Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-711/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı uşaqların himayədə olmasının müəyyən edilməsi və aliment tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-101/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı «uşaqların himayədə olmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu ildə doğulmuş X8, xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2016-cı ildə doğulmuş X9 onun himayəsində olmasının müəyyən edilməsinə və cavabdeh X3 hər ay sabit pul məbləğində hər bir uşağın saxlanılması üçün 200 (iki yüz) manat olmaqla ümumilikdə 600 (altı yüz) manat aliment alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-101/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı «uşaqların onun himayəsində olmasının müəyyən edilməsinə və aliment” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş üzrə qərardaddan İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-101/2025 xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən qənaətə gələrək eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını əsas gətirərək onun hazırki iddia tələbi üzrə icraata xitam vermişdir. Dərhal başdan qeyd edilməli məqam ondan ibarətdir ki, məhkəmə qənaətə gələrkən maddənin dispozisiyasını səhv anlamış və tərəf deyərkən şəxslərin statusunu yox şəxsin özünü nəzərdə tutmuşdur, qanunun tələbinə əsasən isə tərəf deyərkən iddiaçı və cavabdeh nəzərdə tutulmaqdadır, yəni şəxslərin həmin prosesdəki statusları başa düşülməkdədir. Məhkəmə öz qərardadında hazırki işə bir dəfə baxıldığını əsas gətirməklə icraata xitam vermərək bildirir ki, hazırki mübahisəyə baxılıb, məhkəmənin nəzərindən yayınan hal ondan ibarətdir ki, məhkəmə ilk dəfə işə baxarkən hazırki cavabdeh iddiaçı olmuş, hazırda isə həmin iddiaçı cavabdehdir. Yəni hüquqi statusu dəyişmişdir və artıq eyni tərəf hesab edilmirlər. Birinici işdə iddiaçının maraqları iddiaçı qismində qorunaraq müdafiə altına alınmış, hazırda isə məhkəməyə onun tərəfindən müraciət edilməklə onun iddiaçı qsimində hüquqlarının realizəsi məsələsi ortaya çıxmışdır. Bundan başqa xüsusi ilə qeyd edilməli digər bir məqam ondan ibarətdir ki, aralarında olan mübahisələrin tarixlərinə də nəzər salınarsa uşaqlarda yaş fərqi olduğu açıq-aşkar gözə çarpmaqdadır. Yəni artıq hər biri müstəqil şəkildə öz yaşayış yerini seçmək barədə qərar vermək yaşına dolmuşlar. Həmçinin, qeyd edilməlidir ki, hazırki münasibətlər davam edən münasibətlər olduğundan məhkəməyə müraciət etmək hüququ əsassız olaraq məhdudlaşdırılır yəni işin icraatına xitam verilə bilməz. Bundan başqa, qeyd edir ki, hazırda mübahisələndirdiyi qərardad ona poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmiş və anası tərəfindən qəbzə imza etməklə qəbul edilmişdir. O da həmin qərardaddan şikayət vermək üçün elektron məhkəmə sistemindən qeydiyyatdan xx.xx.2025-ci il tarixdə keçmiş və hazırki şikayəti tərtib etmişdir. Maddənin dispozitiv şərtindən də məlum olur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduqda məhkəmə iş üzrə icraata xitam verir. Hazırki iş üzrə isə eyni prosesual tərəflər arasında iş olmamış, məhkəmənin qərardadında bildirdiyi iş də isə o cavabdeh qismində iştirak etmiş və hazırda iddiaçı, yəni iştirak etdiyi şəxs qismində prosesual dəyişiklik olub və hazırda iddiaçı olaraq hüquqlarının müdafiə altına alınmasını tələb edir. Bundan başqa aralarında olan mübahisələrin tarixlərinə də nəzər salınarsa uşaqlarda yaş fərqi olduğu açıq-aşkar gözə çarpmaqdadır. Yəni artıq hər biri müstəqil şəkildə öz yaşayış yerini seçmək barədə qərar vermək yaşına dolmuşlar. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-101/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı vəsatət ilə müraciət edərək, işə yazılı icraat qaydasında deyil, onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Bildirmişdir ki, o, hazırki işlə əlaqədar Bakı şəhərində müxtəlif qəbullara yazılmış və hər kəs son qərarı məhkəmənin verəcəyini bildirmişdir. Hazırda da adını çəkmək istəmədiyi yuxarı kateqoriyalı insanların qəbuluna yazılmış və yaxın günlərdə qəbul həyata keçiriləcəkdir. Odur ki, mülki işin onun iştirakı ilə baxılmasını etmişdir. Həmçinin qeyd etmişdir ki, o, hazırda Bakı şəhərində olduğundan məhkəmə iclası 20 gün sonraya təyin edilsin. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 101/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Göygöl rayon məhkəməsinin xx.xx.2021-ci iltarixli 2(066)-737/2021 saylı qətnaməsi ilə iddiaçı X7 ilə cavabdeh İddiaçı arasında olan xx.xx.2009-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyat şöbəsində 585 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəlüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X9 anasının, yəni iddiaçı X1 yanında saxlanılması, xx.xx.2010cu il təvəlüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X9 cavabdeh İddiaçı alınaraq iddiaçı X2 verilməsi, xx.xx.2010-cu il təvəlüdlü X6, xx.xx.2014- cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı aylıq qazancının ½ hissəsi məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması va alimentin tutulmasına xx.xx.2010-cu il təvəlüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X9 cavabdehdən alınıb iddiaçının himayəsinə verildiyi tarixdən başlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-567/2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göygöl rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-737/2021 nömrəli qətnaməsi mühahisələndirilən, yəni “nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəlüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X9 anasının, yəni, X1 yanında saxlanılması, xx.xx.2010-cu il təvəlüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X9 cavabdeh İddiaçı alınaraq iddiaçı X2 verilməsi, xx.xx.2010-cu il təvəlüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı aylıq qazancının ½ hissəsi məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması va alimentin tutulması” hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli 2(102)-5355/2022 saylı qətnaməsi ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-567/2022-ci il saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, tərəflər arasında olan mövcud mübahisə və əsasa artıq hüquqi qiymət verildiyindən, bu barədə Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, həmin qətnamənin qəbul ediliyi vaxtdan icra olunmamasına baxmayaraq uşaqların və valideynlərin mövqeyində, tərəflərin ünsiyyətlə bağlı fikirlərində hər hansı bir dəyişikliyin baş verməməsi, yeni bir əsasın yaranmaması və həmçinin tərəflər arasında münasibətlərdə dəyişiklikliyin olmaması, belə nəticəyə gəlməyə əsas verir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Şikayətin eyni prosesual tərəflər arasında iş olmaması, əvvəlki işdə onun cavabdeh qismində iştirak etməsi və hazırda iddiaçı olması, yəni iştirak etdiyi şəxs qismində prosesual dəyişiklik olması ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, hazırki tələb iddiaçının cavabdeh olduğu iş üzrə irəli sürülmüş olduğu tələblə eynilik təşkil edir. Həmin mübahisə üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Əvvəlki iddia tələbində cavabdeh qismində çıxış etsə də, prosesual tərəf olmuş və iddia tələbi üzrə məhkəmə tələbə mahiyyəti üzrə qiymət vermişdir. Həmin qərar da hazırda qanuni qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 153.2.2.-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün və iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etmədiyindən birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsində haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 101/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-101/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-101/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-711/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-711/2025
04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver