Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-717/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1147/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-nə, Cavabdeh2 və X3 qarşı mənzilin təhvil verilməsi və mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia qaldıraraq, Göygöl rayonu R.Nəsibov məhəlləsi Xanlar-Hacıkənd yolunun sol sahilində AVANQARD-İNŞAAT" MTK-nın inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilin giriş qapısının açarlarının cavabdehlər "xxxx" MTK, Cavabdeh2 və X6 tərəfindən ona təhvil verilməsi, həmin mənzildə təmir işləri aparmasına cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və mənzildən stifadə hüququna hər hansı digər maneənin törədilməsinin cavabdehlər AVANQARD-İNŞAAT" MTK, Cavabdeh2 və X4 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-1147/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qələmdar Abbasov ) iddia təmin edilmiş, Göygöl rayonu R.Nəsibov məhəlləsi Göygöl (Xanlar)-Hacıkənd yolunun sol sahilində AVANQARD- İNŞAAT" MTK-nın inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilin giriş qapısının açarlarının cavabdehlər "xxxx" MTK, Cavabdeh2 və X2 alınıb İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzildə təmir işləri aparmasına cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və mənzildən istifadə hüququna hər hansı digər maneənin törədilməsinə cavabdehlər AVANQARD-İNŞAAT" MTK-nə, Cavabdeh2 və X4 qadağan edilməsi qət edilmişdir. Cavabdeh1 MTK həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-1147/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki iş üzrə heç bir sübut olmadan heç bir sübutu tədqiq etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, onun iddiaçı ilə aralarında bağlanmış müqavilənin hansı şəraitdə və hansı zərurətlə bağlandığı barədə məlumatı olmamışdır. Həmçinin, iddiaçı ilə aralarında mənzilin alqı-satqısı olan zamanadək və mənzilin alqı-satqıdan sonra binanın layihə sənədlərində ümumiyyətlə 4 otaqlı mənzil nəzərdə tutulmamışdır. Bundan əlavə, məhkəmə qətnamələri qanuni və əsaslı olmalı, işdə tədqiq edilmiş sübutlar əsasında çıxarılmalı və qətnamənin icrası da mümkün olmalıdır. Hazırkı iş üzrə çıxarılmış qətnamənin isə icrası mümkün deyildir. Cavabdehlər Cavabdeh1 MTK-nə, Cavabdeh2 və X3 işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə Cavabdeh1 MTK-nin nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, cavabdeh "xxxx" MTK (VÖEN **********) ilə 10 yanvar 2016- cı il tarixli müqavilə bağlayaraq, MTK-nın Göygöl rayonu R.Nəsibov məhəlləsi Xanlar Hacıkənd yolunun sol hissəsində inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilini 61 600 (altış bir min altı yüz) manata satın almış, bu barədə MTK tərəfindən ona maliyyə arayışı verilmişdir. Həmin müqaviləyə əsasən "xxxx" MTK mənzili 12 ay müddətinə alıcıya təhvil verməyi öhdəsinə götürsə də, bu günədək mənzil ona təhvil verilməmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1147/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1147/2023 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-nə, Cavabdeh2 və X3 qarşı mənzilin təhvil verilməsi və mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: tərəflər arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli ilkin müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən, icraçı Avanqard-İnşaat» Mənzil Tikinti Kooperativi Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli binanın 1-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzili payçı İddiaçı 12 ay müddətinə təhvil verilməsini, İddiaçı isə mənzilin dəyəri olan 61.600 (altmış bir min altı yüz) manat məbləğində pul Cavabdeh1nə ödəmişdir. Həmin müqavilənin 1-ci səhifəsinin sonuncu abzasında göstərilmişdir ki, bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-cı maddəsinə uyğun bağlanmış ilkin müqavilədir. maliyyə arayışında İddiaçı Göygöl şəhəri R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkand yolunun sol tərəfində yerləşən 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində olan 4 otaqlı, 176 m2 –lik mənzilə görə, 61.600 AZN ödədiyi, mənzilə görə heç bir borcu qalmadığı göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü tarixli rəyindən görünür ki, tərtib edilmiş maliyyə arayışında “Cavabdeh3D” yazıları və yazıların qarşısındakı imza və 10 yanvar 2016-cı il tarixli ilkin müqavilənin 2-ci vərəqində olan “İnzalar: 1.” qrafasında “Cavabdeh3D” yazıları və yazıların qarşısındakı imza X5 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 10 yanvar 2016-cı il tarixli ilkin müqavilədə və maliyyə arayışında olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. İddianı təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə istinad etmiş, lakin heç bir əsaslandırma aparmamışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli ilkin müqavilənin surətindən görünür ki, həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-cı maddəsinə uyğun bağlanmış ilkin müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 402.1-ci maddəsinə görə, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 176 kv.m olan 4 otaqlı mənzilə dair bağlanılmış 10 yanvar 2016-cı il tarixli müqavilə ilkin müqavilə olmaqla, qanunla müəyyən edilmiş müddətdə əsas müqavilə bağlanılmamışdır. Bu isə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, yəni, əgər ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamaq müddət müəyyənləşdirilməyibsə və əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmamışdrısa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərmədiyindən, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Göründüyü kimi, ilkin müqavilənin bağlanmasından səkkiz ildən artıq vaxt keçməsinə baxmayaraq, tərəflər arasında əsas müqavilə bağlanmamışdır. İddiaçı isə öz növbəsində onlar arasında əsas müqavilənin bağlanması ilə bağlı cavabdeh tərəfə təklif göndərməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində MTK tərəfindən müqavilədə nəzərdə tutulmuş 4 otaqlı mənzilin ümumiyyətlə mövcud olmadığını göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini əsaslı hesab etməklə, qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli Xanlar şəhəri, R,Nəsibov məhəlləsi, Xanlar- Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış binasına baxış keçirilmiş, baxış zamanı iddiaçının ona verildiyini bildirdiyi 50 saylı mənzil 2 otaqlı olmuş, həmin mənzil ilə üzbəüz mənzil isə 1 otaqlı mənzil olmuş, iddiaçının göstərdiyi mərtəbədə 4 otalı mənzil müəyyən edilmiəmişdir. Həmçinin binanın layihə sənədləri əıldə olunaraq işə əlavə edilmiş və 7 mərtəbədən ibarət olan binanın layihə sənədlərində ümumiyyətlə 4 otaqlı mənzilin nəzərdə tutulmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsin görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə görə, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1147/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. İş üzrə ekspertiza xərci cavabdeh X3 aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 195 manat məbləğində pul cavabdeh X1 alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1147/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-nə, Cavabdeh2 və X3 qarşı mənzilin təhvil verilməsi və mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdeh X3 aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 195 manat məbləğində pul cavabdeh X1 alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-717/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-717/2024
12.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver