinin tapşırılması qərara alınmışdır.

3. Torpaq sahəsinin və tikililərin mərtəbələr üzrə planı sənədindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən torpaq sahəsinin və tikililərin planı əks olunmuşdur.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 30.11 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 (köhnə Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə14) ünvanı ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

5. AZ-T seriyalı, 260841 nömrəli, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə Gəncə şəhərində doğulmuşdur. X5, anası Cavabdehdır.

6. 08 dekabr 2023-cü il tarixli, 3-16-5/8-70-M-4922/2023 nömrəli Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 26 yanvar 2023-cü ildə Bakı şəhərində disseminə olunmuş damardaxili laxtalanma (defibrinasiya sindromu) səbəbindən ölmüşdür.

7. Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsi Kəpəz Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 28 həftəlik hamiləliyi mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus 1 dəst yataq mebeli dəsti (şifoner, cüt yataq, 2 ədəd tumboçka, güzgülü termo, termonun stulu, sandıqlı oturacaq), 2 ədəd pərdə (yataq otağına), 2 ədəd tək döşək, 1 ədəd cüt döşək, 2 ədəd tək yorğan, 1 ədəd cüt yorğan, 4 ədəd balınc, 6 ədəd döşəkcə, 8 ədəd oturacaq döşəkcəsi, 3 ədəd örtük (çarpayı üçün), 1 ədəd künc divan, 1 ədəd jurnal stolu, 1 ədəd servant, 1 ədəd çılçıraq 12 şamlı, 2 ədəd qonaq otağı pərdəsi, 1 ədəd gecə lampası, 1 ədəd skater, 1 ədəd saç feni, 1 ədəd paltaryuyan maşın, 2 ədəd yerə qoyulan gül qabı, 1 ədəd xalça 2mx3m, 6 ədəd rəngli rumka, 6 ədəd qaşlı bakal, 1 dəst 6 bakallı kompot qabı, 2 ədəd meyvə qabı, 2 ədəd çərəz qabı, 6 ədəd çay dəsti, 6 ədəd armudu çay dəsti, 2 ədəd şüşə salfet qabı, 2 ədəd balaca qənd qabı, 1 ədəd kül qabı, 2 ədəd tort qabı, 1 ədəd böyük meyvə qabı, 6 ədəd balaca bakal, 6 ədəd bozartma boşqabı, 6 ədəd salat boşqabı, 6 ədəd böyük kasa, 6 ədəd balaca kasa, 1 ədəd soğan doğrayan, 6 ədəd xörək qaşığı, 6 ədəd çay qaşığı, 6 ədəd çəngəl, 6 ədəd limon çəngəli, 6 ədəd yağ bıçağı, 2 ədəd böyük qaşıq, 1 ədəd yağ süzən, 2 ədəd qulplu fincan (kapron, dəmir), 1 ədəd şirəli bidon, 2 ədəd balaca, böyük çaynik, 4 ədəd şirəli qazan (balaca, böyük), 1 ədəd alüminium xörək qazanı, 1 ədəd şirəli vedrə, 3 ədəd şirəli ləyən, 3 ədəd şirəli podnos, 1 ədəd kapron vanna, 1 ədəd lampa, 1 ədəd uşaq arabası, 1 ədəd örtük (uşaq çarpayısı üçün) olan cehiz əşyalarının ünvan 3 (köhnə Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14) ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda yaşadığı ünvan 3 (köhnə Dəmiryolualtı ərazisi, məhəllə A1, sahə-14) ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh onun gəlini olmuşdur. Belə ki, oğlu Məkan Abbasov 2022-ci ilin yanvar ayında cavabdehlə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Lakin bundan çox qısa müddət keçdikdən sonra təxminən 2023-cü ilin may ayında ayrılmışlar. Hazırda cavabdeh öz ata evində yaşayır. Lakin ayrılmalarına baxmayaraq, bu günə kimi cavabdehin özü ilə gətirdiyi cehiz əşyaları onun evindədir. O, dəfələrlə cavabdehə müraciət edərək ona məxsus olan evdən cehiz əşyalarını çıxarmasını bildirmişdir. Lakin cavabdeh onun sözlərinə hər hansi bir əhəmiyyət verməmişdir. Hesab edir ki, cavabdehin özünə məxsus olan cehiz əşyalarını bu günə kimi onun evində saxlaması tamamilə qanunsuz olmaqla onun hüquqlarını kobud surətdə pozur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının oğlu X8 ilə Cavabdeh 2022-ci ilin yanvar ayında faktiki ailə qurmalarına baxmayaraq onların rəsmi nikahları olmamışdır. Cavabdehlə Məkanın faktiki nikahından 1 uşaq doğulmuş, lakin sonradan ölmüşdür. 2023-cü ilin may ayında X8 ilə Cavabdeh ayrılmışlar. Hazırda cavabdeh öz ata evində yaşayır. Cavabdehin hamilə vəziyyətində olması sonuncunun iddiaçının oğlu ilə faktiki ailə münasibətlərinə xitam verilməməsi demək deyildir. Cavabdehin hamiləliyi ilə bağlı məsələ gələcək araşdırmaların predmetidir. X3 ilə Cavabdeh arasında faktiki ailə münasibətləri bitmişdir. Lakin bu günə kimi cavabdehin özü ilə gətirdiyi cehiz əşyaları iddiaçının evindədir. İddiaçı İ qrup gözdən əlildir. Cavabdeh iddiaçının ailə üzvü sayılmır. Hesab edir ki, iddiaçının mülkiyyət hüququ pozulur. Belə ki, mübahisəli evin icra hakimiyyətinin sərəncamı ilə qeydiyyata alınması DƏDRX-ə tapşırıldığından mübahisəli evə iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-6614/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov), iddianın təmin edilməsi, Cavabdeh məxsus 1 dəst yataq mebeli dəsti (şifoner, cüt yataq, 2 ədəd tumboçka, güzgülü termo, termonun stulu, sandıqlı oturacaq), 2 ədəd pərdə (yataq otağına), 2 ədəd tək döşək, 1 ədəd cüt döşək, 2 ədəd tək yorğan, 1 ədəd cüt yorğan, 4 ədəd balınc, 6 ədəd döşəkcə, 8 ədəd oturacaq döşəkcəsi, 3 ədəd örtük (çarpayı üçün), 1 ədəd künc divan, 1 ədəd jurnal stolu, 1 ədəd servant, 1 ədəd çılçıraq 12 şamlı, 2 ədəd qonaq otağı pərdəsi, 1 ədəd gecə lampası, 1 ədəd skater, 1 ədəd saç feni, 1 ədəd paltaryuyan maşın, 2 ədəd yerə qoyulan gül qabı, 1 ədəd xalça 2mx3m, 6 ədəd rəngli rumka, 6 ədəd qaşlı bakal, 1 dəst 6 bakallı kompot qabı, 2 ədəd meyvə qabı, 2 ədəd çərəz qabı, 6 ədəd çay dəsti, 6 ədəd armudu çay dəsti, 2 ədəd şüşə salfet qabı, 2 ədəd balaca qənd qabı, 1 ədəd kül qabı, 2 ədəd tort qabı, 1 ədəd böyük meyvə qabı, 6 ədəd balaca bakal, 6 ədəd bozartma boşqabı, 6 ədəd salat boşqabı, 6 ədəd böyük kasa, 6 ədəd balaca kasa, 1 ədəd soğan doğrayan, 6 ədəd xörək qaşığı, 6 ədəd çay qaşığı, 6 ədəd çəngəl, 6 ədəd limon çəngəli, 6 ədəd yağ bıçağı, 2 ədəd böyük qaşıq, 1 ədəd yağ süzən, 2 ədəd qulplu fincan (kapron, dəmir), 1 ədəd şirəli bidon, 2 ədəd balaca, böyük çaynik, 4 ədəd şirəli qazan (balaca, böyük), 1 ədəd alüminium xörək qazanı, 1 ədəd şirəli vedrə, 3 ədəd şirəli ləyən, 3 ədəd şirəli podnos, 1 ədəd kapron vanna, 1 ədəd lampa, 1 ədəd uşaq arabası, 1 ədəd örtükdən (uşaq çarpayısı üçün) ibarət olan əşyalar ünvan 3 (köhnə Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə14) ünvanından çıxarılması, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.5, 157.4 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 115.0.9, 119.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-6614/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ yoxdur. Ona görə də iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Bundan başqa məhkəmədə iştirak edən cavabdehin nümayəndasinin mövqeyi yalnız ümumiyətlə cehiz əşyalarının çıxarılmaması ilə bağlı olduğundan onlar apardığı cehizlərin siyahısını təqdim etməmiş, məhkəmə isə bununla bağlı araşdırma aparmamışdır. Halbuki, iddiaçının təqdim etdiyi cehiz əşyalarının siyahısı həqiqəti əks etdirmir. Cavabdehin aparmış olduğu əşyaların bir çoxu iddia ərizəsində qeyd edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

26. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

1. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

2. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

3. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

4. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

5. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

6. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

7. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

8. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

9. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

10. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

11. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

14. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

16. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-6614/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı oğlu X8 ilə Cavabdeh 2022-ci ilin yanvar ayında faktiki olaraq ailə qurmuş, aralarında rəsmi nikah bağlamamışlar. Ailə qurduqdan sonra Cavabdeh ünvan 3 ünvanına gəlin köçmüş, cehiz əşyalarını da həmin evə aparmışdır. İddiaçının oğlu Məkan Abbasovla cavabdeh arasında olan faktiki nikahdan xx.xx.2022-ci ildə Hüseyn adlı uşaq doğulsa da xx.xx.2023-cü ildə ölmüşdür. X10 Alıyeva arasında olan faktiki ailə münasibətləri 2023-cü ilin may ayında bitmişdir. Hazırda İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılmasını istəyir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir.

19. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri iddiaçının mülkiyyət hüququnun müdafiəsi və cavabdehin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mülki mübahisədir və qanunvericiliyin mülkiyyət hüququna, habelə yaşayış sahəsindən istifadəyə dair aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

20. İlk növbədə məhkəmə kollegiyası göstərir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da evə onun gözlənilən mülkiyyət hüququ vardır.

21. Belə ki, Gəncə şəhəri, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısının 06 fevral 2015-ci il tarixli, 26 nömrəli Sərəncamının surətindən göründüyü kimi, Gəncə şəhəri, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən İddiaçı məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş ümumi sahəsi 29,0 kvadratmetr, o cümlədən yaşayış sahəsi 29,0 kvadratmetr, həyət tikilisi 21,1 kvadratmetr olan tikililərin qeydiyyata alınması qərara alınmışdır. Həmin sərəncam hazırda qüvvədə olmaqla hər hansı şəxs tərəfindən mübahisələndirilməmişdir. Bu hal isə iddiaçının sahiblik və istifadəsində olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsasdır.

22. Məhkəmə kollegiyasının bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərdən də qaynaqlanır.

23. Həmin Məhkəmənin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

24. Həmin Məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda xüsusilə dəqiq izah elədi və hesab etdi ki, “maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır”.

25. Məhkəmənin xatırlatmasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir” (“Burdov Rusiya Federasiyasınna qarşı” və “Yunanistan neftayırma zavodu “Strən” və “X1rşı” işlər).

26. Qeyd edilməlidir ki, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

27. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

29. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).

30. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

31. Məhkəmə kollegiyası göstərir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olduğundan onun hazırki iddiası mülkiyyət hüquqlarından qaynaqlandığından cavabdehin evə dair istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Cavabdeh iddiaçının oğlu ilə 2022-ci ilin yanvar ayında ailə münasibətləri qurduqları üçün onun fərdi yaşayış evinə dair hüququ qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları əsasında təhlil edilməlidir.

32. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (24&).

33. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (25&).

34. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə cavabdehin iddiaçının ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir (26&).

36. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

37. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınananın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Ona görə də iddia tələbi təmin edilməklə iddia tələbi üzrə cavabdehə məxsus əşyaların mübahisəli mənzildən çıxarılması qanuni və əsaslıdır.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

41. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

44. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

45. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-6614/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar