Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-735/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ərizəçi və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(042)-71/2021 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Gədəbəy Rayon Notariat Kontoruna qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşı X1 miras qalmış daşınar və daşınmaz əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(042)-71/2021 nömrəli nömrəli qətnaməsi ilə (sədrlik edən F.Mirzəquliyev) ərizə təmin edilmiş, Ərizəçi tərəfindən X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakın miras kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(042)-71/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mərhum X1 miras qalmış əmlakın qəbul edilməsi və ünvan 2 ünvanında yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakdan onun payının müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum babası X3 adına ünvan 3 ünvanında 0.27 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. Həmin evdə anası ilə o yaşamışdır. Mərhum atası X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Həmin evi miras kimi qəbul etməklə əlaqədar olaraq Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin müddətin keçməsi ilə əlaqədar imtina arayışı verilmişdir. İddiaçı Ərizəçi tərəfindən mərhum X1 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakın miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş, lakin onun payı qeyd edilməmişdir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Ərizəçi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, X6 onun həyat yoldaşı olmuşdur. Mərhum həyat yoldaşının atası X3 adına ünvan 1 ünvanında 0,27 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. Həmin evdə mərhum əri və o uşaqları ilə birlikdə yaşamış, mərhum əri mirası qəbul etmişdir. Mərhum əri X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra həmin evi o idarə etmiş, miras əmlaka sahiblik etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(042)-71/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(042)-71/2021 nömrəli qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalı, Ərizəçi ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,27 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi X5 məxsusdur. AZ-İ 689638 nömrəli Ölüm Haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş: Gəncə Rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli qətnaməsindən görünür ki, X7 xx.xx.1985-ci il tarixdə anadan olmuş Vüqar adlı uşağı ilə birlikdə Gədəbəy rayonu, Qumlu kəndində yerləşən X3 adına olan evə köçürülməsi və həmin evdən istifadə hüququnun verilməsi qət edilmişdir. X4 surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1985-ci il tarixdə doğulmuş, atası qrafasında X6 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0 və 259.0.10-cu maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Ərizəçi mərhum həyat yoldaşının atası X2 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakın miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə xüsusi icraat qaydasında baxılmışdır ki, iş üzrə qeyd olunan torpaq sahəsi və üzərində yerləşən miras əmlakın qəbul edilməsi barədə mübahisə vardır. Belə ki, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətində bildirir ki, mərhum babası X3 adına ünvan 3 ünvanında 0.27 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur ki, həmin evdə anası ilə o yaşamışdır. Mərhum atası X6 xx.xx.2014-cü il tarixdə vəfat etdikdən sonra həmin evi miras kimi qəbul etmişdir. Mülki-prosessual qanunvericiliyin tələblərinə görə, xüsusi icraat qaydasında baxılan işlərə mübahisəsiz müəyyən edilməli olan faktlar kateqoriyasına aid etdiyindən, hazırkı iş üzrə isə ünvan 3 ünvanında yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakın miras kimi qəbul edilməsi üzrə mübahisə olduğundan, şikayətdə qeyd olunan xüsusatlar araşdırılması zərurəti olduğundan ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(042)-71/2021 nömrəli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və Ərizəçi ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 391, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(042)-71/2021 nömrəli qətnaməsi ləğv edilsin və Ərizəçi mərhum həyat yoldaşı X1 miras qalmış daşınar və daşınmaz əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-735/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-735/2023
02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver