Məhkəmə qərarları › İş №2(104)-684/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-684/2024

07.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-684/2024 07.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(042)-1156/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2942 A ünvanında yerləşən 18 saylı binanın 28-ci mənzilinə istifadə hüququnun tanınması və azyaşlı övladı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(042)-1156/2023 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbinin təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X5 ilə 2018-ci ilin iyun ayının 23-də faktiki olaraq ailə qurmuşlar. 08 avqust 2018-ci il tarixdə isə Rusiya Federasiyasının Moskva şəhərində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 30 may 2019-cu il tarixdə X3 adlı uşaqları doğulmuşdur. O, X5 ilə ailə qurduqdan sonra, yəni, 2018-ci ildə onun atası Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2942 A ünvanında yerləşən 18 saylı binanın 28-ci mənzilinə gəlin köçmüşdür. Mənzilin həqiqətən cavabdehə məxsus olmasını təsdiq etmək üçün binanı inşa edən Folklor MTK tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli arayışı ərizəyə əlavə edir. Rusiyaya getməzdən əvvəl ona məxsus olan cehiz əşyaları həmin mənzilə yığılmışdır. Toylarından sonra Rusiya Federasiyasına getsə də, bir müddət sonra Azərbaycana qayıtmış və həmin mənzildə yaşamağa başlamışdır. Cavabdeh həmin mənzildə yaşamamış, həmin mənzildə yalnız o, yaşamışdır. 19 oktyabr 2020-ci il tarixdə X5 ilə aralarında olan nikah Rusiyada pozulmuşdur. Bununla da Həsənlə və onun valideynləri ilə ailə münasibətlərinə xitam verilmişdir. Hazırda yaşamağa yeri yoxdur və maddi imkanı aşağı olduğundan özünü yaşayış sahəsi ilə təmin edə bilmir. Mülki iş materiallarında olan: A-01588 nömrəli nikah haqqında arayışın surətindən göürnür ki, X5 və İddiaçı 08 avqust 2018-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Hümbətova soyadı verilmişdir.; Xİİ-МЮ 878750 seriyalı doğum haqqında şəhadətnamənin surətindən göürnür ki, X4 30 may 2019-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş, atası qrafasında X5, anası qrafasında İddiaçı qeyd edilmişdir.; Moskva şəhəri Kuntsevo rayonu 199 saylı məhkəmə sahəsinin xx.xx.2020- ci il tarixli qərarının surətindən görünür ki, X5 və İddiaçı arasında 08 avqust 2018-ci ildə Moskva VVAQ İdarəsinin Kutuzov VVAQ şöbəsi tərəfindən bağlanılan nikah pozulmuşdur.; Folklor MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, i-039 nömrəli arayışdan görünür ki, Cavabdeh Folklor MTK-nin Xətai rayonu Gəncə prospekti 2942 A ünvanında inşa etdiyi hündürmərtəbəli 18 saylı yaşayış binasının 28-ci mənzilini alaraq payçı olmuşdur. Bina 2020-ci ilin mart ayında 344 saylı icazə aktına əsasən dövlət qurumları tərəfindən istismara qəbul edilmişdir. Həmin mənzil Cavabdeh adına rəsmiləşdirilərək sənədləri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsinə təqdim edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh və onun oğlu ilə ailə münasibətləri 2018-ci ildə yaranmış olsa da, lakin cavabdehin oğlu ilə ailə qurduqdan sonra yaşayış ehtiyaclarını mübahisəli mənzildən istifadə etməklə ödəmişdir. Onlarla ailə münasibətlərimə xitam verildikdən sonra onun yaşamağa başqa yeri olmadığından, eləcə də maddi vəziyyəti özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyindən həmin mənzildə yaşamaq məcburiyyətində qalmışdır. Lakin işə baxan məhkəmə bu halı araşdırmamışdır. Yaşayış sahəsindən istifadə hüququnun müvəqqəti olaraq saxlanılmasına əsaslar olduğu halda, məhkəmə bu hüququ saxlamamış və beləliklə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini düzgün tətbiq etməmişdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2018-ci ildə Cavabdeh oğlu Həsən Abdullayevlə nikaha daxil olaraq ailə qurmuşlar. Həmin vaxtdan mübahisəli mənzilə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını da oraya yerləşdirmişdir. Cavabdehin oğlu Həsən Abdullayevlə birgə nikahlarından 2019-cu ildə Sofiya adlı uşaqları anadan olmuşdur. Bundan başqa, cavabdehin oğlu ilə toy mərasimlərindən sonra Rusiya Federasiyasına getmişlər və övladı orada doğulmuşdur. Sonradan isə azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamışlar. Cavabdehin oğlu ilə aralarında olan ailə münaqişələri nəticəsində 2020-ci ildə ayrılmışlar və nikahları məhkəmə qaydasında pozulmuşdur. Həmin vaxtdan mübahisəli mənzili tərk edib öz atasına məxsus evdə yaşamışdır. Əslində, mübahisəli mənzil onun keçmir əri Həsən Abdullayevə məxsus olmuşdur, lakin sonuncu Rusiya Federasiyası vətəndaşı olduğundan mənzil keçmiş qaynatasının adına rəsmiləşdirilmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, mübahisəli mənzil 2003-cü ildə alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı cavabdehin oğlu Həsən Abdullayevlə 08 avqust 2018-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahlarından 30 may 2019-cu il tarixdə Sofiya adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən 2020-ci ildə nikahları pozulmuşdur. Cavabdeh isə iddiaçının keçmiş qaynatasıdır və iddiaçının istifadə hüququ tanınmaqla köçürülməsini tələb etdiyi mənzil cavabdehə məxsusdur. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı cavabdehin oğlu ilə ailə münasibətlərinə xitam verildiyi vaxdan, yəni 2020-ci ildən öz atasına məxsus evdə yaşayır. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə ilə bağlı yaranan mübahisədir. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, iddiaçının köçmək istədiyi mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin Cavabdeh mübahisəli mənzili Folklor MTK-nin alaraq payçı olmuş və bina 2020-ci ilin mart ayında 344 saylı icazə aktına əsasən dövlət qurumları tərəfindən istismara qəbul edildikdən sonra mənzil Cavabdeh adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə predmeti olan mənzil üzərində Cavabdeh gözlənilən mülkiyyət hüquququ vardır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin «Qarrax Çexiyaya qarşı» xx.xx.2003cü il tarixli, «Miray Fransaya qarşı» 23 sentyabr 2003-cü il, «Burdov Rusiya Federasiyasına qarşı» və «Yunanıstan neftayırma zavodu «Stren» və X1rşı», habelə «Akimova Azərbaycana qarşı» iş üzrə və digər qərarlarında şərh etdiyi hüquqi mövqeyə görə isə real möcud olanı əmlak gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi İddiaçı 08 avqust 2018-ci il tarixdə cavabdehin oğlu Həsən Abdullayevlə nikaha daxil olaraq ailə qurmuş və mübahisəli mənzilə gəlin köçmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin nikahları rəsmi qeydə alındığı vaxtdan onlar arasında mənzil hüquq münasibətləri yaranmışdır və buna görə də, hazırkı mübahisə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin İddiaçı mənzilin gözlənilən mülkiyyətçisinə münasibətdə həmin şəxslərə aid deyildir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi cavabdehin oğlu Həsən Abdullayev ilə İddiaçı arasında olan nikah 2020-ci ildə pozulduğundan, həmin vaxtdan onların ailə münasibətlərinə xitam verilmişdir. Eyni zamanda, iddiaçının mənzilin sahibi Cavabdeh özünün saxlanılmasını tələb etmək hüququ olmadığından Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının 30 may 2019-cu il təvəllüdlü Sofiya adlı uşaq iddiaçının himayəsində qaldığından, adı qeyd olunan uşaq da mübahisəli mənzilə köçürülməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək, iddianı rədd etmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsas vermir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(042)-1156/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar