Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-73/2024 17.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, iddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh və onun vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz istifadədən geri alınması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(045)-1039/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon İcra Hakimiyyəti və İddiaçı1 arasında bağlanmış 27 fevral 2018-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 03 №- li müqavilə əsasında icarədə olan 900 ha torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən geri alınması və Cavabdeh İddiaçı1 qanuni icarəsində olan 900 ha torpaq sahəsinin iki il yarım qanunsuz istifadəsi nəticəsində təsərrüfata dəymiş 100,000 (bir yüz min) manat maddi və İddiaçı1 və İddiaçı2 dəymiş 30,000 (otuz min) manat mənəvi ziyanın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, 27 fevral 2018ci il tarixdə Goranboy Rayon İcra Hakimiyyəti və İddiaçı1 arasında Dövlət torpaq fonduna aid torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə (icarənin mahiyyəti və məqsədi) əsasən Goranboy Rayon İcra Hakimiyyəti icarə əsasında sahəsi 900,0 ha olan torpaq sahəsinin, o cümlədən su ilə örtülmüş sahəsi 900,0 ha olan ərazinin İddiaçı1 uzun müddətli 15 (on beş) il müddətinə istifadəyə vermişdir. İddiaçı1 icarəsində olan və istifadə etməli olduğu torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və hazırda da qanunsuz olaraq istifadə etməkdədir. Cavabdeh qanunsuz hərəkətləri, özbaşınalığı habelə hədə qorxuları onlara mənəvi təsir göstərmiş və bu təsir nəticəsində onlara mənəvi ziyan vurulmuşdur, hətta İddiaçı2 şəkər xəstəliyinə tutulmuşdur. İşin halları: Goranboy Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(045)-1039/2021 saylı qətnaməsi ilə (hakim İ.Abdurəhmanlı) iddia təmin edilməmişdir. Goranboy Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(045)-1039/2021 saylı qətnaməsindən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(045)-1039/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməsinin əsası kimi mübahisə predmeti olan torpaq sahəsinə dair tərəflər arasında əvvəllər eyni mübahisənin olmasını və məhkəmə qərarlarının iddiaçıların ziyanına çıxarılması göstərilmişdir. Bununla da məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Goranboy rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018ci il tarixli 25 saylı Sərəncamı ilə Goranboy rayon ərazisində “Acı dərə” massivində yerləşən 48 saylı qışlaqdan 900 ha torpaq sahəsi ayrılaraq heyvandarlığın inkişafı məqsədilə ona 15 il müddətinə icarəyə verilmişdir. Həmçinin Goranboy rayon İcra Hakimiyyəti ilə onun arasında xx.xx.2018-ci il tarixli 03 saylı icarə müqaviləsi bağlanmış və hazırda da müqavilə qüvvədədir. Həmçinin həmin torpaq sahəsi də Cavabdeh öz ərizəsi əsasında ayrılaraq onlara verilmişdir. Goranboy rayon İcra Hakimiyyəti Başçısının sözügedən qərarı hazırda qüvvədədir və mübahisəli torpaq sahəsi də həmin sərəncam əsasında onların sahibliyindədir. Buna baxmayaraq cavabdeh keçən 4 il ərzində torpaq sahəsini zəbt edərək onlara külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Məhkəmənin istinad edərək iddianı rədd etdiyi qərarlar isə Cavabdeh məxsus 800 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikili ilə bağlı olmaqla hazırki iddia ilə heç bir əlaqəsi yoxdur. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikyətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X5 izhat verib bildirdi ki, qeyd olunan sərəncamın mübahisələndirilməsi ilə bağlı inzibati iş vardır. Ona gör də həmin işə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Goranboy Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(045)-1039/2021 nömrəli qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, İddiaçı1 Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, İddiaçı2 Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Kollegiya işdə iştirak edən şəxslərin subyektiv tərkibini, iddiaçılar və cavabdehin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçılar Goranboy rayon İcra Hakimiyyəti və İddiaçı1 arasında bağlanmış 27 fevral 2018-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 03 №- li müqavilə əsasında icarədə olan 900 ha torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən geri alınması və Cavabdeh İddiaçı1 qanuni icarəsində olan 900 ha torpaq sahəsinin iki il yarım qanunsuz istifadəsi nəticəsində təsərrüfata dəymiş 100,000 (bir yüz min) manat maddi və İddiaçı1 və İddiaçı2 dəymiş 30,000 (otuz min) manat mənəvi ziyanın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflər hər ikisi mübahisəli torpaq sahəsinin onlara heyvandarlığın inkişafı məqsdilə ayrıldığını bildirirlər. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə bilavasitə onların ayrıayrılıqda həyata keçirtdikləri sahibkarlıq fəaliyyətindən yaranan mübahisədir. İşdə iştirak edən şəxslərin subyektiv tərkibini, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Goranboy Rayon Məhkəməsinin 09 iyul 2021ci il tarixli 2(045)-1039/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Goranboy Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(045)-1039/2021 nömrəli qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(045)-1039/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-73/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-73/2024
17.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver