Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-72/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh2 qızına və digərlərinə qarşı mülki iş üzrə Açar sözlər: “torpaq sahəsindən çıxarılma ” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-593/2018 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Mülki işin materiallarında olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın və xx.xx.2011-ci il tarixli, AA 007230 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənədin təsdiqlənmiş surətlərindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. Mülki işin materiallarında olan, AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********65 nömrəli məktubdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına Gədəbəy rayonu Slavyanka kəndi inzibati ərazi dairəsi üzrə torpaq sahəsi qeydiyyatdan keçməmişdir.
3. Mülki işin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/3915 nömrəli ekspert rəyindən müəyyən olunur ki, MA ******* seriyalı **********68 reystr nömrəli Çıxarışla Gədəbəy rayonu Slavyanka kəndində yerləşən İddiaçı1 adına tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsü sənədindəki koordinatlara əsasən 0.15 ha torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordionatlara əsasən 0.15 ha torpaq sahəsinin 0.14 ha hissəsinin Cavabdeh2 faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. (həmin ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarınıən dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir.
4. Mülki işin materiallarında olan, X2 xx.xx.2020-ci il tarixli, 320180 saylı mədaxil orderinin qəbzinə əsasən, ekspertiza xərci olan 400 manat məbləğində pul İddiaçı1 tərəfindən ödənilmişdir.
5. Mülki işin materiallarına əlavə olunan ödəniş sənədindən müəyyən olunur ki, iş üzrə mütəxəssis rəyinin verilməsi üşün tələb olunan 215 manat məbləğində xərc İddiaçı1 tərəfindən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı1 məhkəmədə iddia qaldıraraq, onun xüsusi mülkiyyətində olan 0,15 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və torpaq sahəsinin sərhədləri müəyyən edilməklə həmin torpaq sahəsində cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-593/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Marif Kazımov) iddia təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı1 aid edilmiş və iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 60 manat məbləğində pul vəsaitinin İddiaçı1 tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-593/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qanuni sənədlər əsasında onun mülkiyyətindədir. Lakin, cavabdehlər ona məxsus torpaq sahəsini zəbt edərək mülkiyyətində olan torpaq sahəsindən özbaşına istifadə edirlər. Dəfələrlə cavabdehlərdən ona məxsus olan torpaq sahəsini boşaltmalarını tələb etsə də, cavabdehlər onun qanuni tələblərinə məhəl qoymamışlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, öz torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh2 Rafıq qızının adına sənəd yoxdur, onun məhkəməyə təqdim etdiyi sənəd X1 adınadır. Sonradan məhkəmə tərəfindən təyin edilmiş mütəxəssis gəlib metra ilə X1 və Cavabdeh1 yerini ölçmüş, lakin ona məxsus torpaq sahəsini ölçməmişdir. Bununla da müəyyən edilir ki, məhkəmə işi araşdırmamış, işə birtərəfli baxaraq əsassız qətnamə qəbul etmişdir. Bundan başqa qətnamədə qeyd edilir ki, guya həmin torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin koordinantları ortofoto məlumatları və DWG məlumatları ilə yoxlanılarkən xəritə ilə faktiki vəziyyətin uyğun gəlməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı ilə yaranmış problemin həlli ilə bağlı Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi, o cümlədən torpaqlar barəsində yeni elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. İşə əlavə edilmiş çıxarışdan da görünür ki, həmin mübahisəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq çıxarış almış, hazırda isə qeyd olunur ki, ortofoto məlumatları və DWG məlumatları ilə yoxlanılarkən xəritə ilə faktiki vəziyyətin uyğun gəlməməsi müəyyən edilir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (əvvəlki) 05 noyabr 2020-ci il tarixli, 2(104)-367/2020 nömrəli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik və məruzəçi), hakimlər Ş.Rzaquliyev və A.Hüseynzadə) İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-593/2018 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia Cavabdeh2 münasibətdə qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı1 məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 0,1068 ha hissəsindən çıxarılmaqla, onun tərəfindən iddiaçının özünə məxsus torpaq sahəsindən istifadə etməsinə yaradılmış maneələrə son qoyulması, iddianın qalan hissədə və Cavabdeh1 münasibətdə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən aparılmış tədqiqatın dəyəri olan 60 (altmış) manat xərcin tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülməsi, X2 xx.xx.2020-ci il tarixli, 320180 saylı mədaxil orderinin qəbzinə əsasən iddiaçı tərəfindən ödənilmiş ekspertiza xərci olan 400 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.
Kassasiya instansiya məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (əvvəlki) 05 noyabr 2020-ci il tarixli, 2(104)-367/2020 nömrəli qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kasasiya şikayəti belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3030/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci tarixli qərarı ilə Cavabdeh2 kasasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)-367/2020 saylı qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmışdır.
15. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni baxışa göndərərkən öz qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı Cavabdeh2 aid hissədə qismən təmin edərkən X2 31 yanvar 2020-ci il tarixli və 27 oktyabr 2020-ci il tarixli ekspert rəylərinə istinad etmiş və həmin rəylərdən görünür ki, İddiaçı1 məxsus olan 0,15 ha torpaq sahəsinin 0,1068 ha hissəsi Cavabdeh2 tərəfindən tutularaq əkin sahəsi kimi istifadə olunur və həmin torpaq sahəsinin təqribən 66,3 kv.metr hissəsində tikili inşa edilmişdir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni X2 sözügedən ekspert rəyləri ilə əsaslandırsa da, ümumiyyətlə bu Mərkəzin belə bir ekspert rəyləri verməyə səlahiyyətli olub-olmamasını aydınlaşdırmamış və həmin rəylərin mötəbərliliyini Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2, 76.3, 81-ci maddələrinin tələbləri baxımından yoxlamamamışdır. Halbuki, sadalanan prosessual normaların mənasına görə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmənin mülki prosessual məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Daha sonra, Ədliyyə Nazirliyinin birinci və apellyasiya instansiyası məhkəmələrinə ünvanladığı 01 iyun 2021-ci il tarixli məktubdan görünür ki, heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrıayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə edilməklə) müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim olunur. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanuna ziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Hazırki işdə, İddiaçı1 Cavabdeh2 tələb etdiyi 0,1068 ha torpaq sahəsinin sonuncunun qanunsuz sahibliyində olması, 0,25 ha torpaq sahəsinə dair Əntiqə Mehtiyeva, X4 Quliyeva arasında notarial qaydada bağlanmış 19 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə istisna olunur. Belə ki, həmin müqavilədən görünür ki, Cavabdeh2 0,25 ha torpaq sahəsini əvəzli şəkildə, yəni Əntiqə Mehtiyeva və Ramin Abdullayevə 4.000 manat pul ödəməklə satın alıb. Bu faktlar apellyasiya, kasasiya şikayətlərinin dəlilləri ilə də təsdiq olunur. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən sözügedən alqı-satqı müqaviləsinin mötəbərliliyi, həmin müqaviləyə əsasən 0,25 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb-alınmaması, sonuncunun sənəd üzrə və faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü, sərhədləri, kordinatları müəyyən edilməli, həmin torpaq sahəsi ilə iddiaçının iddia etdiyi 0,15 ha torpaq sahəsinin üst-üstə düşübdüşməməsi səlahiyyətli qurumlara həvalə edilməklə iş üzrə müvafiq ekspertizalar keçirilməklə yoxlanılmalı və yalnız bundan sonra iddiaçının Cavabdeh2 qarşı iddia tələblərinin əsaslılığına hüquqi qiymət verilməlidir. Bundan başqa, işdən görünür ki, Əntiqə Mehtiyeva və Ramin Abdullayevin birgə mülkiyyətlərində 02 may 2001-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 1,25 ha torpaq sahəsi, 22 dekabr 2017-ci il tarixli Çıxarışa əsasən isə 0,27 ha torpaq sahəsi olub və onlar həmin torpaq sahəsinin 0,15 ha hissəsini 11 may 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1, 0,25 ha hissəsini isə 19 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satıblar. Göründüyü kimi Əntiqə Mehtiyeva və Ramin Abdullayev tərəfindən eyni torpaq sahəsinin həm İddiaçı1, həm də Cavabdeh2 satılıb-satılmaması ilə bağlı işin halları işə baxan məhkəmələr tərəfindən kifayət qədər araşdırılmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
17. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə kollegiyasının iclasına gəlməyən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 13-cü maddə İ hissə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
19. Maddə 29 - Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. Maddə 140 - Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Maddə 152.1 - mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
24. Maddə152.5 - mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.2 - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
2 6 . Maddə 6 7 . 1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 27.Maddə 6 7 . 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
28. Maddə 6 7 . 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
29. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Prosessual hüquq normaları
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 76.1. və 76.2 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
33.Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 34.Maddə 372.6.apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384.0.2 - apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Maddə 385.2 məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır:
38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-593/2018 nömrəli qətnaməsi iddianın Cavabdeh2 aid olan hissədə təmin edilməməsi hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi Cavabdeh2 aid olan hissədə qismən təmin edilməlidir.
40. Birinci instansiya məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyinə istinad etməklə, göstərmişdir ki, ortofoto və DWG faylları və faktiki vəziyyət arasında uyğunsuzluqlar olduğu müəyyən edildiyi üçün iddiaçıya reyestrdən çıxarışla məxsus olan 0,15 ha torpaq sahəsinin onun tərəfindən mübahisələndirilən torpaq sahəsi olubolmadığını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmamasını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən tutulmasını da müəyyən etmək mümkün deyildir.
41. Bu əsasla iddia tələbini rədd edən məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır.
42. İddiaçı1 isə məhkəmənin həmin qənaəti ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, öz şikayətində, həmçinin məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arayışında göstərilən hallarla razı olmadığını göstərərək, məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
43. Bundan əlavə kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərkən qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən alqı-satqı müqaviləsinin mötəbərliliyi, həmin müqaviləyə əsasən 0,25 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb-alınmaması, sonuncunun sənəd üzrə və faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü, sərhədləri, kordinatları müəyyən edilməli, həmin torpaq sahəsi ilə iddiaçının iddia etdiyi 0,15 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi səlahiyyətli qurumlara həvalə edilməklə iş üzrə müvafiq ekspertizalar keçirilməklə yoxlanılmalı və yalnız bundan sonra iddiaçının Cavabdeh2 qarşı iddia tələblərinin əsaslılığına hüquqi qiymət verilməlidir.
44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə kollegiyası hazırki işdə qətnamənin əsaslılığını yalnız onun mübahisələndirilən hissələrində yoxlayır. 45.Azərbaycan Respublikası Ali Məhkəməsi iş üzrə xx.xx.2021-ci tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)- 367/2020 saylı qətnaməsini Cavabdeh2 aid hissədə ləğv edib, mülki işi həmin hissədə yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytardığından, işin təkrar apellyasiya baxışı zamanı yalnız Cavabdeh2 qarşı iddia tələblərinin əsaslılığına hüquqi qiymət verilir.
46. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 47.Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tam, obyektiv araşdırmaq məqsədilə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə əsasən iş üzrə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/3915 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, MA ******* seriyalı **********68 reystr nömrəli Çıxarışla Gədəbəy rayonu Slavyanka kəndində yerləşən İddiaçı1 adına tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsü sənədindəki koordinatlara əsasən 0.15 ha torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.15 ha torpaq sahəsinin 0.14 ha hissəsinin Cavabdeh2 faktiki istifadəsindədir. 49.Həmçinin, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********65 nömrəli məktubdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına Gədəbəy rayonu Slavyanka kəndi inzibati ərazi dairəsi üzrə torpaq sahəsi qeydiyyatdan keçməmişdir. 50.Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissənə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 51.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 -ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
52. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, t orpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
53. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 54.İş materiallarından müəyyən edildiyi kimi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan, Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 0,14 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilir.Cavabdeh2 həmin mübahisəli torpaq sahəsi üzərində hüquqları qanunvericiliyin tələb etdiyi qaydada DƏDRX-də qeydiyyatdan keçməmişdir. Ona görə də, kollegiya hesab edir ki, Cavabdeh2 həmin mübahisəli torpaq sahəsindən heç bir hüquqi əsas olmadan istifadə edir. 55.Hazırki vəziyyətdə iddiaçının mülkiyyət hüqüqları müdafiə edilməlidir. Məhkəmə kollegiyası həmçinin göstərir ki, irəli sürülən iddianın (qismən) təmin edilməsi üçün işin faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normaları mövcuddur. 56.Ona görə də məhkəmə kollegiyası bu qənaətdədir ki, irəli sürülən iddia qismən təmin edilməli və Cavabdeh2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan, Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 0,14 ha hissəsindən çıxarılmalıdır.
57. İddiaçının ona məxsus torpaq sahəsinin Cavabdeh2 tərəfindən tutulmasına dair apellyasiya dəlilləri öz təsdiqini tapdığından, MPM-in 119-cu maddəsinə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir.
58. Mülki işin materiallarında olan X2 xx.xx.2020-ci il tarixli, 320180 saylı mədaxil orderinin qəbzinə əsasən, ekspertiza xərci olan 400 manat məbləğində pul İddiaçı1 tərəfindən ödənilmişdir. 59.Mülki işin materiallarına əlavə olunan ödəniş sənədindən müəyyən olunur ki, iş üzrə mütəxəssis rəyinin verilməsi üşün tələb olunan 215 manat məbləğində xərc İddiaçı1 tərəfindən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına ödənilmişdir.
60. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/3915 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarınıən dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir.) 61.Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-593/2018 nömrəli qətnaməsi ilə mütəxəssis rəyinin verilməsinə görə "xxxx" MMC-nin çəkdiyi xərcin 60 manat məbləğində olduğu göstərilsə də, bu barədə iş materiallarında hər hansı bir sübut aşkarlanmır. 62.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 tərəfindən X2 hesabına ödənilmiş 400 manat məbləğində pulun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına ödənilmiş 215 manat məbləğində pulun cəmi əvəzi olan 615 manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı1 verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/3915 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. 63.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-593/2018 nömrəli qətnaməsi iddianın Cavabdeh2 aid olan hissədə təmin edilməməsi və iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 60 manat məbləğində pul vəsaitinin İddiaçı1 tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülməsi hissələrində ləğv edilməli və iddianın Cavabdeh2 aid olan hissəsində yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh2 İddiaçı1 məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 0,14 ha hissəsindən çıxarılmaqla, onun tərəfindən iddiaçının özünə məxsus torpaq sahəsindən istifadə etməsinə yaradılmış maneələrə son qoyulmalı, iş üzrə məhkəmə xərcləri Cavabdeh2 aid edilməli və ondan tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ :
İddiaçı1 apelyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-593/2018 saylı mülki iş üzrə 20 noyabr 2018-ci il tarixli qətnaməsi iddianın Cavabdeh2 aid olan hissədə təmin edilməməsi və iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 60 manat məbləğində pul vəsaitinin İddiaçı1 tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülməsi hissələrində ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia Cavabdeh2 aid olan hissədə qismən təmin edilsin. Cavabdeh2 İddiaçı1 məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 0,14 ha hissəsindən çıxarılmaqla, Cavabdeh2 tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsinə yaradılmış maneələrə son qoyulsun. İddiaçı1 tərəfindən ödənilmiş məhkəmə xərclərinin əvəzi olan 615 (altı yüz on beş) manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı1 verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/3915 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Bu qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə ondan kassasiya şikayəti verilmədikdə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.