Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-675/2023 02.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-28/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" BOKT ASC Cavabdeh1 və qeyrilərinə qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönədilməsi və xərclərin əvəzinin ödənilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-28/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə mütəxəssis cəlb olunaraq rəy alınması qərara alınmış, qərardadın dayandırılmasına aid hissəsindən 10 (on) gün müddətində şikayət verilməsi göstərilmişdir. Cavabdeh1 Bərdə Rayon Məhkəməsinin 2(021)-28/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-28/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərardadında iş üzrə icraatın dayandırılmasına aid hissəsindən şikayət verilməsi nəzərdə tutulduğundan, lakin Cavabdeh1 şikayətində qərardadın dayandırma hissəsini deyil, sözügedən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin deyil, "xxxx" MMC-nin ekspertlərinin dəvət olunmasını mübahisələndirdiyindən Bərdə Rayon Məhkəməsinin 2(021)-28/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərardadına əsasən Cavabdeh1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh1 Bərdə Rayon Məhkəməsinin həmin qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş, lakin şikayətinin forma və məzmununa riayət edilmədiyindən Bərdə Rayon Məhkəməsinin 2(021)-28/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərardadına əsasən Cavabdeh1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-28/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, mülki iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və mülki iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-28/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərardadında iş üzrə icraatın dayandırılmasına aid hissəsindən şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 şikayətində qərardadın dayandırma hissəsini deyil, sözügedən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin deyil, "xxxx" MMC-nin ekspertlərinin dəvət olunmasını mübahisələndirmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Həmin Məcəllənin 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Cavabdehin şikayətindən müəyyən olunur ki, Cavabdeh1 şikayətində qərardadın dayandırma hissəsini deyil, sözügedən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-nin ekspertlərinin dəvət olunmasından narazıdır. Kollegiya hesab edir ki, ümumiyyətlə qərardadın mütəxəssis rəyinin verilməsi ilə bağlı hissəsindən şikayət verilməsi Azərbaycan Respublikası MPM-də nəzərədə tutulmamışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə əsaslı nəticəyə gəlmişdir. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 402-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-28/2022 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-675/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-675/2023
02.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver