Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-721/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Maraqlı şəxs1 iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1143/2019 nömrəli qərardadından Maraqlı şəxs1 və (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN- 572A saylı (kod: ********) şəhadətnamənin anası X3 aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-1143/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə Goranboy Rayon Məhkəməsinə apellyasiya şikayəti verilmiş və mülki iş apellyasiya şikayəti ilə birlikdə xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1893/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Goranboy Rayon Məhkəməsinin 2(045)-1143/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 364.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla şikayətin mümkünlüyü yoxlanması üçün mülki iş Goranboy Rayon Məhkəməsinə geri qaytarılmışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1143/2019 nömrəli qərardadı ilə (hakim Taleh Mustafayev), Maraqlı şəxs1 tərəfindən Goranboy Rayon Məhkəməsinin 2(045)- 1143/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri və ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan Maraqlı şəxs1 və (vəkili) Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Goranboy Rayon Məhkəməsində araşdırılan və yekun qərar qəbul edilən 2(045)-1143/2019 saylı iş üzrə qəbul edilmiş məhkəmə qərarı, yəni Torpağın mülkiyyətə verilməsinə dair JN-572A saylıKOD 50806028 şəhadətnamənin X3 aid olması faktının müəyyən edilməsi ərizəçinin həmin şəhadətnamə əsasında Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə dair hüquqlarını qeydə aldırması üçün zəmin yaratmışdır. Hansı ki, həmin torpaq sahəsinin bir hissəsi Maraqlı şəxs1 xüsusi mülkiyyətindədir. 1996cı ildə Xanlar rayonunda torpaq islahatı aparılan zaman Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 1996-cı il tarixli 210 saylıSərəncamına əsasən X7 Kombinatının Üçtəpə kəndində yaşayan sakinlərinə, şəhid ailələrinə, Qarabağ əlillərinə və uzun müddət hərbi xidmətdə olan hərbçilərə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar Üçtəpə kəndində, Gəncə çayının kənarında olan ərazidə evim olmadığı üçün və mütəmadi olaraq Qarabağda döyüş bölgəsində vuruşduğu üçün ona, yəni Maraqlı şəxs1 0.08 ha torpaq sahəsi ayrılmışdır. Həmin sənəd əsasında da torpaq sahəsi xüsusi mülkiyyətə keçmişdir. Maraqlı şəxs1 həmin məhkəmə prosesinə maraqlı şəxs kimi cəlb edilmədən, mülkiyyət hüquqlarına toxunan qətnamənin qəbul edilməsi, hesab edirlər ki, mülkiyyət toxunulmazlığına dair qanunvericiliyin mühim normalarının pozulmasıdır. Hazırki iş üzrə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN-572A saylıKOD 50806028 şəhadətnamənin anası X3 aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(045)-1143/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Sözügedən Torpağın mülkiyyətə verilməsinə dair JN-572A saylıKOD 50806028 şəhadətnamə Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi barədədir (hansı ki, saxta sənəddir, arxiv arayışlarında öz təsdiqini tapmır.) Sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin bir hissəsinə Maraqlı şəxs1 adına xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış vardır və tam qanuni şəkildə xüsusi mülkiyyətindədir. Yəni işin predmeti olan şəhadətnamənin aid olduğu torpaq sahəsi Maraqlı şəxs1 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə, bu qədər önəmli bir nüansı nəzərə almadan, hətta heç bir əsaslandırma etmədən, Maraqlı şəxs1 tərəfindən verilən apellyasiya şikayətini geri qaytararaq, məhkəmə qətnaməsinin onun hüquqlarına toxunmadığını bildirmişdir. Halbuki, həmin qətnamədən Maraqlı şəxs1 hüquqlarına toxunan şəxs kimi maraqlı şəxs olaraq şikayət verməyə tam hüququ vardır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(045)-1143/2019 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(045)- 1143/2019 nömrəli qərardadı ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1143/2019 nömrəli qərardadından Maraqlı şəxs1 və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasında iştirak edən Maraqlı şəxs1 şikayətin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-572A saylı KOD 50806028 şəhadətnamə Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi barədədir. Sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin bir hissəsinə onun adına xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış vardır və tam qanuni şəkildə xüsusi mülkiyyətindədir. Yəni, işin predmeti olan şəhadətnamənin aid olduğu torpaq sahəsi onun xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi, maraqlı şəxsin vəkili Vəkil və AR ƏMDKY-da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 03 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1143/2019 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, 2(045)-1143/2019 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikasının MPM-in 357.2-ci maddəsinin təhlilindən göründüyü kimi, bu normaya əsasən apellyasiya şikayəti verilməsi üçün iki şərtin mövcudluğu tələb olunur:
1. Şəxsin işdə iştirak etməyə cəlb olunmaması;
2. Qəbul edilən qətnamənin hüquq və vəzifələrinə toxunması. İş materialları ilə müəyyən edilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-572A saylı KOD 50806028 şəhadətnamə Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi barədədir. Eyni zamanda, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xx.xx.2010-cu il tarixli, **********71 reyestr nömrəli çıxarışı ilə, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi Maraqlı şəxs1 xüsusi mülkiyyətindədir. Hazırda isə Maraqlı şəxs1 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin saxta olmasını və həmin şəhadətnamənin koordinatları ilə onun mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının üstü-üstə düşdüyünü iddia edir. Bu isə mülki qanunvericiliklə mümkündür. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə kollegiyası göstərir ki, Manya Məmmədovanın mərhum Mənzər Niyazovanın qızı olduğu üçün onun anasından qalan miras əmlakdan pay alma imkanı vardır. Yəni, qəbul edilmiş qətnamənin onun maraqlarına toxunması aşkardır. Bu isə qətnaməyə mahiyyəti üzrə baxılan zaman qiymət veriləsi bir hal olduğundan Maraqlı şəxs1 apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Azərbaycan Respublikasının MPM-in 364.2-ci maddəsinə görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1143/2019 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, 2(045)-1143/2019 nömrəli qərardadı qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə yuxarıda qeyd olunanlara əsasən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Şikayət təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1143/2019 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, 2(045)-1143/2019 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.