Məhkəmə qərarları › İş №2(104)-681/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-681/2024

05.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-681/2024 05.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinə qarşı “işə bərpa və əmrin etibarsız hesab edilməsinə” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi kimi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin direktorunun onun barəsində qəbul etdiyi 18 sentyabr 2023-cii il tarixli, 95 saylı əmrin etibarsız hesab edilməsi və onun Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinə, əvvəlki işinə bərpa olunmağı və bununla əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyi gündən həmin vəzifəyə bərpa olunacağı günədək ona həmin vəzifəyə görə çatası əmək haqqının cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın təmin edilməsi, Goranboy rayonu Mirələm Həsənov adına Əlirzalı kənd tam orta məktəbin 95 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin etibarsız hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı əvvəlki işinə bərpa edilməsı qət edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi kimi Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Kollegiya qeyd edir ki, hazırkı işdə cavabdeh Goranboy rayonu Mirələm Həsənov adına Əlirzalı kənd tam orta məktəbi olduğu halda apellyasiya şikayəti Cavabdeh tərəfindən verilmişdir. Halbuki birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Apellyasiya şikayəti vermiş Cavabdeh isə həmin işdə tərəf yox, cavabdehin nümayəndəsi olmuşdur və onun həmin iş üzrə qəbul edilmiş qətnamədən öz adından şikayət vermə səlahiyyəti istisna olunur. Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi kimi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi kimi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-681/2024 saylı kommersiya işi Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi kimi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-681/2024 saylı mülki iş Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar