Məhkəmə qərarları › İş №2(104)-679/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-679/2023

11.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-679/2023 11.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X*5rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(02*)-3436/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X*5rşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 05 avqust 2022-ci il tarixli, PHŞ/6.28-3-2022-25* nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və boşdayanma günlərinə görə əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(02*)-3436/2022 nömrəli (hakim: E.Əhmədov) qətnaməsi ilə İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrinin X*2 Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X*rşı işə bərpa və boşdayanmaya görə əmək haqqı tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə **.04.2023-cü il tarixli ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X*5rşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 05 avqust 2022-ci il tarixli nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və boşdayanma günlərinə görə əməkhaqqının ödənilməsini xahiş edilmişdir. Bildirir ki, “iddia ərizəsində texniki səhv olaraq yalnışlıqla 05 avqust 2022-ci il tarixli, əmrin ləğv olunması göstərilmiş, əslində xahişi Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 04 avqust 2022-ci il tarixli, 28*2-k nömrəli əmrin ləğv olunması, işə bərpa edilməsi və boşdayanma günlərinə görə əməkhaqqının ödənilməsindən ibarətdir. Ona görə də, ərizəsinin nəzərə alınmasını xahiş edir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəlidir və bir uşaq anasıdır, ali təhsilli həkim olmaqla mamaginekoloqdur. Əmək fəaliyyətinə *996-cı ildə Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində həkim olaraq başlamış və həmin vaxtdan Bərdə rayon Mərkəzi Xəstəxanasının bu vəzifədə işləmişdir. İşlədiyi müddət ərzində əmək qanunvericiliyinin tələblərinə əməl etmiş və hər hansı əmək pozuntusu olmamışdır. Ailədə yeganə işləyən şəxs olmuşdur. Ona xəbərdarlıq edilmədən 05 avqust 2022-ci il tarixli PHŞ/628.-3-2022-25* nömrəli əmrlə işdən azad edilmişdir. İşdən azad edilməyi barədə əmrin surətini 04 avqust 2022-ci il tarixdə almışdır. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanuni əsaslar olmadan qəbul edilmişdir. Belə ki, *996-cı ildən işləməsi, 26 illik nöqsansız əmək stajı, himayəsində uşaq olması, habelə ixtisası və kadr peşəkarlığı nəzərə alınmamışdır. Mülki iş materiallarında olan: 25 iyun *995-ci il tarixli, AB-İ 0*9835 nömrəli diplomun surətindən müəyyən olunur ki, həmin diplom İddiaçı məxsusdur; Tibbi Ərazi Bölmələrinin X*2 Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X9 Şəxsinin *00 nömrəli, 29 mart 202*-ci il tarixli əmri ilə 0* aprel 202*-ci il tarixdə Ginekologiya Şöbəsindən həkim mama ginekoloq işindən azad olunmuş, X*3 *.0 oklad həkim mama ginekoloq işinə təyin edilmişdir; Doğum evinin ginekologiya Şöbəsinin həkimi X*6 tərəfindən Bərdə Rayon Mərkəzi X9 şəxsinin direktoruna ünvanlanmış *9 aprel 202*-ci il tarixli izahatında göstərmişdir ki, doğum evinin həkimi İddiaçı iş fəaliyyətinə mane olur, iş rejimini pozur, həm fiziki, həm psixoloji cəhətdən digər həkimlər də daxil olmaqla onları istismar edir, təhqir və şantaj etməklə iş fəaliyyətini pozur, haqqında tədbir görülməsini xahiş etmişdir; 03 mart 2022-ci il tarixdə tərtib edilmiş aktın surətindən müəyyən olunur ki, “doğum evində növbətçi həkim olan İddiaçı icazəsiz, özbaşına növbəni tərk etmişdir, növbə şöbənin həkimi ginekoloq Məmmədova Afətə təhvil verilmişdir” ifadələri qeyd edilmişdir; 03 mart 2022-ci il tarixdə tərtib edilmiş aktın surətindən müəyyən olunur ki, Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin İİ korpusunda İ mərtəbədə vətəndaşların yanında həkim ginekoloq Bəşirova Tünzaləni həkim ginekoloq İddiaçı təhqir edib və vurmuşdur. X*0 tərəfindən yazılmış 2*.07.2022-ci il tarixli şikayət ərizəsində göstərilmişdir ki, qardaşının həyat yoldaşı X7 doğuş üçün xəstəxananın doğum evində İddiaçı tərəfindən xəstəyə təsir, təhqir, saymamazlıq olmuşdur, xəstəyə qarğış edir, xəstənin həkimi olmamasına baxmayaraq xəstəyə müdaxilə edir. Xahiş edir ki, həkim barəsində tədbir görülsün; Baş tibb bacısı Z.Teymurova tərəfindən Bərdə Rayon Mərkəzi X9 şəxsinin direktoruna ünvanlanmış 28 aprel 2022-ci il tarixli məlumatdan görünür ki, “Bu gün doğum evində səhər toplantısından sonra heç bir səbəb olmadan ginekoloq Almaz həkim dəhlizdə mama ginekoloq Nərgiz həkimi etik olmayan sözlərlə təhqir etməyə başlamışdır, doğum evinə təhkim edilmiş ümumi cərrah T.Əlləzovanın müdaxiləsindən sonra Nəgriz həkimdən uzaqlaşmışdır, Almaz həkim bu cür hərəkətləri ilə demək olar ki, hər gün həkimləri narahat edir” qeyd edilmişdir; 28 iyul 2022-ci il tarixdə tərtib edilmiş aktın surətindən müəyyən olunur ki, Almaz adlı həkim növbədə olarkən qəbul şöbəsinə doğuş sancısı ilə xəstə müraciət etmiş, lakin xəstə Almaz həkimdən imtina edərək, Şəfəq adlı həkimi tələb etmiş, Şəfəq adlı həkim qəbul şöbəsinə göndərildikdə Almaz adlı həkim qışqıraraq xəstəyə, xəstə yaxınına və Şəfəq adlı həkimə “bu gün növbətçi mənəm, xəstəni mən qəbul etməliyəm demiş və lazımsız səs-küy salması qeyd edilmişdir; 29 iyul 2022-ci il tarixdə tərtib edilmiş aktın surətindən müəyyən olunur ki, Doğum Şöbəsinin həkim mama ginekoloqu X8 ümumi şöbəyə dəvət olunaraq orada 2* iyul 2022-ci il tarixdə X5 qardaşının həyat yoldaşı haqqında həkimin (İddiaçı) onu təhqir etməsi, saymamazlıq etməsi və barəsində şikayətinin olduğunu, məsələnin izahı haqqında 0* avqust 2022-ci il tarixdə növbədənkənar Tibbi Şuranın iclası olduğunu və orada iştirak etməsinin vacib olduğu bildirilmişdir, əlavə olaraq əmək məzuniyyəti ərzizəsinə növbədənkənar keçirilən Tibbi Şuranın iclasından sonra baxılacağı bildirilmiş və A.X*4 iştirak etməsi ilə əlaqədar bildirişlə tanış olmağı və imza edərək bir nüsxəsinin onda olacağı bildirilmişdir. Daha sonra İddiaçı bildirişdə qeyd olunan məsələləri oxumuş, tanış olmuş, lakin imza etməkdən imtina etmişdir, imza etməməsinin səbəbini “bu haqsızlıqdır, heç kimi təhqir etməmiş, heç bir iclasa getməyəcəyini, öz əmək məzuniyyətinə çıxacağını, həmçinin qeyri lüzumsuz məsələlər haqqında fikirlərini uca səslə bildirərək, otağı tərk etmiş, deyilənlərlə razılaşmayaraq, onları hədələyərək getməsi qeyd edilmişdir; Tibbi Ərazi Bölmələrinin X*2 Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X9 X24 67 nömrəli, 0* avqust 2022-ci il tarixli protokolun surətindən müəyyən olunur ki, doğum evində həkim mamaginekoloq işləyən İddiaçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxılması, Tibbi Şuranın qərarına münasibət bildirmək üçün Bərdə RMX-nin həmkərlar təşkilatına göndərilməsi, qərarına icrasına nəzarətin İnsan resursları şöbə müdiri H.Yusifzadə və Doğum evinin müdiri G.Şərifzadəyə tapşırılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Tibbi Ərazi Bölmələrinin X*2 Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X9 Şəxsinin direktoruna ünvanlanmış 26 iyul 2022-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, İddiaçı 0* avqust 2022-ci il tarixdən *6 gün müddətinə əmək məzuniyyətindən istifadə etməsinə icazə verilməsini xahiş etmişdir; Bərdə Rayon Mərkəzi X3 Təşkilatının iclasının 02 avqust 2022-ci il tarixli protokolundan 03 nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Əmək intizamını və etik davranış qaydalarını heç bir üzürlü səbəb olmadan kobud surətdə pozduğuna, öz əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Doğum evində həkim mama-ginekoloq işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməyi nəzərdə tutan müdriyyətin qərarının məqsədəuyğun olduğu tövsiyyə edilmişdir; 04 avqust 2022-ci il tarixdə tərtib edilmiş aktın surətindən müəyyən olunur ki, “04 avqust 2022-ci il tarixdə saat **.30 radələrində həkim mama-ginekoloq İddiaçı Bərdə RMX PHŞ-in insan resursları şöbəsinə dəvət olunmuş, İddiaçı bildirilmişdir ki, əmək və icra intizamını kobud surətdə pozduğuna, etik davranış qaydalarına riayət etmədiyinə, vətəndaşlarla, iş yoldaşları ilə dava-dalaş saldığına, rəhbər haqqında müxtəlif instansiyalara şər, böhtan xarakterli ərizələr yazdığına görə 0* avqust 2022-ci il tarixdə Tibbi Şurada müzakirə olunduqdan və 02 avqust 2022-ci il tarixdə Həmkarlar Təşkilatının razılığı alındıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə müdriyyət tərəfindən xitam verilməsi nəzərdə tutulur. Bərdə RMX PHŞ-nin rəhbərliyi İddiaçı humanistlik göstərərək Bərdə RMX Ailə Sağlamlıq Mərkəzində həkim mama ginekoloq vəzifəsində işləməsini təklif etsə də, ona edilən təklifi qəti surətdə rədd edərək, razılaşmamış, işçilərə qarşı şər, böhtan xarakterli ifadələr işlətmiş, təhdid etmişdir. Bundan sonra səs-küy salaraq, qışqıraraq, hamının başına oyun açacağını deyərək çıxıb getməsi qeyd edilmişdir; xxxxxxx202*04*5*70 nömrəli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə Bərdə Rayon Mərkəzi X9 şəxsi ilə İddiaçı arasında bağlanmışdır; Tibbi Ərazi Bölmələrinin X*2 Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X9 Şəxsi tərəfindən verilmiş 07 dekabr 2020-ci il tarixli, 3/3845 nömrəli arayışdan müəyyən olunur ki, X6 *2 fevral 2002-ci il təvəllüdlü - Diaqnozu: - Toksiki hipoksik ensefalopatiya. Hipertenzion sindrom, qıcolma tutmaları ilə. Sol tərəfli hemiparez. İntelektin ləngiməsi. Xarici çəpgozlük. Zəif dərəcəli hipermetropiya; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi – Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, X6 üçüncü dərəcəli əlildir; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 04 avqust 2022-ci il tarixli, 28*2-k saylı əmri əmrin surətindən görünür ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, baş həkim 05 avqust 2022-ci il tarixli PHŞ/628-3-2022-25* nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmək motivi ilə onu vəzifədən azad etmiş, təşkil etdiyi 29 iyul 2022-ci il tarixli aktla təqsirinə yazmışdır ki, guya, o, 2* iyul 2022-ci il tarixdə xəstənin qaynını təhqir etmişdir. Halbuki bu həqiqətə uyğun deyil. Baş həkimin fırıldaqla mamaçalığa cəlb etdiyi həkim xəstəni ələ keçirmək istəmiş, ona görə də söz-söhbət yaranmışdır. O isə buna etiraz etdiyi üçün Əmək Məcəlləsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Onu həmin Məcəllənin 72-ci maddəsinə görə təqsirli bilsəydilər, əmrdə həmin maddədə göstərilən halların birisi göstərilərdi, əgər göstərilməyibsə, deməli onu yalnız “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmə” əsası ilə işdən çıxartmışlar. Buna baxmayaraq mübahisələndirilən əmrdə hansı əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin pozulması göstərilməmişdir. Belə ki, onun etik davranış qaydalarını pozmaqda, yarıtmaz hərəkətlərə yol verməkdə təqsirləndirmişlər. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin məzmununa və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş sənədlər əsassızdır. Belə ki, həmin sənədlərin əksəriyyəti əmək müqaviləsinə xitam verilməmişdən qabaq tərtib edilmişdir. Bundan əlavə, heç bir həkim yoldaşını, xəstəni təhqir etməmiş və mübahisə etməmişdir. Əgər onunla vətəndaş və ya kollektiv əməkdaşları arasında mübahisə olsaydı, həmin şəxslər aidiyyəti üzrə hüquq-mühafizə orqanına müraciət edərdilər. Halbuki belə bir müraciət edilməmişdir. Sadəcə olaraq həmin xəstənanın baş həkimi onu işdən çıxartmaq üçün müxtəlif bəhanələr və saxtakarlıqlar edir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində texniki səhv olaraq yalnışlıqla 05 avqust 2022-ci il tarixli, əmrin ləğv olunması göstərilmiş, əslində xahişi Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 04 avqust 2022-ci il tarixli, 28*2-k nömrəli əmrin ləğv olmasından ibarətdir. Göstərilənlərin nəzərə alınaraq müvafiq ərizəsini məhkəmə kollegiyasına təqdim etdi. Məhkəmə kollegiyasının 28 fevral 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı vəkili X4 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi X*9 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə qanuni əsaslarla xitam verilmiş, tibb sahəsi üzrə fəaliyyət əhalinin sağlamlığının qorunması baxımından ən ciddi nəzarət edilməli olan sahələrdəndir və bu sahədəki ən kiçik qayda pozuntusu vətəndaşların sağlamlığı üçün təhdiddir. İddiaçı isə həkim yoldaşlarını təhqir və şantaj etməklə iş fəaliyyətini pozmuş, hətta doğum evində növbətçi olduğu halda özbaşına növbəni tərk etmişdir. Həmçinin xəstəxanaya gələn xəstələri təhqir etdiyi üçün xəstəxanaya müraciətlər daxil olmuşdur. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsi tamamilə əsaslı olaraq iddia tələbini rədd etmişdir və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Prosessual məsələlər Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*, 77.3, 78.*, 78.2, 80, 88ci maddələri). Bundan əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *06.*. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.**.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 2*7-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, həmin hissədə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, məhkəmə yalnız iş üzrə bəzi halları və qanun normalarını sadalamaqla kifayətlənmiş, İddiaçı iddia tələbinin hansı səbəblə rədd edildiyi barədə heç bir əsaslandırma aparmamışdır. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3* may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalıdır. İşdən göründüyü kimi, tərəflər arasında yaranmış hüquq münasibətləri əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqı verilməsi ilə bağlı yaranan mübahisədir və məhkəmə kollegiyasının qənaətinə görə mübahisə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıda göstərilən müddəaları əsasında təhlil olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 2-ci bəndinə görə, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *0-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 7*.2. maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 80.*. maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2. maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin *-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formadatəsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin *86-cı maddəsinə müvafiq olaraq, işəgötürən və işçi bu Məcəllə ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Həmin Məcəllənin *87-ci maddəsinə müvafiq olaraq, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Həmin Məcəllənin *89.3-cü maddəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı 2* aprel 2020-ci il tarixli müvafiq əmrə əsasən əmək müqaviləsi əsasında Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum evinin *-ci mamalıq şöbəsinin həkim mama-ginekoloq vəzifəsinə təyin edilmişdir. Tibbi Ərazi Bölmələrinin X*2 Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X9 Şəxsinin 29 mart 202*-ci il tarixli *00 nömrəli əmri ilə İddiaçı 0* aprel 202*-ci il tarixdə İcbari Tibbi Sığortaya keçidlə əlaqədar olaraq mama ginekoloq həkim vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 04 avqust 2022-ci il tarixli, 28*2-k nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmə əsası ilə İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, iş materiallarında olan 04 avqust 2022-ci il tarixli, 28*2-k nömrəli “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdə onun əmək funksiyasını yerinə yetirməməsinin nədən ibarət olduğu və konkret olaraq hansı pozuntuya yol verdiyi üçün işdən azad edildiyi əsaslandırılmasa da, əmrin əsası kimi göstərilən və surəti iş materiallarına əlavə edilmiş materiallarından aydın olur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini doğum evində icazəsiz özbaşına növbəni tərk etməsi, iş yoldaşlarını təhqir və şantaj edərək onların iş fəaliyyətini pozması, eləcə də, xəstələri təhqir etdiyi üçün onun barəsində şikayət xarakterli müraciətlərin olması təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyində işçi Əmək Məcəlləsi ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsinin və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsinin nəticəsi olaraq hüquqi məsuliyyət növü kimi intizam və ya digər məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş iş materiallarında olan icazəsiz özbaşına növbəni tərk etmə, iş yoldaşlarını təhqir və şantaj etmə, onların iş fəaliyyətini pozması, eləcə də, xəstələri təhqir etməsi barədə aktlar və izahatlarada göstərilənlər təsdiqini tapmış olsaydı belə cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi həmin faktların aşkar edildiyi vaxtdan bir ay keçənədək İddiaçı barəsində intizam tənbehi tətbiq etmə səlahiyyətində olmuşdur. Lakin, hazırkı işdə istinad edilən pozuntuların aşkar edildiyi vaxtdan bir ay keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə intizam tənbehi verilmişdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, *9.04.202*, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə tərtib edilmiş izahat və aktlarda göstərilənlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi qiymətləndirilə bilməz. Belə ki, Əmək qanunvericiliyinə görə, işəgötürən və işçi bu Məcəllə ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə kollegiyası həmçinin iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş 2*.07.2022-ci il tarixldə onun doğum evində xəstəyə təsir, təhqir, saymamazlıq və qarğış etməsi, həmçinin 28 iyul 2022-ci il tarixdə İddiaçı növbədə olarkən qəbul şöbəsinə doğuş sancısı ilə müraciət etmiş xəstə başqa həkim tələb etdiyi üçün xəstəyə qışqıraraq “bu gün növbətçi mənəm, xəstəni mən qəbul etməliyəm deməsi və lazımsız səs-küy salması” ilə bağlı aşağıdakıları qeyd edir; Əmək Məcəlləsinin 7*-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd olunmalıdır ki, əmək qanunvericiliyində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş ona irad tutulan 2022-ci ilin 27 və 28 iyulda baş vermiş hərəkətlər nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Bununla yanaşı kollegiyanın qənaətinə görə iddiaçının 2022-ci ilin 27 və 28 iyulda yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuntular - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Belə ki, əmək qanunvericiliyinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur. Məhz işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan hallarına qiymət verilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin məcburi iş buraxma üçün əməkhaqqı ödənilməsi hissəsinə də hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.*. maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin “qeyd” hissəsinə əsasən, «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək müqaviləsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülür. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edildiyindən sonuncunun məcburi iş buraxma müddəti üçün ödənilməmiş əməkhaqqı da hesablanaraq ona ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in *4.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.*.*.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.*.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(02*)-3436/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04 avqust 2022-ci il tarixli, 28*2-k saylı əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Doğum evi üzrə doğum şöbəsinin həkim mama-ginekoloq vəzifəsinə bərpa edilsin. 04 avqust 2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar