Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-716/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2 (066)-254/2023 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq mülkiyyətində olan Göygöl şəhəri H.Əliyev prospekti ev 86, mənzil 3-ün giriş-çıxışın qarşısında , Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz,özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunaraq Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin bütün mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsinə qaytarılması, cavabdehin həmin torpaq sahəsindən ümumi istifadəyə yaradılan maneələrə son qoymasının ona həvalə olunması barədə qətnamə çıxarılmasını və eləcədə cavabdehin qanunsuz hərəkətlərinə AR Cinayət Məcəlləsinin tələbləri baxımından qiymət verilməsi məqsədilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2 (066)-254/2023 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Göygöl şəhəri H.Əliyev prospekti ev 86, mənzil 3-ün giriş-çıxışının qarşısında, Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz, özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa olunması, Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin bütün mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsinə qaytarılması, cavabdehin həmin torpaq sahəsindən ümumi istifadəyə yaradılan maneələrə son qoymasının Cavabdeh həvalə olunması, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5322 nömrəli ekspert rəyinə görə hesablanmış 100 (bir yüz) manatın alınıb VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilməsi qət edilmişdir. İş üzrə qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki iş Göygöl Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-716/2024 saylı mülki iş üzrə 15 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin 2 (066)-254/2023 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-716/2024 saylı mülki iş üzrə 15 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayətinə baxılması qeyri-mümkün sayılmalıdır. Belə ki, apellyasiya instansiyasında işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Göygöl Rayon Məhkəməsinin 2 (066)-254/2023 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti tərtib edilərkən, forma və məzmuna düzgün riayət etməmişdir. Lakin, işə baxan məhkəmə qeyd edilən xüsusatları araşdırmadan apellyasiya şikayətinə baxılması üçün işi Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş MPM-nin: 361.1.Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Hazırkı iş üzrə apellyasiya şikayətindən isə görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. Belə ki, apellyator qeyd olunan iş üzrə şikayəti verən şəxsin yaşayış yeri və ya olduğu yeri, cavabdehin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, onun ünvanını, məhkəmənin ünvanını, qətnamənin tarixini apellyasiya şikayətində göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qanunvericiliyin qeyd olunan tələblərini qiymətləndirən məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 2 (066)- 254/2024 saylı mülki iş üzrə 16 noyabr 2013-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının mümkün hesab edildiyi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-716/2024 saylı mülki iş üzrə 15 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş materialları Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.6- və 402- 404-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-716/2024 saylı mülki iş üzrə 15 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. Göygöl Rayon Məhkəməsinin 2 (066)-254/2024 saylı mülki iş üzrə 16 noyabr 2013cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin, iş apellyasiya baxışından çıxarılsın və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş materialları Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Bu qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qərardaddan kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(104)-716/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-716/2024
27.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver