Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-729/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: işə bərpa tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X7 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun vəkili X4 və Cavabdehnın etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(013)-3113/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə X11 Musiqi Kollecinin 11 oktyabr 2024-cü il tarixli, 88 saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, kollecin tarix müəllimi İddiaçı 11 oktyabr 2024-cü il tarixdən tarix müəllimi vəzifəsindən azad edilməklə, əmək müqaviləsinə xitam verilmişdir. Əsas olaraq: - İddiaçı məxsus YB 003031 nömrəli diplomun dövlət nümunəli sənəd olmaması barədə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin 08 fevral 2024cü il tarixli, 3-29-68/2- 96/2024 nömrəli məktubu göstərilmişdir.
2. Ağdam Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(013)-344/2024 nömrəli qətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnənin 15 sentyabr 2023-cü il tarixli 54 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnə tarix müəllimi işinə bərpa olunması qət edilmişdir.
3. Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialı tərəfindən verilmiş Azərbaycan Respublikası Yenidənhazırlanma haqqında YB 003031 nömrəli diplomun surətindən görünür ki, İddiaçı qeyd olunan inistitutun yenidənhazırlanma fakültəsinə 14 noyabr 2005ci il tarixdə daxil olmuş və 28 aprel 2006-cı il tarixdə həmin inistitutu tarix ixtisası üzrə yenidənhazırlanma təhsilinin tam kursunu bitirməklə, ona, tarix müəllimi ixtisası verilmişdir.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə Dövlət Agentliyinin, musiqi kollecinin direktoru Nümayəndə ünvanlanmş 08 fevral 2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı Quluxan oğlunun adına yazılmış X5 X3 Azərbaycan filialı tərəfindən 1999-cu ildə verilmiş A 016755 nömrəli diplomun dövlət nümunəli, YB 003031 nömrəli diplomun isə dövlət nümunəli sənəd olmadığı qeyd edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən bərəsində qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli 88 saylı əmrin ləğv edilməklə əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üzrə ödənilməmiş əmək haqqının hesablanaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 15 sentyabr 2016-cı il tarixli 41 nömrəli əmrinə əsasən Cavabdehnə tarix müəllimi təyin edilmişdir. Cavabdeh 11 oktyabr 2024-cü il tarixli 88 nömrəli əmrinə əsasən Azərbaycan Respublkası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə (peşəkarlıq səviyyəsinin ixtisasının, peşəsinin kifayət dərəcədə olmamsı) əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Əmrin məzmunundan da göründüyü kimi işdən azad edilməyinə səbəb YB 003031 nömrəli diplomun dövlət nümunəli olmaması qeyd edilmişdir. Əmək kitabçasının surətindən görünür ki, işdən azad edilmə barədə əmrdə hansı səbəbə görə onun əmək müqaviləsinə xitam verilməsi əsaslandırılmamışdır. Bu da Əmək qanunvericiliyinin tələblərinə tamamilə ziddir.
7. Ağdam Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(013)-3113/2024 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi təmin edilərək, İddiaçı barəsində verilmiş Cavabdeh direktoru Feruz Məmmədovun 11 oktyabr 2024-cü il tarixli, 88 saylı əmrin ləğv edilməsi; İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdehnə tarix müəllimi vəzifəsinə bərpa olunması qət olunmuşdur.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı Quluxan oğlu Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialı tərəfindən verilmiş diplom əsasında 2006-cı ildən 11 oktyabr 2024-cü il tarixə kimi Cavabdehndə tarix dərslərini tədris etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil üzrə Dövlət Agentliyi musiqi kollecinə 08 fevral 2024-cü il tarixli, 3-29-68/296/2024 nömrəli məktub ünvanlayaraq İddiaçı adına Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialı tərəfindən verilmiş YB 003031 nömrəli diplomun dövlət nümunəli olmadığı bildirilmişdir. Cavabdeh Pedoqoji şurasının və Həmkarlar Təşkilatının iclasları keçirilmiş və İddiaçı Quluxan oğlunun əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. 11 oktyabr 2024cü il tarixli, 88 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) İddiaçı Quluxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehnın etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil üzrə X11 Musiqi Kollecinə ünvanladığı 08 fevral 2024-cü il tarixli, 3-29-68/296/2024 nömrəli məktubdan müəyyən olunmuşdur ki, İddiaçı Quluxan oğlunun adına Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialı tərəfindən verilmiş YB 003031 nömrəli diplom dövlət nümunəli deyil. Cavabdeh Pedoqoji şurasının və Həmkarlar Təşkilatının iclasları keçirilmiş və İddiaçı Quluxan oğlunun əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. 11 oktyabr 2024-cü il tarixli, 88 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) İddiaçı Quluxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2005-cı ildə Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialının Yenidənhazırlanma fakultəsinə qəbul olunmuş, 9 ay təhsil almış, 2006-cı ildə tarix ixtisası üzrə yenidənhazırlanma təhsilinin tam kursunu bitirmiş və ona YB 003031 nömrəli diplom verilmişdir. 2016-cı ildən Cavabdehndə tarix müəllimi işləyir. Eləcədə Ağdam şəhər 2 saylı tam orta məktəbdə tarix müəllimi işləyir. 11 oktyabr 2024-cü il tarixli, 88 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmri qanunsuz hesab edir. Çünki Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialında 9 ay təhsil almışdır. Eləcədə ona verilən diplomun dövlət nümunəli olmamasına dair səlahiyyətli orqanın qərarı yoxdur. Artıq uzun müddətdir ki, tarix müəllimi işləyir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçı ixtisası üzrə beş ildən artıq işlədiyi halda cavabdehin onu işdən azad etməsi əmək qanunvericiliyinə ziddir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
15. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
16. Maddə 71
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
17. Maddə 76
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
18. Maddə 292
1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
3. Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir.
19. Maddə 296
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
20. Maddə 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
21. Maddə 24. Əlavə təhsil. 24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.
22. Maddə 24.2. Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir: 24.2.2. Kadrların yenidən hazırlanması;
23. Maddə 24.3. Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.Maddə 24.4. Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə həyata keçirilir.
25. Maddə 24.5. Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İxtisasartırma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı 15 sentyabr 2016-cı il tarixdən Cavabdehndə tarix müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil üzrə X8 Musiqi Kollecinə daxil olmuş 08 fevral 2024-cü il tarixli, 3-29-68/296/2024 nömrəli məktubda İddiaçı Quluxan oğlunun adına Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialı tərəfindən verilmiş YB 003031 nömrəli diplom dövlət nümunəli olmaması qeyd olunduğundan 11 oktyabr 2024-cü il tarixli, 88 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) İddiaçı Quluxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
36. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı ilə bağlanmış əmək mmüqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsinə əsas Azərbaycan Respublikası Elm və Təhsil üzrə X11 Musiqi Kollecinə ünvanladığı 08 fevral 2024-cü il tarixli, 3-29-68/296/2024 nömrəli məktub olmuşdur. Həmin məktubda göstərilmişdir ki, İddiaçı Quluxan oğlunun adına Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialı tərəfindən verilmiş YB 003031 nömrəli diplomun dövlət nümunəli deyil.
38. İddiaçı isə Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialı tərəfindən 28 aprel 2006-ci il tarixdə onun adına verilmiş 4763 qeydiyyat nömrəli YB 003031 saylı diplomun qanuni əsaslarla verildiyini iddia edir. Sonuncu hətda apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, 9 ay təhsil almışdır. Əslində İddiaçı belə bir dəlil irəli sürsədə, lakin YB № 003031 nömrəli diplomda qeyd olunmuşdur ki, İddiaçı 14 noyabr 2005-ci ildə Yenidənazırlanma fakultəsinə qəbul olub, 28 aprel 2006-cı ildə Tarix ixtisası üzrə yenidənhazırlanma təhsilinin tam kursunu bitirmişdir. Göründüyü kimi qeyd olunan diplam üzrə təhsil müddəti 9 ay deyil, 5 ay 14 gün təşkil edir.
39. Bundan əlavə apellyasiya icraatı zamanı İddiaçı Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialının “Tarix müəllimi” ixtisası üzrə yenidənhazırlanma təhsilinin tam kursunu bitirməsinə dair 18 avqust 2006-cı il tarixli YB003031 nömrəli diplomun dövlət nümunəli olub-olmaması barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu verilmişdir. Daxil olmuş 12 may 2025-ci il tarixli 3- 29-68/2-961/2025 nömrəli sorğuya cavabdan məlum olmuşdur ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 02 may 2025-ci il tarixli 43 nömrəli arxiv arayışında 2006-cı ildə “Yenidənhazırlanma” kursunu bitirən dinləyicilərin siyahısında İddiaçı adının aşkar olunmadığı, eyni zamanda onun adına verilmiş YB №003031 (qeydiyyat: 1131) saylı diplomun Gəncə filialının 12 oktyabr 2004-cü il tarixli 170-ə saylı əmri ilə "Riyaziyyat və informatika" ixtisası üzrə "Yenidənhazırlanma" kursuna dinləyici qəbul edilmiş və 01 iyul 2005-ci il tarixli 95-ə saylı əmrlə həmin ixtisası bitirmiş X9 məxsus olduğu qeyd olunmuşdur. (istinad olunan arxiv arayışı sorğuya cavaba əlavə olunmuşdur)
40. Yuxarıda da qeyd olunan Təhsil qanunvericiliyinə görə, müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İş materiallarından, eləcədə apellyasiya icraatı zamanı sorğu əsasında alınmış cavabdan isə müəyyən olunur ki, İddiaçı adınan verilən 28 aprel 2006-cı il tarixli YB №003031 nömrəli diplom (diplomda atasının adı Quluxan qeyd olunub) dövlət nümunəli deyil. İddiaçının adına verilmiş YB №003031 (qeydiyyat: 1131) saylı diplom Gəncə filialının "Riyaziyyat və informatika" ixtisası üzrə "Yenidənhazırlanma" kursuna dinləyici qəbul edilmiş və 01 iyul 2005-ci il tarixdə həmin ixtisası bitirmiş X9 12 oktyabr 2004-cü il tarixli 170-ə saylı əmrlə verilmişdir.
41. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən işin yuxarıda qeyd olunan faktiki hallarını tam araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
42. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. İddiaçı tərəfin “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməməsi” dəlilini kollegiya apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması üçün əsas saymır. Çünki, iddiaçnın adına verilmiş 28 aprel 2006-cı il tarixli YB №003031 nömrəli diplom dövlət nümunəli deyil. İşin qeyd olunan bu halı isə onu deməyə əsas verir ki, İddiaçı həmin diplom əsasında tarix müəllimi ixtisası üzrə işləməsi özlüyündə qəti olaraq istisna olunur.
44. Mülki prosessual qanunvericiliyə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki,apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(013)- 3113/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(013)-3113/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.