Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-702/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, ünvan 1rdadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 1969-cu ildən 1992-ci ilə kimi «Heydər Hüsüyev» adına sovxozda ocaqcı, çilingər vəzifəsində işləməsi, eləcədə 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu, Gülablı kənd özünümüdafiə batalyonunun tərkibində döyüşməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ünvan 1rdadı ilə qeyd olunan ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş və ərizə əlavə edilmiş sənədlərlə birlikdə ərizəçi İddiaçı geri qaytarılmışdır. Həmin qərardadla razı olmayan ərizəçi İddiaçı 09 yanvar 2023-cü il tarixdə məhkəməyə şikayət ünvanlayaraq ünvan 1rdadının ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 12 yanvar 2023-cü il tarixli qəraraddı ilə şikayət təmin olunmamış və mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, mülki iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin 13 dekabr 2022-ci il tarixli və 12 yanvar 2023-cü il tarixli, 2(013)-3171/2022 saylı qərardadları ləğv edilməli və mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Məhkəməyə müraciət etmək hüququnun mahiyyəti ilə bağlı həmçinin qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi qəbul olunur. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Bu cür məhdudiyyətlərdən biri də işə baxılmasının məhkəməyə aid olmamasıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsində ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin geri qaytarılmalı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də ərizəçinin tələbinə məhkəmədə baxılması mümkün olmaması əsasına görə, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə istinadən məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmışdır. Məhkəmə həmin nəticəyə gələrkən bildirmişdir ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, ərizəçi İddiaçı onun 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu, Gülablı kənd özünümüdafiə batalyonunun tərkibində döyüşməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Lakin Ali Məhkəmənin yuxarıda göstərilən Plenumunun qərarına əsasən hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı tanınma kimi hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qismən əsaslıdır. Belə ki, hazırki ərizədən də müəyyən olunur ki, ərizəçi iki tələb irəli sürmüşdür. Birinci tələb 1969-cu ildən 1992-ci ilə kimi «Heydər Hüsüyev» adına sovxozda ocaqcı, çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsi, ikinci tələb isə 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu, Gülablı kənd özünümüdafiə batalyonunun tərkibində döyüşməsi faktının müəyyən edilməsidir. Birinci instansiya məhkəməsi isə yalnız ikinci tələbə münasibət bildirərək ərizəni icraata qəbul edilməsindən imtina etmiş, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 14-cü bəndinin məzmunu, ərizəçinin ikinci tələbinə məhkəmədə baxılmamasını ehtiva edir. Lakin həmin qərarda birinci tələbə məhkəmədə baxılmasını istisna etmir. Belə ki, ərizəçi birinci tələbdə 1969-cu ildən 1992-ci ilə kimi «Heydər Hüsüyev» adına sovxozda ocaqcı, çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə həmin hissəyə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi ərizəçinin Ağdam rayonu işğal edilərkən bütün sənədlərin orda qalması və hazırda onun işlədiyini təsdiq edən bir şəxsi və ya arxiv sənədinin qalmaması ilə bağlı dəlillərini araşdırmalı olduğu halda bunu etməmişdir. Kollegiya hesab edir ki, ərizəçinin 1969-cu ildən 1992-ci ilə kimi «Heydər Hüsüyev» adına sovxozda ocaqcı, çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsini tələb etdiyi fakt hüquqi əhəmiyyətli faktdır və məhkəmə qaydasında müəyyən edilə bilər. Çünki Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edə bilər. Həmin Məcəllənin 307.2-ci maddəsində məhkəmənin baxdığı bu növ işlərin siyahısı müəyyən olunmuşdur və 307.2.11-ci maddəsində qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktın müəyyən olunması, məhkəmə tərəfindən müəyyən edilən hüquqi əhəmiyyəti olan faktlardan biri kimi nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə də, kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin 1969-cu ildən 1992-ci ilə kimi «Heydər Hüsüyev» adına sovxozda ocaqcı, çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair tələbinə baxıb araşdırma aparmalı, ikinci tələbə, yəni 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu, Gülablı kənd özünümüdafiə batalyonunun tərkibində döyüşməsi faktının müəyyən edilməsinə münasibətdə MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmaması əsasına görə xitam verilməli idi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməkdə, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 263, 264, 267, 398, 402, 404, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli və 12 yanvar 2023-cü il tarixli, 2(013)-3171/2022 saylı qərardadları tam ləğv edilsin. Mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-702/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-702/2023
09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver