Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-684/2025 15.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X6 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-203/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1996-ci il №102 sərəncamı ilə X11 Ərazi Vahidliyi üzrə Nümayəndəliyinin 10 iyun 1996-ci il tarixli rəyi nəzərə alınmış, M.Quliyev adına kolxozun ümumi yığıncağının 30 aprel 1996-cı il tarixli qərarı təsdiq edilmiş, İddiaçı 0.6 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. Torpağın Mülkiyyətə Verilməsi Haqqında Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon AİK-nın 15 yanvar 2001-ci il tarixli qərarı ilə Gədəbəy rayonu, Harelsk kənd sakini X7, X9 və X1 ümumi birgə mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, X3 ayrılmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0556 ha hissəsi JN-003A saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üstə düsür.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, X3 ayrılmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0556 ha hissəsi JN-003A saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üstüst düsür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabeh X4 qarşı torpaq sahəsindən çıxarılma tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1996-ci il №102 sərəncamı ilə X11 Ərazi Vahidliyi üzrə Nümayəndəliyinin 10 iyun 1996-ci il tarixli rəyi nəzərə alınmış, M.Quliyev adına kolxozun ümumi yığıncağının 30 aprel 1996-cı il tarixli qərarı təsdiq edilmiş iddiaçıya 0.6 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi ona verildikdən sonra iddiaçı həmin yerə bir maşın daş tökdürmüş, bir neçə il torpaqdan istifadə etmiş, amma maddi imkanı olmadığı üçün ev tikdirməmişdir. İddiaçının həyat yoldaşı Rusiyadan qayıtdıqdan sonra məlum olmuşdur ki, torpaq sahəsini cavabdeh tutmuşdur. Cavabdeh həmin yerin ona bələdiyyə tərəfindən verildiyini bildirmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-203/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddianın rədd edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1996-ci il №102 sərəncamı ilə X11 Ərazi Vahidliyi üzrə Nümayəndəliyinin 10 iyun 1996-ci il tarixli rəyi nəzərə alınmış, M.Quliyev adına kolxozun ümumi yığıncağının 30 aprel 1996-cı il tarixli qərarı təsdiq edilmiş, iddiaçıya 0.6 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilməmişdir. Eyni zamanda, Gədəbəy Rayon AİK-nın 15 yanvar 2001-ci il tarixli qərarı ilə Gədəbəy rayonu, Harelsk kənd sakinləri X7, X9 və X1 ümumi birgə mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilmişdir. Mütəxəssis və ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin 0.0556 ha hissəsi JN-003A saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamə əsasında Cavabdeh və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmənin qənaətinə görə Gədəbəy Rayon AİK-nın 15 yanvar 2001-ci il tarixli qərarı və qərar əsasında verilmiş Şəhadətnamə qüvvədə olduğu halda, iddia tələbi təmin edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə almışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq koordinatları göstərilməmişdir.
9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140, 152 və 157-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1 və 106.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-203/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-203/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı məxsus olan 0.06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbtdən azad edilərək torpaq sahəsinin İddiaçı qaytarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1996-cı il tarixli 102 nömrəli Sərəncamına əsasən Gədəbəy rayon Arıxdam kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 430 saylı məktubu, rayon torpaq şöbəsinin xx.xx.1996-cı il tarixli rəyi nəzərə alınaraq M.Quliyev adına sovxozun ümumi yığıncağının xx.xx.1996-cı il tarixli qərarı təsdiq edilməklə İddiaçı Gədəbəy rayonu Hareleski (indiki Daşbulaq) kəndində 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair akt tərtib edilmiş, həmin aktda İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin yerə üzərində ara nişanları qoyularaq daimi istifadə üçün İddiaçı təhkim edilmişdir. Torpaq sahəsi daimi olaraq İddiaçı tərəfindən istifadə edilmiş, son bir neçə ildə torpaq sahəsi istifadə edilməmişdir. Bundan istifadə edən Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini özbaşına olaraq zəbt etmişdir. Məhkəmə işə baxarkən ekspertiza təyin etmiş və mütəxəssis cəlb etmiş, iş üzrə verilmiş ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan 0.06 ha torpaq sahəsinin 0.0556 ha hissəsi Cavabdeh və onun ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Bu faktla iddiaçıya məxsus torpaq sahəsinin həqiqətən cavabdeh tərəfindən istifadə olunduğu öz təsdiqini tapmasına baxmayaraq məhkəmə iddianı təmin etməmişdir. Eləcə də, məhkəmə qətnamədə cavabdeh kimi Cavabdeh deyil, X5 qeyd etmişdir, hansı ki, iddiaçı həmin şəxsi cavabdeh kimi qeyd etməmişdir. Bununla da, məhkəmə işə baxarkən həm də prosessual pozuntuya yol vermişdir. Qeyd olunanlara hesab etmişdir ki, məhkəmə əsassız olaraq qətnamə çıxarmışdır. Həmçinin, qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı o, özünə məxsus torpaq sahəsinin sənədini məhkəməyə təqdim etsə də, məhkəmə onun sənədinə sübut olaraq qiymət verməmiş, cavabdehə məxsus şəhadətnamənin mövcud olduğuna istinad edərək iddianı rədd etmişdir. Halbuki, cavabdehin adına olan şəhadətnaməyə torpaq sahəsinin ayrılmasına dair sərəncamdan sonra tərtib edilmişdir. Gədəbəy Rayon Məhkəməsi hazırki iddia üzrə mülki işə baxarkən yuxarıda qeyd etdiyi hallara düzgün qiymət verməmiş, bununla da iddianı rədd etməklə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə normanı ona görə pozmuşdur ki, məhkəmə mübahisəli torpaq sahəsinin ona məxsus olmasına, həmin torpaq sahəsinin cavabdeh tərəfindən tutulması faktının müəyyən edilməsinə baxmayaraq iş üzrə hərtərəfli və obyektiv araşdırma aparmayaraq əsassız və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə mübahisəli torpaq sahəsinin mülkiyyət hüquqları ilə ona məxsus olması və həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi kimi faktiki halları araşdırılmamışdır. Bu halın aydınlaşdırılması ilə məhkəmə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməli idi. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlməmişdir. Belə ki, yuxarıda da qeyd edilənlər kimi, mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi cavabdehin istifadəsindədir. Torpaq sahəsinin koordinatları kifayət qədər aydındır. Torpaq sahəsinin yer üzərində müəyyən edilmsəinə dair akt mövcuddur. Lakin məhkəmənin iddianın rədd edilmsindən ibarət gəldiyi nəticə işin yuxarıda qeyd edilən hallarına uyğun gəlməmişdir.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəmə kolegiyasına teleqram ilə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Cavabdeh xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə bildirişi ilə tərəflərə hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
14. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
19. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
20. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
21. 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-203/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin mübahisəsiz halıdır ki, təqdim edilmiş mütəxəsis və ekspert rəylərindən görünür ki, X3 ayrılmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0556 ha hissəsi JN-003A saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üst düşür. İddiaçıya 30 aprel 1996-cı il tarixli qərar ilə 0.6 ha həyətyanı torpaq sahəsi verilmiş, lakin həmin torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilməmişdir. Ancaq cavabdeh və ailə üzvlərinə Gədəbəy Rayon AİK-nın 15 yanvar 2001-ci il tarixli qərarı ilə ümumi birgə mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmiş və torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya daha əvvəl ayrılmış olsa belə onun dəqiq koordinatları göstərilməmiş, iddiaçı ona ayrılmış torpaq sahəsinin məhz cavabdeh və ailə üzvlərinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsi olmasını sübuta yetirə bilməmişdir. Halbuki, cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilmiş və cavabdehlər dəqiq koordinatları müəyyən edilmiş həmin torpaq sahəsindən qanuni əsaslarla istifadə edirlər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsi və istifadə edilməsi müəyyən edilməmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinin ona ayrılması, torpaq sahələrinin üst-üstə düşməsi, lakin məhkəmənin bunu araşdırmaması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hər iki tərəfin sənədləri tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş, bundan başqa məhkəmə iş üzrə mütəxəsis və ekspert rəylərini əldə etməklə, işin tam, hərtərəfli və obyektiv araşdrılması üçün lazımı bütün tədbirləri görmüşdür. Nə qədər ki, cavabdeh və ailə üzvlərinə verilmiş, Gədəbəy Rayon AİK-nın 15 yanvar 2001-ci il tarixli qərarı və qərar əsasında verilmiş Şəhadətnamə qüvvədə olduğu halda, iddia tələbi təmin edilə bilməməsi nəticəsində haqlı olmuşdur. Belə ki, MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı vəziyyətdə cavabdehin mübahisəli torpaq sahəsinə sahibliyi qanunsuz deyildir. Bu baxımdan apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
37. Məhkəmə kollegiyası iddiaçının məhkəmə icraatının dayandırılması ilə bağlı müraciətinə münasibət bildirərək, qeyd edir ki, məhkəmə icraatının dayandırılması əsasları qanunvericilik ilə dəqiq müəyyən edilmişdir. Hazırki mülki iş üzrə məhkəmə icraatının dayandırılmasına əsas ola biləcək heç bir sənəd iddiaçı tərəfindən kollegiyaya təqdim edilməmişdir. Cavabdehin məhkəmə iclasının başqa vaxta təxirə salınması ilə bağlı müraciətinə münasibət bildirərək kollegiya qeyd edir ki, eyni əsasla məhkəmə iclası bir dəfə təxirə salınmış və cavabdehə kifayət qədər vaxt verilmişdir. Lakin o, yenidən məhkəmə iclasının təxirə salınmasını xahiş etməklə, mülki məhkəmə icraatının əsassız yerə uzadılmasına şərait yaratmaq istəmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsində Cavabdeh deyil, X8 qeyd etməsi ilə bağlı qeyd edir ki, qətnamədən görünür ki, qətnamənin giriş hissəsində X2 adı qeyd edilsə də, təsviri əsaslandırcı hissədə Cavabdeh adı qeyd edilmişdir ki, bu da qətnamədə yol verilmiş yanlışlıq kimi qiymətləndirilməlidir. MPM-nin 228.2-ci maddəsiinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gədəbəy Rayon Məhkəməsinin 2(042)-203/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-203/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.