Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-718/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-889/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna və üçüncü şəxs "xxxx" BOKT MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 xidmət Mərkəzinin notariat ofisinin notariusu X1 tərəfindən verilmiş, "xxxx" BOKT MMC-nin xeyrinə ondan müşətərk qaydada 1874 manat tutulması üçün verilmiş xx.xx.2023-cü il tarixli 8i-23635 saylı notariat icra qeydinin ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-889/2024 qərardadı ilə (hakim Fuad Babaşov) İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna və üçüncü şəxs "xxxx" BOKT MMC-yə qarşı “notariat icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(021)-889/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X2 Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu X1 tərəfindən verilmiş, "xxxx" BOKT MMC-nin xeyrinə müştərək qaydada 1874 manat tutulması üçün xx.xx.2023-cü il tarixli 8İ-23635 notariat icra qeydinin ləğv edilməsinə dair iddia qaldırmış, lakin Bərdə Rayon Məhkəməsi MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsümunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməməsi əsası ilə qərardadı qəbul edərək iddia ərizə və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Belə ki, “Dövlət Rüsumu” haqqında Qanunun 9-ci maddəsinə əsasən, bu işlər üzrə rüsumun ödənilməsi nəzərdə tutulmamış və məhkəmə qərardadı qəbul edərkən həmin halı nəzərə almamışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-889/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə kollegiyasına izahat və etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-889/2024 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna və üçüncü şəxs "xxxx" BOKT MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 xidmət Mərkəzinin notariat ofisinin notariusu X1 tərəfindən verilmiş, "xxxx" BOKT MMC-nin xeyrinə ondan müşətərk qaydada 1874 manat tutulması üçün verilmiş xx.xx.2023-cü il tarixli 8i-23635 saylı notariat icra qeydinin ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; İddiaçı hazırkı iddianı verərəkən, dövlət rüsumü ödəməmiş birinci instansiya məhkəməsi həmin əsasla iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə görə, qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsümü ödənilməldir. İddiaçı icra qeydinin ləğv olunması tələbinə dair dövlət rüsumunun ödənilməsinin nəzərdə tutulmasına dair dəlili əsassız olmaqla, qərardadın ləğv edilməsinə hüquqi əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-889/2024 saylı saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-889/2024 saylı nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-718/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-718/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver