Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-728/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidmətinin X13 Təsərrüfatı mərkəzinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(066)-1040/2022 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh 17 oktyabr 2018-ci il tarixli 53 K nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən 3 ay sınaq müddətinə Goranboy meşəçiliyinin anbardarı vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Göygöl Regional X3 xx.xx.2022-ci il tarixli 43/K əmrindən görünür ki, Göygöl Regional X3 anbardarı İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir, əmək müqaviləsinə xitam verilməsi üçün əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi olmuşdur.
3. Göygöl Regional X3 direktor əvəzi X7 ilə (işəgötürən) İddiaçı arasında bağlanmış 15 aprel 2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Mərkəzin Goranboy meşəbəyliyinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ştatnı fəhlə qəbul edilmişdir.
4. Göygöl Regional X3 xx.xx.2022-ci il tarixli 51/k nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ARƏM-nin 47-ci maddəsinin “ğ” bəndinə əsasən 3 ay müddətinə Mərkəzin Goranboy meşəbəyliyinə ştatnı fəhlə təyin edilməsi əmr edilmişdir.
5. 22.04.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, aktlar tərtib olunmuşdur ona görə ki, İddiaçı işə çıxmır, müəyyən bəhanələr gətirərək işləmək istəmir, heç bir meşə tədbirlərində iştirak etmir.
6. 06.05.2022-ci il tarixli aktdan görünür ki, akt tərtib olunmuşdur ona görə ki, İddiaçı işə çıxmır, 5 A saylı meşə dolayında olan 4 ha meşə əkininə xidmətdə iştirak etməmişdir.
7. 16.05.2022-ci il tarixli Goranboy meşəbəyiliyinin meşəbəyisi X2 tərəfindən tərtib edilmiş məlumatdan görünür fəhlə İddiaçı hal-hazıradək işə çıxmamış və yaz meşə əkinində iştirak etməmişdir.
8. Göygöl Regional X3 xx.xx.2022-ci il tarixli 80/k nömrəli əmrindən görünür ki, Mərkəzin Goranboy meşəbəyliyinin ştatnı-fəhləsi İddiaçı direktorun şifahi göstərişinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Yeni-Ağcakənd meşəbəyliyinə keçirilməsi əmr edilmişdir.
9. Göygöl Regional X3 xx.xx.2022-ci il tarixli 85/Ü nömrəli əmrindən görünür ki, Mərkəzin Goranboy meşəbəyliyinin ştatnı fəhləsi İddiaçı Mərkəz daxili intizam qaydalarını pozduğuna, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərinə əməl etmədiyinə, həmçinin iş saatı ərzində fəaliyyətsizlik göstərməsi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən ona “Töhmət” verilməsi əmr edilmişdir.
10. Azərbaycan Respublikasının Ekoligiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Göygöl Regional X3 13 iyul 2022-ci il tarixli, 88/k nömrəli əmrin çıxarışından görünür ki, Yeni-Ağcakənd meşəbəyliyinin ştatda olan fəhləsi İddiaçı sınaq müddəti ərzində fasiləsiz işə gəlməməsi və mərkəzi daxili nizam-intizam qaydalarına riayət etməməsi habelə əmək və icra intizamını pozmaqda davam etməsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilməsi əmr edilmişdir. Əmrin verilməsi üçün əsas Göygöl RMTM Həmkarlar İttifaqı Komitəsi İclasının xx.xx.2022-ci il tarixli 20 nömrəli protokolundan çıxarışı və Göranboy və Yeni Ağcakənd meşəbəyliklərinin təqdim etdikləri Aktları və məlumatları.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən Goranboy rayonu, Tatarlı kənd sakini İddiaçı ünvanlanmış 18 avqust 2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, onun X13 Təsərrüfatı Mərkəzində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə etdiyi müraciətə Göygöl Regional X3 xx.xx.2022-ci il tarixli, 247 nömrəli məktubuna və təqdim etdiyi sənədlərə əsasən şöbədə baxılmışdır. Göygöl Regional X3 rəhbərliyi cavab məktubunda onun işə qəbul olunduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək heç bir üzürlü səbəb olmadan işə getmədiyi üçün, əmək haqqı hesablanmadığını və Göygöl Regional X3 xx.xx.2022-ci il tarixli, 88 nömrəli əmri ilə onunla bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edildiyi bildirilmişdir. Əlavə olaraq onun əmək müqaviləsində əmək şəraitinin şərtləri bölməsinin 4.22-ci bəndində, işə gəlib-getməyi üçün nəqliyyatla təmin edilməyi nəzərdə tutulmamışdır. Odur ki, qeyd olunanlarla razılaşmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidmətinin X13 Təsərrüfatı mərkəzinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən qanunsuz çıxarılması ilə bağlı 13 iyul 2022-ci il tarixli, 88/k saylı əmrinin ləğv edərək onu işə bərpa etməklə, işlədiyi günlərin (məcburi iş buraxmaya görə) əmək haqqısının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X10 və bərpası müəsisəsində işə başlamışdır. 2022-ci ilin 31 mart tarxində iddiaçı işdən ixtisar edilmişdir. İxtisar edilərkən Əmək Məcəlləsinin tələbləri pozulduğu üçün müvafiq orqanlara müraciət etmişdir. Beləki təqaüdə çıxmasına cəmi bir neçə il qalması yuxarı orqanların diqqətini çəkmiş və araşdırmadan sonra onu 2022-ci il 15 aprel tarixdə işlə təmin etmişlər. Elə həmin gündən iddiaçı rəhbərliyin qəzəb və qərəzi ilə üz-üzə qalmışdır. İddiaçıya verdikləri iş yaşadığı ərazidən çox-çox uzaqda olduğundan həmdə bir qadın olaraq ona çətinlik törətdiyi üçün dəfələrlə şifahi qaydada normal iş şəraitinin (nəqliyyat və.s) yaradılmaması barədə rəhbərliyə müraciət etmişdir. 29 iyun 2022-ci ildə iddiaçının xəbəri olmadan iddiaçıya töhmət verilmişdir. Hansı ki, mövcud qanunvericiliyə görə iddiaçı müəssisəyə çağrılaraq tanış edilməlidir. İş yerinin dəyişdirilməsi barədə iddiaçıya məlumat yalnız o, işdən qanunsuz çıxarıldıqdan sonra verilmişdir. Müəssisə rəhbərliyinin qərəzinin son həddi olaraq 13 iyul 2022-ci il tarixli, 88/k saylı əmri ilə ƏM 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmuşdur. 2022-ci il 15 aprel tarixdən 13 iyul 2022-ci il tarixədǝk iddiaçıya heç bir əmək haqqı ödənilməmişdir. İşə götürən qərəzli olaraq ƏM-nin əmək müqaviləsinin xitam verilməsi əsaslarını pozaraq iddiaçını işdən çıxardığı üçün 13 iyul 2022-ci il tarixli, 88/k saylı əmrin ləğv edilməsi və işə bərpa edilərək ona işlədiyi günlərin əmək haqqısının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Göygöl Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(066)-1040/2022 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın təmin edilməsi, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikasının Ekoligiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Göygöl Regional X3 13 iyul 2022ci il tarixli, 88/k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Ekoligiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Göygöl Regional X3 Yeni-Ağcakənd meşəbəyliyinin əvvəlki fəhlə işinə bərpa edilməsi, xx.xx.2022ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqı (işlədiyi son vəzifə üzrə ödənilmiş əmək haqqları nəzərə alınmaqla) hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46, 56, 287, 288, 296.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(066)-1040/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı işə çıxmadığı və əmək müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün işdən azad edilmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində göstərmişdir ki, işəgötürən tərəf işçinin işlə bağlı hansı öhdəlikləri yerinə yetirməməsini nə əmrdə, nə də məhkəmə iclasında əsaslandıra bilməmişdir. Halbuki işdə olan sübutlarla müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Əmək Müfəttlişliyinə müraciət etmiş, aidiyyəti orqan araşdırma apararaq heç bir qanun pozuntusunun olmadığını müəyyən etmişdir və bu barədə də qərar qəbul etmişdir. Məhkəmə qətnamədə bunların heç birinə qiymət verməmişdir. İddiaçı işçi kimi öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək qanunsuz və əsassız olaraq daim işə gəlməmiş, ona görə də işçilərin iştirakı ilə aktlar tərtib edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki. İşçi qəsdən və ya səhlənkarlıqlla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı, 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X10 və bərpası müəsisəsində işə başlamışdır. 2022-ci ilin 31 mart tarixində iddiaçı başqa işçilər kimi ixtisar edilmişdir. İddiaçının müraciətinə əsasən o, 15 aprel 2022-ci il tarixdə işlə təmin olunmuşdur. İddiaçı fəhlə işinin yaşadığı ərazidən çox-çox uzaqda olduğundan həmdə bir qadın olaraq ona çətinlik törətdiyi üçün dəfələrlə şifahi qaydada X11 Mərkəzinə normal iş şəraitinin (nəqliyyat və.s) yaradılmaması barədə rəhbərliyə müraciət etmişdir. İddiaçi fəhlə işinin yaşayiş yerinə yaxın olan əraziyə dəyişdirilməsi barədə rəhbərliyə bir neçə dəfə müraciət etmiş, ona görə fəhlə işi iddiaçının yaşayış evinə yaxın əraziyə onun xahişinə əsasən dəyişdirilmişdir. İddiaçı fəhlə kimi yenə də işə çıxmamışdır. Bu barədə aktlar tərtib olunmuş və müvafiq məlumatlar yazılmışdır. Həmkarlar ittifaqının iclasında bu məsələ müzakirə olunmuşdur. 29 iyun 2022-ci ildə iddiaçıya ümumiyyətlə işə çixmadıgı üçün töhmət verilmişdir. İddiaçıya əmrlə tanış olmaq üşun onun tərəfindən məlumat verilmişdir. Daha sonra Göygöl X3 müraciətinə əsasən həmkarlar ittifaqının iclasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün 13 iyul 2022-ci il tarixli, 88/k saylı əmri ilə ƏM 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmuşdur. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Əmək Müfəttlişliyinə müraciət etmiş, aidiyyəti orqan araşdırma apararaq heç bir qanun pozuntusunun olmadığını müəyyən edilmiş, bu barədə də qərar qəbul etmişdir. İddiaçi, ümumiyyətlə fəhlə kimi işə çıxmamış, müxtəlif bəhanələr gətirərək onun nəqliyyatla təmin olunmasını demişdır. Əslində işə əmək müqaviləsində fəhlələrin nəqliyyatla təmin olunması öhdəliyi yoxdur. O, həmkarların sədri kimi iddiçının işə çıxmamasının səbəbini ondan öyrənmiş, iddiaçı fəhlə kimi işləmək istəmədiyini, idarədə işləmək istədiyini bildirmişdir. İddiaçı əmrlərlə tanış olmuş, eyni fəhlə işi onun xahişi ilə yaşayış yerinə dəyişdirilmiş, həmkarların iclasında iştirak etmiş, əmrin surəti və əmək kitabçası ona vaxtında təqdim olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, o, 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X10 və bərpası müəsisəsində işə başlamış, 2022-ci il 31 mart tarxində ixtisar edilmişdir. İxtisar edildikdən sonra müvafiq orqanlara müraciət etmiş, onu ərizəsinə əsasən 15 aprel 2022-ci il tarixdə 3 ay müddətinə Mərkəzin Goranboy meşəbəyliyinə fəhlə işinə qəbul edilmiş. Həmin ərazi onun yaşayış yerinə uzaq olduğu üçün o, işə çıxmamışdır. Ona görə də iş yerinin yaşayiş yerinə yaxın əraziyə dəyişdirilməsi ilə əlaqədar Meşə idarəsinin rəhbərliyinə müraciətlər etmişdir.Onun xahişinə əsasən fəhlə işi yaşayış evinə yaxın əraziyə dəyişdirilmişdir. O, yenə də işə çıxmamışdır. Ona verdikləri iş yaşadığı ərazidən çox-çox uzaqda olduğundan həmdə bir qadın olaraq ona çətinlik törətdiyi üçün dəfələrlə şifahi qaydada normal iş şəraitinin (nəqliyyat və.s) yaradılmaması barədə rəhbərliyə müraciət etmişdir. İşə çıxmadığı üçün aktlar tərtib edilmiş, ona töhmət verilmişdir. Daha sonra Müəssisə rəhbərliyinin qərəzinin son həddi olaraq 13 iyul 2022-ci il tarixli, 88/k saylı əmri ilə ƏM 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmuşdur. 15 aprel 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədǝk o, işə getməmiş və əmək haqqı almamışdır. İndi də ona idarədə iş verilib şərait yaradılarsa işini davam etdirə bilər. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
21. 70-ci maddənin “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər.
22. 71-ci maddənin 2-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
23. 71-ci maddənin 3-cü hissəsi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 24.72-ci maddə. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələ gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.
25. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
26. 186-cı maddə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
27. 186-cı maddəsinin 2-ci hissəsi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək;
28. 186-cı maddəsinin 3-cü hissəsi. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
29. 187-ci maddəsinin 1-ci hissəsi. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
30. 187-ci maddəsinin 2-ci hissəsi. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
31. Maddə 294.
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
32. Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
33. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
39. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmamışdır.
45. Məhkəmə Kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X10 və bərpası müəsisəsində anbardar kimi işə başlamış, 31 mart 2022-ci il tarixində ixtisar edilmişdir. İddiaçının müraciətinə əsasən o, 15 aprel 2022-ci il tarixdə fəhlə kimi işə qəbul olunmuşdur, iddiaçı fəhlə işinin yaşadığı ərazidən çox-çox uzaqda olduğundan həmdə bir qadın olaraq ona çətinlik törətdiyi üçün dəfələrlə şifahi qaydada Göygöl X3 rəhbərliyinə normal iş şəraitinin (nəqliyyat və.s) yaradılmaması barədə müraciət etmişdir. İddiaçi fəhlə işinin yaşayiş yerinə yaxın olan əraziyə dəyişdirilməsi barədə rəhbərliyə bir neçə dəfə müraciət etmiş, ona görə eyni fəhlə işi iddiaçının yaşayış yerinə yaxın əraziyə onun xahişinə əsasən dəyişdirilmişdir. İddiaçı fəhlə kimi yenə də işə çıxmamışdır. Bu barədə ayri-ayri vaxtlarda aktlar tərtib olunmuş və müvafiq məlumatlar yazılmışdır. Həmkarlar ittifaqının iclasında bu məsələ müzakirə olunmuş, 29 iyun 2022-ci ildə iddiaçıya ümumiyyətlə işə çixmadıgı üçün töhmət verilmişdir. İddiaçı əmrlə tanış olmuşdur. Daha sonra Göygöl X3 müraciətinə əsasən həmkarlar ittifaqı təşkilatının iclasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə iddiaçinin iştirakı ilə baxılmış, onunla bağlanmış əmək müqaviləsinin xitam edilməsinə razılıq verilmişdir. İddiaçı əmək müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün 13 iyul 2022-ci il tarixli, 88/k saylı əmri ilə ƏM 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmuşdur. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Əmək Müfəttlişliyinə müraciət etmiş, aidiyyəti orqan araşdırma apararaq heç bir qanun pozuntusunun olmadığını müəyyən etmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, ıddiaçi İddiaçı ümumiyyətlə fəhlə kimi işə çıxmamış, müxtəlif bəhanələr gətirərək ona şətait yaradılmasını və işə getmək üçün onun nəqliyyatla təmin olunmasını demişdır. Əslində işə əmək müqaviləsində fəhlələrin nəqliyyatla təmin olunması öhdəliyi yoxdur. İddiaçı işə çıxmamasının səbəbini fəhlə kimi işləmək istəmədiyini, idarədə işləmək istədiyini bildirmişdir. İddiaçı əmrlərlə tanış olmuş, eyni fəhlə işi onun xahişi ilə yaşayış yerinə dəyişdirilmiş, həmkarların iclasında iştirak etmiş, əmrin surəti və əmək kitabçası ona vaxtında təqdim olunmuşdur. İddia ərizəsi birinci dəfə geri qaytarıldıqdan sonra iddiaçı mediasiyaya müraciət etmişdir. Göründüyü kimi, İddiaçı heç bir üzürlü səbəb olmadan işə çıxmamış, bu əsasla onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyasının araşdırması ilə əmək müqaviləsinə xitam verilməsinə əsas kimi göstərilən hallar öz təsdiqini tapmışdır. İddiaçı izahatında özü də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işə çixmadığını bildirmişdir. İddiaçı indi də fəhlə işləmək istəmir, mərkəzdə (idarədə) qalıb işləmək arzusundadır və onun üçün şərait yaradılmasını xahiş etmişdir. Bu işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işəgötürən tərəf işçinin işlə bağlı hansı öhdəlikləri yerinə yetirməməsini nə əmrdə, nədə ki məhkəmə iclasında əsaslandıra bilməmişdir. İş materiallarına cavabdeh tərəfdən əlavə edilmiş bir neçə akt isə işçinin iştirakı və xəbəri olmadan işəgötürənin tabeliyində işləyən şəxslər tərəfindən tərtib edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı izahatında özü göstərmişdir ki,o, 15 aprel 2022-ci il tarixdə 3 ay müddətinə Mərkəzin Goranboy meşəbəyliyinə fəhlə işinə qəbul edilmiş. Həmin ərazi onun yaşayış yerinə uzaq olduğu üçün o, işə çıxmamışdır. İş yerinin yaşayiş yerinə yaxın əraziyə dəyişdirilməsi ilə əlaqədar Meşə idarəsinin rəhbərliyinə müraciətlər etmiş, onun xahişi nəzərə alınaraq eyni fəhlə işinə yaşayış yerinə yaxın əraziyə dəyişdirilmişdir. Buna baxmayaraq, iddiaçı yenə də işə çıxmamışdır. O, Meşə idarəsində işini davam etdirmək istəyir. Göründüyü kimi, iddiaçı meşə ərazisində fəhlə işləmək istəmir və idarədə işləmək arzusundadır.
46. Bundan başqa, Məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə edilmiş və tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsində əmək şəraitinin şərtləri bölməsinin 4.22-ci bəndində, işə gəlib-getməsi üçün iddiaçının nəqliyyatla təmin edilməsi nəzərdə tutulmamışdır.
47. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə əsasən öhdəliyi yerinə yetirməyərək mütəmadi olaraq işə gəlməmiş, ona görə işçilərin iştirakı ilə aktlar tərtib edilmişdir. İddiaçı işdə olmadığı üçün, həmin aktlara idarənin əməkdaşları tərəfindən imza edilmişdir. Eyni zamanda iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Əmək Müfəttlişliyinə müraciət etmiş, aidiyyəti orqan araşdırma apararaq heç bir qanun pozuntusunun olmadığını müəyyən etmiş, bu barədə qərar qəbul etmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə iddiaçının heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu qeyd olunmuşdur ki, iddiaçının üzürlü səbəb olmadan işə gəlməməsi müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmasına səbəb olmaqla yanaşı, digər işçilərin də əmək intizamına riayət etməsinə mənfi təsir göstərən hal kimi qəbul olunmaqla, bu hallar da işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurur. İddiaçının yazılı qaydada olmasa da şifahi qaydada izahatı alınmış, həmçinin həmkarlar ittifaqı təşkilatının iclasına dəvət olunuş, iclasda iştirak etmiş və izahati dinlənilmişdir. İşəgötürən də qeyd olunan əsasları qəbul etməklə, iddiaçının işə gəlməməsini üzürsüz hal kimi qiymətləndirib, həmkarlar ittifaqı təşkilatının müvafiq razılığını almaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar mövcud olmaqla, əmək müqaviləsinə xitam verilərkən onun əmək qanunvericiliyində müəyyən edilmiş hər hansı bir hüququ da pozulmamışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almadan iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(066)-1040/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
49. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdır və təmin olunmalıdır. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(066)-1040/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidmətinin X13 Təsərrüfatı mərkəzinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Mediasiya xidmətinə görə ödənilmiş xərc iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.