Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-682/2023 20.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə qarşıəmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 oktyabr 2*22-ci il tarixli 2(125)-1417/2*22 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair 15 sentyabr 2*2*-ci il tarixli 344 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 oktyabr 2*22-ci il tarixli 2(125)-1417/2*22 nömrəli (hakim C.Tağıyev) qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2**9-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetində memarlıq və dizayn kafedrasında assistent müəllim kimi işə başlamış və 2*2*-ci ilin sentyabr ayınadək "Dizayn" kafedrasında dizayn fənni üzrə müəllim işləmişdir. 2*2*-ci il sentyabr ayında universitetdə qəbulla əlaqəli kafedranın bağlanması bəhəanəsi ilə rəhbərlik tərəfindən əmək müqaviləsi birtərəfli qaydada pozulmuş və işindən ixtisara düşmüşdür. Başqa kafedraya keçirəcəyi, yaxud qəbulla əlaqədar kafedraya işə bərpa olunacağı bildirilmişdir. Pandemiya ilə əlaqədar dərslər "onlayn" qaydada keçirildiyi üçün universitetlə əmək münasibətlərinin hansı qaydada davam etdiyi tam müəyyən olunmamışdır. Həmçinin həmin vaxtlar o və ailə üzvləri Covid 19 xəstəliyinə yoluxmuşlar və bir müddət ailəsi ilə birlikdə evdə müalicə olunaraq karantində qalmışlar. Bu müddət universitetlə telefonla əlaqə yaratmış və ona bildirilmişdir ki, kafedra haqqında heç bir yenilik yoxdur. Sonradan məlum olmuşdur ki, universitet rəhbərliyi onunla olan əmək müqaviləsini birtəfəfli qaydada pozmuş və bu barədə ona məlumat verməmiş, yəni ona əmrin surətini və əmək kitabçasını göndərilməmişdir. Ona görədə Məşğulluq idarəsinə iş və müavinət üçün müraciət etmiş, lakin ona bildirmişlər ki, ixtisara düşməmiş və əmək müqaviləsinə xitam verildiyi üçün müavinət təyin oluna bilməz. Bundan sonra Əmək Müfəttişliyinə müraciət etmiş və aparılan araşdırmalardan sonra ona rəsmi surətdə bildirdirmişlər ki, 16 sentyabr 2*13cü il tarixdə bağlanmış X1 fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi müdiriyyət tərəfindən nəzərə alınmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin (X1 fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə müddətsiz əmək müqaviləsi hesab edilir) tələbi pozulmuşdur. Universitetin rəhbərliyi qanunun tələbini pozaraq 15 sentyabr 2*2*-ci il tarixli 344 nömrəli əmrlə onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 maddəsinin "b" bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Hüququnun pozulduğunu bilmiş və 2*21-ci noyabr ayında əmək kitabçasını universitetdən götürmüşdür. Cavabdeh özü tərəfindən bir tərəfli qaydada və məqsədli hazırlanmış müqaviləyə xitam verməklə onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Əmək kitabçasında olan qeydiyyatlardan görünür ki, əmək müqaviləsi 16 sentyabr 2*13-cü il tarixdə X1 kimi bağlanmış, bundan sonra 2*14-2*19cu il tarixlərdə hər il uzadılmışdır. Axırıncı uzadılma müddəti 15 sentyabr 2*2*-ci il tarixdə başa çatdığına görə, həmin vaxt cavabdeh birtərəfli qaydada əmək müqaviləsinə xitam vermişdir. Bağlanan əmək müqaviləsi fasiləsiz olaraq 7 ildən artıq bir müddəti əhatə edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi işəgötürən tərəfindən verilmiş əmrin əmək qanunvericiliyin tələblərinə uyğun olmamasını və pandemiya dövrünə düşməsini nəzərə almamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, əmrin surətini 16 sentyabr 2*21-ci il tarixdə almış, lakin pandemiya dövrü olduğuna görə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 8*, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*6.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İT-İ *1*7229 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 22 sentyabr 2*11-ci il tarixdə X1 əsasında 3* iyun 2*12-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin memarlıq və dizayn kafedrasına əvəzçiliklə *,5 ştat vahidi ilə assistent vəzifəsinə təyin edilmişdir. *2 iyul 2*12- ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 16 sentyabr 2*13-cü il tarixli əmrə əsasən memarlıq və dizayn kafedrasına assistent vəzifəsinə təyin edilmişdir. 15 sentyabr 2*14cü il tarixədən 15 sentyabr 2*2*-ci il tarixədək əmək müqaviləsinin müddəti fasiələrlə 1 il uzadılmışdır. 15 sentyabr 2*2*-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov tərəfindən imzalanmış 15 sentyabr 2*2*-ci il tarixli, 344 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti kadrlar şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı *9 sentyabr 2*2*-ci il tarixdən 15 sentyabr 2*2*-ci il tarixədək düşən 4 iş gününə 45,*5 manat məbləğində əmək haqqı 29 sentyabr 2*2*-ci ildə işçinin kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin kadrlar şöbəsi tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı 16 sentyabr 2*21-ci il tarixdə əmək kitabçasını təhvil almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə regional ərazi şöbəsinin 17 mart 2*22-ci il tarixli məktubdan görünür ki, İddiaçı işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırkı işə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini tətbiq edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 7*-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun 15 sentyabr 2*2*-ci il tarixli, 344 nömrəli əmrnə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkməsidə iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini nəzəra alaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşırş Belə ki, İddiaçı əmək kitabçasının 16 sentyabr 2*21-ci il tarixdə almış və sonuncuya *9 sentyabr 2*2*-ci il tarixdən 15 sentyabr 2*2*-ci il tarixədək, yəni 4 iş gününə 45,*5 manat əmək haqqı kart hesabına köçürülmüşdür. Göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən 16 sentyabr 2*21-ci il tarixdə xəbərdar olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2. maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə *3 avqust 2*22-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2. maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1. maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2. maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verildiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun ərizəsindən müəyyən olunur ki, sonuncu iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Ona görə də kollegiya hesab edir ki, iddia müddətini tətbiqi barədəərizə nəzərə alınmaqla iddianı rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsasızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.*.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.*.1, 392-393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 oktyabr 2*22-ci il tarixli 2(125)-1417/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-682/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-682/2023
20.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver