Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-713/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxslər X16 və Gəncə regional “ASAN xidmət” Mərkəzi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1* ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Ərizəçi (maraqlı şəxslər X16 və Gəncə regional “ASAN xidmət” Mərkəzi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29.12.2*23-cü il tarixli, 2(125)-5567/2*23 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2*24-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 431472 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X5 arasında 3*.*9.1977-ci ildə nikah bağlanmışdır.
2. Vİİ-JQ *59837 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.198*-ci il tarixdə anadan olmuş Ərizəçi ata qrafasında X15, ana qrafasında X5 qeyd edilmişdir.
3. AZ-İİ 213*84 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 29.*8.2*21-ci il tarixdə ölmüşdür.
4. AZ-İİ 246538 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 *8.*3.2*16-cı ildə ölmüşdür.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 14.*1.2*22-ci il tarixli 132/15 nömrəli arayışından görünür ki, X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 14.*1.2*22-ci ilədək yoxlama aparılmış aşağıdakı məlumatlar aşkar edilmişdir: 1.Ata Ərizəçi Tağı oğlu,
2. X12, 3.X3, 4.Uşaq Ərizəçi
6. İ-JQ 325227 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Tağı oğlu (baba) 23.1*.1974-cü ildə ölmüşdür.
7. 25.*5.1987-ci il tarixli, 428-6 nömrəli qeydiyyat şəhadətnaməsinin surtindən görünür ki, Gəncə (Kirovabad) şəhər, C.Cabbarlı küçəsində 2 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Ərizəçi Tağı oğlunun adına qeydə alınmışdır.
8. Azərbaycan Respublikası X32 filialı tərəfindən verilmiş 29.*4.2*21-ci il tarixli 437(276)/4 nömrəli arayışın surətindən görünür ki, X7 barəsində 2*.11.1943-cü ildə 936 nömrəli doğum akt qeydində soyadı Əlizadə adı Ələddin atası X23, anası X22 qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. Ərizəçi (maraqlı şəxslər X16 və Gəncə regional “ASAN xidmət” Mərkəzi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, atası X7 babası Ərizəçi Tağı oğlunun övladı olması, babası Ərizəçi Tağı oğlunun ölümündən sonra vərəsəliyin atası X15, atasının vəfatından sonra isə vərəsəliyin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 29 saylı mülk babası Ərizəçi Tağı oğlunun adına olmuş, Babası Ərizəçi nənəsi Tağızadə Məsmə ilə 1924-cü ildə rəsmi qaydada evlənmiş, onların birgə nikahlarından 8 övladları, o cümlədən atası X15 anadan olmuşdur. Tağızadə Ələddin *5.11.1943-cü ildə anadan olmuşdur. Babası Ərizəçi 23.1*.1974-cü ildə, nənəsi X22 xx.xx.1997-ci ildə vəfat etmişdir. X1 və X8 3*.1*.1977-ci il tarixdə evlənmiş, onların birgə nikahdan 3 uşaqları xx.xx.198*-ci ildə o, 15.*5.1988-ci ildə X9 və *2.11.1989-cu ildə X21 anadan olmuşdur. Qardaşlarından Camaləddin və Xaliq anadan olandan sonra bir neçə ay yaşamışlar və ölmüşlər. X4 *8.*3.2*16-cı ildə, atası X15 29.*8.2*21-ci ildə vəfat etmişdir. X26 ölümündən sonra ondan qalan miras mülkdə atası X15 və nənəsi X22 yaşamış, onların ölümündən sonra mülkdə yalnız o yaşamışdır. Babasının və nənəsinin ölmündən sonra miras mülkdə atası Tağızadə Ələddin yaşamaqla vərəsəliyi faktiki qəbul etmiş, atanın vəfatından sonra isə o vərəsəliyi qəbul etmişdir. Atası sağlığında notariat kontoruna müraciət edərək miras mülkü adına rəsmiləşdirmək istəmiş həmin vaxt bütün sənədlər toplanmışdır. X32 filialının 29.*4.2*21-ci il tarixli arxiv arayışında 2*.11.1943-cü ildə doğulmuş atası X2 Əlizadə, Babasının adı isə X11 qeyd edilmişdir. Notariat ofisi məhz bu səbəbdən, həmiçinin vərəsəliyi qəbul etmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğunu tövsiyə etmişdir. Lakin sonra atasının vəfatı ilə işlər yarımçıq qalmışdır. Babası nənəsi ilə *2.11.1924-cü ildə nikaha daxil olarkən onlara verilmiş nikah şəhadətnaməsində soyad göstərilməmişdir. Bu isə onu təsdiq edir ki, onlar nikaha daxil olduqdan sonra özlərinə soyad götürmüşlər. Atasının doğum şəhadətnaməsində atasının X23 olduğu göstərilmişdir. Əlizadə soyadı hər hansısa bir formada Tağızadə soyadı ilə oxşar deyil ki, bu zaman vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatındakı səhv barəsində düşünülməsi mümkün deyil. Babasının adı X23 olmuş, sonradan onun və övladının soyadı Tağızadə olmuşdur. Bu isə onu təsdiq edir ki, Əlizadə İsmayıl ata adı olan Tağı adından sonradan soyad kimi istifadə etmişdir. Yəni soyadını sonradan Tağızadə kimi qeyd etdirmişdir.
11. Gəncə Şəhər Məhkəməsinin 29.12.2*23-cü il tarixli, 2(125)-5567/2*23 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev), ərizənin təmin edilməməsi, iş üzrə ödənilmiş 1** manat dövlət rüsumunun ərizəçəyə adi edilməsi qət edilmişdir.
12. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin atasının doğum akt qeydində soyadı və atasının soyadı Əlizadə kimi qeyd edilməklə digər sənədlərdə olduğu kimi Tağızadə kimi qeyd edilmişdir.
13. Halbuki, hüquqi əhəmiyəti olan faktların müəyyən edilməsindən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
14. Göründüyü kimi, ərizəçinin atasının və babasının bütün sənədlərində soyadları və ata adları olduğu kimi qeyd edilsə də yalnız atasının doğum akt qeydində atasının və babasının soyadı Əlizadə kimi qeyd edilmişdir ki, bu da vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın düzgün aparılmamasıdır.
15. Ərizəçi akt qedində olan ziddiyətlərin atasının və babasının soyadının Əlizadə kimi qeyd edildiyini, sonradan isə babasının ata adının Tağı olması ilə bağlı Tağızadə soyadına keçdikləri ilə əlaqələndirərək qeydiyyat aparılarkən yanlışlığa yol verilməməsini göstərmişdir.
16. Belə olan halda məhkəmə qeyd edir ki, ərizəçi atasının və babasının soyadlarını dəyişdirərək Əlizadə soyadından Tağızadə soyadına keçmələrini təsdiq edən sənədi əldə etmək imkanı olduğu halda qohumluq faktının təsdiq olunmasını xahiş etmişdir.
17. Məhkəmə həmin nəticəyə gələrkən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 2.2ci bəndinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-22*, 227, 233, 3*7, 3*8, 311 və 36*-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
18. Ərizəçi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 29.12.2*23-cü il tarixli, 2(125)-5567/2*23 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, qərarda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı yol verilmiş hər hansısa bir səhvdən bəhs olunur. Və qərarın özündə də mötərizədə adın, ata adının, soyadın təhrif olunması qeyd edilmişdir. Lakin, ərizəçinin atasının doğum şəhadətnaməsində hər hansısa bir soyad təhrif olunmamışdır. Ərizəçinin atasının doğum şəhadətnaməsində atasının “X23” olduğu göstərilmişdir. “Əlizadə” soyadı hər hansısa bir formada “Tağızadə” soyadı ilə oxşar deyil ki, bu zaman vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatındakı səhv barəsində düşünülməsi mümkün deyil. Ərizəçinin babasının adı X23 olmuş, sonradan onun və övladının soyadı Tağızadə olmuşdur. Bu isə onu təsdiq edir ki, Əlizadə İsmayıl ata adı olan Tağı adından sonradan soyad kimi istifadə etmişdir. Yəni soyadını sonradan Tağızadə kimi qeyd etdirmişdir. Burada hər hansısa bir akt qeydinin səhvindən söhbət gedə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İş üzrə Ərizəçi, maraqlı şəxslər X16 və Gəncə regional “ASAN xidmət” Mərkəzinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 3*6.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 3* - 4*- 6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
30. Maddə 3*6.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.
31. Maddə 3*7.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
32. Maddə 3*7.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 3*7.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;
33. Maddə 3*8. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarı
35. Bənd 2.2. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır.Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər
Apellyasiya baxışının hədləri
36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 29.12.2*23-cü il tarixli, 2(125)-5567/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Beləliklə, işin halları ondan ibarətdir ki, Ərizəçi atasının doğum akt qeydində soyadı və atasının soyadı “Əlizadə” kimi qeyd edilməklə digər sənədlərdə olduğu kimi “Tağızadə” kimi qeyd edilmişdir. Hazırda isə ərizəçi həmin akt qeydlərində düzəlişlərin edilməsini istəyir.
44. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
45. Konstitusiyanın 6*-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
46. İnsan Hüquqlarının və X2* Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
47. Belə ki, Azərbaycan Respublikasının MPM-in 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
48. Azərbaycan Respublikasının MPM-in 3*7.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin faktının müəyyən edilməsinə dair işlərə baxır.
49. Azərbaycan Respublikasının MPM-in 3*7.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır.
50. Azərbaycan Respublikasının MPM-in 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın
51. Azərbaycan Respublikasının MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
52. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.
53. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.
54. İş materiallarından görünür ki, ərizəçinin atasının və babasının bütün sənədlərində soyadları və ata adları olduğu kimi qeyd edilsə də, yalnız atasının doğum akt qeydində atasının və babasının soyadı Əlizadə kimi qeyd edilmişdir ki, bu da vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın düzgün aparılmamasıdır.
55. Göründüyü kimi, ərizəçi akt qeydində olan ziddiyətlərin atasının və babasının soyadının Əlizadə kimi qeyd edildiyini, sonradan isə babasının ata adının Tağı olması ilə bağlı Tağızadə soyadına keçdikləri ilə əlaqələndirərək qeydiyyat aparılarkən yanlışlığa yol verilməməsini göstərmişdir. Bununla da, ərizəçi atasının və babasının soyadlarını dəyişdirərək Əlizadə soyadından Tağızadə soyadına keçmələrini təsdiq edən sənədi əldə etmək imkanı olduğu halda qohumluq faktının təsdiq olunmasını xahiş etmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi atasının və babasının soyadlarını dəyişdirərək “Əlizadə” soyadından “Tağızadə” soyadına keçmələrini təsdiq edən sənədi əldə etmək imkanı olduğu halda qohumluq faktının təsdiq olunmasını xahiş etmişdir ki, bu halın təsdiq olunmasını hər hansı zərurətin olmasını sübuta yetməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir.
57. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 2.2-ci bəndində qeyd olunur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır.Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər (35&).
58. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz.
59. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli və yetərli olmadığı halda məhkəmələrin həmin ərizələri təmin etməməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.
60. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2**5-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 1*-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.
62. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
63. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2**4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2**6-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.*1.2**6-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
66. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2**6-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
67. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 1*-1, 372.1, 382, 384.*.1, 385.2, 392, 393, 4*2, 4*3.1 və 4*5-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 29.12.2*23-cü il tarixli, 2(125)-5567/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.