Məhkəmə qərarları › İş №2(104)-719/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-719/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-719/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə (bundan sonra MMC) və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra ASC) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 ASC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(021)-2753/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, e2-2(115)-44/2021 nömrəli icra vərəqəsinə əsasən, iddia tələbi qismən təmin edilərək, Cavabdeh3 ASC ilə X8 arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, Ns 33/F-S-16 saylı kredit müqaviləsinə, Cavabdeh3 ASC ilə X9 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, Ns 365/F-S-16 saylı kredit müqaviləsinə və Cavabdeh3 ASC ilə İddiaçı1 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, İK Ns 259/F-18 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 19 fevral 2016-cı il tarixli, Ns 33/F-S-16 saylı kredit müqaviləsi üzrə X8ndan 85332,46 (səksən beş min üç yüz otuz iki manat, qırx altı qəpik) manat əsas, 8162,44 (səkkiz min yüz altmış iki manat qırx dörd qəpik) manat faiz, 49265,10 (qırx doqquz nin iki yüz altmış beş manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə, 142760 (yüz qırx iki min yeddi yüz altmış manat) manat pul, 04 noyabr 2016-cı il tarixli, N 365/F-S-16 saylı kredit nüqaviləsi üzrə X4 84405,87 (səksən dörd min dörd yüz beş manat, səksən yeddi qəpik) manat əsas, 10429,27 (on min dörd yüz iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat faiz, 38987,89 (otuz səkkiz min doqquz yüz səksən yeddi manat səksən doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 133823 (yüz otuz üç min səkkiz yüz iyirmi üç manat) manat pul, 29 noyabr 2018-ci il tarixli, İK N 259/F-18 saylı kredit müqaviləsi üzrə İddiaçı1 86329,22 (səksən altı min üç yüz iyirmi doqquz manat, iyirmi iki qəpik) manat əsas 26790,14 (iyirmi altı min yeddi yüz doxsan manat on dörd qəpik) manat faiz, 18124,66 (on səkkiz min yüz iyirmi dörd manat altmış altı qəpik) cərimə olmaqla, ümumilikdə 131244 (yüz otuz bir min iki yüz qırx dörd manat) manat pul tutularaq Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun tutulmasının ipoteka ilə yüklü edilmiş bazar dəyəri: 83500 manat, likvid dəyəri 70000 manat olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evinə və bazar dəyəri: 55600 manat, likvid dəyəri 50.000 manat olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipotekaya tutma yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Cavabdeh1 icra məmuru X3 tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, e-2-2(115)-44/2021 nömrəli icra vərəqəsi əsasında icraata başlanmış və tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2- 3185/2023 nömrəli məlumatın təqdim edilməsi barədə sənəddən görünür ki, sorğuda qeyd olunan İddiaçı1 məxsus olmuş ünvan 3 saylı, 3 otaqlı fərdi yaşayış evi (77.28 kv.m) xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı2 məxsus olmuş Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli, 117/22 nömrəli X10 barədə protokolun nəticələri ünvan 3 saylı fərdi yaşayış evinin və Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin yeni mülkiyyətçi Cavabdeh3 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsas olmuşdur.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-2(102)-156/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 dekabr tarixli 2-2(104)-152/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılması, cavabdeh İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

5. 22 aprel 2022-ci il tarixli, 252396/10 nömrəli hərracın keçirilməsi haqqında sifarişdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X8ndan kredit müqaviləsi üzrə 142760 manat məbləğində kredit borcu, X4 133823 manat məbləğində kredit borcu, İddiaçı1 131244 AZN kredit borcu və 91 manat dövlət rüsmu alınarq Cavabdeh3 ASC-nǝ ödənilməlidir. Tutma ipoteka predmeti olan cavabdeh İddiaçı1 məxsus Bərdə şəh, Ş.İsmayıl küç 24 ünvanında yerləşən 3 otaqlı 7.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış və həmin ev açıq hərracda satılmalıdır. Tutma ipoteka predmeti olan cavabdeh İddiaçı2 Allahverdi qızına məxsus Bərdə ray, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə və həmin ev açıq hərracda satılmalıdır. İpoteka predmetinin ilkin satış qiyməti 70 000 manat və 50 000 manat müəyyən edilmişdir. 800 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə ödənilməlidir.

6. 19 may 2022-ci il tarixli hərracın baş tutmamasına dair protokoldan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bərdə rayon İcra Şöbəsi tərəfindən verilmiş 252396/10 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə, tələbkar Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı1 məxsus. ünvan 3 ünvanında yerləşən. 3 otaqlı, 77.28 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və borclu İddiaçı2 məxsus, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 19 may 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Yuxarıda göstərilən hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X1 (Portalında) (www.birjanews.az). eləcə də Cavabdeh2 MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 19 may 2022-ci il, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, 19 may 2022-ci il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadı.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 ASC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "X2”nın nəzdində yaradılmış Cavabdeh2 hərəkətlərinin qanunsuz sayılmasına və onlara məxsus ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı və Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evlərinin alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6, X7 və İddiaçı1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2-2(115)- 44/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh3 ASC ilə X8 arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, Ns 33/F-S-16 saylı kredit müqaviləsinə, Cavabdeh3 ASC ilə X9 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, Ns 365/F-S-16 saylı kredit müqaviləsinə və Cavabdeh3 ASC ilə İddiaçı1 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, İK Ns 259/F-18 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 19 fevral 2016-cı il tarixli, Ns 33/F-S-16 saylı kredit müqaviləsi üzrə X8ndan 85332,46 (səksən beş min üç yüz otuz iki manat, qırx altı qəpik) manat əsas, 8162,44 (səkkiz min yüz altmış iki manat qırx dörd qəpik) manat faiz, 49265,10 (qırx doqquz nin iki yüz altmış beş manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə, 142760 (yüz qırx iki min yeddi yüz altmış manat) manat pul, 04 noyabr 2016-cı il tarixli, N 365/F-S16 saylı kredit nüqaviləsi üzrə X4 84405,87 (səksən dörd min dörd yüz beş manat, səksən yeddi qəpik) manat əsas, 10429,27 (on min dörd yüz iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat faiz, 38987,89 (otuz səkkiz min doqquz yüz səksən yeddi manat səksən doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 133823 (yüz otuz üç min səkkiz yüz iyirmi üç manat) manat pul, 29 noyabr 2018-ci il tarixli, İK N 259/F-18 saylı kredit müqaviləsi üzrə İddiaçı1 86329,22 (səksən altı min üç yüz iyirmi doqquz manat, iyirmi iki qəpik) manat əsas 26790,14 (iyirmi altı min yeddi yüz doxsan manat on dörd qəpik) manat faiz, 18124,66 (on səkkiz min yüz iyirmi dörd manat altmış altı qəpik) cərimə olmaqla, ümumilikdə 131244 (yüz otuz bir min iki yüz qırx dörd manat) manat pul tutularaq "TuranBank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun tutulmasının ipoteka ilə yüklü edilmiş bazar dəyəri: 83500 manat, likvid dəyəri 70000 manat olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evinə və bazar dəyəri: 55600 manat, likvid dəyəri 50.000 manat olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipotekaya tutma yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-152/2022 nömrəli 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Gəncə Apellyasiya məhkəməsinin 2-2(104)-152/2022 nömrəli 23 dekabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-156/2023 nömrəli 29 mart 2023-cü il tarixli qərarı ilə qərardad dəyişdirilmədən saxlanılmışdır. Aşağıda göstərilən əsaslara görə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evi və İddiaçı2 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi ilə birlikdə hərraca çıxarılması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Qeyd etməyi zəruri hesab etmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-2(115)- 44/2021 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, iş üzrə icra vərəqəsi verilmiş və Cavabdeh1 sifarişi əsasında onlara məxsus fərdi yaşayış evi hərrac komissiyasına göndərilmişdir. Belə ki, tarixlərə diqqət yetirsək aydın olur ki, Cavabdeh1 əməkdaşları qanunsuz olaraq hərrac komissiyasına sifariş vermiş və “X2”-nın nəzdində yaradılmış Cavabdeh2 də tərəflər arasında məhkəmə çəkişməsinin davam etdiyi bir müddətdə əsassız olaraq mülkiyyətlərində olan evlərinin satışa çıxarmış və bu mümkün olmadığından tələbkara təklif etmişdir. Nəticədə mülkiyyət hüquqları kobud şəkildə pozularaq mülkiyyətlərindən məhrum olmuşlar. Əlbəttə ki, İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evi 83500 manat və İddiaçı2 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin qiyməti 55.600 manat ola bilməz. Yalnız tədqim edilmiş natamam sənəd əsasında qiymətləndirilmiş evin dəyəri, həqiqətdə dəfələrlə baha qiymətədir. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka qiyməti sayıla bilməz. İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evi və İddiaçı2 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evlərni hərracda satışa çıxarılması üçün “X2”-nın nəzdində yaradılmış Cavabdeh2nə xx.xx.2022-cü il tarixli, 252396/10 saylı sifariş məktubu göndərmişdir. Sözügedən sifariş məktubuna əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 44.625 manat, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə isə 31.875 manat ilkin qiymət qoyulmuş və “X2”-nın nəzdində yaradılmış Cavabdeh2nə evin hərraca həmin qiymətlə satışa çıxarılması barədə sifariş verilmişdir. Sözügedən iş üzrə sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-156/2023 nömrəli 29 mart 2023-cü il tarixdə verilməsinə baxmayaraq Gəncə Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmiş, Cavabdeh1 – “X2”-nın nəzdində yaradılmış Cavabdeh2 tələsik xx.xx.2022-cü il tarixli, 252396/10 saylı sifariş məktubu göndərmişdir. Daha sonra, xx.xx.2022-ci il tarixdə “Əmlak Hərrac Mərkəzi" MMC əmlakların açıq hərracda satılması barədə bildiriş göndərmiş, xx.xx.2022-ci il tarixdə tələbkar Cavabdeh3 ASC-nə təkif edilmiş və xx.xx.2022-ci il tarixdə X10 barədə 117/22 saylı Protokol imzalanmışdır.

9. Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(021)-2753/2023 nömrəli qətnaməsi (hakim Fuad Babaşov) ilə, iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 337.1, 354.2, 414.1, 414.5, 415.1, 415.2, 416.1 və 416.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 41.3, 42.1 və 44-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2,, 61.1-ci və 61.2-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(021)-2753/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddia ərizəsində ətraflı göstərmişdir və bir daha qeyd edir ki, o birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti və daha sonra apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətləri verdiyi müddətdə icra sənədi dayandrılmamış, ona və ailə üzvlərinə məxsus Bərdə rayonu, Qaradağlı kəndindəki və Şah İsmayıl küçəsindəki evlər hərracda satılmışdır. Hansı ki, qətnamələrdən müvafiq olaraq apelyasiya və kassasiya şikayətləri verilmişdirsə, icra vərəqəsi verilə bilməz və verilmiş icra sənədləri dayanadırılmalı idi. Bundan başqa, əmlaklarının xəbərləri olmadan aşağı qiymətlə qiymətləndirilmiş, hərraca çıxarılmış və Bank tərəfindən balansa keçirilmişdir. Hesab edir ki, lazımi qaydada xəbərdar olunmamaları və aşağı qiymətlə qiymətləndirilərək, ipoteka predmetilərinin aşağı qiymətlə hərracda satışa çıxarılması və alqı-satqısı barədə müqavilə qanunsuz olmaqla, etibarsız hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 ASC-nin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

16. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

17. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

18. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.

19. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

20. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

21. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

23. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 2. hərracın iştirakçısı olmadıqda; 3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

24. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

25. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

26. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

27. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

28. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

29. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

30. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

31. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı

32. MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(021)- 2753/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı1 ilə Cavabdeh3 ASC arasında 29 noyabr 2018-ci il tarixli, İK Ns 259/F-18 nömrəli kredit müqaviləsi bağlanmış, cavabdeh iddiaçıya kredit verməyi, iddiaçı isə həmin pulu razılaşdırılmış faiz ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı olaraq iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. Lakin, sonradan İddiaçı1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə bank iddiaçılara qarşı tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, e2-2(115)-44/2021 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh3 ASC ilə X8 arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, Ns 33/F-S-16 saylı kredit müqaviləsinə, Cavabdeh3 ASC ilə X9 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, Ns 365/F-S-16 saylı kredit müqaviləsinə və Cavabdeh3 ASC ilə İddiaçı1 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, İK Ns 259/F-18 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 19 fevral 2016-cı il tarixli, Ns 33/F-S-16 saylı kredit müqaviləsi üzrə X8ndan 85332,46 (səksən beş min üç yüz otuz iki manat, qırx altı qəpik) manat əsas, 8162,44 (səkkiz min yüz altmış iki manat qırx dörd qəpik) manat faiz, 49265,10 (qırx doqquz nin iki yüz altmış beş manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə, 142760 (yüz qırx iki min yeddi yüz altmış manat) manat pul, 04 noyabr 2016-cı il tarixli, N 365/F-S-16 saylı kredit nüqaviləsi üzrə X4 84405,87 (səksən dörd min dörd yüz beş manat, səksən yeddi qəpik) manat əsas, 10429,27 (on min dörd yüz iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat faiz, 38987,89 (otuz səkkiz min doqquz yüz səksən yeddi manat səksən doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 133823 (yüz otuz üç min səkkiz yüz iyirmi üç manat) manat pul, 29 noyabr 2018-ci il tarixli, İK N 259/F-18 saylı kredit müqaviləsi üzrə İddiaçı1 86329,22 (səksən altı min üç yüz iyirmi doqquz manat, iyirmi iki qəpik) manat əsas 26790,14 (iyirmi altı min yeddi yüz doxsan manat on dörd qəpik) manat faiz, 18124,66 (on səkkiz min yüz iyirmi dörd manat altmış altı qəpik) cərimə olmaqla, ümumilikdə 131244 (yüz otuz bir min iki yüz qırx dörd manat) manat pul tutularaq Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun tutulmasının ipoteka ilə yüklü edilmiş bazar dəyəri: 83500 manat, likvid dəyəri 70000 manat olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evinə və bazar dəyəri: 55600 manat, likvid dəyəri 50.000 manat olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipotekaya tutma yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə rayon İcra Şöbəsinin “Hərrac Mərkəzi" MMC-yə ünvanlanmış 252396/10 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, borclu İddiaçı1 məxsus, ünvan 3 ünvanında yerləşən, 3 otaqlı, 77.28 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və borclu İddiaçı2 məxsus, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması “Əmlak Hərrac Mərkəzi" MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 19 may 2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclular İddiaçı2, İddiaçı1, X7, X6 və tələbkar Cavabdeh3 ASC-nə 631/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 19 may 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 19 may 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlaklar ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla 07 iyun 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) dərc olunmuşdur. “Təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli, 829/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. “Hərracın baş tutmamasına dair” 07 iyun 2022-ci il tarixli protokolun surətindən görünür ki, 07 iyun 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixli, 1001/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan Cavabdeh3 ASC xx.xx.2022-ci il tarixli, 2264 nömrəli ipoteka predmeti təklif edilən qiymətə əldə edilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra isə mübahisəli fərdi yaşayış evləri hərracda bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 ASC-yə satılmışdır. Ondan sonra həmin mübahisəli əmlaklar üzərində Cavabdeh3 ASC-nin tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

51. İddiaçılar hərrac təşkilatı tərəfindən ipoteka predmeti olan evin hərracın keçirilməsi qaydaları pozulmaqla satıldığına görə hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir.

52. Bu iddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 44-cü maddəsi çıxış edir. Həmin normada deyilir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

53. Mülki Məcəllənin 416-cı maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

54. Göründüyü kimi, ipoteka predmeti olan əmlakın satılması üzrə hərracın etibarsız sayılması üçün zəruri olan dispozisiya şərti – hərracın “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələrində müəyyən olunmuş qaydaların pozulması ilə keçirilməsidir.

55. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (22&).

56. İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrində göstərilmişdir ki, Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

57. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4–43.8 və 48–ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014–cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43–cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8–ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

58. Məhkəmə kollegiyası qeyd edir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan bildirişlərə əsasən Cavabdeh2 MMC tərəfindən iddiaçılara pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş, hərrac barədə qəzetdə elanlar verilmişdir. Kollegiya həmçinin qeyd edir ki, müvafiq məhkəmə qətnaməsinin çıxarılmasından və həmin qətnamənin apellyasiya şikayətinin verilməsi, birinci instansiya məhkəməsi tərəfindən şikayətin geri qaytarılması, həmin qərardadın apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanmışdır.

59. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən “hərracın yekunları haqqında” protokolun etibarsızlığı üçün əsaslar yoxdur və apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığını, hərracın keçirilməsi barədə ona rəsmi qaydada məlumat verilmədiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

62. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib.

63. Əksinə işdən görünür ki, əmlakların ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və həmin qətnamədən qıssa müddət sonra isə əmlaklar hərraca çıxarılmışdır. Yəni, həmin müddət ərzində (ilkin satış qiymətinin müəyyən edilməsi və əmlakların hərraca çıxarıması dövründə) əmlakların dəyərində kəskin artım olması halı ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir.

64. Bundan başqa, Cavabdeh2 MMC tərəfindən qeyd olunan evin açıq hərracdan satılması barədə ilkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. 19 may 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlaklar ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla 07 iyun 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilərək elanlar verilib və hərracın keçirilməsi barədə iddiaçıya icra sənədində göstərilən ünvanına müvafiq bildirişlər göndərilib.

65. Digər tərəfdən, “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsinə onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

66. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən Qərarında vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

67. İddiaçıların digər dəlili, hərracların məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan hərraca çıxarılmasının qanunsuz olması ilə bağlı olmuşdur. Bununla bağlı kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin vermiş olduğu icra sənədinə sonradan dəyişiklik edilməsi, və yaxud ləğv edilməsinə dair heç bir sübut yoxdur.

68. Kollegiya qeyd edir ki, bu hal o vaxt keçirilmiş hərracların ləğvi üçün əsas ola bilərdi ki, sonradan işə baxılarkən icra sənədinin verilməsinə əsas olan qətnaməyə hərracın keçirilməsini istisna edən dəyişikliklər edilmiş olsun. Lakin, iddiaçı tərəf belə bir halın mövcudluğuna dair sübutlar təqdim etməmişdir.

69. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

71. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

75. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

76. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(021)-2753/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar